Məhkəmə qərarları › İş №2-1(102)-2062/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2062/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2062/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizəyə baxılması, kasasiya şikayətinin mümkünlüyü, şikayət müddətinin bərpasına dair ərizəyə baxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına (bundan sonra cavabdeh) qarşı ona hesablanmış pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə iddiaçının Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-412/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarından verdiyi şikayət üzrə müddətin bərpasına dair ərizəsinə və Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-412/2021 saylı, 7 sentyabr 2021-ci il tarixli qərardadından kasasiya şikayətinə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı ona hesablanmış pensiyanın artımının 72 aya yox, 29 aya bölünməsi və yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 24.07.2020-ci il tarixli məktubu ilə iddiaçının müraciəti təmin edilməmişdir.

2. İddiaçı narazı qalaraq hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmiş, daha sonra iddiasını dəqiqləşdirərək, iddiaçıya hesablanmış pensiyanın artımının 72 aya yox, 29 aya bölünməsi və yenidən hesablanmasını xahiş etmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-304/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

4. Qərardan iddiaçı apelyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)412/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-304/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarını 26 iyul 2021-ci il tarixdə almış, kasasiya şikayətinin tərtib edilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə 30 avqust 2021-ci il tarixdə ərizə ilə apelyasiya məhkəməsinə müraciət etmişdir.

7. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)412/2021 saylı, 7 sentyabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

8. İddiaçı həm Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(105)-412/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarından verdiyi şikayət üzrə müddətin bərpasına dair ərizə, həm də Sumq ayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(105)-412/2021 saylı, 7 sentyabr 2021-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir.

9. İddiaçı ərizəsində şikayət üzrə müddətin buraxılmasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

10. Maddi imkanı olmadığından dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizəsi əsassız olaraq təmin edilməmişdir. Məhkəmə onun ayda 622 manat pensiya almasını, maddi durumunu və xəstə olmasını nəzərə almamışdır. Tətbiq edilən hüquq

11. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 20 Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə

22. Müddətlər 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçı larına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, mə hkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.5. Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. 24.7. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kasasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişd ən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

12. Mülki Prosessual Məcəllə: Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır... Maddə 407.4. Şikayətə vəkilin orderi...əlavə olunur. Maddə. 408.1.3. Kasasiya şikayətinə vəkilin orderi...əlavə edilməmişsə, kasasiya şikayəti qaytarılır. 13. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə 20.1. Azərba ycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 1.0.5 və 1.0.6. Aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə

3. Sosial yardım hüququna orta aylıq gəl iri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Kasasiya məhkəməsinin mövqeyi

15. İddiaçı apelyasiya məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərarından kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayət üzrə müddətin bərpasına dair ərizə vermiş, ərizədə buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir.

16. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarını 26 iyul 2021-ci il tarixdə almış, dövlət vəsaiti hesabına vəkillə təmin edilmə barədə ərizəni isə 30 avqust 2021-ci il tarixdə apelyasiya məhkəməsinə təqdim etmişdir. Halbuki inzibati prosessual qanunvericiliyə görə kasasiya şikayəti üzrə son müddət 25 avqust 2021-ci il tarix olmuşdur.

17. Kasasiya şikayəti iddiaçı tərəfindən vaxtında təqdim edilməmişdir.

18. İddiaçı ərizəsində vaxtında müraciət etməməsini hər hansı dəlillə əsaslandırmamışdır.

19. İddiaçı kasasiya şikayətinin tərtib edilməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəni vaxtında vermədiyindən müddətin bərpasına dair ərizə rədd edilməli, yuxarıda sadalanan prosessual hüquq normalarına əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır.

20. Yuxarıda sadalanan normaları n təhlili göstərir ki, qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tənzimləyərkən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa ifadə ilə şəxsin bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tələb etmişdir. Bununla bağlı, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır.

21. İddiaçı aztəminatlı ailə olması, maddi vəziyyətinin ağırlığı və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığını təsdiq edən mötəbər sənəd ərizəsinə əlavə etməmişdir.

22. Odur ki, iddiaçının 7 sentyabr 2021-ci il tarixli qərardaddan verdiyi kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğrudur. Şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən Qərara aldı: İddiaçı ərizəsi təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibat i kollegiyasının 2-1(105)-412/2021 saylı, 13 iyul 2021-ci il tarixli qərarından verdiyi şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-412/2021 saylı, 7 sentyabr 2021-ci il tarixli qərardadından verilən kasasiya şikayəti təmin edilməsin. Qərardad dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar