Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2062/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2023-cü il tarixli, 2-1(103)1654/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X8 bağlar sahəsində, 123 saylı kooperativ tərəfindən verilmiş 23 saylı orderdən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 14 fevral 1995-ci il tarixli, 205 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 123 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2919 saylı bağ ayrılmışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfində n verilmiş Z-12- 112 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışa əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Ləhiş 123 nömrəli BTK, 2762 a nömrəli bağ sahəsi ayrılmışdır.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 123 nömrəli BTK nəzdində olan 2762 a saylı bağ sahəsinə dair inzibati icraat materialları, həmçinin 123 nömrəli BTK-nın arxiv qovluğunun təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İdarənin arxivində İddiaçı torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamı, həmin sərəncam əsasında verilmiş 23 nömrəli order mövcuddur və sözügedən orderdə bağ sahəsinin nömrəsi 2762 a qeyd edilmişdir. Lakin, yanvar 2005-ci il tarixdə rəsmiləşdirilmiş akta əsasən 2762 a saylı bağ sahəsi başqa şəxsin istifadəsində olduğundan tərəflərin razılığına əsasən İddiaçı bağ sənədinə 2762 a əvəzinə 2919 nömrəsi yazılması məqsədəuyğun hesab edilmişdir. Bundan əlavə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 123 nömrəli BTK nəzdində olan 2762 a saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmiş dir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsini xahiş etmişdir.
5. Cavabdeh 31 yanvar 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmaması, təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderlə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995ci il tarixli, 205 saylı sərəncamı arasında uyğunsuzluq olması nəticəsində müraciətin təmin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ba ğ massivində yerləşən 2919 saylı 1200 kv.m torpaq sahəsinə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 14 fevral 1995-ci il tarixli, 23 saylı order əsasında Ləhiş bağ massivində yerləşən 2919 saylı 1200 kvadrat metr torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayon, "Ləhiş” BTK 123 bağ 2762a-da yerləşən 1200 kvadrat metr torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon, "Ləhiş” bağ massivi, sahə 2919-da yerləşə n 1200 kvadrat metr torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən torpaq sahəsi Ləhiş bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, həmçinin təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderdə bağ sahəsinin nömrəsi "2919", Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışda isə bağ sahəsinin nömrəsi 2762 kimi qeyd olunmuşdur. Hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu əsassızdır. Bakı şəhəri, Sabunçu rayon, “Ləhiş” bağ massivi, sahə 2919-da yerləşən 1200 kvadrat metr torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış ona verilməlidir. Bundan əlavə, qeyd olunan torpaq sahəsi xx.xx.1995-ci ildən fasiləsiz onun istifadəsindədir. Torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və ən əsası bağ sahəsinin ərazisində özbaşına heç bir artım və dəyişiklik edilməmişdir. Onun torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşl ara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrindən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Həmçinin, tə qdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderdə bağ sahəsinin nömrəsi “2919”, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışda isə bağ sahəsinin nömrəsi “2762” kimi qeyd olunmuşdur. Eyni zamanda, sözügedən sərəncamdan çıxarışda bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********16 saylı cavab məktubu ünvanlanmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6210/2022 nömrəli qərarı ilə (hakim: X3) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2919” saylı 0.12 ha bağ sahəsinə dair iddiaçının hüquqlarının (mülkiyyət) daşınmaz əmlakın dövlət reyestrində qeyd iyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki,, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyindən, cavabdeh tərəfindən hazırki iş üzrə iddiaçıya məxsus bağ sahəsinin torpaq sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılmaqla plan ölçünün verilməsi də, cavabdeh tərəfindən icra edilməlidir. H əmçinin X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderdə bağ sahəsinin nömrəsinin “2919”, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışda isə “2762” göstərilməsi ilə bağlı məhkəmə sözügedən uyğunsuzluğun araşdırılması məqsədilə cavabdehdən 123 nömrəli BTK-nın arxiv qovluğu və İddiaçı ayrılmış bağ sahəsinə dair sənədlər tələb edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı bağ sahəsinin ayrılmasına dair sənədlər İdarənin arxivində mövcuddur. İdarənin arxivində olan sərəncamda və orderdə bağ sahəsinin nömrəsi “2762a” kimi qeyd olunmasına baxmayaraq, yanvar 2005-ci il tarixdə rəsmiləşdirilmiş akta əsasən 2762 a saylı bağ sahəsi başqa şəxsin istifadəsində olduğundan tərəflərin razılığı na əsasən İddiaçı bağ sənədinə 2762 a əvəzinə 2919 nömrəsi yazılması məqsədəuyğun hesab edilmişdir. Sözügedən aktın surəti də, İdarənin arxivində mövcuddur. Cavabdehin imtinasında göstərilən əsaslar formaldır və iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2023-cü il tarixli, 2-1(103)-1654/2023 nömrəli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X7) Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022 -ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasında n aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş q eydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məl umatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarların da ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılmas ı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apell yasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini təkrarlayaraq şikayətin iddiaçının iddia etdiyi bağın, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi məsələsi bağlı dəlillərinə münasibətdə qeyd edir ki, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiy indən, cavabdeh tərəfindən hazırki iş üzrə iddiaçıya məxsus bağ sahəsinin torpaq sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunlaşdırılmaqla plan ölçünün verilməsi də cavabdeh tərəfindən icra edilməlidir.
31. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilərək araşdırılmış sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı bağ sahəsinin ayrılmasına dair sənədlər İdarənin arxivində mövcuddur. İdarənin arxivində olan sərəncamda və orderdə bağ sahəsinin nömrəsi “2762a” kimi qeyd olunmasına baxmayaraq, yanvar 2005-ci il tarixdə rəsmiləşdirilmiş akta əsasən 2762 a saylı bağ sahəsi başqa şəxsin istifadəsində olduğundan tərəflərin razılığına əsasən İddiaçı bağ sənədinə 2762 a əvəzinə 2919 nömrəsi yazılması məqsədəuyğun hesab edilmişdir. Sözügedən aktın surəti də, İdarənin arxivində mövcuddur.
31. Cavabdehin imtina dəlillərinin əsassız olması nəticəsində iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
32. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 may 2023-cü il tarixli, 21(103)-1654/2023 nömrəli qərarı dəyişd