Məhkəmə qərarları › İş №2-1(102)-2063/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2063/2019

19.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2063/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Koll egiyasının 13 mart 2019-cu il tarixli 2-1(103)-440/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19.06.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 13.09.1969-cu il tarixli, 743 saylı əmrlə əmək fəaliyyətinə başlamış, 26.07.1994-cü il tarixində Ali Məhkəmənin üzvü seçilmiş, 03.09.2000-ci il tarixli, 535 saylı sərəncamla Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 28.07.2007-ci il tarixli, 2289 saylı sərəncamla Ağır Cinayətlər Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. İddiaçı 1995-2000-ci illərdə Ali Məhkəmənin Hərbi Kollegiyasının hakimi işlədiyi müddə tlərdə aldığı əlavələrin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı DSMF-a müraciət etmiş, lakin onun müraciətindən imtina edilərək bildirilmişdir ki, Ali Məhkəmənin Hərbi Kollegiyasının hakimi işlədiyi müddətlərdə müraciətdə qeyd edilən əlavələr iddiaçı tərəfindən alınmadığından pensiyanın hesablanmasında həmin əlavələrin nəzərə alınması mümkün deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının hakimi işlədiyi dövrə 5 ilə görə ona pensiya təyin edilməsini, Ali Məhkəmənin hakimlərinin əmək ha qqı artımındakı sonrakı dəyişikliklərin nəzərə alınmasını, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15%-i həcmində əlavə haqq verilməsini nəzərə alaraq ona 25 ildən artıq (29 il) hakim vəzifəsində işlədiyindən ona vəzifə maaşının 45 yox, 75%-i məbləğində əlavə haqq verilməsi, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona ömürlük ikinci ixtisas dərəcəsi verildiyindən minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq verilməsi, Ali Məhkəmənin hərbi kollegiyasının hakimləri həmçinin hərbçi olduğundan ona rütbəyə (ədliyyə polokovniki), hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən haqların verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək onun 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məcsinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması haqqında öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 2-1(103)-440/2019 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 sa ylı, 24 oktyabr 2018-ci il tarixli qərarı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçının 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqqın pensiya hesablanması zamanı nəzərə alınması hissəsində əsassızdır. Belə ki, "Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinin ilkin redaksiyasına müvafiq olaraq, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq verilir. Sözügedən maddəyə 16 fevral 2001-ci il tarixdə "45 faizdən çox olmamaq şərti ilə" ifadəsi əlavə olunmuşdur. Hakimlik stajının hər 5 ilinə görə 15 faiz əlavə haqqın məhdudiyyətsiz olaraq verildiyi, yəni "Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinə "45 faizdən çox olmamaq şərti ilə" ifadəsi əlavə olunmasınadək iddiaçının cəmi 13 ilə yaxın (10.08.1981-22.06.1987 və 26.07.199416.02.2001) hakimlik stajı olmuşdur. Bu mənada, "Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinə edilmiş 16 fevral 2001-ci il tarixli dəyişikliyə qədər iddiaçının cəmi 30 faiz həcmində əlavə haqq almaq hüququ vardı. İddiaçıya pensiya təyin edilərkən onun 15 ildən çox hakimlik stajı nəzərə alınaraq aldığı vəzifə maaşının 45 faizi həcmində əlavə haqq nəzərə alınmış, yəniiddiaçıya pensiya təyin edilərkən "Məhkə mələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinin tələbləri nəzərə alınmışdır. Bundan əlavə, sabiq hakimlərə pensiya hesablanarkən qulluq ştajına görə əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavələrin miqdarı isə həmin şəxslərin aldıqları əmək haqqının məbləğindən asılıdır və onun yenidən hesablanması əmək haqqında baş vermiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudlaşdırılmamışdır. Lakin normaların tələbinə müvafiq olaraq, əmək pensiyasının hesablanması zamanı şəxsin əmək pensiyasının təyin edilməsindən əvvəlki dövrdə aldığı əmək haqqı və digər gəlirləri diqqətə alınmalıdır. İddiaçı isə hakim işlədiyi dövrlərdə iddia tələbindəki qeyd edilmiş əlavələri alması iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən, iş materialla rında iddiaçının sözügedən əlavələri alması halını təsdiqləyən sübut kimi istinad etdiyi müvafiq əmrlər vardır. Lakin nəzərə almaq lazımdır ki, həmin əmrlər iddiaçı tərəfindən əlavələrin alınması faktını təsdiq etmir. Çünki həmin əmrlərlə müvafiq əlavələrin verildiyi faktı müəyyənləşdirilə bilmir. Başqa sözlə, müvafiq əmrlərin mövcudluğu hələ onlarda əks olunmuş əlavələrin iddiaçıya ödənildiyi nəticəsinə gəlməyə əsas vermir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 2-1(103)-440/2019 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işə baxan məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 5 və 20.7-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin 26.07.1994-cü il tarixli, 867 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının üzvü seçilməsinə əsasən 27 iyul 1994-cü il tarixdən Hərbi Kollegiyanın şəxsi heyəti siyahısına salınmış həmin tarixdən bütün təminatlarla təmin edilmişdir. 30.06.1997-ci il tarixli əmrlə ona polkovnik hərbi rütbəsi verilmiş, 04.10.2000-ci ildən hərbi qulluqçu kimi ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin zabiti kimi hərbi kollegiyanın üzvləri də hərbiçi olduqlarından bütün növ təminatlarla təmin edilmişlər. Müdafiə Nazirliyində Hərbi Kollegiyanın hakimlərinə ödənilmiş pul təminatı və maaşlar barədə məlumatın olmaması iddianı təmin etməmək üçün əsas ola bilməz. İddianın təmin edilməməsinə əsas yalnız iddiaçıya tələb etdiyi ödənişin verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması ola bilər ki, həmin əlavələrin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçı ixtisas dərəcəsinə görə əlavə aldığından iddia tələbi əsaslıdır. Kassator Əmək Məcəlləsinin 20.5, 20.7-ci maddələrinə, İPM-nin 92.0.6, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 2-1(103)-440/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı Apellyas iya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 2-1(103)-440/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 21(103)-440/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı 13.09.1969-cu il tarixli, 743 saylı əmrlə əmək fəaliyyətinə başlamış, 26.07.1994-cü il tarixində Ali Məhkəmənin üzvü seçilmiş, 03.09.2000-ci il tarixli, 535 saylı sərəncamla Ağır Cinayətlərə dair İşlər üzrə Azərb aycan Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 28.07.2007-ci il tarixli, 2289 saylı sərəncamla Ağır Cinayətlər Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. İddiaçı 1995-2000-ci illərdə Ali Məhkəmənin Hərbi Kollegiyasının hakimi işlədiyi müddətlərdə aldığı əlavələrin nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı DSMF-a müraciət etmiş, lakin onun müraciətindən imtina edilərək bildirilmişdir ki, Ali Məhkəmənin Hərbi Kollegiyasının hakimi işlədiyi müddətlərdə müraciətdə qeyd edilən əlavələr iddiaçı tərəfindən alınmadığından pensiyanın hesablanmasında həmin əlavələrin nəzərə alınması mümkün deyildir. Məhkəmə kollegiyası iddiaçının tələbi ilə bağlı qeyd edir ki, 29.07.1992-ci il tarixdə qəbul edilmiş, 30.11.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilir. 04.11.1992-ci il tarixdə qəbul edilmiş, 31.05.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin ikinci ixtis as dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının dörd misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər) maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. (maddə 4.1). Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. (maddə 20 və 20.1.4). Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq sabiq hakimlərə -hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (maddə 20.7). “Sosial sığorta haqqında” qanunun 1-ci maddəsinə görə, sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “Sosial sığorta haqqında” qanunun 4-cü maddəsinə görə, sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Pensiya yaşına çatmaq sosial sığorta hadisəsi sayılır. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Milli Məclisinin 26.07.1994-cü il tarixli, 867 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 01.08.1994-cü il tarixli, 91 nömrəli əmri ilə 27 iyul 1994-cü il tarixdən Hərbi Kollegiyanın şəxsi heyəti siyahısına salınmış və xidməti vəzifəsinin icrasına başlamış, həmin tarixdən bütün təminatlarla təmin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 31.03.1995-ci il tarixli, 1010 nömrəli qərarına əsasən “Azərb aycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq ikinci ixtisas dərəcəsinin verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.04.1995-ci il tarixli, 134 nömrəli əmri ilə Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən ikinci ixtisas dərəcəsi verildiyinə görə ixtisas dərəcəsinə müvafiq maaşına əlavə edilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, sabiq hakimlərə pensiya hesablanarkən qulluq ştajına görə əlavələrin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavələrin miqdarı isə həmin şəxslərin aldıqları əmək haqqının məbləğindən asılıdır və onun yenidən hesablanması əmək haqqında baş vermiş dəyişiklik nəzərə alınmaqla müəyyən edilmişdir. Müvafiq məbləğin alınması keçmiş müddətlə məhdudlaşdırılmamışdır. Lakin sadalanan normaların tələbinə müvafiq olaraq, əmək pensiyasının hesablanması zamanı şəxsin əmək pensiyasının təyin edilməsindən əvvəlki dövrdə aldığı əmək haqqı və digər gəlirləri diqqətə alınmalıdır. İddiaçı isə hakim işlədiyi dövrlərdə iddia tələbindəki qeyd edilmiş əlavələri alması iş materialları ilə müəyyən edilmir. Şöbənin imtinasının əsasında da məhz bu hal dayanmışdır: iddiaçı tərəfindən işlədiyi dövrlərdə qeyd edilmiş əlavələrin almaması. İş materiallarında iddiaçının sözügedən əlavələri alması halını təsdiqləyən sübut kimi istinad etdiyi müvafiq əmrlər vardır. Lakin nəzərə almaq lazımdır ki, həmin əmrlər iddiaçı tərəfindən əlavələrin alınması faktını təsdiq etmir. Çünki həmin əmrlərlə müvafiq əlavələrin verildiyi faktı müəyyənləşdirilə bilmir. Başqa sözlə, müvafiq əmrlərin mövcudluğu hələ onlarda əks olunmuş əlavələrin iddiaçıya ödənildiyi nəticəsinə gəlməyə əsas vermir. Göründüyü kimi, işə baxan apellyasiya instansiya məhkəməsi qeyd edilən dövrdə (1995-2000) əlavələrin alınması halında iddia tələbinin əsaslı olması qənaətindədir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının həmin əlavələri almasının iş materialları ilə təsdiq olunmadığına görə iddia tələbini təmin etməmişdir. Halbuki, elə apellyasiya instansiya məhkəməsinin qərarında da qeyd edildiyi kimi iddiaçının Hərbi Kollegiyanın şəxsi heyəti siyahısına salınması, xidməti vəzifəsinin icrasına başlaması, bütün təminatlarla təmin edilməsi, o cümlədən ona ikinci ixtisas dərəcəsi verilməsi və ikinci ixtisas dərəcəsi verildiyinə görə ixtisas dərəcəsinə müvafiq maaşına əlavə edilməsinə dair mü vafiq əmrlər mövcuddur. İddiaçının faktiki olaraq həmin əlavələri almasına dair arxiv məlumatlarının məhkəməyə təqdim edilməsi isə iddiaçının vəzifəsi deyildir və belə məlumatların arxivdə olmaması isə onun təqsiri hesab edilə bilməz. İşə baxan apellyasiya instasiya məhkəməsi iddiaçının Hərbi Kollegiyanın şəxsi heyəti siyahısına salınması, xidməti vəzifəsinin icrasına başlaması, bütün təminatlarla təmin edilməsi, o cümlədən ona ikinci ixtisas dərəcəsi verilməsi və ikinci ixtisas dərəcəsi verildiyinə görə ixtisas dərəcəsinə müvafiq maaşına əlavə edilməsinə dair müvafiq əmrlər mövcud olmasına baxmayaraq iddiaçının üzərinə əsassız sübutetmə yükü qoyaraq iddia tələbini təmin etməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosess ual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla müvafiq qərar qəbul etməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegi yası QƏRARA ALDİ: İddiаçı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli 2-1(103)-440/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar