Məhkəmə qərarları › İş №2-1(102)-2063/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2063/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2063/2021 30.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 61 yaşına çatmış qadına yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına) qarşı “yaşa görə əmək pensiyas ının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-1(107)-275/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə 2018-ci il 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 20 sentyabr tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1974-1983-cü illərdə Zaqatala rayon “Nizami” adına kolxozda kolxozçu, 1983-cü il 17 sentyabr - 1999-cu il 22 fevral tarixlərdə X1 dərzi işlədiyi müddətin əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı 2019-cu il 23 mart tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1974-1983-cü illərdə Zaqatala rayon “Nizami” adına kolxozda kolxozçu işləməklə kolxoz üzvü olmuşdur. Bundan ba şqa, 1983-cü il 17 sentyabr – 1999-cu il 22 fevral tarixlərdə X1 dərzi işləmişdir. Lakin həmin illərdə kolxozçu işləməsi barədə əmək kitabçasına qeydlər aparılmamışdır. Hazırda o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya ünvanlanan imtina məktubunda cavabdeh orqan qeyd etmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının mübahisələndirilən iş illəri müvafiq olaraq 1974-1983-cü illərdə “Nizami” adına kolxozda və 1983-cü il 17 sent yabr tarixlərdə və 1999-cu il 22 fevral tarixlərdə X1 dərzi işlədiyi dövrlərdir. İş materiallarında olan arxiv arayışına əsasən iddiaçının 1974-1983-cü il tarixlərində Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi görünür. Həmin iş illəri ərzində iddiaçının 1980-ci ildə əmək günü norması tələbini yerinə yetirmədiyi görünür (107 gün). Digər illər ərzində iddiaçı əmək günü normasını qazanmış və sözügedən 1980-ci il ilə birlikdə iddiaçının “Nizami” adına kolxozda 9 il 3 ay stajı yaranmışdır. İddiaçının digər mübahisələndirilən iş illəri isə X1 dərzi işlədiyi dövrdür. Bununla bağlı olaraq iş materiallarına əlavə edilən iddiaçının həmin iş stajını yoxlamaq üçün Zaqatala rayon filialı əməkdaşları və Zaqatala rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib olunmuş müayinə aktında qeyd ol unmuşdur ki, iddiaçının 1983-cü ildə işə daxil olduğu görünür (1983-cü il 17 noyabr). Lakin 1999-cu illərin əmr kitablarında iddiaçının işdən çıxma əmri aşkar edilməmişdir. İddiaçıya hesablanmış son əmək haqqı 1995-ci ilin fevral ayında olmuşdur. Yoxlama aktı Zaqatala rayon Dövlət Arxivində, Zaqatala rayon Tikiş fabrikinin əmr kitabları və əmək haqqı cədvəlləri əsasında aparılmışdır. Beləliklə, iş materialların əlavə olunan sənədlərə əsasən iddiaçının mübahisələndirilən 19831999-cu illərdə X1 işlədiyi dövrlər (1983-1995-ci illər) 11 il 5 ay 14 gün təşkil edir. İddiaçının 2002-ci il 1 oktyabr tarixdən 2003-cü il 1 aprel tarixədək işsizlik müavinəti aldığı dövr (6 ay) mübahisələndirilmir. İddiaçının mübahisələndirdiyi illərə dair sığorta stajı iş materiallarına əsasən ümumilikdə 21 il 2 ay 1 4 gün təşkil edir. Belə olan halda müəyyən edilmiş yaş həddinə çatmış qadınlar üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 30 mart tarixli, 2-1(116)-144/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı 2019-cu il 23 mart tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən artıq sosial sığorta stajının olması təsdiqini tapdığından iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı 2019-cu il 23 mart tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 2-1(107)-275/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 30 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəli llərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı 1958-ci il 23 mart tarixdə anadan olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 61 yaşında, yəni 2019-cu il 23 mart tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz əksini tapmamışdır. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi arxiv arayışı məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Çünki iddiaçının qeyd etdiyi yerlərdə işlədiyini təsdiq edən əmək kitabçası olmadığı və Əmək Məcəlləsinin 8 7.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edildiyi üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunamüvafiq deyildir. 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərar ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarında olan arxiv arayışına əsasən, iddiaçının 1974-1983-cü il tarixlərində Zaqatala rayon “Nizami adına kolxoz”da işlədiyi görünür. Həmin iş illəri ərzində iddiaçının 1980-ci ildə əmək günü norması tələbini yer inə yetirmədiyi görünür (107 gün). Digər illər ərzində iddiaçı əmək günü normasını qazanmış və sözügedən 1980-ci il ilə birlikdə iddiaçının “Nizami adına kolxoz”da 9 il 3 ay stajı yaranmışdır.

14. İddiaçının digər mübahisələndirilən iş illəri isə X1 dərzi işlədiyi dövrdür. Bununla bağlı olaraq iş materiallarına əlavə edilən iddiaçının həmin iş stajını yoxlamaq üçün Zaqatala rayon filiallı əməkdaşları və Zaqatala rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib olunmuş müayinə aktında qeyd olunur ki, iddiaçının 1983-cü ildə işə daxil olduğu görünür (1983-cü il 17 noyabr). Lakin 1999-cu illərin əmr kitablarında iddiaçının işdən çıxma əmri aşkar edilməmişdir. İddiaçıya hesablanmış son əmək haqqı 1995-ci ilin fevral ayında olmuşdur. Yoxlama aktı Zaqatala rayon Dövlət Arxivində, Zaqatala ra yon Tikiş fabrikinin əmr kitabları və əmək haqqı cədvəlləri əsasında aparılmışdır. Bu səbəbdən iddiaçının əmək kitabçasında qeyd edilmiş 1983cü il 17 sentyabr - 1999-cu il 22 fevral tarixlər ərzində X1 dərzi işlədiyi dövrün 1995-ci il 1 mart - 1999-cu il 22 fevral tarixləri əhatə edən hissəsi mübahisələndirilir. Beləliklə, iddiaçının iş illərinə mübahisələndirilən 1995-ci il 01 mart - 1999-cu il 22 fevral tarixlər yuxarıda göstərilən əsaslara görə daxil edilə bilməz. Beləliklə, Şəki Apellyasiya Məhkəməsinin inzibati işin qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları və inzibati mübahisəyə tətbiq edilməli olan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması, maddi və prosessual hüquq normalarının kobu d pozuntusu hesab olunmalı və həmin qərar kassasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 20 17-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb ol unması qadağandır.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsas lılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. İddiaçının 1958-ci il 23 mart tarixdə doğulduğu nəzərə alındıqda, onun 61 yaşının tamam olduğu 2019-cu il 23 mart tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

22. İddiaçının 1974-1983-cü illə rdə (9 il 8 ay) kolxozda işlədiyi müddət mübahisələndirilməli deyil. Belə ki, iddiaçının bununla bağlı təqdim etdiyi arayışdakı məlumatları cavabdehin qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.21-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir.

23. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir.

24. Məhkəmə kollegiyası, nəzərə alır ki, yuxarıda qeyd edilən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə uyğun olaraq iddiaçının təqdim etdiyi arxiv arayışındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

25. Göründüyü kimi, inzibati orqan arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

26. Cavabdehin mübahisələndirdiyi 1995-1999-cu illər üzrə iş stajı ilə bağlı apellyasiy a instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı mübahisəyə tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

27. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının 1994-cü il 1 iyul və 1996-cı il 25 mart tarixlərdə uşaqları doğulmuş və o, həmin uşaqlara onlar 3 yaşlarına çatanadək qulluq etmişdir. Həmin vaxtda qüvvədə olan "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin e) yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir.

28. Göründüyü kimi, hətta iddiaçı 1995-ci ilin fevralından sonra əməkhaqqı almasa belə, onun 1995-ci il 1 mart tarixdən 1996-ci il 25 mart tarixə qədər və 1996-cı il 25 mart tarixdən 1999-cu il 25 mart tarixə qədər körpə uşaqlara qulluq etdiyi müddət onun stajına daxil edilməlidir. Bu halda da, iddiaçının tələb olunan 25 il stajı tamamlanacaqdır (mübahisələndirilməyən 11 il 11 ay 14 gün + 1974-1983-cü illərdə kolxozda işlədiyi 9 il 8 ay + 4 il 24 gün körpə uşaqlara qulluq etdiyi müddət = 25 il 8 ay 8 gün).

29. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 iyul tarixli, 21(107)-275/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar