Məhkəmə qərarları › İş №2-1(102)-2063/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2063/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2063/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İda rəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2nə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində ona vurduqları maddi, mənəvi və fiziki zərərin əvəzi olaraq ona kompensasiya ödənilməsi, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə son qoyulması və əməkdaşları xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsi” tələblərinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2-1(105)-487/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ b irinci instansiya məhkəməsində icraat

1. İddiaçı 12 aprel 2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin qanunsuz qərarları və hərəkətləri nəticəsində ona vurduqları maddi zərərin əvəzi olaraq 10000 manat, mənəvi və fiziki zərərin əvəzi olaraq 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsini, cavabdehlərin üzərinə onun, ailəsinin və yaxın ətrafının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrinə son qoyulması və əməkdaşları barəsində tədbir görülərək, səhih, dürüst, tam, hərtərəfli obyektiv, təxirəsalınmaz araşdırma aparılaraq onların bəd əməlləri barəsində cinayət işi başlanaraq, Azərbaycan Respublikası MPM-nin 265.4cü maddəsinin tələbini rəhbər tutmaqla xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli, 2-1(118)-1593/2022 nömrəli qərardadı (hakim X1) ilə iddia mümkün sayılmamışdır.

3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və inzibati məhkəmə icraatının təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2-1(105)-487/2022 nömrəli qərardadı (X2 (sədrlik edən və məruzəçi), X3 və X6) ilə Sumqayıt İnzibati Məhkəməsinin 6 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İddiaçının nəzərinə çatdırılmışdır ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə olunmamışdır. İddiaçıya 4 noyabr 2022-ci il tarixinədək göstərilən çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə iddiaçı xəbərdar edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Mülki Prosessual Məcəllə Maddə

67. Vəkilin prosesdə məcburi iştirakı Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkə mə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.... Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4. Şikayətə vəkilin orderi... əlavə olunur.

8. İnzibati Prosessual Məcəllə: Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Az ərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə

90. Kassasiya şikayəti vermək hüququ... Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə

96. Ali Məhkəmədə icraat 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

9. Məhkəmə kollegiyası hesab edir k i, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

10. İPM-in 90.3-cü və MPM-in 67.1, 407.3 və 407.4-cü maddələrinin tələblərindən göründüyü kimi, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə order əlavə olunmalıdır. Kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

11. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. İddiaçı bu barədə xəbərdar edilməsinə baxmayaraq, bildirişdə göstərilən çatışmazlığın aradan qaldırılması üçün hər hansı tədbir görməmişdir.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 10 avqust 2022-ci il tarixli, 2-1(105)-487/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar