Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2063/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “X6 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının сavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “X6 B.V” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid mətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(103)358/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla, iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, nəticəsi xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
2. Həmin aktda təsbit olunanlara görə müəssisə tərəfindən mənfəət vergisini 2016-cı ildə 30242,87 manat; 2017-ci ildə 15.621,15 manat; ƏDV-nin 2017-ci ildə 58.556,72 manat; 2016-cı ilin dekabr ayı üzrə 240.444,07 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin və 2019-cu ilin İİ rübü üzrə 141.041,09 manat ödəmə mənbəyində tutulan verginin - azaldılması, 32001,33 manat məbləğində artıq hesablanması, 10.879,9 manat məbləğində əmlak vergisinin artıq hesablanması, ümumilikdə, 443.024,67 manat məbləğində vergilərin az hesablanması və məcburi dövlət sosial sığorta haqları üzrə 242.919,07 manat məbləğində az hesablanması, 7039,3 manat məbləğində artıq heablanması müəyyən edilmişdir. Həmin akt əsasında cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********142636 nö mrəli qərarı ilə iddiaçıya 678.904,44 (728.824,97-49920,53) manat vergi hesablanmış və 78.331,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək **********142636 nömrəli, 16 dekabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mübahisələndirilən qərarla iddiaçıya Filiala 678.904,44 manat vergi hesablanmış və 78.331,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə aktda kranlarla bağlı 2016-ci il üzrə 228,934.33 manat amortizasiya, 7445.88 manat əmlak vergisi, 2017-ci il üzrə 220.91 manat amortizasiya, 34 34.02 manat əmlak vergisi əsassız olaraq xərclərdən çıxılmışdır.
5. Filialın gəlirin əldə edilməsi ilə bağlı sahibkarlıq fəaliyyətində istifadə üçün kranlar idxal olunmuşdur. Həmin kranlar X1 şirkətinə icarəyə verilmişdir və icarə haqqı filialın gəlirində əks olunaraq, mənfəət və ƏDV-yə cəlb olunmuşdur. Vergi orqanının istinad etdiyi və CMK Mammoth Gulf BV Dubay şöbəsi ilə bağlanmış 15013078 və 15005439 nömrəli müqavilələr kranların icarəsinə aid deyil. İcarəyə götürülmüş digər avadanlıqların siyahısı müqavilələrdə əks olunmuşdur, onlar filialın balansına götürülməmişdir və həmin avadanlıqlar üçün qeyri-rezidentlərə ödənilmiş icarə haqları 14% ÖMV-nə və 18% qeyri- rezident ƏDV-nə cəlb edilmişdir və müvafiq ÖMV və ƏDV bəyannamələrində əks olunmuşdur.
6. Kranlara gəldikdə isə amortizasiya və əmlak vergisi əvvəlki illərdə də hesablanmışdır və səyyar, həmçinin kameral yoxlamalar tərəfindən qəbul olunmuşdur. ƏDV üzrə qeyd etmək lazımdır ki, filial CMK Mammoth Gulf BV və Mammoet FZE şirkətlərindən daxil olmuş hesablar aşağıdakı qaydada olmuşdur:
7. CMK X7 - icarə haqqı - 49635.18 manat; 2.CMK X7 - demobilizasiya xidmətləri - 101638.03 manat; 3.Mammoet FZE - demobilizasiya xidmətləri - 7134.93 manat. Avqust 2017-ci il üçün təqdim olunmuş ƏDV Bəyannaməsinin 7 saylı Əlavəsində CMK Mammoth Gulf BV Dubai şirkətinə ödənilmiş 459206.35 manata 82657.14 manat ƏDV hesablanaraq əvəzləşdirilmişdir.
8. Əlavə olaraq, “Mammoet FZE” şirkətinə aparılmış 57981.80 manat ödənişə 10436.72 manat ƏDV əvəzləşdirilmişdir. Cəmi ƏDV Bəyannaməsi ilə əvəzləşdirilən ƏDV 93093.87 manat təşkil etmişdir. Yoxla ma ilə heç bir əsaslandırma olmadan, sadəcə təsdiq olunmamış xərclər kimi göstərilən 58556.72 manat əvəzləşdirmənin ləğvi tam əsassızdır
9. Aktda göstərilən şirkətlərin filiala göstərdiyi demobilizasiya xidmətləri Filial tərəfindən xx.xx.2016 il tarixli HM 004751 saylı ƏDV-siz ******* AZN, xx.xx.2016 il tarixli HM 635651 saylı ƏDV-siz 37387.35 AZN, xx.xx.2016 il tarixli HM 635688 saylı ƏDV-siz 31060.26 AZN, xx.xx.2016 il tarixli HM 635711 saylı ƏDV-siz 26145 AZN, xx.xx.2017 il tarixli HO 932407 saylı ƏDV-siz 34044 AZN, xx.xx.2017 il tarixli HO 932408 saylı ƏDV-siz 17022 AZN məbləğində vergi hesab fakturalarla Sifarişçiyə ötürülərək gəlirdə əks olunmuşdur və gəlirdən çıxılmışdır.
10. Aktla Avqust 2017-ci ilə 58,556.72 manat ƏDV hesablanmışdır. Aktın 16-cı sətrinə əsasən CMK X7 BV və Mammoet FZE şirkətlərinə aparılan ödənişlərə hesablanmış ƏDV əvəzləşdirilə bilməz çünki bu şirkətlərdən daxil olan hesablar xərclərdən yoxlama ilə çıxarılır. ÖMV üzrə aktla (səh. 19) 2019-cu ilin 2-cü rübünə xalis mənfəətdən 10% vergi kimi 141,041.09 manat hesablanmışdır və 50% maliyyə sanksiyasının tətbiqi təklif edilmişdir.
11. Filial tərəfindən 2016-cı ilin 4-cü rübündə baş ofis CMK Mammoth Gulf BV Niderlanda köçürmə edilmişdir və həmin dövrün ÖMV Bəyannaməsində 2,756,548.40 manat xalis mənfəət 10% 275,654.84 manat vergi ödəmə mənbəyində tutulmuşdur və büdcəyə ödənilmişdir. Aktın 19-cü səhifəsində CMK X7 şöbəsinə və Mammoet FZE şirkətinə istinad olunaraq Vergi Məcəlləsinin 126-cı maddəsinə zidd olaraq 10% vergi hesablanmışdır. Halbuki CMK X7 və Mammoet FZE şirkətləri Filialın təsisçisi-baş ofi si deyillər. Eyni zamanda filialın Sifarişçisi olan Caspian Shipyard şirkəti təqdim etdikləri hesabları tamamilə filialın Kapital Bankdakı hesabına manatla ödəmişdir. 12. 2019-cu il ərzində Filial tərəfindən baş ofisə xalis mənfəət kimi ödəniş olmadığını nəzərə alaraq, aktla 141,041.09 manat vergini hesablanması Vergi Məcəlləsinin 126-cı və 150.1.6-cı maddələrinə ziddir. MDSS üzrə aktin (19-cu səhifə) təhlili göstərir ki, vergi orqanı təqdim edilmiş sənədlərə əsasən qeyri-rezident CMK Mammoth Gulv BV və Mammoet Europe BV şirkətlərindən daxil olmuş hesablara 20% rentabellik tətbiq edilir və qalan 80% işçinin ələ aldığı əmək haqqı kimi, vergi hesablayır. İlk növbədə hesablama Vergi Məcəlləsinə ziddir.
13. Vergi orqanının Gross əmək haqqı – 2500/*25%+2500*14%/ - Gross əmək haqqı*3%=net əmək h aqqı 0.72 Gross əmək haqqı+net əmək haqqı-275 Gross əmək haqqı+(net əmək haqqı-275)/072 həm riyazi cəhətdən səhvdir, eyni zamandada bu düstur Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Aktın 18 və 20-ci səhifələrində qeyd olunur ki, avqust 2016- dekabr 2016-cı il dövrünə 9 xarici əməkdaş (David Moffitt, X11, X10, Tom Smith, X8, Michael Jordan, M.X.Tieman, X5, X3) üçün əmək haqqı 971,676.26 manat az hesablanmışdır və müvafiq olaraq 240,444.07 manat gəlir vergisi 242,919.07 manat sosial ayırmalar hesablanmışdır, amma aktda 2016-cı ilin dekabr ayında əks olunmuşdur.
14. Lakin həmin xarici əməkdaşlar Azərbaycanda əsasən Yanvar -İyul 2016-cı illərdə olmuşlar və bu dövr yoxlama predmeti olmamışdır. Göründüyi kimi, xarici əməkdaşlar Avqust-Dekabr 2016-cı il dövründə Azərbaycanda cüzi günlər olmuşl ar və bunun müqabilində onlara 971,676.26 manat əmək haqqı, gəlir vergisi və sosial ayırmalar hesablanması tam əsassızdır. Aktın 18-ci səhifəsinə əsasən Mammoet Europe BV və Mammoet Malaysiya arasında bağlanmış müqavilədə 20% ticarət əlavəsi nəzərdə tutulmuşdur. Buna əsasən vergi orqanı filialın 9 xarici əməkdaşına əmək haqqı, əmək haqqına gəlir vergisi və sosial ayırmalar hesablamışdır.
15. Aktın 18-ci səhifəsində qeyd olunan Mammoet Europe BV və Mammoet Malaysiya şirkətləri ilə bağlanan müqavilələrə baxdıqda 20% ticarət əlavəsindən deyil, 20% qaimə xərclərinin qeyd olunduğu yazılmışdır. Beleliklə, aktla aparılan hesablamalar səhv mülahizəyə əsaslanır və tam əsassızdır...”
16. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir.Etirazda qeyd edilmişdir ki, yoxlamaya təqdim edilm iş sənədlərə əsasən 2016-cı il üzrə gəlir və xərclər aşağıdakı kimi müəyyən edilmişdir: 2016-ci il üzrə görülmüş iş və xidmətlərdən əldə olunan gəlir 6480528.79 manat (o cümlədən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 6357689.83 manat, xarici valyutanın manata nisbətən müsbət məzənnə fərqi 122838.96 manat), gəlirin əldə edilməsi ilə bağlı xərcləri 2673690.62 manat (o cümlədən: əmək haqqı 1509957.66 manat o cümlədən xarici əmkdaşlar 1436372.68 manat, sosial sığorta haqları üzrə 332190.68 manat, bank xərcləri 36153.18 manat, icarə haqqı 14717.45 manat, digər xərclər 780671.65 manat, amortizasiya ayırmaları 0.0 manat, gəlirdən çıxılan vergilər 0.0 manat o cümlədən əmlak vergisi 0.0 manat) vergiyə cəlb olunan mənfəət 3806838.17 manat müəyyən ed ilmiş və müvafiq olaraq 20% dərəcə ilə 761367.63 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən 30242.87 (7613xx.xx-731124.76) məbləğində mənfəət vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 30242.87 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 15121.44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017-ci il üzrə görülmüş iş və xidmətlərdən əldə olunan gəlir 603995.21 manat (o cümlədən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 742516.28 manat, xarici valyutanın manata nisbətən mənfi məzənnə fərqi 138521.07 manat), gəlirin əldə e dilməsi ilə bağlı xərcləri 525889.44 manat (o cümlədən: əmək haqqı 131998.53 o cümlədən xarici əmkdaşlar 51048.23 manat, sosial sığorta haqları üzrə 29039.68 manat, icarə haqqı 10793.87 manat, bank xərcləri 28420.26 manat, biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi,xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 325637.10 manat, amortizasiya ayırmaları 0.00 manat, gəlirdən çıxılan vergilər 0.00 manat o cümlədən əmlak vergisi 0.00 manat) vergiyə cəlb olunan mənfəət 78105.77 (800xx.xx-1902.14) manat müəyyən edilmiş və müvafiq olaraq 20% dərəcə ilə 15621.15 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yoxlamaya təqdim edilmiş sənədlərə əsasən 15621.15 (15621.15-0.00) məbləğində mənfəət vergisi hesablandı və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilə n məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 15621.15 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 7810.58 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən hazırkı yoxlama ilə ƏDV aşağıdakı qaydada hesablanmışdır. Belə ki, görülmüş iş və xidmətlərə görə ƏDV cəlb olunan dövriyyə 4500055.07 manat, qeyri rezident tərəfindən göstərilmiş xidmətlərə görə dövriyyə 2159472.83 manat və müvafiq olaraq hesablanmış ƏDV 810 009.91 manat və 388705.11 manat və əldə edilmiş VHF, YGB və onu əvəz edən digər sənədlərə əsasən əvəzləşdirilən ƏDV 383234.56 manat büdcəyə çatası ƏDV məbləği 815480.46 manat müəyyən edilmişdir. Beləliklə, büdcəyə əlavə olaraq 58556.72 (815480.46 -756923.74) manat məbləğində ƏDV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 58556.72 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 29278.36 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. MÖMV üzrə: Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, Filial tərəfindən xarici fiziki şəxsərin Azərbaycan mənbəyindən əldə etdikləri gəlirləri (əmək haqqı və ya ona bərabər tutulan gəlirləri) düzgün göstərilməmiş və nəticədə MÖMV azaldılmışdır. Beləliklə, Filial ilə “Mammoet Europe B. V" və “Mammoet Malaysiya” arasında bağlanmış müqavilələrə, invoyslara və onun əlavələrinə əsasən xarici əməkdaşlara (David Moffitt, X12, X10, Tom Smit, X9, Michael Jordan, M.X. Tiemanx, X5, X2) 2016-ci ilin avqust - dekabr ayları üzrə 288 222.75 manat əmək haqqı hesablanmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə (müqavilə, invoys və onun əlavələrinə) əsasən müəyyən edilmişdir ki, layihə xidmətlərinə görə tərəflər arasında yəni filial ilə “Mammoet Europe B.V" və “Mammoet Malaysiya” arasında bağlanmış müqavilələrə əsasən xidmətin dəyəri 20% ticarət əlavəsi, qalan hissəsi isə mütəxəssislər tərəfindən göstərilən xidmətlərə görə ödəniləcək xidmət haqqından ibarətdir. Belə ki, “Mammoet Europe B.V" tərəfindən göstərilən və ödənilən xidmətin dəyəri 2016-ci il üzrə 1 064 601.71 manat, “Mammoet Malaysiya” tərəfindən göstərilən və ödənilən xidmətin dəyəri isə 6 921.04 manat təşkil edir. Xarici əməkdaşların (David Moffitt, X12, X10, Tom Smit, X9, Micha el Jordan, M.X.Tiemanx, X5, X2) iş saatları nəzərə alaraq, və əmək məcəlləsinin 154-cü maddəsinə əsasən müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi (bizim misalda xidmət müqaviləsində) ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (birbaşa qeyri-rezindentə ödənilən xidmət haqqının tərkibində olan ödəniş nəzərə alınaraq), habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu (yemək pulu, ölkədə qalma və sair) olduğuna görə, bağlanmış müqavilərin ticarət əlavəsi nəzərə almamaqla, qeyri-rezidentlərə ödənilmiş xidmətin dəyəri 887 168.09 və 22434.20 manat (1064601.77/1.20 və 26 921.04/1.20) - ödənilmiş əmək haqqı kimi Vergi Məcəlləsi nin 98-ci maddəsinə əsasən qiymətləndirilmişdir. Eyni zamanda, hesablanmalı əmək haqqı müəyyənləşdirmək üçün, mütəxəssislərin sayı nəzərə alınmaqla və ümumilikdə hesablanmalı əmək haqqı 2500 manatdan yuxarı olduğu üçün, aşağıdaki hesablama verilmişdir: Gross Əmək haqqı - ((Gross əmək haqqı -2500) * 25%+2500*14%)-Gross Əmək haqqı*3%= Net Əmək haqqı 0.72 Gross əmək haqqı = Net Əmək haqqı -275 Gross əmək haqqı= (Net əmək haqqı -275)/0.72 Beləliklə, bir nəfərin hesablanmış əmək haqqı müəyyənləşdirəndən sonra, və mütəxəssislərin sayı (9 nəfər) nəzərə almaqla, cəmi hesablanmalı əmək haqqı 1259 899.02 manat ((909602.299*275)/0.72) olduğu müəyyən edilmişdir. Nəticədə vergi ödəyicisi tərəfindən təqdim edilmiş MÖMV bəyannaməsində göstərilmiş yuxarıda qeyd olunan 9 nəfər xarici əməkdaşlara görə hesab lanmış 288 222.75 manat əmək haqqı nəzərə alınmaqla əlavə olaraq 971676.26 (1259 899.02-288 222.75) manat məbləğində əmək haqqı hesablandı və müvafiq olaraq yoxlama ilə 240444.07 manat (9716xx.xx-2500*9) *25%+350*9) məbləğində MÖMV hesablanmışdır. Beləliklə, büdcəyə əlavə olaraq 240444.07 manat məbləğində MÖMV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 240444.07 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 120222.03 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən (ayrı-ayrı fiziki şəxslərlə bağlanmış xidmət müqavilələri, təhvil-təslim aktları, ödəniş sənədləri və sair) müəyyən edilmişd ir ki, filial tərəfindən Sosial Sığorta haqqında Qanunun 14.3.1 -ci maddəsinin tələbləri pozulmuş və nəticədə büdcəyə çatası MDSS üzrə 242919.07 manat (o cümlədən 2016-cı il üzrə 3% 29150.29 manat, 22% üzrə isə 213768.78 manat) məbləği azaldılmışdır. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, filial tərəfindən xarici fiziki şəxsərin Azərbaycan mənbəyindən əldə etdikləri gəlirlər ( o cümlədən “Mammoet Europe B.V" (David Moffitt, X12, Tom Smit, Michael Jordan, M.X.Tiemanx, X5, X2) və “Mammoet Malaysiya” (X10, X9,)) düzgün göstərilməmiş və nəticədə əmək haqqı və ya ona bərabər tutulan ödənişlər 971676.26 (1259 899.02-288 222.75) manat məbləğində azaldılmış və nəticədə MDSS azaldılmışdır.Eyni zamanda 2017-ci ilin 1 -ci rübü üzrə 7039.30 manat məbləğində artıq hesablandığı müəyyən edilmişdir. ÖMV: Yoxlama zamanı müəyyən edilmişdir ki, Filial ilə "CMK Mammoth Gulf B.V." Dubay şöbəsi arasında bağlanmış müqaviləyə əsasən layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan habelə gəlirin əldə edilməsi ilə bağlı olmayan xərclərə görə qeyri - rezidentə "CMK Mammoth Gulf B.V." Dubay şirkətinə 267330.99 manat ödəniş aparılmış və həmin ödənişdən 10% 26733.10 manat ÖMV hesablanmışdır. Yoxlama ilə həmin məbləğ gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün xərclərin tərkibindən çıxarıdığı və müvafiq olaraq 20% həcmində MV hesablandığı üçün ÖMV 26733.10 manat azaldılmışdır. Bunundan başqa, Filial ilə “Mammoth FZE” (BƏƏ-Dubay) şirkəti arasında bağlanmış müqaviləyə əsasən layihə xidmətləri adı ilə ilkin sənədlərlə təsdiq olunmayan habelə gəlirin əldə edilməsi il ə bağlı olmayan xərclərə görə “Mammoth FZE” (BƏƏ- Dubay) şirkəti üzrə ödənilmiş 52682.34 manat görə ÖMV 5268.23 manat ÖMV hesablanmışdır. Yoxlama ilə həmin məbləğ gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün xərclərin tərkibindən çıxarıdığı və müvafiq olaraq 20% həcmində MV hesablandığı üçün ÖMV 5268.23 manat azaldılmışdır. Eyni zamanda yoxlamaya təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, filialın xalis mənfəət məbləği 4238064.36 manat olduğu halda, elan edilmiş 2756548.40 manat dividentdən müvafiq olaraq 10%- 275654.84 manat vergi tutulduğu müəyyən edilmişdir. VM- nin 13.2.19-cu maddəsinə əsasən xalis mənfəət mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. Yoxlama zamanı bankda olan pul vəsaitinin qalığı 71105.0 min manat nəzərə alınmaqla 1410410.96 manat xalis mənfəət ve rgiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri- rezidentə köçürülən (verilən) məbləğlərdən 141041.09 (1410410.96 *10%) manat məbləğində ÖMV hesablanmış və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 141041.09 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında yəni 70520.55 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-814/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim-H.Ağalarov) iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin p ozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********142636 nömrəli qərarı ləğv edilmişdir.
18. Məhkəmə hesab etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən öz mülahizəsinə əsasən sözügedən müqavilə şərtlərinə qeyd olunan formada təfsir olunması əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi iş materiallarında olan, “CMK Mammoth Gulf” şirkətinin Azərbaycan filialı (CMK) ilə “X4 Ltd” şirkəti arasında Azərbaycan Respublikasının Bakı şəhərində yarım-dalma qazma qurğusu tikintisi layihəsi üçün tırtıllı kranların icarəyə verilməsinə dair icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən, icarəçi təsdiqləyir ki, avadanlıq üzərində mülkiyyət hüququ avadanlıq icarəyəverəninə və/yaxud avadanlıq icarəyəverənin təchizatçısına (təchizatçılarına) və yaxud avadanlıq icarəyəverə nin icarəyəverənə (icarəyəverənlərinə) məxsusdur və hər zaman onlara məxsus olaraq qalmalıdır.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(103)-358/2023 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-814/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşm ış və əlavə olaraq qeyd etmişdir ki, VM-nin 13.2.17, 99.21, 99.2.3, 108.1, 114.1, 114.7-ci maddələrinin tələbləri və tədqiq olunan müqavilə şərtləri nəzərə alınmaqla, iddiaçı tərəfindən icarəyəverən tərəfindən onun icarəsinə verilmiş avadanlıqlarının demobilizasiya xtidmətlərinə ((daşınma, sökülmə-yığılma) görə çəkilən məsrəflərin xərclərə daxil edilməsi tamamilə əsaslıdır.
22. Yoxlayıcının qeyd olunan mövqeyi ilə də razılaşmaq mümkün deyil. Çünki, subpodratçı şirkətlər tərəfindən təqdim edilən işlər və xidmətlər gəlirin əldə olunması ilə bağlı olduğu üçün müvafiq elektron qaimə-faktura ilə rəsmiləşdirildiyinə görə iddiaçı tərəfindən həmin xidmətlərin haqqı gəlirdən çıxılan xərclərə aid edilmiş, bu əsasla da 48120,0 manat və 10436,72 manat ƏDV məbləği Vergi Məcəlləsinin 169 və 175-ci mad dələrinin tələblərinə uyğun əvəzləşdirilmişdir.
23. Eyni zamanda, yoxlama aktında, “avqust 2016 - dekabr 2016” dövründə 9 xarici əməkdaş (David Moffitt, X11, X10, Tom Smith, X8, Michael Jordan, M.X.Tieman, X5, X3) üçün əmək haqqının 971,676.26 manat az hesablandığına görə müvafiq olaraq 240,444.07 manat MÖMV, 242.919,07 məcburi dövlət sosial sığorta haqları hesablandığı göstərilir.
24. Halbuki, istinad olunan həmin 9 xarici əməkdaşın faktiki olaraq 2016-cı il ərzində Azərbaycanda əmək faəliyyəti göstərməsi, onların xidmətlərin görülməsinə cəlb edilmələri və onların Vergi Məcəlləsinin 97.2-ci maddəsində nəzərdə tutulan vergitutma obyekti olan əmək haqqı almaları cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, iş materiallarında bununla bağlı sənəd-sübut mövcud deyildir.
25. İşə əlav ə olunmuş həmin ekspert rəyindən görünür ki, ekspert tədqiqatı ilə səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə müəssisə tərəfindən əlavə dəyər vergisi, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi və məcburi dövlət sosial sığorta haqlarının az hesablanması müəyyən edilməmişdir.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. Cavab deh Vergilər Məcəlləsinin 108-ci və 130-cu maddələrinə istinad edərək hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd edilən maddi hüquq normalarının tələblərinə zidd qərar qəbul edilmişdir. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “İnzibati icraat haqqında” Qanun. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquqi normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
30. Azərbaycan Respublikası Vergilər Məcəlləsi: Maddə 2.3. Vergi qanunvericiliyi aktları ilə digər sa hə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq edilir. Maddə 2.4. Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz: Maddə 13.2.17. Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. Maddə 38.3 Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.7 Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkə nar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır)........... 38.7.3. Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə 56.1 Vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Maddə 97.2 Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir. Maddə 99.2 Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1 sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim ed ilməsindən gəlir; 99.2.3 əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; Maddə 108.1 Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Maddə 114.1 Bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır. 114.7 Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. Maddə 126 Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergi sindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Maddə 169 ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur. Maddə 175 Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatla r üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ö dənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir. 31.İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəm ə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyə ti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
32. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş xx.xx.2010-cu il tarixli “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Fərman.
33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMK ÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunverici liyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə pr edmeti ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
40. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən keçirilən növbədən kənar səyyar vergi yoxlaması VM-nin bir sıra maddi hüquq normalarının pozulması ilə keçirilmişdir.
41. Belə ki, vergi yoxlaması xx.xx.2019-cu il tarixdə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır.
42. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş xx.x x.2010cu il tarixli “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Fərmanına əsasən yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi müəyyən edilmişdir. Bununla yanaşı, adıçəkilən sənəddə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə olunmasını təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılmış, onun aparılması isə Ədliyyə Nazirliyinə həvalə edilmişdir.
43. Sahibkarlıq sahəsində aparılan yoxlamalaram tənzimlənməsi və sahibkarlığın maraqlarının müdafiəsi haqqında AR Qanununun 3.2 maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulma sı ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən AR Qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarının pozulması faktları ilə bağlı məsuliyyət tədbiri tətbiq edilə bilməz.
44. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.5 bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyesterdə qeydiyyata alındıdan sonra keçirilə bilər. Reyesterdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
45. Həmin Əsasnamənin 3.4.16-cı bənd inə əsasən reyesterdə yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərar verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) daxil edilir.
46. Lakin, Ədliyyə Nazirliyinin 05/7708-14 saylı xx.xx.2021-ci tarixli məktubuna əsasən xx.xx.2019-cu il tarixli **********194533 saylı müddətinin uzadılması haqqında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Qərarı Reyesterdə qeyd edilməmişdir və beləliklə vergi orqanı qanunvericiliyin tələblərini pozmuşdur.
47. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquqi normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz say ılır.
48. Qeyd olunmalıdır ki, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilinəsi müddəti 90 iş gününə qədər artırıla bilər.
49. İşin hallarından müəyyən olunur ki, yoxlama 1 il ərzidə aparılmış, iki dəfə uzadılmış və 9 dəfə dayandırılmışdır. Halbu ki, VM-nin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):........ 38.7.3....... Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildik də və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək................
50. Qeyd olunan yoxlama müddətinin uzadılması və dayandırılması haqqında qərarların qəbul edilməsinə səbəb cavabdeh tərəfindən ekspertizanın keçirilməsi göstərilmişdir. Lakin yoxlama müddəti ərzində heç bir ekspertiza keçirilməmişdir və məhkəmə baxışı zamanı ekspertizanın keçirilməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir.
51. Əksinə birinci instansiya məhkəməsi tərəfindən işin mübahisələndirilən hallarına aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən 05 mart 2022-ci il tarixli 9/8082 nömrəli ekspert rəyi alınmışdır.
52. İş materiallarında olan həmin ekspert rə yindən görünür ki, ekspert tədqiqatı ilə səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə müəssisə tərəfindən əlavə dəyər vergisi, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi və məcburi dövlət sosial sığorta haqlarının az hesablanması müəyyən edilməmişdir.
53. Cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə olunmaqla, iddiaçının fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, nəticəsi xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir və məsuliyyətə cəlb etmə müddəti keçmiş hallarla bağlı iddiaçının məsuliyyə tə cəlb edilməsi barədə qərar qəbul etmişdir.Yəni 2016 ilə münasibətdə mənfəət, ödəmə mənbəyindən və 2017-ci il üzrə ƏDV kimi əlavə vergi mənfətləri hesablanmışdır.
54. Halbu ki, Vergi Məcəlləsinin 56.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
55. Göstərilən pozuntularla yanaşı cavabdeh yoxlama zamanı artıq yoxlama predmeti olmuş 2017-ci ilin ƏDV və mənfəət vergisi üzrə əlavə vergi öhdəliyi barədə qərar qəbul etmişdir.
56. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahis ə predmeti olan cavabdehin qərarı növbədən kənar qaydada aparılmış yoxlamanın nəticələri əsasında qəbul edilmiş, qərarların yoxlanmasının növbədənkənar qaydada aparılması ilə bağlı cavabdehin qərarı VM-in 38.3-cü maddəsinin tələblərinə zidd olaraq əsaslandırılmamışdır.
57. Bununla yanaşı işə əlavə olunmuş ekspert rəyindən görünür ki, ekspert tədqiqatı ilə səyyar vergi yoxlamasının əhatə etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə müəssisə tərəfindən əlavə dəyər vergisi, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi və məcburi dövlət sosial sığorta haqlarının az hesablanması müəyyən edilməmişdir.
58. Beləliklə, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya hesablanmış vergilərin qanunvericiliyə zidd olduğu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir.
59. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
60. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(103)-358/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.