Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2063/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)1240/2 024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən 3-36/2-M-58xx-xx/2023/4373 saylı xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. İmtina məktubunda göstərilmişdir ki, Füzuli rayonu, Alxanlı kəndi işğaldan azad olunduğundan xx.xx.2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra təmas xətti ləğv edildiyindən, qeydiyyatda olduğu kənd sakinlərinə xüsusi qaydada məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırılmışdır. Ona görə də iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında məskunlaşaraq yaşayır.
5. Bakı şəhəri Əhaliyə Xidmət İdarəsi və Xətai Rayon Sektoru tərəfindən verilmiş 53 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının qanuni nümayəndəsi (anası) məcburi köçkün statusuna malikdir və ünvan 3 ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir.
6. Sözügedən hüquqlarından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən 3-36/2-M-58xx-xx/2023/4373 saylı xx.xx.2023-cü il tarixli məktub ilə onun müraciətindən imtina edilmişdir. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Ona görə ki, övladlarının ikisi də (qızı İddiaçı və oğlu X8) 2011-ci il tarixindən onun himayəsində yaşayırlar və Cəbrayıl rayonunun B.Mərcanlı kəndində qeydiyyatdadırlar. 7. xx.xx.2016-ci il tarixli AA seriyalı № 370121 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə Cəbrayıl rayonundan məcburi köçkün düşmə faktını təsdiqlənir. Cavabdeh ərizəni araşdırmadan haqsız olaraq imtina vermişdir. Məhz bu səbəbdən məhkəməyə müraciət etmək qərarı na gəlmişdir. İddia tələbinə cavabdehin etirazı:
8. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Füzuli rayonunun kəndi işğaldan azad olduğu üçün, xx.xx.2020-ci il tarixdən işğaldan azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən qeydiyyatda olduğu kənd sakinlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi dayandırıldığına görə istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir.
9. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 ü zrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.
10. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.
11. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. 12. “Azərb aycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi qəbul edir.
13. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sə nədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır.
14. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. 15. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.
16. İddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər K omitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçının atası X7 məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə 1994-cü il tarixdə işğaldan azad olunmuş Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olmuşdur. Həmçinin, iddiaçının anası isə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 4i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 17. ünvan 5də işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdı r. Lakin 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərin işğaldan azad olunması nəticəsində, həmçinin cənab X6 də çıxış zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir.
18. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
19. Göründüyü kimi, 1994-cü ildə Alxanlı kəndi işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların v ə məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
20. Göründüyü kimi, iddiaçının valideynləri 1994-cü ildə işğaldan azad olunmuş ünvan 6i ünvanına qayıtmaq imkanına malik olduqlarından Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdir lər.
21. İddiaçının atasının məcburi köçkün statusuna malik olması faktı belə övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz. Çünki ünvan 5də işğaldan azad olunduğundan, həmçinin X2 sonra təmas xətti ləğv edildiyindən iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilə bilməz.
22. İddiaçının atası işğaldan azad Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.
23. Məcburi köçkün statusuna malik olan qadın işğaldan sonra məcburi köçkün statusuna malik olmayan şəxslə nikaha daxil olmaqla və ya olmadan ailə həyatı qurduqda, qadın öz əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmasa belə, ailə həyatı qurduğu şəxsin yaşayış yeri ailənin yaşayış yeri hesab edilir. Nəticədə, onların işğaldan sonra doğulmuş uşaqlarının yaşayış yeri işğal zonası olmadığından, həmin uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Qeyd olunan fikirlərin məntiqi yekunu olaraq, iddiaçının atası işğaldan azad Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən iddiaçı Füzuli rayonu, Alxanlı kəndindən məcburi köçkün düşə bilməzdi. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
24. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-13529/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi cavabdehin üzərinə qoyulmuşdur.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə.
26. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının valideynlərinin hər ikisi məcburi köçkündür, iddiaçı hazırda anasının himayəsindədir. İddiaçının anası Cəbrayıl rayonunun B.Mərcanlı kəndində doğulmuşdur, məcburi köçkündür, hazırda Cəbrayı l rayonunun B.Mərcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.
27. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, iddiaçı ona məcburi köçkün vəsiqəsi verilməsini tələb etməkdə haqlı sayılmalıdır.
28. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1240/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-13529/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərin ə münasibətdə aşağıdakıları qeyd etmişdir.
31. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, cavabdeh imtinasında və apellyasiya şikayətinin dəlillərində iddiaçının atasının 1994-cü il tarixdə işğaldan azad edilmiş Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olmasına və iddiaçının valideynlərinin 1994-cü ildən işğaldan azad olunmuş Füzuli rayonu, Alxanlı kəndinə qayıtmaq imkanına malik olmalarına istinad etsə də, iş materiallarından görünür ki, iddiaçının valideynləri arasında olan nikah 2011-ci ildə pozulmuş və iddiaçı anasının himayəsində saxlanılmışdır.
32. Belə ki, iş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-268/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən iddiaçının valideynləri arasında Füzuli rayon VVADQ şöbəsində bağl anmış xx.xx.2005-ci il tarixli 33 saylı nikah qeydiyyatı pozulmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı və xx.xx.2008-ci il tarixdə anadan olmuş X8 Qanuni nümayəndə himayəsində saxlanılmışdır. İddiaçı və X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün alınmış, xx.xx.2011-ci il tarixdən başlayaraq X4 hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin Qanuni nümayəndə verilməsi qət edilmişdir.
33. Qanuni nümayəndə isə Füzuli rayonu, Alxanlı kəndi ünvanında qeydiyyatda olmamaqla AA seriyalı 370121 saylı xx.xx.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinə əsasən 1993-cü il tarixdən Cəbrayıl rayonundan məcburi köçkündür.
34. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxsləri n) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
35. Göründüyü kimi, iddiaçının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-268/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən himayəsində saxlanılmasının müəyyən edildiyi valideyni - Qanuni nümayəndə Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu i tirməmişdir.
36. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
37. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
38. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məh kəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normala rının tələblərinə riayət edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, o cümlədən apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
45. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
46. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(0 72)-268/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən iddiaçının valideynləri arasında Füzuli rayon VVADQ şöbəsində bağlanmış xx.xx.2005-ci il tarixli 33 saylı nikah qeydiyyatı pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı və xx.xx.2008-ci il tarixdə anadan olmuş X8 Qanuni nümayəndə himayəsində saxlanılmışdır. Qanuni nümayəndə isə AA seriyalı 370121 saylı xx.xx.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinə əsasən 1993cü il tarixdən Cəbrayıl rayonundan məcburi köçkündür. 47. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyy ənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
48. Göründüyü kimi, iddiaçının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-268/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən himayəsində saxlanılmasının müəyyən edildiyi valideyni - Qanuni nümayəndə Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx.xx.1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirməmişdir.
49. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1-ci bəndinə əsasən, “ Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir:... 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara;...
50. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının valideynlərinin hər ikisi məcburi köçkündür, iddiaçı hazırda anasının himayəsindədir. İddiaçının anası Cəbrayıl rayonunun B.Mərcanlı kəndində doğulmuşdur, hazırda Cəbrayıl rayonunun B.Mərcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.
51. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasə n, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1240/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.