Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2064/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (“Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İddia çı1) qarşı üçüncü şəxs İddiaçı1 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv edilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 2-1(107)-253/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 1962-ci ilin dekabr ayında X8 adına 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1950-ci ildə tikilmiş, torpağın sahəsi cəmi 1056 kv.m olmuşdur.
2. Vartaşen (indiki Oğuz) rayon Şəhər Sovetinin 1969- 1971-ci il tarixli, 11 nömrəli təsərrüfatbaşına uçot kitabında Yusifov Canan Məddin oğlunun təsərrüfatının xüsusi istifadəsində 0,75 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. 3. 1977-ci ilin yanvar ayında X8 adına (həmin ad mötərizəyə alınaraq İddiaçı2 yazılmışdır) ünvan 2 ünvanında yerləşən 2 fərdi yaşayış evi ilə bağlı 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, evin biri 1950-ci ildə, digəri 1974-cü ildə tikilmiş, torpağın sahəsi cəmi 1030 kv.m olmuşdur. 4. 1982-ci ilin dekabr ayında X8 adına (həmin ad mötərizəyə alınaraq X12 yazılmışdır) Oğuz şəhəri, N.Nərimanov küçəsi, dalan 2, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 205 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə e vlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənədə əsasən, ev 1974-cü ildə tikilmiş, torpağın sahəsi, cəmi 984 kv.m olmuşdur.
5. X13 notariat qaydasında təsdiq edilmiş 06.10.1982-ci il tarixli müqavilə ilə özünə məxsus olan ünvan 3 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 1950-ci ildə tikilmiş, 31,7 kv.m yaşayış və 28,6 kv.m qeyri-yaşayış sahəsi olan 2 otaqlı evi oğlu İddiaçı2 bağışlamışdır. 6. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 1982-ci ilin dekabr ayında İddiaçı2 adına 1839 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport" tərtib edilmişdir. Həmin sənəddə evin 1950-ci ildə tikildiyi qeyd edilmiş, torpağın sahəsi göstərilməmişdir.
7. X13 13.05.1986-cı ildə vəfat e tmişdir. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı 03.10.1986-cı ildə X8 adına 21 nömrəli "Qeydəalma vəsiqəsi" verilmişdir.
8. X1 məxsus olan ünvan 5 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı yaşayış evinə 13.10.1986-cı ildə arvadı X6 adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir.
9. Oğuz Şəhəri "28 may" X5 Aqrar İslahat Komissiyasının 29.10.1998-ci il tarixli, 6 nömrəli qərarı ilə kooperativin ərazisində torpaq payı alacaq 541 nəfər, 1471 ailənin siyahısının təsdiq edilməsi qərara alınmışdır.
10. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarı ilə Oğuz şəhəri "28 may" X5 Aqrar İslahat Komissiyasının 29.10.1998-ci il tarixli 6 nömrəli qərarı təsdiq edilmişdir.
11. Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.09.2020-ci il tarixli, 10-0/93 nömrəli arayışına görə nümayəndəlikdə ev təsərrüfatlarının uçotu kitabı ilk dəfə 2013-cü ildə tərtib olunmuş, 2013-cü ilədək isə Oğuz şəhər əhalisinin uçotu kitabları mövcud olmuşdur. Həmin 2001-2013-cü illər üzrə uçot kitabına görə, həm İddiaçı1, həm də İddiaçı2 və ailəsinin yaşayış yerinin ünvanı Oğuz şəhəri, N.Nərimanov küçəsi, ev 12 olmuşdur.
12. Oğuz Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 25.07.2001-ci ildə təsdiq edilmiş "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də İddiaçı1 0,06 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur.
13. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12.11.202 0-ci il tarixli, **********18 nömrəli arayışına əsasən mülkiyyətinə həyətyanı torpaq sahəsi verilən subyektlərin siyahısında İddiaçı2 adı aşkar edilməmişdir.
14. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarına əsasən, 0,06 ha həyətyanı torpaq sahəsi ilə bağlı İddiaçı1 adına 23.03.2006-cı ildə JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" verilmişdir.
15. Azərbaycan Respublikası DTXK tərəfindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarına əsasən, İddiaçı2 adına 799,27 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A-389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" verilmiş, həmin sənəd X17 kitabında 21.04.2012-ci ildə 9625 nömrəsi ilə uçota alınmışdır.
16. Azərbaycan Respublikası DTXK- nın Oğuz rayon şöbəsi İddiaçı2 ərizəsinə 28.06.2013-cü il tarixli, 184 nömrəli cavab məktubunda bildirmişdir ki, Oğuz şəhəri "28 may" təsərrüfatı ərazisində torpaq islahatı aparılan zaman Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən vətəndaşların istifadəsində olan həyətyanı və bağ sahələri ölçülmüş, sxematik planı çəkilmiş, siyahı tərtib olunmuşdur. Həmin vaxt İddiaçı2 məxsus yaşayış evi və evə aid torpaq sahəsi məlum olmayan səbəbdən İddiaçı1 adına göstərilmiş və onun adına JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Bu uyğunsuzluğun aradan qaldırılması üçün həmin şəhadətnamə şöbə tərəfindən DTXK-nə təqdim edilmiş, ilkin sənədlər əsasında İddiaçı2 məxsus ev və evə aid olan torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" hazırlanaraq ona təqdim edilmişdir.
17. Oğuz RİH-in Memarlıq və tikinti şöbəsi tərəfindən iddiaçıya verilmiş 03.02.2015-ci il tarixli, 09 nömrəli arayışda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən, ona məxsus 0,08 ha torpaq sahəsində 1950-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi vardır.
18. Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16.03.2020-ci il tarixli, 10-0/34 nömrəli arayışına görə, ünvan 8 ünvanında 1995-2000-ci illərdən hal-hazıradək İddiaçı1 qeydiyyatdadır və yaşayır. Həmin evin həyətyanı sahəsi tikilialtı ilə birlikdə 0,03 ha təşkil edir. İddiaçı2 1995-2000-ci illərdə Oğuz şəhəri, N.Nərimanov küçəsi, ev 13 ünvanında qeydiyyatda olmuşdur. Hazırda İddiaçı2 ünvan 9 ünvanı əvvəllər ev 11 ünvanı olmuşdur, həyətyanı t orpaq sahəsi 0,11 ha təşkil edir.
19. İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını xahiş etmiş və həmin məhkəmənin 17.09.2015-ci il tarixli, 2-1(84)-369/2015 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
20. Daha sonra İddiaçı1 Şəki İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda göstərilən 17.09.2015-ci il tarixli, 2-1(84)-369/2015 nömrəli qərarından apelyasiya şikayəti vermiş və Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli, 21(107)-226/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17.09.2015-ci il tarixli, 2-1(84)-369/2015 nömrəli qərarı ləğv edilm iş və iddia mümkün sayılmamışdır.
21. İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsi 23.10.2019-cu il tarixli bildirişdə göstərmişdir ki, əvvəla JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" təqdim edilməmişdir, digər tərəfdən isə inventarlaşdırma işləri aparılan zaman torpaq sahəsi üzərində mübahisə olması məlum olmuşdur. Bundan sonra, 9 saylı Qəbələ Ərazi İdarəsi 22.11.2019-cu il tarixli bildirişdə eyni səbəblərə istinad edərək, daşınmaz əmlak üzərində hü quqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
22. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun ləğv edilməsi və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
23. Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli qərardadı ilə həmin iddia mümkün sayılmamışdır.Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı hazırkı iddia tələblərindən biri, yəni adına çıxarışın verilməsi ilə bağlı əvvəlcədən cavabdehə müraciət etsə d ə, digər iddia tələbləri, yəni İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı müraciət etməmişdir, belə olan halda iddianın həmin hissəsi mümkün sayıla bilməz, iddiaçının öz adına çıxarışın verilməsi tələbi isə iddianın həmin hissələrinin həllindən asılı olduğuna görə bu tələb də mümkün sayıla bilməz.
24. İddiaçı1 məhkəmənin qərardadından apelyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 20.07.2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 04.06.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
25. İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X7 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin ləğv olunmasını xahiş etmiş, lakin sonuncu 13.03.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin məsələ idarənin səlahiyyətləri daxilində deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
26. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs İddiaçı2) qarşı "A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın, texniki pasportun ləğv edilməsi və torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması",
27. İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı “üçüncü şəxs X7 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi” barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
28. İddiaçı1 iddia tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin plan və ölçüsü, həmin sahəyə dair RX seriyalı ******* nömrəli çıxarış və texniki pasport üçüncü şəxsə heç bir hüquqmüəyyənedici sənəd olmadan tərtib edilmişdir.
29. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X7 verilmiş J N-1605A kod 40501004 nömrəli şəhadətnamə onun mülkiyyət hüququna toxunur və bu səbəbdən ləğv edilməlidir.
30. Məhkəmə hər iki iddiada ləğv edilməsi, eləcə də verilməsi tələb olunan sənədlərin eyni torpaq sahəsinə aid olduğunu, hər iki işdə mübahisə predmetinin eyni olduğunu nəzərə alaraq həmin işlərə birgə baxılmasını və vahid qərarın qəbul edilməsini daha məqsədəuyğun saymış, həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul etmişdir.
31. Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-53/2021 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə iddiaçı X2 iddiası qismən təmin edilmiş, İddiaçı2 adına olan A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli 05.02.2016-cı il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqı nda daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın, 04.02.2016-cı il tarixli texniki pasportun İddiaçı1 adına olan JN1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyü 590 kv.m hissədə ləğv edilməsi, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
32. Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-53/20 21 nömrəli (sədrlik edən hakim Vidadi Qasımov) qərarı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X7 verilmiş JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi” barədə iddiası təmin edilməmişdir.
33. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 üçüncü şəxs X2 adına verilmiş JN1605A kod 40501004 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə iddiasını həmin torpaq sahəsinin onun mülkiyyətində olması ilə əsaslandırsa da, məhkəmə tərəfindən qeyd olunan həyətyanı torpaq sahəsinin məhz həmin hissəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən heç bir sənəd müəyyən edilməmişdir. "Oğuz şəhərində vətən daşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də İddiaçı1 adı qeyd olunmuş, İddiaçı2 adı isə həmin sənədə daxil edilməmişdir.
34. İddiaçı1 iddia tələbi ilə bağlı məhkəmə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən alınmış 30.11.2020-ci il tarixli mütəxəssis rəyinə istinadən qeyd etmişdir ki, İddiaçı1 adına olan JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş 600 kv.m torpaq sahəsi ilə İddiaçı2 adına verilmiş A389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmiş 799,27 kv.m torpaq sahəsinin 590 kv.m hissəsi üst-üstə düşür. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 İddiaçı2 adına verilmiş A seriyalı 389718 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün, RX seriyalı ******* nömrəli çıxarışın və texni ki pasportun yalnız həmin 590 kv.m hissədə ləğv edilməsini tələb etməkdə haqlıdır, qalan hissədə həmin sənədlərin ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Həmin hissədə iddia təmin edilə bilməz.
35. İddiaçı2 apelyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-53/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
36. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 2-1(107)-253/2021 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və Tahirə Əliyeva ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-53/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
37. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
38. İddiaçı2 kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
39. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğundur. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən işin hərtərəfli, ədalətli araşdırılması üçün lazımı şərait yaratmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqəti ifadə etməyən ifadələrə əsaslanm aqla qanunsuz və ədalətsiz bir qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X3 adının formal olaraq qeyd olunmasını əsas götürməklə və bu əsassız qeydiyyata istinad etməklə onun iddia tələbini qismən təmin etmişdir. Halbuki həmin cədvəldə aparılmış formal qeydiyyat sözügedən həyətyanı torpaq sahəsinin R.Yusifovanın mülkiyyətinə verilməsi və ona mülkiyyət şəhadətnaməsinin hazırlanmasına əsas ola bilməz. Həmçinin qeyd edilir ki, X4 adına verilmiş JN-1605 A kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qanunda nəzərdə tutulmuş qaydada hazırlanmasını təsdiq edən iş materiallarında heç bir sübut yoxdur. Eləcə də, həmin şəhadətnamənin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə cavabdeh tərəfindən sübut edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı üçüncü şəxs tərəfindən etiraz təqdim edilmişdir. Etirazda İddiaçı1 Oğuz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş 25.07.2001-ci il tarixli "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də adının qeyd olunduğunu, həmin torpaq sahəsində yerləşən evdə yaşadığını, həmin evə qeydəalma vəsiqəsinin verildiyini və torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olduğunu bildirmişdir. Etirazda kassasiya şikayətinin təmin olunmaması və qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1. 2 006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 42. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanunu. Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilik lə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
20. Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 21-ci maddəsinin üçüncü hissəsində deyilir ki, islahat hər bir kənd təsərrüfatı müəssisəsi üçün torpaq islahatının kompleks yerquruluşu layihələri və şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planları əsasında aparılır. Həmin Qanunun 21-ci maddəsinin dördüncü hissəsində deyilir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrin ə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir.
43. İnzibati Prosessual Məcəllə: Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
45. Apelyasiya instansiya məhkəməsinin qərarı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəm ə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
49. Hazırkı mübahisə mahiyyət etibarı ilə, üçüncü şəxs İddiaçı1 adına verilmiş 23.03.2006-cı il tarixli, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin cavabdeh tərəfindən ləğv olunması ilə bağlıdır.
50. Bununla bağlı nəzərə almaq lazımdır ki, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada üçüncü şəxslər hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsə verilmiş şəhadətnamənin ləğvini tələb etməkdə haqlı sayıla bilməzlər.
51. Bu qayda hazırkı mübahisəyə münasibətdə də tətbiq olunmalıdır. Belə ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 0,06 ha həyətyanı torpaq sahəsi İddiaçı1 mülkiyyətinə Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarına əsasən verilmişdir. Bu hal 23.03.2006-cı il tarixli, JN-1605A kod 40501004 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dəki qeydlərlə də təsdiq olunur. Başqa sözlə, həmin şəhadətnamənin verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənəd qismində Oğuz Rayon Aqrar İslahat Komissiyasının 05.11.1998-ci il tarixli, 75 nömrəli qərarı çıxış edir. Nəzərə almaq lazımdır ki, həmin qərar hüquq müəyyən edən inzibati akt sayılır və şəxsə münasibətdə hüquqi nəticə yaradır.
52. Bundan başqa, iş üzrə material lara əlavə olunmuş Oğuz Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 25.07.2001-ci ildə təsdiq edilmiş "Oğuz şəhərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl"də də İddiaçı1 0,06 ha torpaq sahəsinin verilməsi təsbit olunmuşdur.
53. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iş üzrə materiallara əlavə edilmiş 12.11.2020-ci il tarixli, **********18 nömrəli arayışından görünür ki, mülkiyyətinə həyətyanı torpaq sahələri verilən subyektlərin siyahısında İddiaçı2 adı aşkar edilməmişdir. Bununla bağlı həmçinin nəzərə almaq lazımdır ki, İddiaçı2 özü də onun mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə hər hansı sənəd təqdim etməmişdir.
54. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı2 şəhadətnamənin ləğ v olunması barədə iddia irəli sürərkən mübahisələndirdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasına əsaslanır, lakin buna baxmayaraq həyətyanı torpaq sahəsinin məhz həmin hissəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının İddiaçı1 adına verilmiş şəhadətnamə ilə əhatə olunan torpaq sahəsinin ona məxsus olmasını iddia etməsi şəhadətnamənin ləğvi üçün yetərli sayıla bilməz. Bunun üçün iddiaçı mübahisəli torpaq sahəsinin ona ayrıldığını təsdiq edən hüquqmüəyyənedici sənədlərə əsaslanmalı və iddiasının hüquqi əsası kimi həmin sənədləri təqdim etməlidir. Lakin iddiaçının bununla bağlı hər hansı mötəbər sənədə malik olduğu məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddiaçı tərə findən də məhkəməyə bu barədə hansı mötəbər sənəd təqdim edilməmişdir.
56. Beləliklə, apelyasiya məhkəməsinin İddiaçı2 İddiaçı1 adına verilmiş şəhadətnamənin ləğvinə dair iddia tələbinin təmin olunmaması barədə qərarı qanuni və əsaslı sayılmalıdır.
57. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli, 21(107)-253/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.