Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2064/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair plan-ölçünün etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı (üçüncü şəxslər: Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, X29, X27, X10, X19, X17) torpaq sahəsinin pla nı və ölçülərinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-43/2022 saylı, 7 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş 20 fevral 1981-ci il tarixli, B 000369 saylı “X18 dair” Dövlət Aktına əsasən, 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmış və həmin akt 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. 2. “Azərbaycan” Nəşriyyatı həmin torpaq sahəsi üzərində hüquqla rın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək 06 iyul 2017-ci il tarixli, **********04 saylı məktubunda bildirmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin koordinatları daxilində digər fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evləri mövcuddur.
3. Daha sonra iddiaçı tərəfindən 19 mart 2018-ci ildə yenidən cavabdeh orqana müraciət edilərək, sözügedən torpaq sahəsindən müxtəlif ölçülərdə ayrı-ayrı fiziki şəxslərə (o cümlədən hazırkı iş üzrə üçüncü şəxs X25) mülkiyyət hüququ əsasında torpaq sahələrinin verildiyi göstərilmiş, buna dair plan-ölçü sənədlə rinin ləğv edilməsi xahiş olunmuşdur.
4. Cavabdeh tərəfindən **********97 saylı, 09 aprel 2018-ci il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, ərizəyə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X25 verilmiş **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr saylı torpaq sahələrinin plan və ölçülərinin və onların verilməsinə əsas olmuş X7, X20, X2, X12, X13, X21, X22 əvvəllər verilmiş torpaq sahələrinin plan və ölçülərinin etibarsız hesab edilməsini xahi ş etmişdir. İddiaçının əsaslandırılması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən 20 fevral 1981-ci il tarixli “X18 X39” verilmişdir. X38 20 fevral 1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonunun inzibati ərazisində, kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarı ilə müəyyən edilmişdir. Həmçinin, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hal-hazırda iddiaçıya məlum olmuşdur ki, X23 X3, X14, X1, X8, X9, X15 və X16 aldığı torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrəli torpaq sahələrinin planı və ölçüləri verilmişdir. Cavabdeh tərəfindən verilmiş çıxarışlard a torpaq sahəsinin olduğu yer Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü isə fərdi yaşayış kimi qeyd edilmişdir. X5 və həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçiləri olmuş X7, X20, X2, X12, X13, X21 və X22 verilmiş torpaq sahəsinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin işçilərinin texniki səhvləri və ya xud vəzifələrindən suiistifadələri nəticəsində əvvəllər torpaq sahəsinin mülkiyyətçiləri olmuş qeyd olunan şəxslərə verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisində yerləşdirilmişdir. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər sırasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi öz işçilərinin texniki səhvlərini aradan qaldırmalıdır. Lakin “Azərbaycan” Nəşriyyatı nın müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları:
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etirazı ərizəsi verilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3197/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli (hakim E.Mustafayev) qərarı ilə iddia təmin edilmiş, X25 verilmiş **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr saylı torpaq sahələrinin plan və ölçüləri və onların verilməsinə əsas olmuş X7, X20, X2, X12, X13, X21, X2 2 əvvəllər verilmiş torpaq sahələrinin plan və ölçüləri etibarsız hesab edilmişdir.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, “Məhkəmə araşdırması zamanı X25 verilmiş **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərinin və onların verilməsinə əsas olmuş X7, X20, X2, X12, X13, X21 X22 əvvəllər verilmiş torpaq sahələrinin plan və ölçülərinin göstərilmiş torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası Nazirlər Sovetinin 06 may 1980-ci il tarixli, 195 saylı qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist" Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatl arı ilə üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Halbuki, X25 verilmiş **********59, **********88, **********85, **********57, **********56, **********17 və **********58 reyestr nömrəli torpaq sahələrinin plan və ölçülərinin və onların verilməsinə əsas olmuş X7, X20, X2, X12, X13, X21, X22 əvvəllər verilmiş torpaq sahələrinin plan və ölçüləri tərtib olunarkən həmin torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı, istinad nöqtələri göstərilmiş torpağın yerləşmə sxemi və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt arxiv qovluğunda aşkar edilməmişdir.
10. Həmin qərardan cavabdeh və üçüncü şəxs X29 apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)366/2019 saylı 27 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Üçüncü şəxs Ə.Cəfərov kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 21(102)-2352/2019 nömrəli qərarı ilə (hakimlər: K.Bədəlov - sədrlik edən və məruzəçi, İ.Dadaşov və Q.Allahverdiyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X25 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X7, X20, X2, X12, X13, X21, X22 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsidir. İddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıy a ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcuddur: "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi. Həmin rəylərin bir-biri ilə ziddiyyət təşkil etməsi aşkardır. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilən rəydə iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşdüyü, "xxxx" MMC-nin rəydə isə əksinə, onların naturada fərqli torpaq sahələri olduğu müəyyən edilir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, iddiaçının istifadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan “Hüseyniyyə” Məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənub unda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin, mütəxəssis rəyində 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinin 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-2233/2018 saylı məktubuna əsasən alındığı qeyd olunmuşdur. Lakin iş materiallarında sözügedən məktub yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsində aparılan iş üzrə icraatın nömrəsi 21(82)-3197/2018 olmuş, mütəxəssis rəyində isə iş nömrəsi kimi 2-1(82)-2233/2018 göstərilmişdir. Qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlmək olur ki, sözügedən mütəxəssis rəyi başqa icraat ilə əlaqədar əldə edilmişdir. İş materiallarında 2-1(82)2233/2018 saylı iş üzrə icraatın nəticəsi barədə hər hansı məlumat m övcud deyildir və işə baxan apelyasiya instansiya məhkəməsi bu hala qiymət verməmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-43/2022 saylı 7 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, H.Həmidov və A.Hüseynov) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddiaçı “Azərbaycan” Nəşriyyatının iddia tələbi rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi həmin əsasların hər biri ayrı-ayrılıqda tədqiq olunduqda, iddia tələbində haqlı olduğu təkzib olunur. Birincisi, iddiaçını n istinad etdiyi sözügedən “X18 dair” Dövlət Aktında - Bilgəh dəmir yolu ilə paraleldə yerləşən düzbucaqlı (dördtərəfli) formasında, eni 300 m uzunluğu isə 500 m olan plan-cizgidə mübahisəli torpaq sahəsinin konkret olaraq döngə nöqtələrinin koordinat göstəriciləri mövcud olmadığı halda, həmin torpaq sahəsinin üçüncü şəxslərə ayrılmış torpaq sahələri ilə üst-üstə düşdüyünü qətiyyən müəyyən edilməsi mümkün deyil. Qeyd edilməlidir ki, iddiaçı ona ayrılmış həmin 15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kadastr göstəricilərini özündə əks etdirən planölçünün tərtib olunaraq baza məlumatlarına işlənilməsində hərəkətsizlik nümayiş etdirmiş, bu isə ona gətirib çıxarmışdır ki, konkret halda üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrinin həmin 15 ha kənd təsərrüfatı təyinatlı tor paq ərazisinin hüdudları çərçivəsində yerləşdiyini sübuta yetirə bilmir. İşə əlavə olunmuş "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş iki mütəxəssis rəyləri bir-biri ilə ziddiyyət təşkil etdiyindən həmin rəylərdə əldə olunan nəticələrin inandırıcılıq baxımından mötəbər məlumatlar kimi qəbul edilməsi isə mümkünsüzdür. Çünki, ən azından qurumlar sistemləşdirilmiş baza məlumatlarına malik deyillər, həm də onların kadastr və yerquruluşu sahəsində müvafiq akkreditasiya və sertifikata malik və məhkəmə praktikasında kifayət qədər təcrübəli mütəxəssis olmaları müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına gəldikdə isə, birincisi, hazırkı mübahisənin cavabdeh tərəfi və üçüncü şəxsləri həmin mülki işdə iştirak edən şəxslər olmamışlar, deməli, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallar (faktlar) onlara münasibətdə sübuta yetirilmiş hallar kimi qəbul oluna bilməz. Digər tərəfdən, sözügedən məhkəmə qərarında işin halları da hazırkı işin halları ilə tamamilə fərqlidir. Belə ki, həmin qərarda mübahisələndirilən torpaq sahəsinə dair həmin iş üzrə cavabdehin hüquqmüəyyənedici sənəd-sübutu mövcud olmadığından subyektiv hüquqa malik olmadığı müəyyən edilməmişdir. Konkret halda isə hazırkı işin üçüncü şəxslərinin mülkiyyətində olan torpaq sahələri isə onlara torpaq qanunvericiliyinin tələblərinə uyğun olan sənədlər əsasında ayrılmışdır.
18. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı olduğu halda, bu təyinatın dəyişdirilməsi, yəni digər (yaşayış məntəqələrinin torpaqları) təyinata keçirilməsi barədə səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı olmamış, bundan başqa, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən üçüncü şəxslərə Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılmasına dair sərəncamlar verilsə də, sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin qeyd olunan normanın tələbinə müvafiq olaraq yerində naturada ayrılmasına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc aktları iş mat eriallarına əlavə edilməmişdir. Təqdim edilmiş torpaq sahələrinin yerləşmə cizgisi isə digər işlərdə olduğu kimi saxtalaşdırılmış və kiril qrafikası yerinə latın qrafikası ilə yazılmaqla sonradan tərtib olunmuşdur. İddiaçıya məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, bütövlükdə hasar daxilində yerləşir və həmin torpaq sahəsi hər hansı formada kvartal, məhəllə, sahə və.s formada bölünməmişdir.
20. İşə baxan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2016-cı il tarixli 2(102)-6123/2016 saylı qərarına münasibət bildirsə də, analoji iş üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına hər hansı münasibət bildirməmişdir. Halbuki, eyni işlər üzrə vahid məhkəmə təcrübəsin in formalaşdırılması dövlətin atdığı ən mühüm addımlardan biridir və məhz bu konteksdə Ali Məhkəmənin Məlumatlarında Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövr ərzində müvafiq tədbirlərin həyata keçirildiyi, o cümlədən qanunvericilikdə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edildiyi göstərilmiş, qeyd edilən tədbirlər çərçivəsində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrü bəsi formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmlərinin təsbit olunduğu vurğulanmışdır.
21. Ekspertiza barədə qərardad qəbul edilən zaman israrla, iş üzrə tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri rəy alınması üçün işə cəlb edilməməsini, Xidmətin hazırki işdə tərəf olduğunu və qərəzli rəy verəcəyini bildirsək də, Xidmətin mütəxəssisləri rəyin tərtib olunması prosesinə cəlb edilmiş və bizə məlum olduğu kimi qərəzli qanunsuz və əsassız rəy təqdim etmişlər. Belə ki, qərardadda qoyulan Nəşriyyatın 15 ha torpaq sahəsi ilə bağlı suallara torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmadığı əsası ilə cavab verilməmiş, lakin, bir neçə sot torpaq sahəsini əhatə edən X23 torpaq sahəsinin coğrafi yerləşməsi müəyyən olmuşdur. Halbuki, Ali Məhkəmənin qərarında qoyulan ən birinci göstəriş və eləcə də, məhkəmənin ekspertiza barədə qərardadındakı əsas məqam iddiaçının torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi olmuşdur. İddiaçının torpaq sahəsinin koordinatları müəyyən edilmədən, üçüncü şəxslərin torpaq sahəsinin həmin sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir.
22. Bütün bunlar iş üzrə tərəf olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin hansı dərəcədə qanunsuz olduğunu göstərir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual M əcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən ha zırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2019-cu il tarixli qərarında qeyd edilmiş göstərişlərinə uyğun olaraq məhkəmə mühəndislik texniki ekspertizası təyin etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi” MMC-nin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, "xxxx" MMC-nin mütəxəssis tədqiqatı ilə - iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin m ümkün olmaması, dövlət aktının koordinatlarının iddiaçı tərəfindən təqdim edilməməsi səbəbindən ümumi ərazinin yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlər daxilində yerləşibyerləşməməsini və hazırda mübahisələndirilən ərazi olub-olmamasını, habelə ayrıldığı vaxt həmin torpağın hansı kateqoriya torpaqlara aid olmasını, bununla da üçüncü şəxs X25 məxsus, **********59, **********88, **********85, **********7, **********56, **********17 və **********58 dövlət reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır.
31. Həmçinin müəyyən olunmuşdur ki, üçüncü şəxs Ə.Cəfərova məxsus həmin torpaq sahələri faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşir, onların kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar olunmamış, həmin torpaq sahələrinin ayrıldığı və bundan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alınan vaxtlarda yerləşdiyi ərazinin kateqoriyası da “yaşayış məntəqəsi” kateqoriyalı dövlət mülkiyyətinə aid torpaq sahələri olmuşdur.
32. Bundan başqa, üçüncü şəxs Ə.Cəfərova məxsus torpaq sahələrinin plan və ölçülərinin verilməsinə əsas olmuş, əvvəlki mülkiyyətçilərin (digər üçüncü şəxslərin) adlarına verilmiş plan və ölçülər qüvvədə olan inzibati aktlar (qərar və sərəncamlar, çıxarışlar) əsasında tərtib olunmuşdur. Əvvəlki mülkiyyətçilərin torpaq sahələri ayrılarkən qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (xx.xx.1991-ci il tarixli, 254 Xİİ №-li Qanunla təsdiq edilmiş) 23-cü maddəsi də nəzərdə tuturdu ki, torpaq sahələrinin verilməsi yer quruluşu sənədlərinə uyğun torpaqayırma qaydası nda həyata keçirilir və torpaqayırma aktında torpağın məqsədli təyinatı göstərilir. Eyni zamanda, hazırda qüvvədə olan Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
33. İşə əlavə olunmuş arxiv sənədlərinə əsasən müəyyən olunur ki, fərdi yaşayış evinin tikintisi üçün əvvəlki mülkiyyətçilər olan üçüncü şəxslərin hər birinə 1200 kv olmaqla, aşağıdakı qərar və sərəncamlarla torpaq sahəsi ayrılmışdır: - Bakı şəhəri Lenin (indiki Sabunçu) rayon İcraiyyə Komitəsinin 26/155 №-li xx.xx.1991-ci il tarixli qərarı və t orpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X4; - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin: 26/154 №-li xx.xx.1991-ci il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X11; 1032 №-li xx.xx.1992-ci il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X22; 1411 №-li xx.xx.1992-ci il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X21; 210 №-li 02.021993-cü il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X12; 1040 №-li xx.xx.1992-ci il tarixli sərəncamına və torpaq sahəsinin tərtib edilmiş yerləşmə sxeminə əsasən X20; 210 №-li xx.xx.1993-cü il tarixli sərəncamına və torpaq sahəsinin tərtib olunmuş yerləşmə sxeminə əsasən X13.
34. Həmin qərar və sərəncam ların ləğv edildiklərinə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiklərinə dair işdə məlumat yoxdur.
35. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0, 8.0.1 və 8.0.3cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, mə hdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
36. Bu səbəbdən də hesab olunur ki, cavabdeh orqan tərəfindən üçüncü şəxslərin adlarına qeydə alınmış torpaq sahələrinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin tərtib edilməsi ilə bağlı hərəkətləri qanuna zidd olmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-43/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.