Məhkəmə qərarları › İş №2-1(102)-2064/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2064/2024

08.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2064/2024 08.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X1rşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü, prosessual müddətin bərpasında imtina. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X1rşı “iddiaçının həqiqətən anadangəlmə ciddi xəstəliklərinin tibbi arayışlarla təsdiq olunduğunu, 2011-ci ildəki kliniki diaqnoza əsasən xəstəlik: sol bud-çanaq oynağının kontrakturası, 6-7 sm qısalığı, koksar troz 3-4-cü mərhələsi, bronxial astma, qarışıq forma, orta ağır gedişli, kəskinləşmə 3-cü mərhələsi, yanaşı gedən xəstəliklər: Dəmir defisitli anemiya, təngnəfəslik, boğulma, halsızlıq, çətin bəlğəm gəlişi, başağrısı Kolkulyar xolesistit, tibb rəylərinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə müvafiq olaraq XBT10 üzrə S72.1, M16.0, Q65.8, M21.7, R52.2, R26.8 kodu ilə 2021-2022-2023-cü illərdə, bu gün də eynən həmin rəy verildiyini, vəziyyətinin daha da pisləşdiyini, iddiaçının təqsiri olmadan xx.xx.2021-ci ildən cavabdehlər tərəfindən 6 aylıq müddətin qəsdən ötürüldüyünü, süni süründürməçiliyə məruz qaldığını nəzərə alaraq, xx.xx.2021-ci il tarixdən əlillik qrupunun ömürlük 1-ci qrup təyin olunmasına, xx.xx.2021-ci ilədək iddiaçıy a ödənilmiş, əsassız və qanunsuz dayandırılmış sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə məcburetmə barədə ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-148/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ İŞİN HALLARİ: a) birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının həqiqətən anadangəlmə ciddi xəstəliklərinin tibbi arayışlarla təsdiq olunduğunu, 2011-ci ildəki Kliniki diaqnoz əsasən xəstəlik: sol bud-çanaq oynağının ko ntrakturası, 6-7 sm qısalığı, koksartroz 3-4-cü mərhələsi, bronxial astma, qarışıq forma, orta ağır gedişli, kəskinləşmə 3-cü mərhələsi, yanaşı gedən xəstəliklər: Dəmir defisitli anemiya, təngnəfəslik, boğulma, halsızlıq, çətin bəlğəm gəlişi, başağrısı Kolkulyar xolesistit, tibb rəylərinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə müvafiq olaraq XBT-10 üzrə S72.1, M16.0, Q65.8, M21.7, R52.2, R26.8 kodu ilə 2021-2022-2023-cü illərdə, bu gün də eynən həmin rəy verildiyini, vəziyyətinin daha da pisləşdiyini, iddiaçının təqsiri olmadan xx.xx.2021-ci ildən cavabdehlər tərəfindən 6 aylıq müddətin qəsdən ötürüldüyünü, süni süründürməçiliyə məruz qaldığını nəzərə alaraq, xx.xx.2021-ci il tarixdən əlillik qrupunun ömürlük 1-ci qrup təyin olun masına, xx.xx.2021-ci ilədək iddiaçıya ödənilmiş, əsassız və qanunsuz dayandırılmış sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə məcburetmə barədə ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçıya xx.xx.2023-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında şifahi şəkildə hüquqi yardım göstərərək iddiaçıya bildirilmişdir ki, iddianın ikinci hissəsi birinci hissədən asılı olmaqla mümkünlük şərtlərinə cavab vermir.

3. Həmçinin, iddiaçıya izah olunmuşdur ki, “öhdəliyin icrası haqqında” iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İddiaçının həmin tələblə bağlı müvafiq müraciətinin olmadığı iş materialları ilə təsdiq olunur.

4. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-1(116)-2850/2023 nömrəli qərardadı ilə “iddiaçının həqiqətən anadangəlmə ciddi xəstəliklərinin tibbi arayışlarla təsdiq olunduğunu, 2011-ci ildəki Kliniki diaqnoz əsasə xəsətlik: sol bud-çanaq oynağının kontrakturası, 6-7 sm qısalığı, koksartroz 3-4-cü mərhələsi, bronxial astma, qarşışıq forma, orta ağır gedişli, kəskinləşmə 3-cü mərhələsi, yanaşı gedən xəstəliklər: Dəmir defisitli anemiya, təngnəfəslik, boğulma, halqıslıq, çətin bəlğəm gəlişi, başağrısı Kolkulyar xolesistit, tibb rəylərinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və “Əlilliyin müəyyən olunması meyarları”nın tələblərinə müvafiq olaraq XBT10 üzrə S72.1, M16.0, Q65.8, M21.7, R52.2, R26.8 kodu ilə 2021-2022-2023-cü illərdə, bu gün də eynən həmin rəy verildiyini, vəziyyətinin daha da pisləşdi yini, iddiaçının təqsiri olmadan xx.xx.2021-ci ildən cavabdehlər tərəfindən 6 aylıq müddətin qəsdən ötürüldüyünü, süni süründürməçiliyə məruz qaldığını nəzərə alaraq, xx.xx.2021-ci il tarixdən əlillik qrupunun ömürlük 1-ci qrup təyin olunmasına, xx.xx.2021-ci ilədək iddiaçıya ödənilmiş, əsassız və qanunsuz dayandırılmış sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə məcburetmə barədə ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsi” tələbinə dair iddiası, “xx.xx.2021-ci ilədək iddiaçıya ödənilmiş, əsassız və anunsuz dayandırılmış sosial müavinətin bərpa edilməsinə və ödənilməsinə məcburetmə barədə ədalətli, əsaslı və qanuni qərar qəbul edilməsi” hissədə iddia mümkün sayılmamışdır.

5. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini barədə qərarın qəbul edilməsini xa hiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2024-cü il tarixli, 21(107)-148/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə təqdim etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-148/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı dövlət hesabına vəkillə təmin olunmuşdur.

9. Bundan sonra həmin qərardad icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilmiş və iddiaçıya hüquqi yardım göstərilməsi Vəkil həvalə edilmişdir.

10. İddiaçı apellyasiya in stansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

11. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya instansiya məhkəməsinin qərardadını 29 fevral 2024-cü i tarixdə almışdır. Dövlət hesabına vəkil ilə təmin olunma barədə ərizəni 11 mart 2024-cü ildə poçt rabitəsi xidmətinə təqdim etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. İnzibati Prosessual Məcəllə: Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərard ad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

14. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tut ulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

15. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi 2-1(107)148/2024 nömrəli iş üzrə 8 fevral 2024-cü il tarixli qərardadla birlikdə “İnzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilməsi qaydasına dair izah” məlumatı 21 fevral 2024-cü il tarixdə SX014435617AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə ilə iddiaçıya təqdi m edilmişdir. Bundan sonra iddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəni 11 mart 2024-cü il tarixdə yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.

16. İddiaçı və onun vəkili də prosessual müddətin bərpasına dair vəsatət verib ötürülmüş müddətin bərpa olunmasını xahiş etməklə bir daha kassasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyini etiraf edirlər.

17. İddiaçı ərizəsində apellyasiya instansiya məhkəməsinin qərardadını 29 fevral 2024-cü il tarixdə aldığını qeyd etmişdir.

18. Məhkəmə kollegiyası iddiaçının dəlili ni əsassız hesab edir. Belə ki, iş materiallarında olan (iş.v.146) poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən apellyasiya instansiya məhkəməsinin qərardadı iddiaçıya 21 fevral 2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün dövlət vəsaiti hesabına vəkil ilə təmin edilmə barədə ərizəni isə 11 mart 2024-cü il tarixdə təqdim etmişdir. Göründüyü kimi iddiaçının istinad edilən halı (apellyasiya instansiya məhkəməsinin 8 fevral 2024-cü il tarixli qərardadının ona 29 fevral 2024-cü il tarixdə təqdim edilməsi) təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə 10 günlük müddət axımı apellyasiya instansiya məhkəməsinin qərardadının təqdim edildiyi 21 fevral 2024-cü il tarixindən (dövlət hesabına vəkillə təmin edilən şəxslərdə) hesablandıqda, hüquqi yardımın göstərilməsi üçün dövlət hesabına vəkil ilə təmin edilmə barədə ərizənin təqdim olunması üçün son müddət 1 mart 2024-cü ildir. Lakin buna baxmayaraq ərizə 11 mart 2024-cü il tarixdə poçt rabitəsi xidmətinə təqdim edilmişdir.

20. Hazırki iş üzrə iddiaçı tərəfin qanunla müəyyən edilmiş müddətdə hüquqi yardımın göstərilməsi üçün dövlət hesabına vəkil ilə təmin edilmə barədə ərizəni vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

21. Yuxarıda adı çəkilən məlumat və izahda qeyd edilmişdir ki, kassasiya şikayəti prosessual müddətlərə riayət edilməklə verilməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları onların tələbləri təmin olunmadıqd a apellyasiya instansiyası məhkəməsinin qərarından 1 ay, qərardadından isə 10 gün müddətində kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı məhkəmə aktının təqdim edildiyi gündən başlanır. “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinetlərdə yerləşdirildiyi vaxtdan təqdim edilmiş sayılır. Şikayət qanunda nəzərdə tutulmuş prosessual müddətlər ötürülməklə verildikdə, buraxılmış müddətin bərpa olunması barədə ərizə verilməlidir. Həmin ərizəyə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı sübutlar əlavə edilməlidir. Müddətin bərpası haqqında ərizə prosessual qanunvericiliyin tələblərinə cavab verən kassasiya şikayəti ilə birgə təqdim olunmalıdır.

22. Göstərilən tələb lərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bu halda, təkrar kassasiya şikayətinə baxılması istisna edilir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, məlumat kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin funksiyası və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zər uridir.

24. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası üçün əsas yoxdur. Odur ki, verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

25. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-148/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar