Məhkəmə qərarları › İş №2-1(102)-2065/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2065/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2065/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsinə dair iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinə dair normaların tələblərinin təmin olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin B akı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-1(103)-1188/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2018-ci il 15 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” inzibati aktının ləğv edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” inzibati aktının və xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” inzibati aktının ləğv edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qərarı ilə şirkətin fəaliyyətində vergi qanunvericiliyinə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və həmin yoxlamanın nəticəsi xx xxxx 2017-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyi nin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Səyyar vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğləri tamamilə qanunsuzdur və ləğv edilməlidir. Yoxlamanın xx xxxxxxxx 2016-cı il tarixdən başlandığı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq 30 gün ərzində başa çatdırılmalı olmasına baxmayaraq, cavabdeh 36 gün sonra, yəni xx xxxxxxx 2016-cı il tarixdə yoxlamanın müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdir. Bundan əlavə, yoxlama xx xxxxxx 2017-ci il tarixdə 30 gün müddətinə uzadılsa da, aktın 1.1-ci bəndindən göründüyü kimi, xx xxxx 2017-ci il tarixdə, yəni 43 gün ərzində başa çatdırılmışdır ki, bununla da növbəti prosessual pozuntuya yol verilmişdir. Həmçinin yoxlama müddətinin uzadılması zamanı Vergi Məcəll əsinin 38.2-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, müddətin uzadılması üçün həmin normada göstərilən əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Verginin hansı əsasla hesablanmasını sübut edən heç bir fakt mövcud deyildir və vergi məbləği tamamilə qanunsuz tətbiq edilmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, yoxlama ilə iddiaçı tərəfindən yoxlanılan dövr üzrə xərclərin uçotunun düzgün aparılmaması müəyyən edilmiş, 2015-ci ilin mənfəət vergisi üzrə 1.648,43 manat, 2015-ci ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 31.729,36 manat, 2016-cı ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 252 manat, 2014-cü ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergisi üzrə 10,78 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırıldığı müəyyən edilmiş, iddiaçıya ümumilikdə 16.860,29 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı öz növbəsində yoxlama zamanı 50.500,86 manat məbləğində hesablanmış vergilər və maliyyə sanksiyası üzrə məbləğlərin ödənişini həyata keçirmişdir. Eyni zamanda, iddiaçı tərəfindən x xxxxxxxx 2017-ci il tarixdə vergi orqanına təqdim olunmuş 2017-ci ilin may ayı üzrə ƏDV bəyannaməsinin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsinə əsasən ilin sonuna 972.954,27 manat mal qalığının olduğu və həmi n tarixdən sonra ümumilikdə 0 manat dövriyyə məbləğinin göstərildiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda vergi ödəyicisinin fəaliyyətinin dayandırılması, onun istifadəsində qalan malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidən yayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx xxxx 2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə əlaqədar əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qa nunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə ona Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 175.131,77 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx xxxxxxxx 2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Kameral hesablamadan sonra vergi ödəyicisi müraciət edərək həmin mallara görə ƏDV-nin 2014-cü ilin dekabr ayında və 2016-cı ildə ödədiyini, sonuncu idxalın 2015-ci ildə aparıldığını və həmin dövrün səyyar vergi yoxlaması ilə əhatə olunduğunu qeyd etmiş, hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2014-cü ilin dekabr ayı üzrə 105.000 man at ödəniş edilərək, bəyannamədə göstərdiyi, sonuncu səyyar vergi yoxlaması zamanı rentabellik cədvəlinə mal qalığının 278.300 manat olduğu, 2015-ci ilin mənfəət vergisi bəyannaməsində ilin sonuna 1.045.000 manat mal qalığının göstərildiyi və səyyar vergi yoxlaması ilə mal qalığına görə 50.000 manat ödəniş edildiyi, 2016-cı il ərzində şirkətin 106.100 manat dövriyyəsinin olduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən ödəyicinin mal qalığında qalmış mallara görə hesablanmış vergi məbləği azaldılmış ((278.300 – 106.100) x 18% = 31.000 manat), bu barədə vergi ödəyicisinə xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)368/2019 nömrəli qərarı ilə iddia t əmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli və “Vergilərin hesablanması barədə” xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli qərarları ləğv edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qəbul edilmiş aktlar iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) və tətbiq olunmuş maliyyə sanksiyalarını ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərq li olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-1545/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki icraat

11. Ali Məhkəmənin İnzibati-İqtisadi Koll egiyasının xx xxxxxx 2019-cu il tarixli 21(103)-3158/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı şirkətin mübahisələndirdiyi vergi qərarlarını, onların mahiyyəti baxımından, yəni vergi orqanı tərəfindən şirkətə hesablanmış və ödənilməsi tələb olunmuş vergi borcunun düzgün hesablanıb-hesablanmaması məsələsini araşdırmamış, yalnız vergi orqanı tərəfindən həmin qərarların qəbul edilməsinə əsas olmuş səyyar və kameral vergi yoxlamalarının keçirilməsi və bu qərarların iddiaçı şirkətə təqdim olunması ilə bağlı olan prosedur qaydalara (o, cümlədən, müddətlə bağlı qaydalara) riayət olunub-olunmam ası məsələsi ilə bağlı araşdırma aparmışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2-1(103)-1188/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2017-ci il tarixli və “Vergilərin hesablanması barədə” xx xxxxxx 2017-ci il tarixli qərarlarını mübahisələndirmişdir.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 16. xx.xx.2017-ci il tarixli inzibati aktın iddiaçıya təqdim olunması, olunubsa da hansı tarixdə təqdim edildiyi məlum deyil. İş materiallarında buna dair hər hansı sübut mövcud deyil. Məhkəmə iclas zamanı 2017-ci ildə qəbul edilən qərarların çatdırılmasının Vergi Məcəlləsinin əvvəlki redaksiyasındakı 70.2-ci maddəsinə uyğun olmadığını səsləndirsə də, sonradan həmin qərarların elektron qaydada çatdırılmasını qərardadda göstərərək əsassız mövqe bildirmişdir.

17. Məlum olduğu kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia müddəti İPMin 38.1-ci maddəsinə əsasən, inzibati aktın təqdim olunduğu vaxtda n 30 gün müddətində həyata keçirilməlidir.

18. İş materiallarından göründüyü kimi, xx.xx.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair heç bir sübut yoxdur. Belə olan halda isə təbiidir ki, məhkəmə müddətin ötürülməsini əsaslı saya bilməz. Çünki hüquq münasibətlərinin tənzimlənməsində müddətlər mühüm əhəmiyyət kəsb edir və əks halda xaotik vəziyyət yaranar.

19. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə görə, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbn aməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

20. Eyni zamanda, Vergi Məcəlləsinin əvvəlki redaksiyasının 70.2-ci maddəsinə görə, vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır. Göründüyü kimi, qanunverici qərarın hansı formada təqdim olunmalı olduğunu inzibati orqan üçün kifayət qədər aydın şəkildə müəyyən etmişdir. Məhkəmə isə qanunvericiliyin qeyd olunan tələbini nəzərə almamış, qərarda iddiaçının göstərilən inzibati akt barədə məlumatlı olduğunu qeyd etmiş, bu fikrini iddiaçının inzibati aktı yenidən alması barədə etdiyi müraciətlə əsaslandırmağa çalışmışdır.

21. İddiaçı barəsində qəbul edilən inzibati aktlardan yalnız onun X3 Araşdırılması Baş İdarəsinə dəvət olunmasından sonra məlumatlı olmuş və orada həmin qərarla tanış olduqdan sonra qərarın surətinin alınması üçün müraciət olunmuşdur.

22. İş materiallarından göründüyü kimi, mübahisələndirilən hər iki inzibati aktın çatdırılmasına dair qanunvericiliyin tələbləri gözlənilməmiş, inzibati aktlar iddiaçıya qanunla müəyyən olunmuş qaydada təqdim edilmədiyi üç ün də şəxs həmin qərarlardan xeyli gec məlumatlı olmuşdur.

23. Mübahisələndirilən inzibati aktlar iddiaçıya rəsmi qaydada təqdim edilmədiyi üçün cavabdehə yenidən müraciətlər edilmiş və həmin inzibati aktlar rəsmi şəkildə göndərildikdən sonra qanunla müəyyən edilmiş 30 gün ərzində iddia qaldırılmışdır.

24. Apellyasiya məhkəməsinin mövqeyində qərarların elektron qaydada vergi ödəyicisinə çatdırılmasına münasibətdə isə iddiaçı bildirir ki, bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Ali Məhkəməsi öz vahid mövqeyini qərarlarda əks etdirmiş, hətta məhkəmənin 2015-ci il tarixli 3 nömrəli Bülletenində bu məsələyə dair geniş münasibət bildirmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə, Vergi Məcəlləsinin əvvəlki redaksiyasındakı 70.2-ci maddə bu məsələdə əsas normadır və cavabdeh tərəfindən onu n şərtlərinə riayət edilməlidir. Məsələni tənzimləyən Qanunun konkret norması olduğu halda elektron sənəd mübadiləsi haqqında müqavilədəki şərtlər əhəmiyyətsizdir.

25. Təsadüfi deyil ki, məhz qeyd olunanlar səbəbindən xx.xx.2019-cu il tarixdən Vergi Məcəlləsinin 70-ci maddəsinə edilən dəyişikliklərlə elektron yazışmalarla bağlı müddəalar qanunvericiliyə gətirildi və mübahisəli hallar aradan qaldırıldı. Mübahisələndirilən inzibati aktlar isə əvvəlki münasibətlərə aid olduğu üçün təbii ki, Məcəllənin də əvvəlki redaksiyasının müddəaları tətbiq edilməlidir.

26. Vergi orqanının öz sistemindən çıxardığı qərarın oxunmasına dair məlumat heç bir halda əsaslı hesab oluna bilməz və məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Qanun un 1.1.26-ci maddəsinə görə, vaxt göstəricisi - müəyyən vaxt anında məlumat bildirişinin ona təqdim edilməsi barədə akkreditə edilmiş Mərkəzin elektron qeydi. İş materiallarından isə belə bir Mərkəz tərəfindən qərarların oxunmasına dair sübuta rast gəlinmir. Göründüyü kimi, apellyasiya instansiyası maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, inzibati aktların qəbul olunduğu tarixdə qüvvədə olan hüquq normasının, yəni Vergi Məcəlləsinin 70.2-ci, eyni zamanda 49.4-cü maddələrinin tələblərini pozmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

28. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

29. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haq qında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏ MƏSİNİN MÖVQEYİ

32. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

33. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü barədə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “İşin araşdırılan hallarından müəyyən olunur ki, vergi qərarının qəbul edilməsi ilə nəticələnmiş icraatda iştirak etmək üçün dəvət olunmuş iddiaçı şirkətin rəhbəri A.Qazıyev həmin iclasda iştirak etmiş, vergi orqanın xx.xx.2017-ci il tarixli **********087197 saylı qərarı və xx.xx.2017-ci il tarixli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********513100 saylı Tələbnamə iddiaçı şirkətin rəhbəri tərəfindən imzalanaraq və şirkətin möhürü ilə təsdiq edilərək q əbul edilmişdir. Bundan başqa müvafiq tələbnamə elektron qaydada iddiaçı şirkətə göndərilmiş, şirkət tərəfindən həmin gün, yəni xx.xx.2017-ci il tarixdə oxunmuşdur. Eyniliklə, vergi orqanın digər mübahisələndirilən, xx.xx.2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərarı həmin tarixdə iddiaçı şirkətə göndərilmiş, qərar xx.xx.2017ci il tarixdə iddiaçı tərəfindən oxunmuş və qəbul edilmişdir.”.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bu qənaətin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 35.1, 38.1, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi “vergi orqanın xx.xx.2017-ci il tarixli **********087197 saylı qərarı və xx.xx.2017-ci il t arixli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********513100 saylı Tələbnamə iddiaçı şirkətin rəhbəri tərəfindən imzalanaraq və şirkətin möhürü ilə təsdiq edilərək qəbul edilmişdir” məzmunda qənaətinin əsası kimi işdə olan məhz hansı sənədə istinad etdiyini qərardadında göstərməmişdir. Halbuki, **********513100 saylı Tələbnamədə məhz həmin sənədin qəbul edildiyi təsdiq olunmuş, lakin həmin sənədin tarixi və onun qəbul edildiyi (təqdim olunduğu) tarixi göstərilməmişdir (iş v. 53). Mübahisələndirilən qərarın isə apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi xx.xx.2017-ci il tarixdə “təqdim olunduğunu” təsdiq edən sənəd işdə yoxdur. Əksinə, işin materiallarında müba hisələndirilən qərarın iddiaçının yazılı müraciəti əsasında cavabdehin x xxxxxxxx 2018-ci il tarixli müşayiət məktubu ilə göndərildiyi göstərilir (iş v.19).

35. Mübahisələndirilən qərarların elektron qaydada iddiaçıya göndərildiyinə dair apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə, əvvəla, cavabdehin təqdim etdiyi “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”da yalnız Tələbnamə barədə məlumat əks olunmuşdur (iş v.54).

36. Digər tərəfdən, iddiaçı işin hazırkı vəziyyətində haqlı olaraq şikayətin əsası kimi Vergi Məcəlləsinin 70.2-ci maddəsinin 2019-cu il 1 yanvar tarixədək qüvvədə olan redaksiyasına istinad etmişdir. Həmin normada deyilirdi: 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya şəxsən verildikdə lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.

37. Bununla yanaşı, inzibati icraatın ümumi qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə əsasən: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poç t rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

38. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən inzibati aktların iddiaçıya elektron qaydada göndərildiyinə istinad edirsə, bu halda, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş “elektron ü sulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır” müddəası və Qanunun 62.3-cü maddəsi tərəflər arasında 2019-cu il 1 yanvar tarixədək yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq olunmalı, bu zaman, işin halları araşdırılarkən və onlara qiymət verilərkən həmin normaların tələbləri ilə yanaşı, həmçinin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun “elektron imza”ya və “elektron sənəd”ə dair tələbləri də nəzərə alınmalıdır.

49. Həmçinin nəzərə alınmalıdır ki, “İşin hallarının araşdırılması” prinsipi iddianın mümkünlüyünə də aiddir.

40. İPM-in 12.1, 35.1, 38.1, 57.8 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəm əsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 19 avqust tarixli 21(103)-1188/2020 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov F.A.Kərimov K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar