Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2065/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; əl ilə qaynaq aparan elektrik qaynaqçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1957-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2014-c ü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-207/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə texniki peşə təhsili almışdır.
2. Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci il tarixində X1 Quraşdırma Sahəsinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci ild ə işdən azad edilmişdir. 3. xx.xx.1995-ci ildə X1 Quraşdırma Sahəsinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü ildə işdən azad edilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H219839/2023 nömrəli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən İT-l ******* nömrəli əmək kitabçasında və "Mingəçevir Enerjiquraşdırma” ATSC-nin xx.xx.2023-cü il tarixli 08 nömrəli arayışında xx.xx.1995xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının X1 quraşdırma sahəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə iddiaçının iş stajına aid s ənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilib. Cavabdehin müvafiq sorğusuna cavab olaraq sözügedən müəssisənin arxiv sənədlərinin saxlanmadığı və arxivə təhvil verilmədiyi, eyni zamanda yazılan arayışların əmək kitabçalarına əsasən tərtib olunduğu bildirilib. Bu fakt "Mingəçevir Enerjiquraşdırma” ATSC tərəfindən xx.xx.2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də sözügedən dövrdə iddiaçının işləyibişləmədiyini müəyyən etmək mümkün olmadığından həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Buna görə də iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 5 ay 16 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1995-ci tarixləri arasındakı dövrlər və 2020-2023-cü illər üzrə cəmi 1 il 1 ay )) təşkil edir. Bundan başqa, iddi açının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 166.474,50 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il ta rixinə kimi qüvvədə olmuş staj və yaş tələbləri əsas götürülməklə, xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia ərizəsinin dəlillərinin əsasını bu qərarın 1-5-ci bəndlərində qeyd olunanlar təşkil edir. Cavabdehin etirazı:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
9. Etirazda, həmçinin qeyd olunur ki, xx.xx.2023-cü il tarixli akta əsasən aşağıdakı məsələlər müəyyən edilmişdir: - “Mingəçevir Enerjiquraşdırma” ATSC-də, ümumiyyətlə əmrlər kitablar ı və əmək haqqı cədvəlləri kitabları saxlanılmır; - Sənədlərin hansı səbəblərdən dolayı saxlanılmadığı məlum olmamışdır; - Sözügedən sənədlər heç bir arxivə təhvil verilməmişdir; - Mərkəzi Filiala təqdim edilən arayışların əmək kitabçalarına əsasən tərtib olunduğu məlum olmuşdur.
10. Mərkəzi Filialın iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2H219839/2023 nömrəli imtina məktubunda iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən sosial sığorta stajına aşağıdakı dövrlər daxil edilmişdir: Mübahisələndirilən sosial sığorta stajı: xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlər (8 il 3 ay 15 gün) Mübahisələndirilməyən sosial sığorta stajı: • xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan hərbi xidmət dövrü (2 il 23 gün); • xx.xx.1980-ci il tarixdə n xx.xx.1995-ci il tarixədək olan dövrlər (15 il 3 ay 21 gün); • 2020-2023-cü illər üzrə cəmi 1 il 1 ay. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 166.474,50 manat təşkil etmişdir.
11. İddiaçıya münasibətdə kapital tələbinin qoyulmasının əsas səbəbi Qanunun 7-ci maddəsi ilə bağlıdır. Belə ki, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsi ndə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin normasından göründüyü kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi həmin Qanununun 7-ci maddəsinə göndəriş edərək qeyd edir ki, şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ya kifayət qədər kapital kapitalı, ya da 25 il sosial sığorta stajı olmalıdır. İddiaçıya münasibətdə isə nə kapital tələbi, nə də staj tələbi ödənməmişdir.
12. Qeyd olunanları nəzərə alaraq, iddia çının ümumi iş stajı 25 ildən az (18 il 5 ay 16 gün) olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(116)-3226/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2014cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2020-ci il tarixdən hesablanmaqla müraciət tarixindən əvvəlki son 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya 57 yaşının bitdiyi tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünsüzülüyünü iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi və iddiaçının ümumi iş stajının 25 ildən az olması ilə əsaslandırmışdır.
15. Cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud ol ması.
16. Cavabdeh orqan iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan (8 il 3 ay 15 gün) X1 quraşdırma sahəsində elektrik qaynaqçısı vəzifəsində işlədiyi müddəti sosial sığorta stajı kimi qəbul etmir və bildirir ki, sözügedən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərmiş, müəyyən edilmişdir ki, müəssisənin arxiv sənədləri saxlanılmır və arxivə təhvil verilməmişdir, eyni zamanda yazılan arayışlar əmək kitabçalarına əsasən tərtib olunmuşdur. Bu fakt "Mingəçevir Enerjiquraşdırma" ATSC tərəfindən xx.xx.2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Göstərilən səbəbdən də adıçəkilən şəxsin sözügedən dövrdə işləyibişləmədiyi müəyyən etmək mümkün olmadığından həmin dövrü iş stajına da xil etmək mümkün olmamışdır. Qəbul edilən ümumi iş stajı isə 18 il 8 ay 16 günə bərabərdir.
17. İş materiallarında olan İT-İ ******* №-li əmək kitabçasına müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti xx.xx.1980 - xx.xx.1995 və xx.xx.1995 – xx.xx.2003-cü illəri əhatə etməklə 23 il, 7 ay, 6 günə bərabərdir. Həmin müddətin üzərinə iddiaçının texniki peşə təhsili (7 ay, 20 gün) və hərbi xidmət müddətini (2 il, 21 gün) əlavə etdikdə iddiaçının ümumi iş stajı 26 il, 3 ay, 17 günə bərabər olur.
18. Həmin müəssisənin arxiv sənədlərinin mövcud olmaması iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz.
19. Odur k i, cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərin düzgün olmaması qənaətindədirsə bununla bağlı məhkəməyə sübutlar təqdim etməli və icra edilmiş qeydlərin nəyə görə həqiqətə uyğun olmaması ilə bağlı mövqeyini əsaslandırmalıdır.
20. İddiaçının xüsusi iş stajına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının güzəştli iş stajının 12 il, 6 aydan artıq olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı, texniki peşə təhsilini “elektrik qaynaqçısı” olaraq almış və işlədiyi peşə müxtəlif dərəcələr üzrə elektrik qaynaqçısı peşəsi olmuşdur.
21. İddiaçının işlədiyi əl ilə elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir. Eyni zamanda, iddiaçı nın əmək kitabçasında qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe).
22. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yarandığından və xx.xx.2006-cı ilədək ümumi və xüsusi iş stajı ilə bağlı tələb iddiaçıya münasibətdə ödənildiyindən, cavabdeh orqan müra ciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-207/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3226/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kass asiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.
28. Şikayətdə, həmçinin qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən məsələləri lazımi qaydada araşdırmamış, iddiaçının qanunvericiliklə tələb olunan ümumi sosial sığorta stajının olmamasına və qanunvericiliklə tələb olunan pensiya kapitalının olmamasına düzgün hüquqi qiymət verməmişdir.
29. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-207/2024 nömrəli qərarında cavabdeh tərəfindən sənədlərin arxivə təhvil verilməməsi səbəbi ilə mübahisələndirilən xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlər məhkəmə tərəfindən “əmək kitabçasının mötəbər sübut hesab edilməsi” əsası ilə iddiaçının s osial sığorta stajına daxil edilmişdir. Buna görə də, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli sosial sığorta stajını tamamlamışdır.
30. Məhkəmənin gəldiyi bu mövqeyə münasibətdə cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi Qafqazeneraomontaj trestinin arxiv sənədlərinin saxlanmaması və arxivə təhvil verilməməsi iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının mötəbərliyini şübhə altına alır. Belə ki, belə olduğu təqdirdə iddiaçının sözügedən dövrlərdə mübahisələndirilən müəssisədə işləmə faktını təsdiq edən əmək kitabçasından başqa bir sübut müəyyən edilmir.
31. Göründüyü kimi, məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı müəssisə tərəfindən təqdim edilən arayışa əsaslanaraq həmin illərin güzəştli sığorta stajı kimi nəzərə alınmalı olduğu nəticəsinə gəlmiş, c avabdeh orqanın dəlillərini araşdırmamışdır. Halbuki, məhkəmə xidməti vəzifə borcuna görə iş üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməli, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
32. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 33. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2014-cü il tarixdə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığort a stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 34. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qü vvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”. XXXİİİ. Ümumi peşələr. 23200000-19906 - əl ilə qaynaq aparan elek trik qaynaqçıları.
36. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsass ızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
37. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları nı da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Belə ki, onun 57 yaşının tamam olduğu, xx.xx.2006-cı il tarixinədək 25 ildən çox ümumi iş stajına malik olduğu, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulmuş peşə üzrə topladığı iş materialları ilə təsdiq olunur.
44. Bunun əksini təsdiq edən hər hansı sübut işdə yoxdur. Buna g örə də, şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-207/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.