Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2066/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 50 (əlli) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, apellyasiya məhkəməsindəki icraat zamanı iddianın dəyişdirilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, idd iaçının vəkili X1, Cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Yevgeniyevnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-478/2018 saylı iş üzrə 06 mart 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin 09-1567 saylı, 13 iyun 2018-ci il tarixli məktubu ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, iddiaçının işləmiş olduğu mövsümü olaraq qazanlar üzrə maşinist peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərədə tutulmamışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək ona 07.11.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi nin 27 noyabr 2018-ci il tarixli, 2-1(81)-3509/2018 saylı qərarı ilə (hakim - T.Ə.Əsədova) iddia təmin edilərək İddiaçı Yevgeniyevnaya 07 noyabr 2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-478/2018 saylı, 06 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim - İ.B.Əhmədov, hakimlər - S.S.Seyidova və V.M.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3509/2018 nömrəli iş üzrə 27 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 m art 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin mümkünsüz hesab edilməsi barədə rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından, eləcə də işin halları tam araşdırılmadığından ləğv edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddət in azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşl arın pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir.
1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;
2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlə r Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. Lakin iddiaçının AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işl ərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəriciləri”ndə peşələrdə azı 10 il əmək stajının olması iş materialları ilə təsdiqlənmir. Belə ki, “xxxx” ASC tərəfindən təqdim edilmiş 19 mart 2018-ci il tarixli, 06/48 saylı arviv arayışından da açıq-aydın görünür ki, İddiaçı Yevgeniyevna İstilik Şəbəkəsi və X3 Müəssisəsinin 13.12.2000-ci il tarixli, 102/ş saylı əmri ilə 15.12.2000-ci il tarixdən əmək müqaviləsinə əsasən mövsümü olaraq 2 saylı rayon İstilik Şəbəkəsinə hazırlıq dövrü keçməklə qazanlar üzrə maşinist peşəsinə qəbul edilmişdir. Həmin peşənin mövsümü olması ilə əlaqədar məlum olur ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququn a malik ola bilməsi üçün lazımi qədər əmək stajı yaranmır. Eyni zamanda, “xxxx” ASC tərəfindən təqdim edilmiş edilmiş 24.07.2018-ci il tarixli, 06/129-18 saylı məktubdan da açıq-aydın görünür ki, İddiaçı Yevgeniyevnanın işlədiyi müddətlər mövsümü xarakter daşımışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili şikayətin təmin edilmədən qanuni və əsaslı olduğu üçün isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından göründüyü kimi tərəflər arasında mübahisə doğuran əsas məsələ iddiaçının tələb olunan güzəştli iş stajına malik olub-olmadığı məsələsidir. Cavabdeh həm müraciəti təmin etməkdən imtina edərkən, həm də daha sonra verdiyi apellyasiya və kassasiya şikayətlərində iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına hüquq verən peşələrdə qanunvericiliyin tələb etdiyi müd dət ərzində işləmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının 50 yaşdan güzəştli şərtlə pensiya təyin edə bilmək üçün tələb olunan 10 ildən artıq (10 il 18 gün) xüsusi stajı vardır. Onun işlədiyi qazan maşinistləri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (2140000a-13785) zərərli sahə kimi təsbit edilmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq e dilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24cü bölməsinin 24.1-ci bəndinə əsasən yeraltı istilik elektrik stansiyaları (kod 2140000a-13785qazan maşinistləri) güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə kimi qeyd edilmişdir. Odur ki, iddiaçının xüsusi stajı 10 ildən çox olmaqla ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bütün qanuni əsaslar mövcuddur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gör ə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli ar aşdırılması təmin olunmamış, mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İşin hallarından göründüyü kimi iddiaçı ona 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. İddiaçıya pensiyanın hansı yaşdan təyin edilməsi məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun qeyd olunan normasında "əvvəllər qüvvədə olmuş qanunvericiliklə" müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmə k şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya onun tələb etdiyi kimi 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün onun 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il xüsusi stajının mövcud olması tələb olunur. Bununla bağlı işin hallarından görünür ki, məhkəmələr iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair qərar qəbul etsələr də, məhz 01 avqust 1997-ci il tarixədək onun 20 il ümumi və 10 il xüsu si stajının mövcud olmasını araşdırmamışlar. Birinci instansiya məhkəməsi 10 il xüsusi stajın 01 yanvar 2006-cı il tarixədək yarandığını göstərmiş, apellyasiya məhkəməsi isə bu məsələyə öz qərarında ümumiyyətlə münasibət bildirməmişdir. Odur ki, təkrar apellyasiya baxışı zamanı iddiaçının ümumi və xüsusi stajlarını hansı tarixlərdə tamamladığı dəqiq müəyyən edilməli, bu haldan çıxış edilməklə iddia tələbinə qiymət verilməlidir. Həmin stajlar 01 avqust 1997-ci il tarixədək tamamlanarsa iddiaçının 50 yaşdan, 01 yanvar 2006-cı il tarixədək tamamlanarsa isə 52 yaşdan güzəştli şərtlə pensiya hüququ yarana bilər. Kollegiya hesab edir ki, təkrar baxışda məhkəmə apardığı araşdırmadan sonra iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 50 yaşdan deyil, 52 yaşdan yarandığı ilə bağ lı nəticəyə gələrsə, bununla bağlı işin hallarını iddiaçı ilə müzakirə edərək zəruri hesab etdikdə ona iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım etməlidir. Sözügedən qaydada işin halı müzakirə edilmədən və iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım edilmədən iddiaçının tələb etmədiyi qaydada iddianın təmin edilməsi (52 yaşdan pensiya təyin edilməsi) məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında məhkəmə özünün aşağıdakı hüquqi mövqeyini bildirmişdir: “...Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyə tlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxm ası və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeləri nəzərə almaqla kollegiya hesab edir ki, təkrar apellyasiya baxışı zamanı məhkəmə, tam və hərtərəfli araşdırma apardıqdan sonra yenə də iddiaçının tələb etdiyi yaşdan pensiyaya hüququnun yaranmadığı nəticəsinə gələrsə, bu halda, ona iddia tələblərinin dəqiqləşdirilməsi istiqamətində yardım göstərə bilər. Öz növbəsində, iddiaçı məhkəmənin yardımı ilə razılaşarsa, iddia tələblərini dəqiqləşdirə bilər. İddiaçı bununla razılaşmadıqda məhkəmə yalnız verilmiş tələblər üzrə qərar çıxarmalıdır. Kollegiyanın qənaətinə görə iddia tələbinin sözügedən qaydada dəqiqləşdirilməsi, yəni pensiyanın 50 yaşdan deyil 52 yaşdan təyin edilməsinin tələb edilməsi inzibati məhkəmə icraatının apellyasiya instansiyası mərhələsində yol veriləndir. Çünki iddia tələbinin bu qaydada dəqiqləşdirilməsi mahiyyət etibarilə iddianın predmetinin dəyişdirilməsi və iddia üzrə yeni cavabdehin yaranması ilə nəticələnmir. Bununla bağlı olaraq xüsusilə nəzərə almaq lazımdır ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. Hazırkı halda, iddiaçı ümumən cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyə dair iddia ilə çıxış etmişdir. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən mü vafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Beləliklə, iddiaçıya pensiyanın təyin edilməsi iddianın predmetini təşkil edir, pensiyanın hansı yaşdan və hansı qaydada təyin edilməsi məsələsi isə iddia tələbi kimi çıxış etsə də, ümumən iddia predmetinin tərkibinə aid olan məsələdir. Odur ki, pensiyanın hansı yaşdan və hansı qaydada təyin edilməsi məsələsi ilə bağlı iddia tələblərinin dəyişdirilməsi bütövlükdə iddianın predmetinin dəyişdirilməsi nəticəsini doğurmur. Məhz buna görə də, sözügedən qaydada iddia tələblərinin dəyişdirilməsi inzibati məhkəmə icraatının apellyasiya instansiyası mərhələsində yol veriləndir. Digər tərəfdən isə sözügedən qaydada dəqiqləşdirmə mübahisəyə baxılmasının ağlabatan müddətlərdə yekunlaşma sı və prosessual qənaətə nail olmaq baxımından da yolveriləndir. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin mövqelərinin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. İddia tələblərinin dəqiqləşdirilməsi baxımından nəzərə alınmalı mühüm bir məqam da, dəqiqləşdirilmiş tələbə münasibətdə cavabdeh inzibati orqana müraciət edilib-edilmədiyi və bununla bağlı onun mövqeyidir. Bu məsələyə münasibətdə hazırkı işin halları baxımından qeyd olunmalıdır ki, cavabdeh imtinasında yaşla bağlı məsələni mübahisələndirməmiş, ümumiyyətlə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericilik baxımında n yolverilməz olduğunu bildirmişdir. Digər tərəfdən isə məhkəmə dəqiqləşdirilmiş tələbə münasibətdə cavabdehin mövqeyini öyrənə bilər, zərurət yaranarsa İPM-in 33.3 və 33.4-cü maddədə nəzərdə tutulmuş imkanlardan istifadə edə bilər. Kollegiya həmçinin qeyd edir ki, məhkəmələr xüsusi stajın mövcudluğu ilə bağlı məsələni də mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi tətbiq edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nı əsas götürməklə deyil,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nı əsas götürməklə həll etməlidirlər. Buna görə, təkrar baxışda apellyasiya məhkəməsiilk növbədə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən konkret hansı peşələrdə işlədiyini, müvafiq kodlara istinadla həmin peşələrin Siyahıda nəzərdə tutulubtutulmadığını, eləcə də güzəştli şərtlə pensiya hüququ verən işlərdə çalışmanın qanunvericiliyin tələb etdiyi müddətlərdə olduğunu dəqiq göstərməlidir. Bu hal ona gö rə vacibdir ki, cavabdehin əsas dəlili iddiaçının işlədiyi peşələrin Siyahıda nəzərdə tutulmaması ilə bağlı olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-478/2018 saylı iş üzrə 06 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.