Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2066/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasın ın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1420/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı xx.xx.1957-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı “Əm ək pensiyaları haqqında ”Azərbaycan Respublikasının Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən ona dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 il sığorta stajına (13 il 16 gün iş stajına) malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının xx xxxx 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci ildə Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində doğulmuşdur. Ermənistan Respublikasında yaşayarkən 4 (dörd) uşaq doğub onları 8 yaşınadək tərbiyə etmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə qaçqın düşərək Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan da Bakı şəhərində yaşayır. 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etdiyinə görə xx xxxx 2007-ci ildə 50 yaşında əmək pensiyasına çıxmalı idi. Lakin həmin vaxt Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində “Sverdlov” adına sovxozda işlədiyinə dair bütün sənədlər qaçqın düşdüyünə görə Ermənistan Respublikası ərazisində qaldığı üçün təqdim edə bilməmişdir.Ona görə də həmin vaxt və sonralar pensiyaya çıxa bilməmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-5620/2018 nömrəli qətnaməsi ilə hüquqi fakt müəyyən olunması barədə iddiaçının ərizəsi təmin edilmiş, və xx.xx.1 975-ci ildən xx.xx.1988-ci ilədək olan müddət ərzində Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində adına sovxozda işlədiyi iş illərinin iddiaçıya əmək pensiyası hüququ verən əmək (sosial sığorta) stajı kimi müəyyən edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kolegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 2014/2019 nömrəli qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-5620/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3727/2019 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-2014/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan əmək stajının 13 il 16 gün, yaşı 60 olduğunu nəzərə alıb xx.xx.2019-cu ildən əmək pensiyası təyin etmişdir. Lakin iddiaçı 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş ana kimi 50 yaşının tamam olduğu xx xxxx 2007-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli 18/********** nömrəli məktubla imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli,2-1(112)-2255/2020 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Gülü Əli qızıMəmmədovaya xx xxxx 2016-ci il tarixdən təyin edilməsi, xx.xx.2016-cı il tarixdən - xx.xx.2019-cu il tarixədək ödənilməyən fərq məbləğinin ödənilməsi cavabde h Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Suraxanı rаyоn şöbəsinə həvalə edilməsi, iddianın qalan hissəsində rədd edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsiAzərbaycan Respublikasının Konstitusiyasının 38 və 71-ci maddələrinə, Аzərbаycаn Rеspublikаsının «Əmək pеnsiyаlаrı hаqqındа» Qаnunun 8.1, 31.1, 32.1 və 32-1-1-ci maddələrinə əsaslanaraq iddiaçıya yaşa görə əmək pensiyası müraciət edilən xx xxxx 2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni xx xxxx 2016-ci il tarixdən təyin edilməklə qanun ilə müəyyən edilmiş qaydada ödənilməliolduğuna dair nəticəyə gəlmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.
8. İddiaçı həmin qərardan apelyasiya şikayəti ve rərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmadığı hissədə ləğv edərək o hissədə də təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1420/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi Аzərbаycаn Rеspublikаsı «Əmək pеnsiyаlаrı hаqqındа» Qanunun 8.1, 31.1, 32.1 və 31-1-1-ci maddələrinə əsaslanaraq iddiaçının 50 yaşı “Əmək pensiyaları haqq ında” Azərbaycan Respublikası Qanununun qüvvədə olduğu dövrdə, yəni xx.xx.2007-ci ildə tamam olmuş, həmin dövrəqədər 5 ildən artıq sosial sığorta stajı olmaqla 4 uşağı səkkiz yaşına qədər tərbiyəetmişdir.Birinci instansiya məhkəməsi isə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən haqlı olaraq iddiaçıya xx.xx.2019-cu il tarixdə təyin olunmuş pensiya üzrə yaranmış fərqi ödəmək öhdəliyinin yalnız xx.xx.2019-cu il tarixdən əvvəlki 3 ilə şamil olduğuna dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri:
11. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia iki ayrı tələbdən (güzəştli şərtlərlə yaşa görə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi və iş stajına uyğun olaraq pensiyanın yenidən hesablanıb ödənilməsi) ibarət olsa da, birinci instansiy a məhkəməsi tələbin iş müvafiq qərarın əsaslandırma hissəsində ümumiyyətlə hüquqi qiymət verməmiş, ona toxunmamışdır. Lakin həmin qərarın nəticə hissəsində iddianın tam təmin edilməsi qeyd edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 14-cü maddəsinin tələblərinə əsasən şəxsə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin ödənilməsi tələb olunsa da (51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda), məhkəmə iddiaçının müvafiq yaşa çatdığı il neçə il stajının olduğunu aydınlaşdırmamışdır. Bu səbəbdən, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1420/2020 nömrəli xx.xx.2020ci il tarixli qərarı əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiy a şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1420/2020 nömrəliqərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının kasasiya şikayətini onunla əsaslandırılmışdır ki,apelyasiya instansiya məhkəməsi İddiaçı məhkəmə iclasının vaxtı və veri haqqında lazımi qaydada xəbərdar etməmişvə bununla da AR MPM-nin 376.1 və AR İPM-nin 87.1 və 87.4-cü maddələrinin tələblərini pozmuşdur.Bu hal onunla sübut olunur ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən İddiaçıxx xxxx 2020-ci il tarixdən (apelyasiya şikayəti məhkəməyə təqdim edildiyi gündən) xx xxxxxx 2020-ci il tarixədək (iş üzrə qərar çıxarıldığı günədək ) poçt vasitəsi ilə rəsmiqaydada hər hansı bir məktub, çağırış vərəqi və ya məhkəmə bildirişi gö ndərilməmiş və bu səbəbdən də İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, eyni zamanda xx xxxxxx 2020-ci il tarixdən (iş üzrə qərar çıxarıldığı gündən) xx xxxxxxx 2020-ci il tarixədək (iddiaçı Bakı Apelyasiya Məhkəməsinə gedib xx.xx.2020-ci il tarixli qərarın surətini aldığı günədək) iddiaçıya poçt vasitəsi ilə rəsmi qaydada hər hansı bir məktub göndərilməmiş və bu səbəbdən də İddiaçı kasasiya şikayəti verməsi üçün lazım olan həmin qərarı almamış (bu faktları təsdiq edən 4 saylı Poçt Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MÜH-11/420 №-li arayış kasasiya şikayətinə əlavə edilmiş) və bununla da o məhkəmə müdafiəsinə təminat və məhkəməyə kasasiya şikayəti vermək hüquqlarından məhrum olmuşdur.Həmçinin məhkəmə iddianın qalan hissəsində id dianı rədd etməklə pensiyaçı kimi İddiaçı qazanmış olduğu sosial təminat hüququnu məhdudlaşdırmışdır. Belə ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq, o cümlədən sosial təminat hüququ sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, «qanuni gözlənti» və «hüquqi müəyyənlik» prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş «qazanılmış» hüquqlarını əvəzsiz ləğv edə bilməz.
12. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1420/2020 №-li qərarının iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi, yəni cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli, 54-İİİQ №-li Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən onun dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5(beş) il sığorta stajına (13 il 16 gün iş stajına ) malik olduğundan 50 yaşının tamam olduğu xx.x x.2007-ci ildən ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və təyin edilmiş pensiyanın xx xxxx 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının və cavabdehin kasasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır.
18. Məlum ol duğu kimi və bu Ali Məhkəmənin İnzibati Kollegiyasının bir çox qərarlarında deyilmişdir ki, inzibati mübahisələrin düzgün həll olunmasında, yəni inzibati mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməsində İPM-nin bir neçə xüsusi əhəmiyyət kəsb edən və tətbiq edilməsi mütləq xarater daşıyan maddələri, o cümlədən 12.1, 58.7, 68.2-ci maddələri mövcüddur ki, bu da maddələrə sadəcə istinad etmək yetmir, onların müddəalarına uyğun məhkəmə tərəfindən hərəkət edilməlidir.
19. Belə ki, İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 58.7-ci maddəsində göstərilir ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
21. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı inzibati mübahisənin halları prosessual qanunun tələb etdiyi kimi tam və hərtərəfli tətbiq edilməmiş, səthi araşdırılmış və nəticə etibarı ilə düzgün olmayan qərar qəbul edilmişdir.
23. Belə ki, məlum olduğu kimi İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikasının Qanunun xx.xx.2009-cu ilədək qüvvədə olan 8.1-ci maddəsinə əsasən ona dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyindən və azı 5 il sığorta stajına (13 il16 gün iş stajına) malik olduğundan 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının xx xxxx 2007-ci ildən başlayaraq indiyədək ödənilməli olan ümumi fərq məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci ildə Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində doğulmuşdur. Ermənistan Respublikasında yaşayarkən 4 (dörd)uşaq doğub onları 8 yaşınadək tərbiyə etmişdir. Məlum Qarabağ hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə qaçqın düşərək Bakı şəhərinə gəlmişdir. Həmin vaxtdan da Bakı şəhərində yaşayır. 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etdiyinə görə xx xxxx 2007-ci ildə 50 yaşında əmək pensiyasına çıxmalı idi. Lakin həmin vaxt Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində “Sverdlov” adına sovxozda işlədiyinə dair bütün sənədlər qaçqın düşdüyünə görə Ermənistan Respublikası ərazisində qaldığı üçün təqdim edə bilməmişdir.Ona görə də həmin vaxt və sonralar pensiyaya çıxa bilməmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-5620/2018 nömrəli qətnaməsi ilə hüquqi fakt müəyyən olunması barədə iddiaçının ərizəsi təmin edilmiş, və xx.xx.1975-ci ildən xx.xx.1988-ci ilədək ola n müddət ərzində Ermənistan Respublikasının Masis rayonunun Şorlu kəndində adına sovxozda işlədiyi iş illərinin iddiaçıya əmək pensiyası hüququ verən əmək (sosial sığorta)stajı kimi müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 2014/2019 nömrəli qətnaməsi ilə Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(010)-5620/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3727/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-2014/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh inzibati orqan əmək stajının 13 il 16 gün, yaşı 60 olduğunu nəzər ə alıb xx.xx.2019-cu ildən əmək pensiyası təyin etmişdir. Lakin iddiaçı 4 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş ana kimi 50 yaşının tamam olduğu xx xxxx 2007-ci ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli 18/********** nömrəli məktubla imtina cavabı vermişdir.
25. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2255/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı xx xxxx 2016-ci il tarixdən təyin edilməsi, xx xxxx 2016-ci il tarixdən xx.xx.2019-cü il tarixədək odənilməyən fərq məbləğinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fоndunun Suraxanı rаyоn şöbəsinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
26. Lakin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istinad nöqtəsi kimi götürdüyü həmin tarix, yəni “xx xxxx 2016-cı il tarixdən ödənilməyən fərq məbləğinin ödənilməsi” tarixini haradan və necə götürdüyünün açıqlamasını vermir, yəni bununla bağlı öz hüquqi mövqeyini əsaslandırmır.
27. Eyni ilə apelyasiya instansiyası məhkəməsi də bu məsələ birinci instansiya məhkəməsinin hüquqi mövqeyini haqlı sayaraq bu qənaətə hansı səbəbə görə gəldiyini göstərmir, sadəcə iki formal cümlə yazmaqla kifayətlənir.
28. Digər tərəfdən hər iki məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsaslansa da, həmin maddənin sözügedən 3 illik məsələsi ilə nə kimi üzvü hüquqi bağlantısının olmasını tam və hərtərəfli əsaslandırmır, halbuki adi riya zi hesablanmadan da 3 il müddətinin yenə də alınmaması aydın görünür ki, belə olan halda adıçəkilən qanunun 32.1-1-ci maddəsinin həmin məsələyə tətbiq edilməsinin zəruriliyi bəlli deyildir.
29. Xüsusi olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə ilkin olaraq nə zaman müraciət etməsi barədə rəsmi ərizə mövcud deyil, halbuki bunun əhəmiyyət kəsb etdiyi şəksizdir.
30. Bununla bağlı qeyd edilməlidir ki, işdə cavabdehin yalnız 2 cavabı var ki, (xx.xx.2018-ci il tarixli) oradan bəzi məsələləri anlamaq mümkündür.
31. Buna görə də təsadüfi deyildir ki, məhkəmələrin cavabdeh tərəfindən iddiaçıya pensiyanın xx.xx.2019-cu il tarixdən təyin edilməsini hansı mənbədən olmaları məlum deyildir.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx. xx.2020-ci qərarı qanuni və əsaslı sayıla bilməz, ləğv edilməli, hər iki kasasiya şikayəti qismən təmin edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə çoxlu sübutların araşdırılması zəruri olduğundan, təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddiası məhkəmə tərəfindən yalnız qismən təmin olunduğu, qalan hissədə rədd olunduğu halda cavabdehin apelyasiya instansiyası məhkəməsinin qərarının bütünlüklə ləğv edilməsinin xahişi anlaşılmazdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının və cavabdehin kasasiya şika yətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1420/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayətləri qalan hissədə təmin edilməsin.