Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2066/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməklə evin boşaldılması; ədalətli bazar qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılma sı” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(103)1202/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə, cavabdehlər tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyünə əsasən, habelə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli 2-1(103)1202/2022 nömrəli (dövlət vəsaiti hesabına vəkillə təmin edilməməsi barədə) qərardadından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi xx.xx.1999-cu il tarixli ÖM seriyalı 015475 №-li Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yas amal rayonu, Tolstoy küçəsi, 54 №-li, 24 kv.m sahəsi olan evi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirmişdir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, xx.xx.2018-ci il tarixli qərar qəbul etmişdir. Həmin Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət e htiyacları üçün alan orqan Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.
3. İddiaçı cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar "xxxx" MMC-ni müstəqil qiymətləndirici olaraq cəlb etmişdir, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 78521 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. 4. "xxxx" MMC-nin direktoru və 43 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayış sahəsinə görə evin mülkiyyətçisinə 78521 manat məbləğində kompensasiya təklif edilmiş, lakin Cavabdeh1 könüllü razılaşmadan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 78521 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədi ilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun un tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir, digər cavabdehlər isə mülkiyyətçinin ailə üzvləri olmaqla orada qeydiyyatdadırlar. Həmin mənzil (əmlak) qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadığı daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qi ymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 78521 manat məbləğində kompensasiya (iki aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, mülkiyyətçi təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir.
7. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 2-1(81)1607/2019 nömrəli qərarı ilə (hakim Tahirə Əsədova) iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 78.521 manat məbləğində kompensasiya ödənilərək cavabdehlər tərəfindən fərdi yaşayış evinin boşaldılması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Mülki Məcəllənin 157.9-cu maddəsində “Mülkiyyət” adı altında birləşdirməsini, hazırkı iş üzrə f ərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Mülki Məcəllə, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni alan orqan İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
10. Cavabdeh1 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-244/2021 nömrəli qərarı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, V.Məmmədov və A.Hüseyn) qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1607/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvəd ə saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. d) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-128/2022 nömrəli (hakimlər N.Rəsulbəyova - sədrlik edən və məruzəçi, K.Bədəlov və İ.Hüseynov) qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 aprel 2021-cu il tarixli, 2-1(103)-244/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyas ı qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına (iş v. 5) əsasən əmlakın qiyməti əsas sahə 56400 manat, köməkçi sahə 19080 manat, anbar 2016 manat, metlax döşəmə 25 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla cəmi 78521 manat müəyyən edilmişdir. Göründüyü kimi, əmlakın qiyməti hesablanarkən bu qiymətə kirayə haqqı, köçmək xərci və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmiş 20 faiz satınalma qiymətinə əlavə haqq əlavə edilsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş 10 faizi miqdarında əlavə ödəniş nəzərə alınmamışdır. Apellyasiya inst ansiyası məhkəməsi isə göstərilən halı da nəzərə almadan ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmiş, həmin ekspert rəyinə istinad edərək iddia tələbini təmin etmişdir. Halbuki, İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tərəflərin bildirməsindən asılı olmayaraq öz təşəbbüsü ilə müəyyən etməli idi. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1202/2022 nömrəli qərarı ilə (hakimlər: H.Həmidov - sədrlik edən və məruzəçi, A.Hüseynov və C.Yusifov) qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1607/2019 nömrəli qərarı ləğv edilmiş, iddiaçının iddiası rədd edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına (iş v. 5) əsasən əmlakın qiyməti əsas sahə 56400 manat, köməkçi sahə 19080 manat, anbar 2016 manat, metlax döşəmə 25 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla cəmi 78521 manat müəyyən edilmişdir. Göründüyü kimi, əmlakın qiyməti hesablanarkən bu qiymətə kirayə haqqı, köçmək xərci və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmiş 20 faiz satınalma qiymətinə əlavə haqq əlavə edilsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü m addəsində nəzərdə tutulmuş 10 faizi miqdarında əlavə ödəniş nəzərə alınmamışdır.
18. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlərə məxsus ünvan 3 ünvanında yerləşən evin Bakı şəhəri İddiaçı dövlət ehtiyacları üçün aldığı yaşayış və qeyri-yaşayış obyektləri Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə və Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə yerləşməklə AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarını təsir dairəsinə düşməsi müəyyən edilmişdir. Mübahisəli evin artıq sökülərək mövcud olmaması faktı müəyyən olunmuşdur. Bu səbəbdən də sökülmüş əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspertizanın aparılması mümkün olmamışdır. Cavabdehlər on lara məxsus olan əmlaka görə inzibati orqan tərəfindən təklif olunan kompensasiya məbləğindən dəfələrlə artıq məbləğdə (731.195 AZN) kompensasiya tələb etdiyindən tərəflər arasında kompensasiyanın məbləği barədə razılıq əldə olunmamışdır.
19. Cavabdehlər apelyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 21(103)-1202/2022 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmaları barədə ərizə vermişlər.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-1202/2022 nömrəli qərardadı ilə (hakimlər: H.Həmidov - sədrlik edən və məruzəçi, A.Hüseyn və A.Oruczadə) qərardadı ilə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2022ci il tarixli, 2- 1(103)-1202/2022 nömrəli qərarından kassasiya şikayətinin verilmə si üçün dövlət hesabına vəkillə təmin olunması barədə ərizə rədd edilmişdir.
21. İddiaçı qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
22. Cavabdehlər xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1202/2022 nömrəli qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, onların dövlət hesabına vəkillə təmin olunmaları barədə qərardad qəbul edilməsini xahiş etmişlər.
23. Həmçinin cavabdehlər apelyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1202/2022 nömrəli qərarından da kassasiya şikayəti vermişlər, lakin kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, həmçinin vəkilin orderi işə əlavə edilməmişdir. Cavabdehlərin kassasiya şikayətinin mümkünlük məsələsinə baxılacaqdır. KASSA SİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətlərinin dəlilləri
24. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli: yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi “Torpaqların dövlət ehtiyacları haqqında” Qanunun 20.1.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sözügedən qərarı qəbul edildiyi tar ixdən mübahisə predmeti olan ev alınan əmlak kimi siyahıya alınmışdır. Məhkəmə isə İddiaçı iddia tələbini rədd etməklə qanunvericilik əsasında dövlət ehtiyacları üçün alınmalı olan daşınmaz əmlakın alınmasının həyata keçirilməsinə mane olmuşdur.
25. Həmçinin iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə “Torpaqların dövlət ehtiyacları haqqında" Qanunun 32.3-cü maddəsini tətbiq etməklə pozuntuya yol vermişdir. Belə ki, sözügedən norma dispozitiv norma olmaqla hüquq subyektini alternativ davranmaq imkanını nəzərdə tutur. Yəni alınmanın təsirinə məruz qalan şəxs üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada kompensasiya məbləği müəyyən edilməlidir, bundan başqa torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş də nəzərdə tutula bilinər. Habelə, məhkəmənin nəzərinə çatdırılır ki, qanunvericilikdə nəzərdə tutulmuş bütün əlavələr nəzərdə alınmaqla cavabdehə kompensasiya məbləği hesablanmışdır. Bildiririk ki, analoji işlər üzə məhkəmə qərarları da mövcuddur. Belə ki, həmin qərarlara əsasən mövcud inzibati praktikaya əsasən evin əsas və köməkçi sahələri üçün hər kv.m-ə görə ödənilən 1500 manat bütün kompensasiya növləri, o cümlədən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il| tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələri ehtiva edir
26. Cavabdehlər kassasiya şikayətində qeyd etmişlər ki, uzun illərin təqaüdçü olmaqla yanaşı, həm də səhhətində olan ağır və uzun sürə n xəstəlik səbəbindən (xərçəng xəstəsi) uzun müddətdir ki, həkim müalicəsində qalmaq məcburiyyətində olmağı səbəbindən həddindən artıq maddi çətinliklərlə üzləşmək məcburiyyətində olmuş və bu əsasda da kassasiya şikayəti üzrə şəxsi hesabı üzrə vəkil təminatını həyata keçirmək iqtidarında deyildir. Digər ailə üzvlərindən olan həyat yoldaşı—X1 faktiki olaraq işsizdir. Bu barədə rəsmi faktı təsdiqləyən işə daxil edilmiş dövlət sənədi mövcuddur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətlərinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövl ət hesabına göstərilir.
29. Mülki Məcəllə Maddə 246 Torpaqların dövlət ehtiyacları üçün alınması Maddə 246.1 Torpaqların dövlət ehtiyacları üçün alınması bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-); -246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-); 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı ola n (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-); 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 30. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3 Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; Maddə
4. Torpağın a lınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə
5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə
6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Maddə
32. Torpağın mərzlənməsi və qiymətləndirilməsi 32.3. Bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir.
31. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məc əllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). M addə 35 İddianın mümkünlüyü Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-) 96.9. Ali Məhkəmə apellyasiya in stansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.5 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüq uqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2 Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2 Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büd cəsinə ödənilə bilər. 33. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20.1 İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. İddiaçının qərardan, cavabdehlərin isə qərardaddan verdikləri kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, həmin şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
35. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qəra rı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır
36. Cavabdehlərin apellyasiya məhkəməsinin qərarından verdikləri kassasiya şikayəti isə mümkün sayılmamalıdır.
37. Cavabdehlərin kassasiya şikayəti inzibati prosessual qanunvericilin tələblərinə uyğun tərtib edilməmişdir. Odur ki, onlara müvafiq məhkəmə bildirişi göndərilməklə kassasiya şikayətinin tərtib edilməsi ilə bağlı çatışmamazlıq diqqətlərinə çatdırılmış, verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxılacağı barədə məlumat verilməklə, həmin tarixədək göstərilən çatışmazlığın aradan qaldırılması (vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti təqdim edilməsi) onlara təkli f olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı bildirilmişdir. Lakin bildirişdə qeyd olunan tarixədək həmin nöqsanlar aradan qaldırılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1202/2022 nömrəli iş üzrə 29 iyun 2022-ci il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı ləğv olunmalıdır.
39. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələrinin kəsişməsindəki ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhər İddiaçı müəyyən edilmiş, qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun o laraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir.
40. Həmçinin İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehin istifadəsində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar "xxxx" MMC-ni müstəqil qiymətlənditici olaraq cəlb etmiş, "xxxx" MMC tərəfındən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatından çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, 2018-ci il iyun ayına olan bazar dəyəri, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün növ kompensasiya növl əri nəzərə alınaraq, həmin daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 78521 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur.
41. İddiaçının kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evi üçün "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qiymətləndirmə hesabatına (iş v. 5) əsasən əmlakın qiyməti əsas sahə 56400 manat, köməkçi sahə 19080 manat, anbar 2016 manat, metlax döşəmə 25 manat, 2 aylıq kirayə haqqı və köçmək xərci 1000 manat olmaqla cəmi 78521 manat müəyyən edilmiş, əmlakın qiyməti hesablanarkən bu qiymətə kirayə haqqı, köçmək xərci və Azərbaycan Respublikası Prezidentinin xx.xx. 2007-ci il tarixli, 689 №-li Fərmanı ilə müəyyən edilmiş 20 faiz satınalma qiymətinə əlavə haqq əlavə edilsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş 10 faizi miqdarında əlavə ödəniş nəzərə alınmamışdır.
43. Apelyasiya instansiyası məhkəməsi qərarında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 32.3-cü maddəsində nəzərdə tutulmuş 10 faiz əlavə ödənişin nəzərə alınmadığını bildirmiş, lakin cavabdehlərin həmin normanın təsir dairəsinə düşməsi ilə bağlı heç bir araşdırma aparmamışdır.
44. Məhkəmə kollegiyası kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı apellyasiya məhkəməsinin yanaşmasını və ona uyğun olaraq gəldiyi nəticəni əsaslı hesab etmir.
45. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ q anunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
46. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
47. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur.
48. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1- ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
49. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ Konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır.
50. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır
51. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət eh tiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
52. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
53. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Y unanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.
54. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.
55. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin təməl hüquqlarının qorunması tələbləri arasında olan balansa, bir qayda olaraq, o halda nail olunur ki, mülkiyyəti alınmış şəxsə ödənilən kompensasiyanın məbləği həmin mülkiyyət alındığı andan onun “bazar” dəyəri ilə ağl abatan dərəcədə əlaqəli olsun (Pinkova və Pink Çex Respublikasına qarşı iş, Qaşı Xorvatiyaya qarşı iş).
56. Apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 52-ci və 82ci maddələrinin tələblərini rəhbər tutaraq bildirmişdir ki, məhkəmə baxışının predmetini İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması” tələbi təşkil etdiyindən və işdə cavabdehlərin qarşılıqlı tələbi mövcud olmadığından birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
57. Apelyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi barədə qərarından belə görünür ki, iddiaçının kompensasiya olaraq təklif etdiyi məbləğ əmlakın dəyərindən az olduğundan, cavabdehlərin də qarşılıqlı iddia tələbi olmadığından, iddiaçının tə klif etdiyi məbləğ yetərli olmadığına görə iddia rədd edilməlidir.
58. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunu 12 iyul 2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
60. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərm əklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir.
61. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkə məsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
62. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinadən apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığından, iddiaçı tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləğinin az olmasının məhkəmə tərəfindən müəyyən olunması iddianın rəddi üçün əsas ola bilməz və iddia tələbində qeyd edilməyən mənzilin əlavə sahələrinə, həmçinin torpaq sahəsinə görə kompensasiyanı n, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda nəzərdə tutulan digər ödənişlərin ödənilməli olub-olmaması, bununla bağlı cavabdehin dəlilləri ətraflı araşdırılmalı, araşdırmanın nəticəsindən asılı olaraq iddia tələbində qoyulan məbləğdən asılı olmayaraq həmin məbləğin dəyişdirilməsinin mümkün olması nəzərə alınmaqla qərar qəbul edilməlidir.
63. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən yuxarıda qeyd edilən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilmə li, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməsi barədə şikayət təmin edilməməlidir.
64. Cavabdehlərin dövlət hesabına vəkillə təmin olunmaları barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
65. Qeyd olunmalıdır ki, dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardıma ehtiyacı olan şəxslərə dövlət hesabına vəkil təyin edilməsinin əsasları bu qərarın 22-ci bəndində istinad edilən MPM-in 14.5, 67.2 və 121.2-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların dispozisiya şərtlərindən görünür ki, hüquqi yardıma ehtiyacı olan şəxs pulsuz dövlət hesabına vəkillə o zaman təmin edilə bilər ki, vəkilin xidmətlərini ödəmək üçün kifayə t qədər vəsaiti olmayan aztəminatlı şəxs olması sübuta yetirilsin. 66. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin “Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər” müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərinin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onların vəkillə təmin olunması məsələsini müzakirə etməlidir”. 67. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 8 may 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 yanvar 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakının təmin edilməsi məsələsinə baxarkən təqdim olunmuş müvafiq sənədlər əsasında belə şəxslərin aztəminatlı şəxsin statusuna aid olmasını və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitinin olub-olmamasını hərtərəfli aydınlaşdırmalıdırlar. Əks halda, şəxslərin Konstitusiyada təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan ədalətli məhkəmə araşdırılması hüququ məhdudlaşdırılmış olar.
68. Göründüyü kimi, qanunver icilik hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərin vəkillə təmin edilməsi vəzifəsini məhkəmənin üzərinə qoymuşdur. Lakin məhkəmə tərəfindən dövlət hesabına vəkil təyin edilməsi barədə müraciətin təmin olunmasından ötrü hüquqi yardıma ehtiyacı olan şəxs öz hesabına vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər maddi imkanının olmamasını müvafiq sənədlərlə sübut etməlidir.
69. Hazırkı halda cavabdehlər maddi cəhətdən imkansız olması, vəkilin xidmətini ödəmək üçün yetərli maddi imkana malik olmamasını təsdiq edən heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu halı sübut etməyə heç bir təşəbbüs göstərməmişlər.
70. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin vəkilin xidmətini ödəmək üçün yetərli maddi imkana malik olmaması sübuta yetirilməmişdir.
71. Məhkəmə kollegiyası apelyasiya instansi yası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehlərin kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1202/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Cavabdehlərin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1202/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərar dadından verdikləri kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1202/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1202/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və onların şikayətinin qəbulundan imtina edilsin. Qərar qətidir.