Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2066/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsu si Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023cü il tarixli, 2-1(105)-286/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi).
2. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" ASC-də avadanlıqların təmiri üzrə çilin gər, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-də, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də təmirçi-çilingər vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdən hal-hazıradək “X3” MMC-də (hazırda “X3” QSC adlanır) işləyir.
3. İddiaçı ilk dəfə 31 avqust 2021-ci il tarixdə olmaqla bir neçə dəfə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin 13 sentyabr 2021-ci il tarixli, **********0 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37703,71 manat təşkil edir.
5. Bundan sonra iddiaçı yenidən cavabdehə müraciət etmiş və cavabdeh 15 fevral 2022-ci il ta rixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətinə eyniməzmunlu imtina cavabı verərək bildirmişdir ki, əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 47760,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 42077,86 manat təşkil edir.
6. Cavabdehin 25 iyul 2022-ci il tarixli, **********5 nömrəli imtina məktubunda isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siya hısı” nın Yüngül sənaye bölməsinin (26) Keçə fabriki və keçə istehsalı bəndində (26.10) fəhlələr yarımbəndində (a) kürəli maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər, Metal emalı bölməsinin (11) Tökmə istehsalı bəndində təmirçi çilingərlər, Metallurgiya istehsalatı bölməsinin (3) Boru istehsalı bəndində (3.4) təmirçi çilingərlər peşələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi sənədlərində xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt Xovlu-İplik fabrikinin Mexaniki Təmir şöbəsində avadanlıqların təmiri üzrə çilingər, xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Alüminium ASC-nin Sumqayıt "xxxx" X1 Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexində təmirçi-çilingər, xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi Sumqayıt Xovluİplik fabrikinin Mexaniki Təmir şöbəsi, Azərbaycan Alüminium ASC-nin Sumqayıt "xxxx" istehsalat Sahəsi Texniki Xidmət Təmir Departamentinin metal emalı və mexaniki avadanlıqların nəqliyyatının təmiri sexi və Semoco MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri sahəsi yuxarıda qeyd olunan keçə fabriki və keçə istehsalı, tökmə istehsalı və boru istehsalı sahələrinə aid deyil. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 16 gün (xx.xx.2000-xx.xx.2005-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx. xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun xx.xx.197 9 - xx.xx.1980-ci illərdə və xx.xx.1982- xx.xx.1995-ci illərdə "xxxx" ASC-nin Mexaniki-Təmir şöbəsində işlədiyi təmirçi çilingər peşəsinin iş xüsusiyyətləri həmin müəssisənin verdiyi arayışda da qeyd olunduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 2211100а-18559 kodu ilə qeyd olunmuş peşənin iş xüsusiyyətləri ilə eynidir. Həmçinin, onun xx.xx.2016 - xx.xx.2020-ci il tarixlərdə "SEMOCO” MMC-nin Mexaniki xidmətdə mexaniki avadanlıqların təmiri üzrə təmirçiçilingər peşəsinin iş xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göst əricilərin Siyahısı” nın 3-cü bölməsinin 3.4 (a) Boru istehsalı yarımbəndində qeyd olunmuş təmirçi-çilingər peşəsinin iş xüsusiyyətləri ilə eynidir ki, bu fakt da həmin müəssisənin verdiyi arayışla təsdiq olunmuşdur. "xxxx" MMC-nin Mexaniki xidmət sahəsi məhz "xxxx" ASC-nin ərazisində Boruyayma sexində təmir və xidmət işlərini həyata keçirmişdir, yəni həmin dövrdə onun iş yeri faktiki olaraq Qara metallurgiya sahəsi (Azərboru - Boruyayma sexi) olmuşdur. Təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi onun xx.xx.2022-ci il tarixədək 40 il 9 aydan çox ümumi əmək stajı, 28 il güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı, 42000 manatdan çox pensiya kapitalı vardır.
10. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddia ərizəsindən də göründüyü kimi iddia çı 01,07.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının ərizə ilə cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğun olaraq müəyyən edilir. Qeyd olunan siyahının Yüngül sənaye bölməsinin (26) Keçə fabriki və keçə istehsalı bəndində (26.10) fəhlələr yarımbəndində ( a) kürəli maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər, Metal emalı bölməsinin (11) Tökmə istehsalı bəndində təmirçi çilingərlər, Metallurgiya istehsalatı bölməsinin (3) Boru istehsalı bəndində (3.4) təmirçi çilingər yarımbəndində nəzərdə tutulan vəzifələrlə iddiaçının işlədiyi vəzifələr uyğunluq təşkil etmir. Bu səbəbdən, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-2939/2022 nömrəli qərarı (hakim L.Mirzəyeva) ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün hüququnun yarandığı dövrdə (60 yaş) qüvvədə olan qanunvericilikdə qeyd olunan şərtlərə cavab verir. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirərək dəlillərində onun Sumqayıt Xovlu-İplik fabriki, Azərbaycan Alüminium ASC və Semoco MMC-də işlədiyi sahələrin AR NK-nin müvafiq Siyahısında qeyd edilən sahələrə aid olmadığını qeyd etsə də, bununla bağlı dəlilini əsaslandırmamışdır. Bunun əksinə olaraq iddiaçının işlədiyi yuxarıda qeyd olunan müəssisələr tərəfindən verilmiş arayışlarla onun güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsi öz təsdiqini tapmışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilm əsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)-286/2023 nömrəli qərarı ilə (sədrlik edən – H.Babayeva hakimlər – Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci - il tarixli, 2-1(118)-2939/2022 nömrəli qərarının dəyişdirilməsi, iddianın təmin edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli 2-1(105)-286/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apellyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” (xx.xx.2022-ci il tarixinədək qüvvədə olan redaksiyası): Maddə
9. Güzəştli şərtlərlə ə mək pensiyası hüququ olan digər şəxslər. Qanunu 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respubli kasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gö rə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
25. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərə findən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəm ə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məh kəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Nəzərə almaq lazımdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə lazımi inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdaf iəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
35. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
36. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün 60 yaşına çatması (xx.xx.2021), 25 il ümumi iş stajına malik olması işin mübahisə edilməyən halıdır. (Azərbaycan SSR Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 18 iyul 1979-cu il tarixli, 369742 nömrəli diplomdan görünür ki, iddiaçı 1976-1979-cu il tarixlərində “Əyirici maşınlar üzrə usta köməkçisi” peşəsi üzrə təhsil almışdır. НЗ № ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 12 may 1980-ci il tarixdən 15 may 1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Həmçinin, iddiaçıya məxsus əmək kitabçasına əsasən, o xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci i l tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" ASC-də avadanlıqların təmiri üzrə çilingər, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-də, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də təmirçi-çilingər vəzifəsində işləmiş, xx.xx.2020-ci il tarixdən halhazıradək “X3” MMC-də (hazırda “X3” QSC adlanır) işləyir.)
38. Hazırkı iş üzrə cavabdeh iki məsələni, iddiaçının güzəştli iş stajı və pensiya kapitalını mübahisələndirmişdir.
39. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq, cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2000-xx.xx.2005ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı işlədiyi dövrlər, ümumilikdə 10 il 10 ay 16 gün müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir.
40. Belə ki, “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 241 və 242 saylı arayışlardan görünür ki, iddiaçı müvafiq olaraq 13 iyul 2000-ci il tarixdən 30 sentyabr 2003-cü il tarixədək tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Səthi Aktiv Maddələr” zavodunun mexaniki təmir sexinin dixloretan, kükürd anhidridi, quru qələvi, karbohidrogen və onun birləşmələri sexinin nasos, kompressorların təmiri sahəsində, 01 oktyabr 2003-cü il tarixdən 21 iyu l 2005-ci il tarixədək tam iş günü sexin əsas texnoloji sexlərdə texnoloji avadanlıqların təmiri sahəsində təmirçi çilingər işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan xlor, onun birləşmələri, karbohidrogen, onların birləşmələri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
41. Bundan başqa "xxxx" Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 33 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Texniki Xidmət və Təmir Departamentinin Mexaniki Təmir sexinin Boru yayma sexində yivaçma sahəsində təmirçi-çilingər vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə AR NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-18559 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir.
42. Eyni zamanda Azərbaycan Respublikası Sumqayıt Xovlu İplik ASC tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 0/49 saylı güzəştli arayışdan görünür ki, iddiaçı "xxxx" fabrikində xx.xx.1979-cu il tarixdə Mexaniki Təmir şöbəsinə avadanlıqların təmiri üzrə 3-cü dərəcəli çilingər kimi işə qəbul edilmiş, xx.xx.1980-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuş, xx.xx.1982-ci ildə Mexaniki Təmi r Şöbəsinə 3-cü dərəcəli çilingər kimi işə qəbul edilmiş, həmin sexdə xx.xx.1982-ci ildə 5-ci dərəcə verilmiş, xx.xx.1984-cü ildə əyirici sexinə usta köməkçisi keçirilmiş, xx.xx.1987-ci ildə Mexaniki Təmir şöbəsinə 5-ci dərəcəli təmirçi-çilingər keçirilmiş, xx.xx.1990-cı ildə 6-cı dərəcə verilmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək öz hesabında məzuniyyətdə olmuş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1982–ci il tarixdən xx.xx.1995-ci tarixədək əmək şəraiti zərərli və ağır olan iş şəraitində ( kod – ******* a – 18559) fəaliyyət göstərmişdir. Qeyd olunanlar iddiaçıya AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarının 2 nömrəli əlavənin siyahısına əsasən pensiyaya çıxmaq hüq uqu verir. Arayışın işin xüsusiyyəti hissəsində qeyd edilir ki, təmirçi – çilingər (kod – 221100a – 18559) Mərkəzi Təmir şöbəsində olan avadanlıqların, qurğuların (kürədi maşınların) xidməti və təmir işlərini icra edir.
43. Adıçəkilən müəssisə tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 0/49 saylı arayışdan göründüyü kimi iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Mexaniki Təmir şöbəsində təmirçi-çilingər vəzifəsində işləmiş, hansı ki həmin vəzifədə kürədi maşınların xidməti və təmir işlərini icra etmişdir.
44. Bundan başqa iddiaçının Mexaniki Təmir şöbəsində işlədiyi təmirçi-çilingər peşəsinin güzəştli peşə olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XX. Yüngül sənaye bölməsinin 22111000 kodlu 10-cu yarımbölməsində (Keçə fabriki və keçə istehsalı) kürədi maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər 2211100a—18559 şifrinə uyğun gəlir.
45. Kollegiya hesab edir ki, iddiaçının güzəştli arayışlarda qeyd edildiyi kimi, Mexaniki Təmir şöbəsində işlədiyi kürədi maşınların xidməti və təmir işlərini icra edən təmirçi-çilingər peşəsi yuxarıda qeyd edilən siyahıda kürədi maşınların xidməti və təmiri ilə məşğul olan təmirçi çilingərlər vəzifəsinə uyğundur və güzəştli staj olaraq qəbul edilməlidir.
46. Bundan əlavə "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 11 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" ASC-də təmirçi–çilingər vəzifəsində işləmişdir. İddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi peşə AR NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XİV bölməsinin 4a yarımbölməsinin (Metal emalı-Tökmə istehsalatı) 2150100a – 18559 şifri ilə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. 47. 2 nömrəli Siyahıdan görünür ki, iddiaçının xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də işlədiyi təmirçi–çilingər peşəsi Siya hının 21500000 kodlu XİV bölməsinin 1-ci yarımbölməsinin (Tökmə istehsalatı) 2150100a—18559 şifrinə uyğun gəlir.
48. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısından görünür ki, iddiaçının yuxarıda qeyd edilən ASC-də xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi təmirçi–çilingər peşəsi Siyahının 11-ci Metal emalı bölməsinin 11.1-ci yarımbəndində (Tökmə istehsalı) təsbit edilmişdir.
49. Beləliklə, iddiaçının 10 ildən artıq Sumqayıt Xovlu İplik ASC-də, həmçinin, 4 ildən artıq Azərbaycan "xxxx" ASC-də təmirçi-çilingər vəzifələrində işlədiyi dövr ilə cavabdeh tərəfindən mübahisə ləndirilməyən 10 il 10 ay 16 gün iş stajı nəzərə alındıqda onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu və bu əsasla da, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən edilir.
50. Cavabdehin mübahisələndirdiyi digər məsələ, pensiya kapitalı ilə bağlı isə kollegiya bir daha apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, 13 may 2022-ci il tarixli 530 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Həmin dəyişiklik xx.xx.2022ci il tarixdən qüvvəyə minmişdir.
51. Yeni redaksiyaya əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sa hələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
52. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
53. Göründüyü kimi qeyd olunan dəyişikliyə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda şəxsin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ vardır.
54. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı 25 ildən çox ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir.
55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
56. Beləliklə, iddia çıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyanın təyin olunması ilə bağlı apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə qanuni və əsaslıdır.
57. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-1(105)-286/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.