Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2067/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), 30.07.2019 Rahib Sahib oğlu Nəbizadə və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, İddiaçı iştiraki ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyası görə pensiya təyin edilmək üçün iş illərinin sı ğorta stajına daxil edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27.07.1983-cü il tarixdən 15.02.1992-c il tarixədək H.Hüsiyev adına Üzümçülük sovxozunda mühasib vəzifəsində işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, iddiaçıya pensiya yaşı çatdığı gündən əmək pensiyasının təyin edilməsi vəzifəsinin ca vabdehə şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim.Z.Tağızadə; iş No 2-1(81)-3906/2018) iddianın təmin edilməsi, iddiaçının 27.07.1983-cü il tarixdən 15.02.1992-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla ona pensiya yaşına çatdığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, S.Seyidova və V.Məmmədov; iş № 2-1(103)70/2019) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi; iş üzrə yeni qərar qəbul edilməsi; idd ianın təmin olunmaması; cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərar ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iş üzrə ədalətli araşdırma aparmamış, 1-ci instansiya məhkəməsinin gəldiyi nəticəni ləğv etmək üçün iş üzrə əhəmiyyət kəsb edən mötəbər sübutları araşdırmamışdır. Əmək kitabçam ilə təsdiq olunan iş stajı pensiya hüququ verən sosial sığorta stajına daxil edi məlidir. Məhkəmə işə baxarkən iddiaçının əmək kitabçasında olan iş yerlərinə dair qeydləri, həmin qeydləri təsdiq edən möhürləri diqqətlə araşdırmış olsaydı iddia tələbinin haqlı olduğunu təsdiq etmiş olardı. Belə ki, əmək kitabçasında olan qeydlərdə göstərilən iş yerlərinin bir hissəsi işğal altında olan rayonların ərazisində yerləşmişdir. Həmin ərazilərin, bütünlüklə həmin işğal altında qalan rayonların bütün arxivləri məhv edilmiş və bərpa olunması qeyri mümkündür. Digər tərəfdən əmək kitabçasındakı iş yerlərinə dair qeydlərin böyük bir hissəsi hazırda fəaliyyət göstərən nazirlik, komitə və digər qurumların arxiv idarələrində saxlanılır ki, bunu da cavabdeh özü sorğu vasitəsilə müəyyən edə bilərdi. İddiaçının təqdim etdiyi məlumatların dəqiqləşdirilməsi, yoxlanılması cavabdehin vəzifəsi dir və cavabdeh bu vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa iddiaçı məhkəməyə özünün hələ sovetlər dövründə qabaqcıl işçi olduğu, bu əsasla da kommunist partiyasına üzv qəbul edildiyini təsdiq edən partiya biletini təqdim etmişdir. Həmin dövrlət insanların partiya sıralarına qəbul edilməsi heç də asan məsələ deyildi. Məhkəmə bu faktı nəzərə almalı idi. Başqa bir məsələ isə iddiaçının əmək kitabçasında iş yerlərinin qeyd edilməsində guya yanlışlığa yol verilməsidir. Məhkəmənin bu nəticəyə gəlməsi də əsassızdır. İddiaçının əmək kitabçasındakı iş yerlərinin təsdiqi kimi vurulmuş bütün möhürlər eynidir fikri tam yanlışdır. Həmin möhürlərə diqqət yetirilsə hər bir ayrı iş yeri üçün həmin iş yerinin öz möhürü vurulmuşdur. Sadəcə elə iş yerləri vardır ki, bu gün də fəaliyyət göstərir, sadə cə təşkilati-hüquqi formasını dəyişmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9 1-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İşin materiallarında olan əmək kitabçasının surətinə görə, O, 10.08.1977-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 05.01.2016-cı il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. O, hesab etmişdir ki, pensiya hüququ yarandığı günə, qanunla müəyyən edilmiş iş stajını toplamışdır, bu əsasla pensiyanın təyin edlməsi üçün cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanladığı 27.07.2018-ci il tarixli, 09-1841 saylı cavab məktubu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci bəndinə əsasən, onun 27.07.1983 - 23.07.1993-cü il tarixlərdəki iş stajının qarşılıqlı yoxlaması mümkün olmadığı üçün iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, mübahisə iddiaçının (1973-1992-ci illəri əhatə edən) iş stajı barədə məlumatl arı əks etdirən Ağdam rayon İcra Hakimiyyətinin Gülablı ərazi nümayəndəsi X1 tərəfindən 2018-ci il tarixində tərtib edilərək möhürlənmiş əmək kitabçasının iş stajını təsdiqləmək üçün kifayətedici və mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı meydana çıxmışdır. Bununla əlaqədar olaraq, apellyasiya baxışı zamanı iddiaçının adına 2018-ci il tarixli əmək kitabcasına məlumatların hansı sənədlərə əsasən daxil edilməsinin müəyyənləşdirilməsi üçün Ağdam rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Qeyd olunmuş sorğuya İcra Hakimiyyətindən yazılı cavab verilməmişdir, lakin telefon vasitəsi ilə Ağdam rayon İcra Hakimiyyətinin hüquqşunası şıfahi olaraq bildirilmişdir ki, həmin əmək kitabcasını tərtib edən şəxs işdən azad edilmişdir. Belə olan halda iddiaçının adına 2018-ci ildə tərtib edil miş əmək kitabcası mötəbər sübut kimi qəbul edilə bilməz. Beləki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, həmin kitabça Ağdam rayon İcra Hakimiyyəti nümayəndəliyi tərəfindən 05.02.2018-ci il tarixində doldurulmuş və kitabçada iddiaçının 1973-cü ildən 1992-ci ilədək işləməsini təsdiq edən möhürlər 2018-ci ildə vurulmuşdur. Sənəddə qeyd edilən məlumatların hansı əsasla daxil edilməsini müəyyən etmək olmamışdır. Həmin əmək kitabcası müvafiq təşkilatların möhürü ilə təsdiqlənməmiş, müvafiq səlahiyyətli şəxslər tərəfindən ümumiyyətlə imzalanmamışdır. Beləliklə, 05.02.2018-ci il tarixdə tərtib edilmiş əmək kitabcası hec bir sənədə əsaslanmaqla verildiyindən məlum əmək kitabcasının iddiaçının qeyd olunmuş illərdə işləməsini və həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilməsini təsdiqləyən sübut kimi qəbulu mümkün deyildir. Bundan başqa, 05.02.2018-ci il tarixli məlum əmək kitabcasına hüquqi qiymət verilməsi baxımından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələbləri də diqqətə alınmalıdır. Belə ki, həmin Qaydaların 3-cü bəndi sosial sığorta stajının hesablanması prosedurunu tənzimləyir. Qaydaların 3.1.1-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qaza nılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajına daxildir. Həmin Qaydaların 3.2-ci bəndi isə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqləyən sənədlərin dairəsini müəyyənləşdirir. Bunlara daxildir: əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nö mrəli əlavə); Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, 05.02.2018-ci il tarixli əmək kitabcası hec bir mötəbər sənədə əsaslanmaqla verilməklə yanaşı həm də sübutların mümkünlüyü ilə bağlı da tələblərə cavab vermir. Başqa sözlə, 2018-ci il tarixli əmək kitabcasının iddiaçı D. Məmmədovanın iş stajını təsdiqləyən sübut kimi qəbulu MPM-in 81-ci maddəsinə zidd olmuşdur. İddiaçı D. Məmmədovanın yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş və sosial sığorta stajı təs diq edilmədiyi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hər hansı əsas mövcud deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Belə olan halda,İddiaçı müvafiq (iddiada pensiya təyin olunmasında nəzərə alınmasında tələb olunan) illərdə işləməsini təsdiq edən sübut təqdim etmədiyindən və əmək kitabçası qanun uyğun tərtib edilmədiyindən iddiaçının 25 il sosial sığorta stajına mövcud olmaması sübuta yetirilməmişdir. Ona görə də, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan həmin tələb təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edlməlidir. Araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi iddiaçının sovxozda işləməsi ilə əlaqədar Ağdam rayon İcra Hakimiyyətinə sorğu göndərməklə kifayətlənmişdir. Lakin sovxozun indiki durumu, onun sənədlərinin və möhürünün kimdə olması, möhürün yuxarıda adı çəkilən nümayəndəlikdə olmasının səbəbini, nümayndəliyin əmək kitabçasında qeydlərin və möhürün əks etdirmək səlahiyyətinin olmasını araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdiklə ri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə müvafiq olaraq məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi, hazırki işin əlavə araşdırılmasına ehtiyac yaranmışıdır ki, işə yenidən baxacaq apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən məsələyə dəqiq hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsin ə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarın ın ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilməli; iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2067/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2067/2019
30.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver