Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2067/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, xüsusi iş stajı ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddia çı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1274/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.
2. İddiaçıya məxsus PT-İ seriyalı, ******* nömrəli, xx.xx.1984-cü il tarixli əmək kitabçasının məlumatlarına əsasən o, xx.xx.1981- xx.xx.1984-cü illərdə Masis rayonun süd-tərəvəz sovxozunun 1 №li briqadasında, xx.xx.1984 - xx.xx.1988-ci illərdə Mas is rayonunun Kalinin adına sovxozunun 1 №li briqadasında, xx.xx.1988 - xx.xx.1992-ci illərdə Nizami rayonunda uşaq bağçasında, xx.xx.1992- xx.xx.1993-cü illərdə Bakı şəhəri Nizami rayonu 113 №li körpələr evi - uşaq bağçasında işləmişdir. 3. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş A/341 №li xx.xx.2019-cu il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixinə kimi “xxxx”nin Yol xidmətinin 2 saylı Yol hissəsinin 8-ci bölməsində 2-ci, 3-cü dərəcəli gecə növbəsində yol montyoru, xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 2 saylı Yol hissəsinin 4-cü sahəsində gecə növbəsində yol nəzarətçisi peşəsində çalışmışdır, xx.xx.2014-cü il tarixindən hal-hazıradək “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətinin 2 saylı Yol hissəsinin 4-cü sahəsində gecə növbəsində yol nəzarətçisi peşəsində işləyir. Gecə, yeraltı xüsusi, zərərli iş şəraitində əmək stajı 10 il 07 ay 17 gündür. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının 21.5-ci bəndinin 1-ci bölməsinə əsasən əmək stajına və yaşına görə güzəştli təqaüdə çıxmaq hüququna malikdir. Yol nəzarətçisi - yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24 %, gecə işinə görə 40 % ödənc hesablanır.
4. İddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir.
5. Cavabdeh xx xxxxxxxx 2019-cu il tar ixli, **********8 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Az ərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilmiş sənədlərdə xx.xx.2008-ci il tarixindən hazırki vaxtadək “xxxx”nin Yol xidmətində yol nəzarətçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin 21.5-ci bəndində yol montyoru və yol nəzarətçisi peşələri zərərli peşə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən də ona güzəştli şərtlərlə əmək pensiyasının təyinatı mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxxxxx 2019-cu il tarixli, **********8 №li imtinasının əsassız hesab edilməklə, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1962-ci ildə doğulmuşdur. Sığortaolunanın ümumi iş stajı barədə məlumat kitabçasından göründüyü kim i, sənayenin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahəsində çalışmışdır. Qanunun tələbinə uyğun olaraq ümumi əmək stajına və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sığorta stajına malikdir. “xxxx” QSC tərəfindən verilmiş A/341 nömrəli, xx xxxx 2019-cu il tarixli arayışdan göründüyü kimi, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi xxxxnin Yol xidmətinin 2 saylı Yol hissəsinin 8-ci bölməsində gecə növbəsində yol montyoru, xx.xx.2008-ci il tarixdən hazırki dövrədək 2 saylı Yol hissəsinin 4-cü sahəsində gecə növbəsində yol nəzarətçisi vəzifəsində işləyir. Gecə, yeraltı xüsusi zərərli iş şəraitində əmək stajı 10 il 07 ay 17 gündən çoxdur. Yol nəzarətçisi yol fəhləsi hesab edilir və yol fəhləsinin tuneldə hər gecə ağır, yeralt ı zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına 24 %, gecə işinə görə 40 %ödənc hesablanır. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim: N.İ.Abıyev) iddia təmin edilmiş, iddiaçıya xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 20 ildən artıq ümumi iş stajına malik olduğundan və həmin vaxt g üzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən 10 il iş stajı – xüsusi stajı tamamlandığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.
12. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1274/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) apelyasiya şikayəti təmin ed ilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələri ndə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
17. Bundan əlavə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasə n, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
18. İddiaçının işlədiyi sahəyə aid güzəştli peşələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci bəndində “Metropolitenlər” bölməsində göstərilmişdir. İddiaçının qeyd etdiyi vəzifə (peşə) Siyahıda nəzərdə tutulmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə ic raatı iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi iştirak etmiş, lakin o, vəkillə təmsil olunmamışdır. Odur ki, işə iddiaçının nümayəndəsinin çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 23 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkə mə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA Sİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqey i ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
30. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır.
31. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, qadın cinsindən olan şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) Siyahıda nəzərdə tutulan peşə lərdə iş stajı – xüsusi iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
32. Apelyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında, apelyasiya və kassasiya şikayətlərində yeganə mübahisə etdiyi məsələ iddiaçının “xxxx” QSC-də işlədiyi “yol nəzarətçisi” peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında zərərli peşə kimi göstərilməməsi ilə bağlıdır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr “Metropolitenlər” adlanan 21.5-ci bəndində nəzərdə tutulmuşdur: yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr.
34. İddiaçının əmək kitabçasında qeyd olunmuş gecə növbəsində yol nəzarətçisi peşəsində işləməsi mübahisəsiz hal olmaqla bərabər həmin peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 21.5-ci bəndinin 1-ci bölməsində nəzərdə tutulmuş “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəh lələr” kateqoriyalı işçilərə aid edilməsi Azərbaycan Respublikası “xxxx” QSC tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli A/341 saylı arayışda öz təsdiqini tapmışdır.
35. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin ed ilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
36. İş materiallarından göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışması barədə “xxxx” QSC tərəfindən verilmiş A/341 №li xx.xx.2019-cu il tarixli arayışda ətraflı olaraq iddiaçının xüsusi stajı qeyd edilmiş, həmçinin işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulduğu göstərilmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2018-ci il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 il xüsusi iş stajına - güzəştli şərtl ərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun xx xxxxxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması və həmin vaxtdan ona pensiya təyin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1274/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdi