Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2067/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın və plan-ölçünün bir hissədə ləğv edilməsi, servitut hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər Məmmədov Mehman Əli oğlu, X8 işə cəlb edilməklə “çıxarı şın və plan-ölçü sənədinin bir hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2023cü il tarixli, 2-1(103)-695/2023 nömrəli qərarından 3-cü şəxs Məmmədov Mehman Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1135 saylı, ölçüsü 0.13 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2011-ci il qeydiyyat tarixi ilə q eydiyyatdan keçmişdir.
2. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədi verilmiş və sözügedən plan-ölçü sənədində torpaq sahəsinin döngə nöqtələri və koordinatları göstərilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 677 saylı, ölçüsü 0.05 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə Məmmədov Mehman Əli oğlunun adına ********** qeydiyyat nömrəsi, xx.xx.2018-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir. 4. 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədi verilmiş və sözü gedən plan-ölçü sənədində torpaq sahəsinin döngə nöqtələri və koordinatları göstərilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında ilkin iddia üzrə İddiaçı cavabdehlər Məmmədov Mehman Əli oğluna qarşı onun və cavabdeh M.Məmmədovun torpaq sahələrinin sərhəd olduğu sahədə cavabdehə məxsus hasarın sökülərək həmin sahədən onun giriş-çıxışını sərbəst şəkildə həyata keçirməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsinə dair, qarşılıqlı iddia üzrə Məmmədov Mehman Əli oğlunun cavabdeh İddiaçı qarşı ilkin iddianın təmin edilməməsi, ona məxsus 1 sot torpaq sahəsinin qaytarılması, cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi və cavabdehin onun həyətinə açdığı qapının sökülməsi barədə qətnamə qəbul edilməsinə dair mülki iş vardır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin i craatında olan mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 16256 nömrəli 14 oktyabr 2019-cu il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Məmmədov Mehman Əli oğlunun mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plancizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmişdir (sxem əlavə edilir); həmin mütəxəssis rəyində göstərilmişdir ki, Məmmədov Mehman Əli oğlunun mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi i lə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmişdir; həmin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir ki, İddiaçı məxsus bağ sahəsinin Məmmədov Mehman Əli oğluna məxsus bağ sahəsi istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı cavabdehin xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilində açılır və bununla da, normal çıxışı məhdudlaşır.
7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən **********31 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 677 saylı bağ sahəsinə dair sənədlərin surətlərindən müəyyən edilir ki: X3 və İstismarı Birliyi ilə Məmmədov Mehman Əli oğlu arasında bağlanmış “Novxanı ərazisindəki 677 nömrəli bağın istifadəyə verilməsi haqqında” 31737 saylı müqaviləyə əsasən Bakı şəhəri, Novxanı bağ massivində yerləşən 677 nömrəli bağ sahəsi Məmmədov Mehman Əli oğlunun istifadəsinə verilmişdir. Məmmədov Mehman Əli oğlu notarial qaydada razılıq ərizəsi təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində 677 nömrəli bağ sahəsi ünvanda yerləşən 600 kv.m torpaq sahəsinin azalaraq faktiki istifadədə olan 500 kv.m özəlləşməsinə və çıxarış verilməsinə etiraz etməmişdir. Sözügedən bağ sahəsi Məmmədov Mehman Əli oğlunun adında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədi verilmişdir. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən Məmmədov Mehman Əli oğlu tərəfindən sözügedən bağ sahəsi X6 bağışlanılmışdır.
8. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1135 saylı bağ sahəsinə dair sənədlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-484/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti X3 və İstismarı Birliyi ilə icarədar X1 arasında 18 fevral 2006-cı il tarixdə bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində, sahəsi 0.13 ha olan 1135 saylı bağ torpaq sahəsinin icarəyə verilməsi haqqında 37062 nömrəli icarə müqaviləsi İddiaçı ilə bağlanmış hesab edilmişdir. Qətnamə 11 mart 2010-cu il tarixdən qanuni qüvvəsini almışdır.
9. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin bağ sahəsinə dair iddiaçının adına torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçının adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 677 saylı, ölçüsü 0.06 ha olan bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına ********** qeydiyyat nömrəsi, xx.xx.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyatdan keçmişdir.
11. İddiaçı 26 dekabr 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən qonşu bağ sahəsinə dair verilmiş plan-cizgidə müvafiq düzəlişl ərin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
12. Cavabdeh 19 yanvar 2020-ci il tarixli, 27 oktyabr 2020-ci il tarixli məktublarla iddiaçıya bildirmişdir ki, qonşusu Məmmədov Mehman Əli oğluna məxsus hasar daxilində olan 500,0 kv.m torpaq sahəsinin 13,0 kv.m hissəsi iddiaçının torpaq sahəsinin ikinci giriş-çıxış yolunu tutduğu üçün adıçəkilən məsələ mübahisəlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır.
13. İddiaçının elektron məhkəmə sistemi vasitəsi ilə təqdim etdiyi Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Məmmədov Mehman Əli oğlu və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş, hazırkı inzibati işə baxılması ilə əlaqədar dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair Məmmədov Mehman Əli oğlunun adına tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2018-ci il tarixli, AN 267170 nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin İddiaçı mülki yyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışa mane olan hissəsində (torpaq sahəsinin 13 kv.m hissəsi) ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddianın əsaslarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1135 saylı bağ sahəsi ona məxsusdur. Həmin bağ sahəsində daha sonra atası yaşamışdır. O, həmin bağ sahəsində böyüyüb başa çatmış və hazırda da, orada yaşayır. Həmin bağ sahəsi üzərində onun mülkiyyət hüququ xx.xx.2011-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ƏMDK yanında DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüs ü verilmişdir. Qeyd etdiyi bağ sahəsinin şimal hissəsindən həyətə giriş-çıxış üçün uzun illərdir ki, dəmir qapı qoyulmuşdur. Həmin qapı digər şəxsin istifadəsində və sahibliyində olmayan (olması mümkün olmayan), ümumi istifadədə olan boş əraziyə, yol qırağına açılırdı və ondan mübahisəsiz şəkildə istifadə olunurdu. Lakin, bir müddət sonra şimal tərəfdən qonşuluğunda yerləşən bağ sahəsinin istifadəçisi Məmmədov Mehman Əli oğlu həmin bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda bağ sahəsini hasara almış və hasarın bir tərəfini onun bağ sahəsinin giriş-çıxış qapısına olduqca yaxın (hətta birləşdirməklə) inşa etməklə həmin qapıdan istifadəyə, bağ sahəsinə giriş-çıxışa maneə yaratmışdır. Daha sonra müvafiq dövlət qurumlarına etdiyi haqlı şikayətləri nəticəsində qeyd et diyi hasar qismən sökülmüşdür. Bir müddət sonra Məmmədov Mehman Əli oğlu istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış, bununla bağlı ona ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2018-ci il tarixli, AN 267170 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Qeyd etmək istəyir ki, məhz bundan sonra Məmmədov Mehman Əli oğlu həmin ərazidə yenidən hasar çəkmiş və bu səfər hasarı nəinki onun bağ sahəsinin giriş-çıxış qapısına birləşdirmək, hətta qapının onun hasarının daxilində qalacaq şəkildə çəkmişdir. Hazırda mülkiyyətində olan bağ sahəsinin giriş-çıxış qapısı Məmmədov Mehman Əli oğlunun mülkiyyətində olan əraziyə açılır və bu hal onun mülkiyyət hüququnu məhdudlaşdırır. Bu hal eyni zamanda mülkiyyətdən maneəsiz istifadə prinsipinin pozulmasıdır. Bütün bunlara səbəb isə ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Məmmədov Mehman Əli oğlunun mülkiyyət hüququ qeydiyyata alınarkən torpaq sahəsinin sərhədlərinin düzgün müəyyən edilməməsi, mərzçəkmə işlərinin düzgün aparılmaması və nəticədə torpaq sahəsinin planı və ölçüsünün düzgün tərtib olunmamasıdır. Belə ki, idarənin mütəxəssisləri Məmmədov Mehman Əli oğlunun torpaq sahəsinə yerində baxış keçirərkən həmin ərazidə onun bağ sahəsinin giriş-çıxış qapısının olduğunu gördükləri halda həmin ərazini də, sonuncunun torpaq sahəsinin sərhədləri daxilində qələmə vermişlər. Halbuki, həmin ərazi ümumi istifadədə olan ərazidir və yol qırağıdır. Onu da, qeyd etmək istəyir ki, həmin ərazinin Məmmədov Mehman Əli oğlunun torpaq sahəsinə aid ərazi olduğu düşünülsə belə, təcrübə göstərir ki, bu kimi hallarda qeydiyyat orqanı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatından imtina edir və ən yaxşı halda tərəflərə mübahisəli məsələnin məhkəmə qaydasında həll edilməsi yolunu göstərir. Lakin, görünən odur ki, İdarənin mütəxəssisləri qeyd olunan məsələ ilə bağlı ciddi səhvə yol vermişlər.
16. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə, xx.xx.2020-ci il tarixdə isə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Məmmədov Mehman Əli oğlun a məxsus hasar daxilində olan 500 kv.m torpaq sahəsinin 13.0 kv.m hissəsi iddiaçının torpaq sahəsini ikinci giriş-çıxış yolunu tutduğu üçün adıçəkilən məsələ mübahisəlidir. Bununla bağlı iddiaçıya xx.xx.2020-ci il tarixli, **********01 nömrəli, xx.xx.2020-ci il tarixli, **********02 nömrəli məktublar ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq X3 və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixli, 31737 saylı müqaviləsi əsasında Məmmədov Mehman Əli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən ilkin qeydiyyatdan keçmiş, hazırda onun xüsusi mülkiyyətindədir.
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-493/2022 nömrə li qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə 3cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hər-hansı bir hissədə üst-üstə düşməməsi halını əsas gətirərək, cavabdehin imtinasının qanuni olmasını bildirmiş, iddiaçı ilə 3-cü şəxs arasında olan hazırkı mübahisənin əsasının yəni, giriş-çıxışa maneələrin aradan qaldırılması məsələsinin mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməsi qənaətinə gəlmişdir.
19. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2-1(112)493/2022 nömrəli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbi təmin edilməklə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı eyni zamanda üçüncü şəxsin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə edərək qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinə Məmmədov Mehman Əli oğluna məxsus olmuş 677 saylı bağ sahəsinə dair çıxarışın müəyyən hissədə ləğv edilməsi tələbi ilə müraciət etmişlər, lakin sonradan məlum olmuşdur ki, Məmmədov Mehman Əli oğlu özünə məxsus həmin bağ sahəsini məhkəmə mübahisəsi dövründə oğlu X6 bağışlamış, X6 dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış vermişdir. Bu səbəbdən, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.
22. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə protokol qaydasın da icraata qəbul edilmiş və X8 üçüncü şəxs qismində icraata cəlb edilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2-1(103)-695/2023 nömrəli qərarı ilə (hakimlər: İ.S.Şirinov /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və E.C.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-493/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsin də (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin hər-hansı bir hissədə üst-üstə düşməməsi halını əsas gətirərək, cavabdehin imtinasının qanuni olmasını bildirmiş, iddiaçı ilə 3-cü şəxs arasında olan hazırkı mübahisənin əsasının yəni, giriş-çıxışa maneələrin aradan qaldırılması məsələsinin mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilməsi qənaətinə gəlmişdir.
25. Üçüncü şəxs Məmmədov Mehman Əli oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi nin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
26. Üçüncü şəxs M.Məmmədovun iddiaçının bağ sahəsinə giriş-çıxışına mane olması işin həqiqi halları ilə uzlaşmır. Belə ki, İddiaçı və onun anası B.Musayeva 1135 saylı bağ sahəsinə hüquq əldə edənədək mövcud olmuş vəziyyət dəyişməmişdir.
27. B.Musayevanın mülkiyyətində olan 1135 saylı bağ sahəsinə 2 yerdən böyük darvaza olmuş və həmin darvazadan birini öz arzusu ilə özü bağlamışdır. İddiaçı hazırda giriş-çıxış qapısı açmaq istədiyi yerdən heç vaxt giriş-çıxış qapısı olmamış və bu üçüncü şəxs tərəfindən bağlanmamışdır.
28. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mül ki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
29. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsi nə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
30. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
31. Avropa İnsan Hüquqları Məhkəm əsi “Kravçenko Rusiya Federasiyasına” qarşı 02 aprel 2009-cu il tarixli qərarında hüquqi mövqeyini belə bildirmişdir ki, əgər tələb təbiətinə görə “maddi” məna kəsb edirsə və mübahisənin yaranmasından asılı olmayaraq həm də maddi məna daşıyan və ehtimal olunan hüquq pozuntularına əsaslanırsa, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu kimi qəbul edilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisənin xarakteri, mübahisənin mahiyyəti, tərəflərin hüquq və vəzifələrini düzgün müəyyən edilməmiş, nəticədə əsassız olaraq iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsinə dair əsassız qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları i stənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə
255. Servitut anlayışı 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru k əmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 1.0.3. Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə);
36. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsi: 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestri ndə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; 2.0.2. daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək; 2.0.3. dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; 2.0.4. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; 2.0.5. yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; 2.0.6. torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; 2.0.8. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək. 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir. 37. “İnzibati icraat haqqında” Qanun: Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdi yi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
38. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apellyasiya məhkəməsinin qərarı bütövlükd ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir
42. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ******* ***86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsinə nail olmaqdır.
43. Tələbin əsası isə ondan ibarətdir ki, Məmmədov Mehman Əli oğluna məxsus hasar daxilində olan 500 kv.m torpaq sahəsinin 13 kv.m hissəsi hazırda onun mülkiyyətində olan bağ sahəsinin yeganə giriş-çıxış hissəsini tutur.
44. Hazırkı iş üzrə iddiaçı və 3-cü şəxs Məmmədov Mehman Əli oğlu arasında olan mülki məhkəmə mübahisəsi üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə əsasən təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Məmmədov Mehman Əli oğlunun mülkiyyətində olan bağ sahəsinin hasarı dövlət qeydiyyatına alınmış plancizgiyə (plan-ölçüyə) uyğun olaraq çəkilmiş, Məmmədov Mehman Əli oğlunun mülkiyyətində olan bağ sahəsinin hasarının faktiki sahəsi ilə qeydə alınmış plan-cizgi (plan-ölçü) arasında uyğunsuzluq aşkar edilməmiş, İddiaçı məxsus bağ sahəsinin Məmmədov Mehman Əli oğluna məxsus bağ sahəsinin istiqamətindən əsas yola açılan giriş-çıxış qapısı, Məmmədov Mehman Əli oğlunun xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin hüdudları daxilinə açılır və bununla da, normal çıxışı məhdudlaşdırır.
45. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını, qanunvericiliyin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmamışdır.
46. İşin hallarından müəyyən olunur ki, iddiaçının üçüncü şəxslərin mülkiyyətində olan daşınmaz əmlaklara qarşı hər hansı iddiası yoxdur, yalnız özünə məxsus bağ sahəsindən əsas yola çıxışı təmin etməyə nail olmaq istəyir. Beləliklə, iddiaçının tələbi üçüncü şəxslərə məxsus daşınmaz əmlaklara dair əmlak hüquqlarının (servitut) mövcudluğunu iddia etdiyi müəyyən olunur.
47. Mülki Məcəllənin 255.1-ci maddəsinə əsasən, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Eyni zamanda, Məcəllənin 255.2-ci maddəsinə əsasən, daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.
48. Mülki Məcəllənin 255.4-cü maddəsinə əsasən isə servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmçinin servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır (MM-nin 255.7-ci maddəsi).
49. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının hüquqi marağına uyğun tələbin inzibati icraatda baxılmalı olub-olmaması baxımından qeyd edir ki, qanunun yuxarıda qey d edilən tələblərinə əsasən əgər iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi həyətyanı sahəsindən yola çıxışının əldə olunmasıdırsa, iddiaçıya izah edilməlidir ki, iddiaçının Mülki Məcəllənin 158.1.3-cü maddəsinə uyğun olaraq servitut hüququ vardır.
50. Hazırki qərarın 36-cı bəndində istinad edilən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 2-ci bəndinə əsasən dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərti b etmək; dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək; ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək; yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərini həyata keçirmək; torpaqların monitorinqi və torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək; ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək DƏDKR-in fəaliyyət istiqamətləridir.
51. Həmin Nizamnamənin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifəsidir.
52. Göründüyü kimi, cavabdehin giriş-çıxışa maneələrin aradan qaldırılması və planölçü sənədinin buna müvafiq olaraq verilməsi kimi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqaməti və ya vəzifəsi mövcud deyildir.
53. Beləliklə, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli bağ sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
54. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Odur ki, kass asiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Üçüncü şəxs Məmmədov Mehman Əli oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2023-cü il tarixli, 21(103)-695/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçının cavabdehə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 677 saylı bağ sahəsinə dair X5 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və **********86 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün həmin bağ sahəsinin 13 kv.m hissəsində (İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı b ağ massivi ünvanındakı 1135 saylı bağ sahəsinin giriş-çıxışına mane olan hissəsində) ləğv edilməsi barədə iddiası rədd edilsin. Qərar qətidir.