Məhkəmə qərarları › İş №2-1(102)-2067/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2067/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2067/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik tarixinin müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitas iya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)-1558/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilk dəfə xx.xx.2008-ci il tarixdən “Sol bud sümüyünün yuxarı 1/3 q/d bitişmiş sınığı, sol bud çanaq oynağının artrozu, sol a/ə qısalığı, budun əzələ deffekti” diaqnozu əsasında ümumi xəstəlik səbəbindən 1 il müddətinə ilkin İİİ dərəcəli əlillik təyin edilmişdir.

2. Daha sonra xx.xx.2014-cü il tarixdən “Sol budun yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sol budun böyük həcmdə çapığı" diaqnozu əsasında 1 il müddətinə ümumi xəstəlik səbəbindən təkrar İİİ dərəcəli əlillik, xx.xx.2015-ci il tarixdən “Sol budun yuxan 1/3nin qeyri-düzgün bitişmiş sınığı. Sol a/ə 2 sm qısalığı” diaqnozu əsasında 1 il müddətinə ümumi xəstəlik səbəbindən təkrar İİİ dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdən “Sol budun yuxan 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Sol a/ə 2 sm qısalığı” diaqnozu əsasında 5 il müddətinə ümumi xəstəlik səbəbindən təkrar İİİ dərəcəli əlillik təyin edilmişdir.

3. Sonradan əlillik dərəcəsinin ağırlaşmasına görə xx.xx.2016-cı il tarixdən “Sol bud sümüyünün yuxarı 3\1 hissəsinin qeyri-düzgün bitişmiş sınığı. Sol aşağı ətrafın 5 sm qısalığı” diaqnozu əsasında 5 il müddətinə ümumi xəstəlik səbəbindən İİ dərəcəli əlillik (= > qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya pira mid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg..) təyin edilmişdir.

4. İddiaçıya əlilliyin təyin edilməsi üçün inzibati orqana tibbi göndəriş təqdim olunmuş müraciət etmiş, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci tarixli göndərişlər natamam doldurulması əsası ilə imtina edilmişir.

5. Sonuncu dəfə xx.xx.2023-cü il tarixli müayinə nəticəsində göndərişin natamam doldurulması səbəbindən əlilliyin təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və s qarşı “əlilliyin təyin edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İ ddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci il tarixdən əlilliyi olan şəxs olmuşdur. Əlillik müddəti 06 oktyabr 2021-ci il tarixədək olduğundan, yeni göndəriş tərtib edilərək cavabdehə göndərilmiş, lakin ona əlilliyin növbəti dəfə təyinindən imtina etmişdir. Halbuki, ona əlilliyin təyini üçün əsas olan xəstəliklər mövcud olsa da, cavabdeh həmin halı nəzərə almamışdır.

8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, göndərişlər əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və göndərişin natamam doldurulması müəyyən edilmişdir. Halhazırda iddiaçıya əlilliyin təyinatına əsas mövcud olmadığından, əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda yenidən müraciət etməsi tövsiyə olunur. İddia tələbinin rədd edilməsi xahiş edilir.

9. Daha sonra iddiaçı bir n eçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir.

10. Sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 24 avqust 2023-cü il tarixli cavabdehin qərarının ləğv edilməsi, 06 oktyabr 2021-ci il tarixdən əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7075/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7075/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim X1) ilə cavabdehin İddiaçı əlilliyin təyinatından imtina hissəsində 24 avqust 2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı 06 oktyabr 2021-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2008-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Beləliklə də iddiaçı ona təyin edilmiş əlilliklə bağlı qərarlara etimad hüququ mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2008-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh də həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümay iş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıbsağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir.

14. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 2-1(103)-1558/2024 nömrəli qərarı (hakimlər X2 (məruzəçi), X3 və X4) ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7075/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən s axlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.

19. Belə ki, İddiaçı (xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində qiymətləndirilmiş və göndərişdə qeyd edilmiş ağırlaşmaların obyektiv və köməkçi diaqnostik müayinə nəticələri ilə əsaslandırılmadığına görə əlillik təyinatı aparmaq mümkün olmamış və beş halda göndəriş natamam doldurulma səbəbi ilə tibb müəssisəsinə qaytarılmış, bir halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, dəri və görünən selikli qışaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf etmişdir. Dili nəm, ərsizdir. Əsas şikayətləri sol bud çanaq və diz oynaqlarında ağrıdan, ağrı hesabına hərəkətin məhdudlaşmasından və tez yorulmadandır. Baxış zamanı sol budun bayır səthinin yuxarı 1/3-də bərkimiş postoperasion çapıq toxuma qeyd edilir. Sol aşağ ıətrafda əzələ atr ofiyası, qısalma qeyd edilmir, əzələ gücü və tonusu saxlanılıb. Sol bud-çanaq və diz oynaqlarında aktiv hərəkətlər ağrı hesabına məhdudlaşıb, passiv hərəkətlərdə oynaqda hərəkət həcmi pozulmayıb. Beləliklə, xəstədə Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşma (Ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (Bud-çanaq oynaqlarının hərəkətinin təzahür edən məhdudlaşması: birtərəfli; Bud-çanaq oynaqlarının hərəkətinin orta dərəcə məhdudlaşması: ikitərəfli; Ayağın 4-7 sm qısalması; Bud sümüyünün psevdoartrozu, mülayim pozuntularla; Funksional əlverişsiz vəziyyətdə diz oynağının ankilozu) aşkar edilməmişdir. Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsin in qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Diaqnozların nəticəsindən aydın olmuşdur ki, iddiaçı barəsində həmin göndərişlər və diaqnozlar əsasında əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı ba rəsində əlillik təyin edilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəliklər qanunvericiliklə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati or qan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilə nə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 1 32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə sa xlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN M ÖVQEYİ

26. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı 24 avqust 2023-cü il tarixli cavabdehin qərarının ləğv edilməsi, 06 oktyabr 2021-ci il tarixdən əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsinə yönəlmişdir.

27. Birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi ilə razılaşsalar da, cavabdeh iddiaçının iddia tələbinin əsassız olması qənaətindədir. Qeyd edilir ki, iddiaçıda olan diaqnozlar əlillik təyin edilməsi üçün əsas vermir.

28. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizasının 2316 saylı, 05 iyun 2023-cü il tarixli rəyində iddiaçıda-“S72.3-bud sümüyü cisminin (diafizini) sınığı, sol bud sümüyünün yuxarı 1/3-in qeyri-düzgün bitişmiş sınığı, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, əzələ artofiayası. M17.5 Digər ikincili qonartrozlar, sol diz oynağının İİİ dərəcəli osteoartrozu, oynaq ətrafı ostefitləri, varus deformasiyası, açıcı-bükücü kəskin kontrakturası (açma 165 dər, bükmə 155 dər.) M21.1digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sol bud sümüyünün varus deformasiyası, M25.7—osteofit, sol diz oynqaətrafı oteofitləri, M19-1-digər oynaqların posttavmatik artrozu, sol diz oynağının İİİ dərəcəli osteoartrozu” diaqnozun müəyyən edildiyi qeyd edilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda adıçəkilən xəstəliklər həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapmış xəstəliklərdir.

30. Odur ki, iddiaçıda olan diaqnozların ona əlillik təyin edilməsi üçün əsas verməməsi ilə bağlı cavabdehin arqumenti əsaslı sayıla və qəbul edilə bilməz.

31. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçıya əlilliyin təyin edilməsi tarixi barədə düzgün nəticəyə gəlməmişlər ( Məhkəmə qərarları ilə iddiaçının əlillik tarixinin xx.xx.2021-ci il olması qərara alınmışdır).

32. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti 06 oktyabr 2021-ci il tar ixdə bitdikdən sonra xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə inzibati orqan tərəfindən göndərişlər verilmişdir.

33. Həmin göndərişlərlə bağlı cavabdehin imtinalarının hər biri bütün əlamətlərinə görə bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir.

34. Lakin iddiaçı qeyd edilən inzibati aktlardan yalnız birini xx.xx.2023-cü il tarixli inzibati aktı mübahisələndirmiş, digər inzibati aktlar barəsində nə şikayət instansiyasında, nə də məhkəmədə mübahisə açmamışdır.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qəra rlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 36. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

37. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci tarixli inzibati aktlar mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədədir.

38. Belə olan halda iddiaçının əlillik müddətinin əvvəlinin 06 oktyabr 2021-ci il tarixdən hesablanması qəbul edilən sayıla bilməz.

39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyin dən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əlilliyinin təyin edilmə tarixi sonuncu imtina qərarının verildiyi 24 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 aprel 2024-cü il tarixli, 21(103)-1558/2024 saylı qərarı dəyişdirilsin. Əlilliyin müəyyən olunması 24 yanvar 2023-cü il tarixdən hesab edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar