Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2068/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İçlər Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: vəkil tərəfindən tərtib olunmamış və imzalanmamış kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1283/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.DİN-in KTİ-nin Kriminalistika şöbəsinin kiçik inspektoru polis baş serjantı X3 “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən DİN-in xx.xx.2014-cü il tarixli Ə746-001-14 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. X4 xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı qeyri-müəyyən iddia tələbi ilə elektron qaydada 1 saylı Bakı İnzibatiİqtisad i Məhkəməsinə müraciət etmişdir. 3. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)3333/2019 nömrəli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı X1 iddiası mümkün sayılmamışdır.
4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, S.Əzizova DİN-ə qarşı işdən azad olunma barədə əmrin ona aid hissəsinin ləğv olunması barədə 2 saylı Bakı inzibatiİqtisad Məhkəməsinə müraciət etsə də, sonuncunun iddiasının təmin olunmaması barədə xx.xx.2016-cı il tarixli qərardad qəbul olunmuşdur.
5. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1283/2020 nömrəli qərardadı ilə (hakimlər H.Həmidov ( sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmadığına görə, verilmiş kassasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxılması qərara alınmışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
6. İddiaçı məhkəmə iclasında vəkillə təmsil olunmadığına görə onun izahatı dinlənilməmişdir.
7. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gə lməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.2. Apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
95. Kassasiya şikayəti daxil olduqdan sonra ap elyasiya instansiyası məhkəməsinin hərəkətləri Maddə 95.1. kassasiya şikayəti daxil olduqdan sonra, apelyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apelyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; dövlət rüsumunun ödənilməsini; şikayətin verildiyi apelyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını yoxlayır. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Maddə 96.3. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə ka ssasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
10. Kassasiya aşağıdakı səbəblərə görə mümkün hesab edilə bilməz.
11. Belə ki, İPM-nin 96.2-ci maddəsi məhkəmədən kassasiyanın mümkünlüyü əsaslarını yoxlamağı tələb edir. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-nin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, kassasiya şikayətinin İPM-nin 94-cü maddəsində müəyyən olunmuş müddətlərdə verilməsi və həmin normada müəyyən olunmuş tələblərə riayət olunması, İPM-nin 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun olması başa düşülür.
12. Hə mçinin kassasiya şikayətinin forma və məzmununa aid Azərbaycan Respublikası MPM-nin 67.1 və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlərə cavab verməsi də kassasiyanın mümkünlüyü əsaslarına aiddir.
13. Çünki İPM-nin 90.3-cü maddəsi göndərici norma olmaqla, göstərir ki, bu fəsildə başqa qayda müəyyən edilmədiyi hallarda, Azərbaycan Respublikası MPM-nin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir.
14. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsi müəyyən edir ki, kassasiya şikayətləri yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsində yazılır ki, şikayətə vəkilin orderi əlavə olunur.
15. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmamış və imzalanmamışdır.
16. Yəni kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 67.1 və 407.3-cü maddələrində müəyyən olunmuş tələblərə əməl olunmadan verilmişdir.
17. İşin bu halı, kassasiya şikayətinin mümkün sayılmamasını şərtləndirir.
18. Həmçinin kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPM-nin 96.3-cü maddəsinə əsasən iddiaçının dinlənilmə hüququnu təmin etmək üçün işi kassasiya şikayətinin mümkünlük məsələsinə baxılmasına təyin etmiş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat vermiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95.2-ci maddələr inin tələbinə əsasən bildiriş göndərilməklə, yol verilmiş çatışmazlıqlar konkret qeyd edilərək işin vəziyyəti izah olunmuş, yol verilmiş çatışmazlığın aradan qaldırılması, yəni vəkil tərəfindən tərtib olunmuş kassasiya şikayətini göndərmək təklif olunmuş və bunun üçün ağlabatan müddət təyin olunmuşdur. Həmçinin qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr bildirişdə aydın şəkildə izah olunmuşdur.
19. Lakin iddiaçı verilmiş müddətdə qeyd olunan çatışmazlığı aradan qaldırmamışdır.
20. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə İPM-nin 96.3-cü maddəsinə əsasən şikayəti qəbul etməkdən imtina etməli və bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
21. Şikayətin qəbulundan imtina edildiyi halda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvə yə minir.
22. Yəni iddiaçının kassasiya şiayətinin qəbulundan imtina olunması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-483/2020 saylı 18 fevral 2020ci il tarixli qərarının qanuni qüvvəyə minməsi kimi hüquqi nəticə törədir.
23. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilmədən verildiyinə, eləcə də yol verilmiş qüsurlar diqqətinə çatdırılmasına baxmayaraq iddiaçı tərəfindən aradan qaldırılmadığından kassasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.
24. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1283/2 020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.