Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2068/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair sərəncamın ləğv edilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, "xxxx" MMC) “sərəncamın etibarsız sayılması” tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(103)-332/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" MMC yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” xx.xx.2017-ci il tarixli 53 nömrəli Sərəncamına əsasən, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq ünvan 1də yerləşən icarə əsasında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilməsi qərara alınmışdır.
2. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanınd a Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 38 nömrəli Obyektin tikintisinə icazənin surətinə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinə icazə verilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 363 saylı sərəncamından çıxarışın surətinə əsasən, ünvan 1də "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasına dair tərtib olunmuş şəhərsalma əsaslandırması təsdiq edilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 02 saylı sərəncamının surətinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 363 saylı xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icr ası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10 fevral 2017-ci il tarixli 53 nömrəli Sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2007- ci il tarixli 08/03 saylı qərarı ilə ona satılmış və bu günədək həmin torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsi xx.xx.2016-cı il tarixindən "xxxx" MMC-nin qanuni təmsilçisi X1 ilə aralarında bağlanmış icarə müqaviləsinə əsasən 10 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC-nin müraciəti əsasında xx.xx.2017-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin başçısı tərəfindən onun mülkiyyətində olan torpaq sahəsində "xxxx" MMCyə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi barədə 53 saylı Sərəncam qəbul edilmişdir. Sonradan "xxxx" MMC aralarında bağlanmış müqavilə şərtlərini pozaraq uzun müddət icarə haqqını ödəməmiş, bu vəziyyət 3 aydan artıq davam etdiyindən Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 719.7-ci maddəsinin tələblərini rəhbər tutaraq icarə müqaviləsini xx.xx.2018-ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir və bu barədə "xxxx" MMC-yə rəsmi şəkildə yazılı bildiriş təqdim etmişdir. Lakin "xxxx" MMC icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinə məhəl qoymayaraq torpaq üzərində istifadə və ya hər hansı digər əmlak hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə "xxxx" MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə xitam verildiyini, dol ayısı ilə "xxxx" MMC-nin faktiki olaraq sözügedən torpaq sahəsi üzərində heç bir istifadə hüququnun olmadığını nəzərə almayaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında Sərəncamının əsasında xx.xx.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədi ilə sözügedən torpaq sahəsi üzərində "xxxx" MMC-yə yaşayış binasının tikilməsinə icazə vermişdir. "xxxx" MMC Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 38 nömrəli tikintiyə icazə sənədinin etibarsız olmasına baxmayaraq, onun əsasında hazırda mülkiyyətinə müdaxilə edərək qanunsuz olaraq həmin torpaq sahəsində tikinti işləri apa rmağa başlamışdır. Bələdiyyə qərarı əsasında onun mülkiyyətinə verilmiş torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Belə olan halda artıq balansından çıxarılmış torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilməsi qanuna və hüquqa ziddir. Mübahisələndirilən sərəncamın verilməsi Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətində deyildir.
7. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-1032/2021 nömrəli qərarı ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10 fevral 2017-ci il tarixli 53 nömrəli Sərəncamı etibarsız sayılmışdır.
10. Məhkəmə qeyd etmi şdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” xx.xx.2000-ci il tarixli 812 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin 501.26 ha torpaq sahəsinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində M.Ə.Rəsulzadə Bələdiyyəsinə təhvil verilməsi qərara alınmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 nömrəli Sərəncamına əsasən "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 812 nömrəli Sərəncamı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə ayrılmış torpaq sahəsinə aiddir və həmin ərazidə yerləşən, bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqları digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışlar da verilmişdir. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 nömrəli Sərəncamına əsasən "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən torpaq sahəsi bələdiyyə torpaqlarına aiddir. Beləliklə, Bakı şəhər İcra Haki miyyətinin başçısı tərəfindən xx.xx.2017-ci il tarixli 53 nömrəli Sərəncamla bələdiyyə torpaqlarına aid olan torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsinə münasibətdə isə Bakı şəhər İcra Hakimiyyəti sərəncam vermək səlahiyyətinə malik deyildir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 2-1(103)-332/2022 nömrəli qərarı ilə (hakimlər: H.Ü.Həmidov– sədrlik edən və məruzəçi, C.A.Yusifov və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, birinci inst ansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən icarəyə götürülən və bina inşa edilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqların hüdudlarında olmuşdur. Birinci instansiya icraatı zamanı işin bu halları araşdırılmamış və əsassız olaraq yalnız iddiaçı tərəfindən istinad edilən hallar əsasında iddia tələbinin təmin edilməsi barədə yanlış nəticəyə gəlinmişdir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində qeyd edir ki, işə baxan apellyasiya instansiyası m əhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın əsassız olduğu qənaətinə gələrkən mövqeyini yanlış olaraq belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi mübahisələndirilən sərəncam qəbul edilərkən tikintilərin layihələndirilməsi və icazə verilməsi səlahiyyəti Baki səhər İcra Hakimiyyətinə məxsus olmuşdur. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, tikintilərin layihələndirilməsi və ona (tikintiyə) icazə verilməsi səlahiyyəti Bakı səhər İcra Hakimiyyətinə aid olsa da, həmin qurum ərizə ilə hər müraciət edən şəxsə tikinti üçün icazə verə bilməz. Əksinə istər Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsindən, istərsə də digər mülki qanunvericilik normalarından aid olur ki, bunun üçün ən başlıca şərt tikinti aparmaq niyyətində ol an şəxsin tikinti aparmaq istədiyi torpaq sahəsi üzərində hüququ olmalıdır. Necə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 75.3-cü və 75.3.1-ci maddələrində də göstərilmişdir ki, sifarişçi tikintiyə icazə almaq üçün ərizə ilə müraciət edərkən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi həmin ərizəyə əlavə etməlidir. İndiki halda isə, mübahisəli torpaq sahəsi üzərində "xxxx" MMC-nin hər hansı hüququ müəyyən edilmir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin ərazisində (hüdudları daxilində) 22-ci Dağlıq küçəsində yerləşən mübahisəli 1200 kv.m torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsi əsasında x x.xx.2007-ci il tarixli 08/03 saylı qərarına əsasən iddiaçıya satılmışdır. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin planı xx.xx.2007-ci il tarixdə tərtib edilmişdir. xx.xx.2007-ci il tarixdə isə iddiaçı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi arasında Torpaqların alqı-satqısına dair akt imzalanaraq notarial qaydada təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsinin dörd bir tərəfində olan Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin hüdudları daxilində yerləşən torpaq sahələrindən ibarətdir. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, iddiaçı (icarəyə verən) ilə "xxxx" MMC adından çıxış edən X1 (icarəçi) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, icarəyə verən xx.xx.2007-ci il tarixli 08/03 saylı qərara əsasən özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini (tam hissə 1200 kv.m) xx.xx.2026-cı il tarixədək adı çəkilən MMC-yə (icarəçiyə) icarəyə vermiş, icarəçi aylıq 100 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Sonradan "xxxx" MMC həmin müqavilə şərtlərini pozaraq uzun müddət (3 aydan artıq) icarə haqqını ödəmədiyindən icarəyə verən icarəçiyə yazılı bildiriş ünvanlayaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.7-ci maddəsinin tələblərini rəhbər tutaraq icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Bundan sonra sözügedən torpaq sahəsi mübahisəsiz şəkildə İddiaçı faktiki sahiblik və istifadəsində olmuş və ona dair hər hansı mübahisə mövcud olmamışdır. 2020-ci ildə iddiaçı ona məxsus həmin torpaq sahəsində n aməlum şəxslər tərəfindən tikinti işlərinin aparıldığını müəyyən etmiş və ona məlum olmuşdur ki, ərazidə tikinti aparan üçüncü şəxs həmin işləri "xxxx" MMC ilə arasında bağlanmış müqaviləyə əsasən həyata keçirir. Bununla da ona məlum olmuşdur ki, "xxxx" MMC icarə müqaviləsinin faktiki olaraq ləğv edilməsinə məhəl qoymayaraq torpaq üzərində istifadə və ya hər hansı digər əmlak hüququ olmadığı halda həmin torpaq sahəsində yaşayış binası tikmək üçün icazə verilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 10 fevral 2017-ci il tarixli, 53 saylı sərəncamı ilə "xxxx" MMC-yə 30 yanvar 2017-ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq, ünvan 1də yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. B akı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 363 saylı sərəncamına əsasən isə qeyd edilən ünvanda "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binasına dair tərtib olunmuş şəhərsalma əsaslandırması təsdiq edilmişdir. Lakin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 02 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı rəhbərinin qanunvericiliyə əsasən imza səlahiyyəti olmadan imzaladığı 363 saylı xx.xx.2018-ci il tarixli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəyə dair işin halları obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq iş üzrə obyektiv düzgün qərarın qəbulu üçün zəruri olan həcmdə, tam və hərtərəfli araşdırılmamışdır.
21. Məhkəmə kollegiyası ilk öncə iddiaçının iddia ərizəsində irəli sürdüyü tələbi nəzərdən keçirilməsini zəruri hesab edir.
22. Məlum olduğu kimi iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının "xxxx" MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” 10 fevral 2017-ci il tarixli 53 nömrəli Sərəncamının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. İş materiallarında olan (iş səh. 24) cavabdehin mübahisə predmeti olan xx.xx.2017-ci il tarixli, 53 saylı sərəncamından görünür ki, sərəncam “Map MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi və şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında” adlanır.
25. Sərəncamın adından bəlli olduğu kimi, həmin sərəncamla, "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 15 saylı müraciəti nəzərə alınaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yerləşən icarə əsa sında 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir.
26. Beləliklə mübahisə predmeti olan sərəncam ərazinin tikinti üçün ayrılması və yaxud tikintiyə icazə verilməsi haqqında deyil, yalnız sözügedən ünvanda yerləşən 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqındadır.
27. Başqa sözlə, sözügedən sərəncam həmin ərazinin yaşayış binasının tikilməsi üçün ayrılması və yaxud tikilməsinə icazə verilməsini nəzərdə tutan inzibati akt deyil, sadəcə əsası digər inzibati aktlardan irəli gələn sərəncamdır ki, onun ləğvi belə ilkin inzibati aktların hüquqi statusuna heç bir təsiri yoxdur.
28. Xüsusi olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan sərəncam iddiaçıya heç bir aidiyyə ti olmamaqla ümumiyyətlə iddiaçının hüquqlarına toxunmur.
29. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı hər hansı bir hüquqi marağı yoxdur, bu səbəbdən də onun iddiası mümkün sayılmamalı, apellyasiya instansiyası məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2-1(103)-332/2022 nömrəli qərarı ləğv edilməlidir.
30. Belə ki, İPM-nin 35.1-ci maddəsinə görə, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
31. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
32. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisələndirilən sərəncam nə tikiliyə icazə barədə məsələni, nə də onun geriyə dönüş qaydasında leqallaşdırılması ilə bağlı məsələni həll etməmişdir. Belə olan halda, sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-ci il tarixli, 21(103)-332/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçının iddiası mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.