Məhkəmə qərarları › İş №2-1(102)-2068/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2068/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2068/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının bərpa edilməsi) 08.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyas iya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(106)-114/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuş, cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1971-ci il tarixli əmək kitabçası onun sığorta stajını təsdiq edən sənəd kimi qəbul edilmiş və onun əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada aşbaz işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmışdır.

3. Cavabdeh tə rəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən əmr və əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün xx.xx.2021-ci il tarixdə DSMF-nin Daxili nəzarət və audit Departamenti tərəfindən onun 1994-1999-cu illər üzrə sosial sığorta stajını yoxlamaq mümkün olmamışdır. Bu səbəbdən iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

4. Lakin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməmiş, həmçinin iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən dayandırılması ilə bağlı cavabdeh tərəfindən ayrıca qərar qəbul olunmamışdır.

5. İddiaçı əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi iş stajının öz təsdiqini tapmaması əsası ilə onun müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ildə do ğulmuş, 1971-ci ildən hərbi xidmət dövrünə qədər Xarkov şəhərində aşbazlıq ixtisası üzrə orta təhsil almışdır. xx.xx.1973-xx.xx.1975-ci illərdə isə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlamışdır. xx.xx.1994-cü ildə Pirsaat qəsəbəsində yerləşən 3 Saylı Yeməkxanaya aşbaz təyin edilərək xx.xx.1999-cu ilədək orada işləmişdir. xx.xx.2019-cu ildə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan onun pensiyasının ödənişi dayandırılmışdır. Bununla bağlı müraciətinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Fondun Daxili nəzarət və audit Departamentinin apardığı yoxlama zamanı Hacıqabul Dövlət Arxivi sənədlərində iddiaçının 1994-1999-cu illər üzrə sosial sığorta stajı öz əksini tapmadığı üçün əmək p ensiyasının ödənişi dayandırılmışdır. Odur ki, iddiaçı konstitusion hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında qeyd etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət və audit Departamentinin apardığı yoxlama zamanı müəyyən edilmişdir ki, müvafiq sənədlər işlədiyi müəssisə tərəfindən Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün iddiaçının 1994-1999-cu illər üzrə sosial stajının qarşılıqlı yoxlanılması mümkün olmadığından onun yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2021-ci il tarixli, **********6 nömrəli və xx.xx.2022-ci il tarixli, ***** *****6 nömrəli məktublarla iddiaçıya imtina haqqında məlumat verilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. İddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. İddiaçının mübahisəli olmayan sığorta stajı ARSHXÇDX-nin Hacıqabul rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 47 nömrəli arayışına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet ordusunda hərbi xidmət keçdiyi, həmçinin ərizəçiyə məxsus ə mək kitabçasına əsasən işlədiyi dövrlərdir ki, ümumilikdə 20 il 10 ay 9 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək 3 saylı Yeməkxanada işlədiyini iddia etdiyi dövrdür ki, bu da ümumilikdə 5 il 7 ay 14 gün təşkil edir. Onun əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, sözügedən dövrün araşdırılması mümkün olmamışdır. Fondun 4 saylı regional ərazi və Hacıqabul rayon Dövlət Arxivinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli yoxlama aktından aydın olur ki, iddiaçının 3 saylı Yeməkxanada işlədiyi illər Dövlət Arxivində araşdırılmış və onun adı müəssisənin arxiv idarəsinə təhvil verdiyi sənədlərdə aşkar edilməmişdir. Əlavə olaraq, iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kap italı qeydə alınmamışdır. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi xahiş olunmuşdur.

9. İş üzrə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Azərittifaq”-ın Hacıqabul rayon İstehlak Cəmiyyətinin təftiş komissiyasının sədri vəzifəsində işləmişdir. O, maliyyə-təsərrüfat fəaliyyəti üzrə məsul şəxs olduğundan rayon ərazisində yerləşən obyektlərdə ayda 2 dəfə yoxlama keçirirdi. İşlədiyi müddətdə də Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada yoxlamalar aparmış və hər dəfə də iddiaçının həmin yeməkxanada aşbaz kimi işlədiyinin şahidi olmuşdur. Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxana 1999-cu ilin axırlarına kimi fəaliyyət göstərmişdir.

10. İş üzrə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, xx.xx.1990-cı ildə “Azərittifaq”-ın Hacıqabul rayon İstehlak Cəmiyyətinin qeyri-ərzaq malları anbarına fəhlə qəbul edilmiş, sonradan isə anbar müdiri vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilədək həmin vəzifədə işləmişdir. O, işlədiyi müddətdə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada aşbaz işləyən iddiaçının mütəmadi olaraq cəmiyyətə gəldiyinin və ərzaq malları apardığının şahidi olmuşdur. Eləcə də o, dəfələrlə iddiaçının aşbaz işlədiyi yeməkxanada yemək yemişdir. Həmin yeməkxana 1999-cu ilin axırlarına kimi fəaliyyət göstərmişdir.

11. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1186/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada aşbaz işləmiş, onun həmin illərdə işləməsi adına olan xx.xx.1971-ci il tarixli əmək kitabçası və şahid ifadələri ilə təsdiq olunur. Qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddia çının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. İddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, hə min qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Samir Həsənov /sədrlik edən və məruzəçi/, Müşfiq Həsənov və Orxan İsmayılov) 11 may 2023cü il tarixli, 2-1(106)-114/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən, yəni iddiaçının xx.xx.1994cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi dövrlərin iş stajına daxil edilməsi hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsinə dair xx.xx.2019-c u il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhz bu səbəbdən cavabdeh tərəfindən iddiaçının pensiya ödənişinin dayandırılması qanunsuz olmaqla iddiaçının konstitusion sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya pensiya təyin edilərkən onun xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi dövr sosial sığorta stajına daxil ed ilmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişinin dayandırılması ilə bağlı inzibati icraat aparmadığından, təyin edilmiş pensiyanın qanuniliyi inzibati icraat aparılmadan yoxlanıldığından, işin hazırkı vəziyyətində cavabdehin dəlili ilə bağlı, yəni iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə tərəfindən hər hansı araşdırma aparılması istisna olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişini dayandırarkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən müddəalarının tələbinə əməl etməməsi əsası ilə onun hərəkəti qanunsuz sayıldığından, pens iya ödənişinin dayandırılmasına əsas olan hal, yəni iddiaçının qanunun tələb etdiyi həddə sığorta stajına malik olub-olmaması hazırkı vəziyyətdə məhkəmə araşdırmasının predmetini təşkil etməyəcəkdir.

16. İddiaçıya xx.xx.2019-cu il tarixli qərar ilə pensiya təyin edilmiş və daha sonra, yəni xx.xx.2021-ci il tarixindən yaşa görə təyin edilmiş əmək pensiyası cavabdeh tərəfindən dayandırılmışdır. İddiaçı hesab edir ki, əmək pensiyasının dayandırılması qanunsuz olmuşdur və buna görə də dayandırıldığı vaxtdan bərpa edilməlidir. İddiaçı cavabdehə məhz həmin məzmunda ərizə ilə müraciət etmiş, cavabdeh də həmin məzmunda müraciəti təmin etməmişdir. İddiaçının məhkəmədə irəli sürdüyü sonrakı (məhkəmə qərardadı ilə dəyişdirildikdən sonrakı) tələbi də cavabdehə müraciətin məzmununa uyğun olmuşdur. La kin birinci instansiya məhkəməsi iddia tələbindən kənar çıxaraq, tələbdə olmayan məsələ ilə bağlı qərar qəbul etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, “iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi iş stajı nəzərə alınmaqla” hissəsi iddiaçının ümumi tələbinin tərkibinə daxil deyildir. Eyni zamanda, yuxarıda ifadə oluna hüquqi mövqeyə görə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə tərəfindən hər hansı araşdırmanın aparılması da istisna olunur. Buna görə də qərar həmin hissədə ləğv edilməlidir

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin ver ilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni i nzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati or qanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi c əhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və y a belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiy i halda.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 9 6.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəz ərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Mübahisənin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən xx.xx.1971-ci il tarixli əmək kitabçası onun sığorta stajını təsdiq edən sənəd kimi qəbul edilmiş və onun əmək kitabçasına əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Y eməkxanada aşbaz işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmışdır. İddiaçının həmin dövrdə işlədiyi müəssisənin əmr və əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün onun 1994-1999-cu illər üzrə sosial sığorta stajının qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbi ilə iddiaçıya yaşa görə əmək pensiyasının ödənişi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsinə nail olmaqdan ibarətdir.

32. Mübahisəyə dair iş üzrə materiallarla müəyyən edilir ki, iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsini itirməsi və ya etibarsız sayılması ilə bağlı cavabdeh tər əfindən məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə və etibarlı olmuşdur.

33. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın ləğv olunması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir.

34. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya ödənişini dayandırmağa haqlıdır. Lakin bu haqqından istifadə edərək pensiya ödənişinin dayandırılması barədə məsələni həll edən zaman, c avabdeh eyni zamanda həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilm əsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digə r tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

35. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

36. Bu baxımdan “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

37. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan bu qərarın 35-ci bəndində qeyd olunmuş qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 21(106)-114/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar