Məhkəmə qərarları › İş №2-1(102)-2069/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2069/2019

16.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2069/2019 16.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: valideynləri rəsmi nikahda olmayan uşaqların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanəhməd oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə və üçüncü şəxs X10 qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-607/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin 09-11322 saylı, 18 may 2018-ci il tarixli məktubu ilə İ ddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. X1 iş stajını təsdiq edən əmək kitabçası təqdim olunmadığından ailə başçısını itirməyə görə əməkm pensiyasının təyin edilməsi mümkün deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 25.07.2007-ci il təvəllüdlü X8 və 11.07.2011-ci il təvəllüdlü X4 ölmüş ataları X7 1977-ci ildən 1991-ci ilə qədər, 1999-cu ildən 2000-ci ilə qədər və 03.01.2005-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı il tarixdə X11 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Bu münasibətlərdən 25.07.2007-ci ildə Hacıyev Səttar və 13.07.2011-ci ildə Hacıyeva Nəcibə adlı uşaqları doğulmuşlar. 16. 03.2018-ci ildə X7 vəfat etmişdir. Uşaqlarına ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, həmin müraciət əsassız olaraq təmin olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2-1(81)- 2898/2018 saylı qərarı (hakim - T.Ə.Əsədova) ilə iddia tələbi təmin edilərək, 25.07.2007-ci il təvəllüdlü X8 və 13.07.2011-ci il təvəllüdlü X5 ölmüş ataları X7 1977-ci ildən 1991-ci ilə qədər, 1999-cu ildən 2000-ci ilə qədər və 03.01.2005-ci ildən 01.01.2006-cı ilə qədər işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Binəqədi rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 2-1(103)-607/2019 saylı, 21 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – A.B.Nuriyeva, hakimlər – V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2-1(81)- 2898/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib, iddianın mümkünsüz hesab edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində iş stajının təsdiq edilməsi qaydası nəzər də tutulmuşdur. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə, və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajmm müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanlarm qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlə rinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. X2 ilə ərizəçi İddiaçı qeyri-rəsmi nikah münasibətlərində olmuşlar. X7 rəsmi həyat yoldaşı, X12r və həmin rəsmi nikahdan da iki övladları dünyaya gəlmişdir. Mübahisəli qərar qəbul edilməklə X7 rəsmi nikahdan olan həyat yoldaşı X9 iki il sonra (pensiya hüququ yaranan tarixdən) ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ pozulmuş hesab olunur. Tərəflərin izahatları Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsas ən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə isə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmə k qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İşin hallarından olan hüquq müəyyənedici sənədlərdən görünür ki, 25.07.2007-ci il təvəllüdlü X6 və 13.07.2011-ci il təvəllüdlü X3 atalar X11, anaları isə İddiaçıdır. X11 10 aprel 1958-ci il tarixdə anadan olmuş və 16 mart 2018-ci il tarixdə isə vəfat etmişdir. Yuxarıda qeyd edilmiş qanunvericiliyin müddəalarına görə X8 və 13.07.2011-ci il təvəllüdlü X5 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilə bilməsi üçün ailə başçısının (X7) ölüm gününədək “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olmalıdır. Bu qaydada hesablandıqda ölüm gününədək X7 15 il sosial sığorta stajının olması tələb olunur. Kollegiya hesab edir ki, işdəki sübutlarla X7 ölüm gününədək 15 ildən çox sosial sığorta stajının mövcudluğu müəyyən olunduğundan məhkəmələr iddianın təmin edilməli olduğu ilə bağlı düzgün nəticəyə gəlmişlər. Həmin stajın mövcudluğu aşağıdakı sübutlarla təsdiq olunur. «Araz-Naxçıvan» X18 3/84 saylı, 20.04.2018-ci il tarixli məktubundan görünür ki, Böyükağa Hacıyev 1977-1991-ci illər ərzində «Araz» komandasında futbolçu kimi 250-dən çox oyun keçirmiş, həmçinin 1999-2000-ci illərdə komandanın baş məşqçisi vəzifəsində çalışmışdır. «Bakı» Futbol Klubunun 154 saylı, 09.04.2018-ci il tarixli arayı şından görünür ki, Böyükağa Hacıyev 03.01.2005-ci il tarixindən 29.12.2008-ci il tarixinə qədər «Bakı» Futbol Klubunda baş məşqçi vəzifəsində işləmiş və aylıq əmək haqqısı 500 manat olmuşdur. «Neftçi» X18 04/16 saylı, 09.04.2018-ci il tarixli arayışında göstərilmişdir ki, Hacıyev Böyükağa 01.08.2011-ci il tarixindən 31.07.2013-cü il tarixinə qədər aylıq əmək haqqı 1000 manat olmaqla baş məşqçi və 01.08.2013-cü il tarixindən 03.09.2014-cü il tarixinə qədər aylıq əmək haqqı 1000 manat olmaqla prezidentin müşaviri vəzifələrində işləmişdir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 05.04.2018-ci il tarixli arayışında isə göstərilmişdir ki, Hacıyev Böyükağa AFFA-da mülki müqavilələr əsasında 01.07.2005-ci il tarixindən 31.10.2005-ci il tarixinə qədər aylıq xidmət haqqı bütün verg ilər çıxıldıqdan sonra 1300 manat olmaqla Azərbaycanın futbol üzrə «A» mili yığma komandasının baş məşqçisinin köməkçisi vəzifəsini və 03.12.2014-cü il tarixindən 16.03.2018-ci il tarixinə (vəfatına) qədər isə aylıq xidmət haqqı bütün vergilər çıxıldıqdan sonra 1000 manat olmaqla Məşqçilər Komitəsinin üzvü vəzifəsinin icra etmişdir. İşin hallarından müəyyən olunduğu kimi cavabdehin etirazının dəlilləri ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının mərhum həyat yoldaşının isə işlədiyi bildirilən dövrlər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Kollegiya cavabdehin sözügedən mövqeyini əsassız hesab edir. Belə ki, kassasiya məhkəməsi bu məsələyə həsr olunmuş özünün əvvəlki çoxsaylı qərarlarında belə bir hüquqi mövqe müəyyənləşdirmişdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arayışlar nəzərə alına bilər. Hazırkı işdə də X7 əmək kitabçasında göstərilməməsinə baxmayaraq onun işlədiyi təşkilatlar tərəfindən verilmiş arayışlarla onun işlədiyi təsdiq edildiyindən həmin dövrlər əmək pensiyasına hüquq verən sosial sığorta stajına daxil edilməlidir. Kollegiya kassasiya şikayətində göstərilən X11 ilə ərizəçi İddiaçı qeyri-rəsmi nik ah münasibətlərində olmalarına, eləcə də X7 rəsmi həyat yoldaşı X13 olduğu üçün onun gələcəkdə pensiya hüququndan istifadəsinə olan hüququnun məhdudlaşdırıldığına dair bildirilənləri də əsassız hesab edir. Kollegiya qeyd edir ki, X11 ilə İddiaçı rəsmi nikaha daxil olmamaları onların birgə uşaqlarının ailə başçısını itirməyə görə pensiya hüququndan istifadələrinə maneə təşkil edə bilməz. Uşaqların atalarının X11 olduğu hüquq müəyyənedici sənədlərə əsasən müəyyən olunur. Qanun isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu həm də vəfat etmiş şəxsin övladlarına verir, bu zaman valideynlərin rəsmi nikahda olmalarını tələb etmir. X9 iki il sonra (pensiya hüququ yaranan tarixdən) ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun pozulacağına dair bildirilənlər də əsassı zdır. Belə ki, hazırkı pensiyanın təyin edilməsi gələcəkdə qanunun tələb etdiyi şərtlər mövcud olduqda X10 da ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə mane olmur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-607/2019 saylı iş üzrə 21 fevral 2019-cu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar