Məhkəmə qərarları › İş №2-1(102)-2069/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2069/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2069/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2 və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-512/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixli, 02 saylı əmrlə “xxxx” KMdə usta vəzifəsinə i şə qəbul edilmiş, xx.xx.1997-ci il tarixli, 01 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixli, 02 saylı əmrlə “Napet” YDM-də növbə rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2006-cı il tarixli, 07 saylı əmrlə işdən azad edilmişdir.

2. İddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək onun xx.xx.1991-xx.xx.1997-ci illərdə “xxxx” Kiçik Müəssisəsində, xx.xx.1997-xx.xx.2006-cı illərdə “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının xx.xx.2018-ci tarixdə təqdim etdiyi sənədlərə əsasən onun pensiya hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən 133,04 manat məbləğində yaşa görə əmək pensiyası təyin etmişdir. Həmçinin iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta ödəmələri və iş stajını yoxlamaq mümkün olmadığından həmin illər onun sığorta stajına daxil edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx xxxx 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına dax il edilməklə xx.xx.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmış, lakin əmək pensiyasına çıxarkən x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-1(82)-3228/2018 saylı iş) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının sığorta ödəmələrinin yoxlanılmasının mümkün olmaması onun iradəsindən asılı olmayan səbəblərdən olduğundan cavabdehin həmin dəlili əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X7 və X10, 2-1(103)-53/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.

10. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X1-məruzəçi, X11 və Dadaşov İlqar Ağababaş oğlu, 2-1(102)-1351/2019 saylı iş) x xxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-53/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Kasasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, cavabdeh kasasiya şikayətində iddiaçının əmək kitabçasında qeyd edilən, hazırda iddia etdiyi iş illərinin qarşılıqlı yoxlanılmasının mümkün olmadığını qeyd etmişdir. Qeyd olunmalıdır ki, eyni dəlilli cavabdeh apelyasiya şikayətində qeyd etsə də, apelyasiya instansiya məhkəməsi bu dəlilə heç bir münasibət bildirməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası İPM-in 87.8-ci maddəsində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. ç) apelyasiya instansiyası məhkəməs indəki ikinci icraat

13. İşə təkrar baxılarkən "xxxx" kiçik müəssisəsi və "Napet" YDM-nin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb-alınmaması barədə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubundan görünür ki, idarədə olan reyestrə əsasən “xxxx” kiçik müəssisəsi adı altında bir necə fərqli hüquqi şəxs qeydiyyatdan keçmişdir. Lakin “Napet” YDM adlı kommersiya qurumu aşkar edilməmişdir.

14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X12məruzəçi, X19 və X15, 2-1(103)-1768/2019 saylı iş) x xxxxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı “xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək “Napet” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi” hissəsində ləğv edilməklə, həmin hissədə iddia rədd olunmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. d) kasasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4-məruzəçi, X13 və Quliyev Zakir Müslüm oğlu, 2-1(102)-3541/20219 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilm iş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir.

17. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi iddiaçının işlədiyi dövrdə (x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək) fəaliyyətdə olan “xxxx” kiçik müəssisələri barədə məlumatın əldə edilməsi ilə bağlı müvafiq vergi orqanına təkrar sorğu verməli, ətraflı araşdırma aparmaqla iddia tələbinə qiymət verməlidir. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X14-məruzəçi, X3 və X27, 2-1(103)-512/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmiş, xx xxxxxxxx 2019-cu il tarixli qərarı də yişdirmədən saxlamışdır.

19. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı qanuna zidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. 21. “İnzibati İcraat haqqında” Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

22. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün ha llarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

23. Apelyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməyərək açıqca kobud qanun pozuntuları etməklə iddiaçının iddiasını təmin etmişdir. Hər iki bundan əvvəlki iş üzrə çıxarılmış kasasiya qərarlarında pozuntular göstərilməklə apellyasiya məhkəməsi üçün icrası məcburi olan göstərişlər verilməsinə baxmayaraq, iş üzrə sonuncu apelyasiya məhkəməsində qərar bütün bu göstərişlərin ziddinə olaraq çıxarılmışdır.

24. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş proses sual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər.

25. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

26. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

27. Bununla da həmin qərar ilə Ali Məhkəmənin göstərişlərinə zidd olaraq maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz n övbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

30. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq 31. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə s ığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yarat madan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 32. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Əsasnamənin 1-ci bəndində isə qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

34. Ali Məhkəmənin İnzibati kollegiyası olaraq əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-127/2020 saylı x xxxxxx 2020-ci il tarixli, 2-1(102)-407/2020 saylı xx xxxxxx 2020-ci il tarixli və 2-1(102)-752/ 2020 saylı xx xxxx 2020-ci il tarixli qərarlarında x xxxxxx 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri əmək kitabçası, habelə iş yerinin arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir.

35. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şik ayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inz ibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

36. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qismən prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, apelyasiya məhkəməsi kasasiya məhkəməsinin göstərişlərinə əməl etməmiş, qanuna zidd və əsassız qərar qəbul etmişdir.

40. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

41. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “NAPET” YDM-də işlədiyi dövr pensiya təyini zamanı nəzərə alınmamışdır.

42. Cavabdeh hesab edir ki, iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində və xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “NAPET” YDM-də işlədiyi dövrün sosial sığorta ödəmələri və iş stajını yoxlamaq mümkün olmadığından həmin illər onun sığorta stajına daxil edilməmişdir.

43. İddiaçının x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində işləməsi əmək kitabçası ilə təsdiq edilir. Həmçinin vergi orqanının xx xxxx 2019-cu il tarixli məktubunda “xxxx” kiçik müəssisəsi adı altında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatdan keçdiyi bildirilmiş, xx.xx.2020-ci il tarixli məktubunda isə idarədə olan reyestrdə “xxxx” kiçik müəssisəsi adlı bir neçə kommersiya qurumu mövcud olduğundan, müva fiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumatın (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyi xahiş olunmuşdur.

44. İddiaçının işlədiyi “xxxx” kiçik müəssisəsinin mövcud olmaması işdə olan sənədlərlə sübuta yetməmişdir. Cavabdeh məhkəmələrə iddiaçının əmək kitabçasında qeyd edilən “xxxx” kiçik müəssisənin iddiaçının işlədiyi dövrdə qeydiyyatda olmaması ilə bağlı məhkəmələrə mötəbər sübut təqdim edə bilməmişdir.

45. Odur ki, x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək iddiaçının “xxxx” kiçik müəssisəsində işləməsi əmək kitabçasında olan məlumatla təsdiq olunduğundan həmin dövrün pensiya təyini zamanı nəzərə alınmalı olması barədə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları haqqında həm hazırkı, həm də əvvəllər qüvvədə olmuş qanun vericilik x xxxxxx 2006-cı ilədək olan dövr üzrə əmək pensiyasının təyini zamanı məcburi dövlət sosial sığorta haqlarının tutulması barədə məlumatın olmamasını pensiya təyin olunmasından imtina üçün əsas hesab etməmişdir. 47. x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək iddiaçının “xxxx” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, bu hissədə şikayət təmin olunmamalıdır. 48. xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək iddiaçının “NAPET” YDM-də işlədiyi dövrün sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dövr iddiaçının ə mək kitabçasında qeyd edilsə də, işdə olan mötəbər sübutla təsdiq edilir ki, xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək müddətdə “NAPET” YDM hüquqi şəxs kimi qeydiyyatda olmamışdır.

49. Azərbaycan Respublikası Energetika Nazirliyinin apelyasiya məhkəməsinə göndərdiyi xx xxxx 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, fiziki şəxs F.N.Quliyevə (VÖEN **********) məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Bakı-Buzovna yolunda yerləşən YDM-nin neft məhsullarının satışı üzrə fəaliyyət göstərməsi məqsədilə nazirlik tərəfindən 2006-cı il 19 dekabr tarixli lisenziya verilmişdir.

50. İddiaçıya məxsus əmək kitabçasının surətində vəzifədən azad edilməsi tarixi xx xxxxxx 2006-cı il, əmri imzalayan müdir F.N.Quliyev, möhür isə (F.N.Quliyev NAPET VÖEN **********) qeyd edilmişdir.

51. Göründüyü ki mi, vergi ödəyicisi olan F.N.Quliyevə yalnız 2006-cı ilin 19 dekabrından neft məhsullarının satışı üzrə fəaliyyət göstərməsi məqsədilə lisenziya verildiyindən, həmin vaxtdan əvvəl YDM qeydiyyatdan keçmədiyindən iddiaçının əmək kitabçasında olan xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “NAPET” YDM-də işləməsi barədə məlumat mötəbər sübut kimi qəbul edilə bilməz.

52. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, x xxxxxx 2006-cı ildən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə işləyən şəxslərin fəaliyyət müddəti sığorta stajına daxil edilir. İddiaçının x xxxxxx 2006-cı ildən xx xxxxxx 2006-cı ilədək fəaliyyət dövrü üzrə həm də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sübuta yetməmişdir.

53. Odur ki, iddiaçının xx xxxx xx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “NAPET” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində şikayətin dəlilləri əsaslı olduğundan apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddia bu hissədə təmin olunmamalıdır.

54. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 95, 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 avqust tarixli 21(103)-512/2020 nömrəli qərarı iddiaçının xx xxxxxx 1997-ci ildən xx xxxxxx 2006-cı ilədək “NAPET” YDM-də işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən təyin edilm əsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə iddia təmin olunmasın. Qərar iddiaçının x xxxxxx 1991-ci ildən x xxxxxx 1997-ci ilədək “xxxx” kiçik müəssisəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti bu hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar