Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2069/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki səhv nəticəsində silinmiş vergi borcunun şəxsi hesab vərəqəsinə bərpa edilməsinə dair kameral vergi qərarının mübahisələndirilməsi) 03.10.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı firmasının cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inz ibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2-1(103)-120/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərara əsasən iddiaçıya kameral vergi yoxlaması ilə 2014-cü ilin mənfəət vergisi üzrə 156780,85 manat hesablanmış və həmin vergi məbləğinə görə müəssisənin xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu yaranmışdır.
2. Azərbaycan Respublikasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun icrası məqsədilə iddiaçının 2017-ci ilin 1 yanvar ta rixinə mövcud olan faizlər üzrə 83923,88 manat borcu, o cümlədən xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156780,85 manat mənfəət vergisi üzrə yaranmış 57372,06 manat faiz borcu silinmişdir.
3. Eyni zamanda, iddiaçı xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərarı məhkəmə qaydasında mübahisələndirmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-2748/2016 nömrəli qərarı ilə iddia təmin edilmiş, yuxarı instansiya məhkəmələrinin qərarları ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)2311/2017 nömrəli qərarı; Azərbaycan Respublikası Ali Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-691/2018 nömrəli qərarı).
4. Bundan sonra, həmin qərara əsasən iddiaçıya xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərarla hesablanmış 2014-cü ilin mənfəət vergisi üzrə 156780,85 manat xx.xx.2018-ci il tarixdə onun şəxsi hesab vərəqəsindən azaldılarkən şəxsi hesab vərəqəsinin texniki xüsusiyyətindən asılı olaraq texniki xəta baş vermiş (xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156780,85 manat mənfəət vergisi üzrə yaranmış 57372,06 manat faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə faiz borcu yenidən silinmişdir.
5. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə Dövlət Vergi Xidmətinin Vergi Öhdəliklərinin İcrasına Nəzarət Baş İdarəsinin xx. xx.2018-ci il tarixli xidməti məruzəsinə əsasən, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə düzəliş edilərək 156780,85 manat məbləğin azalması zamanı artıq silinmiş 57372,06 manat məbləğ bərpa edilmişdir (“dürüstləşmə” adı ilə).
6. Bundan sonra, iddiaçı 57372,06 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-223/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, yuxarı instansiya məhkəmələrinin qərarları ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli 2-1(103)-1823/2019 nömr əli qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 nömrəli qərarı).
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 nömrəli qərarının əsaslandırılmasında qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində “dürüstləşmə” adı ilə 57372,06 manat məbləğində borc bərpa edilərkən, Vergi Məcəlləsinin 3.7-ci və “İnzibati icraat haqqında” Qanunun 21-ci, 28-ci, 38-ci, 61-ci maddələrinin tələblərinə zidd olaraq, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmiş və vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olunmuşdur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alan cavabdeh “İnzibati aktın təmin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********871100 nömrəli qərar qəbul etmişdir.
9. Sözügedən qərarla cavabdeh iki qərar qəbul etmişdir: – “İnzibati aktın ləğv edilməsi haqqında” qərara əsasən iddiaçıya 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmişdir (Bu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3409/2019 nömrəli qərarının icrası ilə əlaqədar 57372,06 manat məbləğin bərpası zamanı cavabdeh vergi orqanı tərəfindən inzibati icraatın düzgün aparılmaması və bərpa əməliyyatı zamanı inzibati aktın qəbul edilməməsi halının aradan qaldırılması məqsədi ilə qəbul edilmişdir); – “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərara əsasən iddiaçıya 57372,06 manat faiz borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli qərarının, xx.xx.2020-ci il tarixli **********801000 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli, **********567900 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının, xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığo rta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsini və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 57372,06 manatın şəxsi hesab vərəqəsindən silinməsini, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qərarları ilə 57372,06 manat məbləğində vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdehə həvalə edilmiş, xx.xx.2020-ci il tarixdə vergi borcunun 57372,06 manat məbləğində azalması aparılmış, lakin həmin gündə də yenidən heç bir əsas olmadan yeni qərarla hesablama aparılaraq həmin vergi borcu şəxsi vərəqəyə işlənmişdir. Belə ki, “İnzibati aktın təmin edilməsi ha qqında” qərara əsasən, 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərara əsasən, 57372,06 manat faiz borcu hesablanmışdır. Vergi borcunun yenidən hesablanmasına əsas olmuş qərar iddiaçıya təqdim edilməmiş, şəxsi elektron kabinetə yerləşdirilməmişdir.
12. Cavabdeh iddia tələbinə qarşı etirazında işin hallarını sadalamış və qeyd etmişdir ki, mübahisələndirilən qərar Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(102)3409/2019 nömrəli qərarının icrası məqsədi ilə qəbul edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 01 sentyabr 2021-ci il tarixli, 2-1(112) -1009/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2016-cı il tarixli, **********197500 nömrəli qərar üzrə yaranmış borca hesablanmış 57372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə, təkrarən silindiyi üçün şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından, mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv olu na bilməz.
15. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının şəxsi hesab vərəqəsindən həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanuna əsasən silinmiş faiz məbləğinin daha sonra vergi orqanı tərəfindən yenidən şəxsi hesab vərəqəsindən silinib-silinməməsini müəyyən etmək üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/309 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan iddiaçının şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2020-ci il tarixdə və bundan sonrakı tarixlərdə 57372,06 manat faiz məbləğinin vergi orqanı tərəfindən silinməsi müəyyən olunmamışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Səadət Bəktaşi /sədrlik edən və məruzəçi/, Azər Hüseynov və Aida Hüseyn) 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)-292/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin edilməsi, cavabdehin xx.xx.2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, xx.xx.2020-ci il tarixli **********801000 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli **********567900 nömrəli “Tələbin icraya yönə ldilməsi” barədə qərarının, xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 57372,06 manat borcun və xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64857,34 manat borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi qərara alınmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/309 nömrəli ekspert rəyinə istinadən iddia tələbini təmin etmişdir.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
21. Azərba ycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kəmaləddin Bədəlov /məruzəçi/, Nigar Rəsulbəyova və İlqar Hüseynov) 22 fevral 2023-cü il tarixli, 2-1(102)-210/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi ekspert rəyinə istinadən 57372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası ilə bağlı inzibati aktı ləğv etsə də, işin hallarına düzgün qiymət verməmişdir. Belə ki, hazırkı halda qiymət verilməli və araşdırılmalı olan hallar aşağıdakılardır: İddiaçının şəxsi hesab vərəqəsinə əsasən: - xx.xx.2017-ci il tarixdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun icrası məqsədilə iddiaçının 2017-ci ilin 1 yanvar tarixə mövcud olan faizlər üzrə 83923,88 manat borcu, o cümlədən xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156780,85 manat mənfəət vergisi üzrə yaranmış 57372,06 manat faiz borcu silinmişdir; - xx.xx.2018-ci il tarixinə iddiaçının 187652,05 manat vergilər üzrə, 4815 manat faiz üzrə borcu olmuş, məhkəmə qərarlarına əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdə hesablanmış 2014-cü ilin mənfəət vergisi üzrə 156780,85 manat xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılarkən iddiaçıda 26500,86 manat artıq ödəmə yaranmışdır. Halbuki, qeyd edildiyi ki mi, xx.xx.2018-ci il tarixinə iddiaçının 187652,05 manat vergilər üzrə, 4815 manat isə faiz üzrə borcu olmuşdur. Yəni sadə riyazi hesablama ilə 156780,85 manat vergilərin şəxsi hesab vərəqəsindən azaldılması zamanı 26500,86 manat artıq ödəmə yaranması mümkünsüzdür. Başqa sözlə, texniki xəta nəticəsində iddiaçıdan əsassız olaraq əlavə məbləğlərin silinməsi şəxsi hesab vərəqəsindən aydın görünür (iş v. 183-185).
23. Cavabdeh vergi orqanı ilk dəfə bu xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” adlı əməliyyatla artıq silinmiş məbləği şəxsi hesab vərəqəsinə bərpa etmiş, həmin bərpa əməliyyatı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3409/2019 nömrəli qərarı ilə qanunsuz hesab edilmiş, lakin qərarda da göstərildiyi kimi, bərpa əməliyyatının müv afiq inzibati akt qəbul etmədən həyata keçirilməsi qanunsuz olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3409/2019 nömrəli qərarı ilə ona həvalə edilmiş öhdəliyi (57372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı) icra etməli olsa da, bu hal onun inzibati akt qəbul etməklə 57372,06 manat məbləğin yenidən şəxsi hesab vərəqəsinə bərpa olunması imkanını istisna etmir. Belə olan halda isə, hazırkı iş üzrə məhkəmə araşdırmasının predmetini 57372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa olunmasına dair inzibati akt təşkil etməli və həmin inzibati aktın qanuniliyinə yenidən qiymət verilməli idi. Başqa sözlə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.x x.2019-cu il tarixli, 2-1(102)-3409/2019 nömrəli qərarı sözügedən inzibati aktın qiymətləndirilməsinə mane təşkil etmir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi inzibati aktın qanuniliyinə qiymət verməmiş, məhkəmə araşdırmasını Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli, 21(102)- 3409/2019 nömrəli qərarının icrası ilə əlaqələndirmiş və məhdudlaşdırmış, işin hallarını (xüsusilə, iddiaçının şəxsi hesab vərəqəsindəki əməliyyatları) hərtərəfli araşdırmamışdır.
24. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini “xx.xx.2020-ci il tarixli **********801000 nömrəli qərarın, xx.xx.2020-ci il tarixli **********567900 nömrəli “Tələbin icraya yönəldilməsi” barədə qərarın, xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının h esablanması haqqında” qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64857,34 manat borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsinə dair” hissələrdə təmin etsə də, iş materiallarında yalnız xx.xx.2020-ci il tarixli qərar mövcuddur, digər qərarlar isə iş materiallarında mövcud deyil. Bununla yanaşı, iddia tələbində bəzi qərarların tarixi göstərilmiş, lakin nömrəsi göstərilməmişdir. Həmçinin, məhkəmə iddia tələbini tam təmin etsə də, qərarın əsaslandırmasında yuxarıda qeyd olunan qərarların məzmununun nədən ibarət olmasını göstərməmiş, həmin qərarların inzibati akt olub-olmamasını qiymətləndirməmiş, bundan əlavə, qərarların hansı əsasla qanunsuz sayılaraq ləğv edildiyini əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəmə sinin qərarı yalnız 57372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi ilə bağlı əsaslandırılmışdır. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olmayan, məhkəmə araşdırmasının predmetini təşkil etməyən qərarları da ləğv etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 28 mart 2024-cü il tarixli, 2-1(103)-120/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********801000 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli **********567900 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi hissəsində iddia mümkün sayılmamışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 28 mart 2024-cü il tarixli, 2-1(103)-120/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – cavabdehin xx.xx.2020-ci il tarixli **********801000 nömrəli qərarının, xx.xx.2020-ci il tarixli **********567900 nömrəli “Tələbin icraya yönəldilməsi barədə” qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64857,34 manat borcun da iddiaçının şəxsi hesab vərə qəsindən silinməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı digər hissədə – cavabdehin xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 57372,06 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi tələblərinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında” qərarı ilə iki qərar qəbul edilmişdir: 1. “İnzibati aktın ləğv edilməsi haqqında” qərara əsasən 57372,06 manat faiz borcu ləğv edilmiş və 2. “Vergilərin, sosial sığorta və iş sizlik sığortası haqlarının hesablanması haqqında” qərara əsasən 57372,06 manat faiz borcu hesaba bərpa edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, xx.xx.2020-ci il tarixli qərar xx.xx.2020-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsinə işlənildiyindən texniki səhvə yol verilərək “xx.xx.2020-ci il tarixli qərar” kimi anlaşılmışdır. Beləliklə, məhkəmə kollegiyası iddia tələbinin “cavabdehin xx.xx.2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 57372,06 manat borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi” hissəsi ilə əlaqəda r qeyd edir ki, iddiaçı əslində cavabdehin xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarını mübahisələndirir və həmin qərarla cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş 57372,06 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini xahiş edir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3409/2019 nömrəli qərarında 57372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən ikinci dəfə silinməsi məsələsinin mövcudluğunun araşdırmanın predmeti olmamasına, sözügedən məbləğin bərpası zamanı cavabdeh vergi orqanı tərəfindən inzibati icraatın düzgün aparılmamasına və bərpa əməliyyatı zamanı inzibati aktın qəbul edilməməsinə istinad edilmiş, bu əsaslarla 57372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası qanunsuz hesab edilmişdir. Bundan sonra, Ali Məhkəmənin qərarının icrası məqsədi ilə cavabdehin “İnzibati aktın təmin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********871100 nömrəli qərarına əsasən, “İnzibati aktın ləğv edilməsi haqqında” qərarla iddiaçıya 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarla isə 57372,06 manat faiz borcu hesablanmışdır. Həmin qərarla borcun silinməsi və hesablanması xx.xx.2020-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir.
29. Ali Məhkəmən in xx.xx.2019-cu il tarixli qərarının icra edilməməsi ilə bağlı iddiaçının dəlilləri əsassızdır. Belə ki, cavabdeh vergi orqanı həmin qərarla ona həvalə edilmiş öhdəliyi (57372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı) icra etməli olsa da, bu hal onun inzibati akt qəbul etməklə 57372,06 manat məbləğin yenidən şəxsi hesab vərəqəsinə bərpa olunması imkanını istisna etmir. Belə ki, qeyd olunduğu kimi, Ali Məhkəmənin həmin qərarında 57372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən ikinci dəfə silinməsi məsələsinin mövcudluğu araşdırmanın predmeti olmamış, sözügedən məbləğin bərpası zamanı cavabdeh vergi orqanı tərəfindən inzibati icraatın düzgün aparılmamasına və bərpa əməliyyatı zamanı inzibati aktın qəbul edilməməsinə istinad edilmiş, bu əsaslarla 57372,06 manat məblə ğin şəxsi hesab vərəqəsinə bərpası qanunsuz hesab edilmişdir.
30. Qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2016-cı il tarixli, **********197500 nömrəli qərara əsasən hesablanmış 57372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı ilə, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə təkrarən silinməsi və bu səbəbdən də şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapır.
31. O da qeyd olunmalıdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun icrası məqsədilə iddiaçının xx.xx.2017-ci il tarixinə mövcud olan faizlər üzrə 57372,06 manat faiz borcu xx.xx.2017-ci ildə silindikdən sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdə hesablanmış 2014cü ilin mənfəət vergisi üzrə 156780,85 manat xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılarkən xx.xx.2018-ci il tarixinə iddiaçının 187652,05 manat vergilər üzrə, 4815 manat faiz üzrə borcu olmuş, həmin 156780,85 manat vergilər şəxsi hesab vərəqəsindən azaldılarkən iddiaçıda 26500,86 manat artıq ödəmə yaranmışdır. Lakin sadə riyazi hesablama ilə 156780,85 manat vergilərin şəxsi hesab vərəqəsindən azaldılması zamanı 26500,86 manat artıq ödəmə yaranması mümkünsüzdür (187652,05 + 4815 = 192467,05 - 156780,85 = 35686,20). Qeyd olunan dövrdə artıq ödəmə məbləği yalnız 156780,85 manat borcdan əlavə 57732,06 manat borcun da silindiyi halda mümkündür. Bu zaman şəxsi hesab vərəqəsində göstərilən artıq ödəmə 57732,06 manat borcun da silindiyi zaman yaranır. Qeyd olunan hal da 57732,06 manat borc məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən texniki xəta nəticəsində təkrar silindiyini təsdiq edir. 32. xx.xx.2020-ci il tarixli qərarın Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olması, belə ki, kameral vergi hesablanmasının yalnız 30 gün müddətində mümkün olması ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edilməlidir ki, texniki xəta nəticəsində təkrar silinmiş məbləğlərin hesaba bərpa edilməsi hesablama əməliyyatı deyil, dürüstləşmə əməliyyatıdır. Dürüstləşmə əməliyyatı hesablama əməliyyatından fərqli olaraq vergi ödəyicisi üçün yeni vergi öhdəliyi yaratmır, mövcu d vergi öhdəliyinin həcmini dəyişmir. Burada məqsəd qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdən ibarətdir.
33. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
34. İddiaçının kassasiya şikayətinin əsasının mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olma dan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
37. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəf indən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, on lar vergi ödəyicisinin xeyrinə şərh olunur. 38. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
1. Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Maddə 2.1. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti or qanı tərəfindən silinir.
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzə rdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
41. Hazırkı icraat çərçivəsində apellyasiya instans iyası məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
43. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassas iya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
44. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
45. H azırkı kassasiya icraatının predmetini təşkil etməsi baxımından mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdehin xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsinə və həmin qərarla cavabdeh tərəfindən onun şəxsi hesab vərəqəsinə bərpa edilmiş 57372,06 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsinə nail olmaqdan ibarətdir.
46. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən vergi qərarının ləğvi və bunun üzərindən həmin qərarla iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş 57372,06 manat faiz borcunun onun şəxsi hesab vərəqəsindən silinməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qayda da araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
48. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 21(103)-120/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.