Məhkəmə qərarları › İş №2-1(102)-207/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-207/2019

30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-207/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “əlilliyə görə pensiyanın t əyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2047/18 saylı 25 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı Iddiaçı 08.01.1987-ci il tarixdə Mətbuat və İnformasiya Nazirliyinin nəzdində olan Maarif nəşriyyatında yığıcı vəzifəsinə işə qəbul edilmiş, 24.12.2005-ci il tarixdə isə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçıya 23.11.2017-ci il tarixdə II qrup əlillik təyin olunmuşdur. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə müraciət etmiş, cavabdeh 17.03.2018-ci il tarixli **/**-**** saylı imtina məktubu ilə bildirmişdir ki, 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı təsdiqini tapmadığından iddiaçının əmək pensiyası hüququ yoxdur. Bundan sonra iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2452/2018 saylı 01 iyun 2018-ci il tarixli qə rarı ilə iddia tələbi təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2452/2018 saylı 01 iyun 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2047/18 saylı 25 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2452/2018 saylı 01 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2047/18 saylı 25 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilm əsi üçün tələb olunan sığorta stajı olmadığı üçün onun əmək pensiyası hüququ yoxdur. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90.1, 90.3, 91-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2047/18 saylı 25 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı vəkili Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2047/18 sayl ı 25 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2047/18 saylı 25 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan v erməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hazırkı iş üzrə cavabdehin imtinasının əsasını iddiaçının 2-ci qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajının təsdiqini tapmaması təşkil edir. Halbuki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının ****** saylı əmək kitabçasında da onun 08.01.1987-ci il tarixdən 24.12.2005-ci il tarixədək Mətbuat və İnformasiya Nazirliyinin nəzdində olan Maarif nəşriyyatında yığıcı vəzifəsində işləməsi öz əksini tapmışdır. Bundan əlavə, 30.03.2018-ci il tarixli 23 nömrəli arayışla iddiaçının 08.01.1987-ci il tarixdən 24.12.2005-ci il tarixədək Mətbuat və İnformasiya Nazirliyinin nəzdində olan Maarif nəşriyyatında yığıcı vəzifəsində işləməsi təsdiqlənmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 08.01.1987-ci il tarixdən 24.12.2005-ci il tarixədək Mətbuat və İnformasiya Nazirliyinin nəzdində olan Maa rif nəşriyyatında yığıcı vəzifəsində işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, cavabdeh iddiaçının iş stajının təsdiqini tapmamasına görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual M əcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2047/18 saylı 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar