Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-207/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2-1(102)-207/24 (Açar sözlər: icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X2 (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Sumqayıt bələdiyyəsi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni istifadəsində olan Sumqayıt şəhərinin Sumqayıt Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsi üzərində “Dəhnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqların dövlət qeydiyyatı haqqında müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(105)-588/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qə bul etdi. İŞİN HALLARİ
1. Sumqayıt bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 11 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri 2 saylı şəhər xəstəxanasının ərazisində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və icarə müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir.
2. Sumqayıt bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 21 iyun 2021-ci il tarixli 16 saylı torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri 2 saylı şəhər xəstəxanasının ərazisində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və icar ə müddəti 31 dekabr 2069-cu il tarixədək müəyyən edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək Sumqayıt şəhəri 2 saylı şəhər xəstəxanasının ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində icarə hüquqlarının təkrar qeydiyyata alınmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Sumqayıt bələdiyyəsi xx.xx.2021-ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq, torpaq sahəsi üzərində hərracdan kənar icarə müqaviləsi bağlamışdır. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə 2007-ci il 23 oktyabr tarixli 466 İİİ QD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 'Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9cu maddəsində edilmiş dəyişikliyə əsasən Qanunun müvafiq maddəsində bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması nəzərdə tutulmuşdur. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 16-cı bəndinə əsasən bələdiyyə, torpaq sahəsi ayrılmazdan əvvəl torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınma proseduruna başlamalıdır. Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabde hə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni istifadəsində olan Sumqayıt şəhərinin Sumqayıt Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsi üzərində cəmiyyətin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqların dövlət qeydiyyatı haqqında müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin Sumqayıt-Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha olan torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair torpağın mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 11 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarənin müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Adı çəkilən icarə müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququ 10 dekabr 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bununla bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olan S eriya MA ******* saylı "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış" verilmişdir. Həmin hüquq müəyyənedici sənəddə torpaq sahəsi üzərində icarənin müddəti 31 dekabr 2021-ci il tarixədək nəzərdə tutulmuşdur. Qeyd edilən torpaq sahəsi ayrıldığı vaxtdan bu günədək Dəfnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istifadə olunur, mütəmadi olaraq torpaq icarə haqqı məbləğləri tərəflərindən Sumqayıt Bələdiyyəsinə ödənilir. “Dəfnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sumqayıt Bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair icarənin müddəti 2021-ci ilin sonlarında başa çatmaq üzrə olduğundan, tərəflər arasında 21 iyun 2021-ci il tarixdə yeni torpaq icarə müqaviləsi bağlanılmaqla icarənin müddəti 31 dekabr 2069-cu tarixədək uzadılmışdır. Bundan so nra Dəfnə-Afina" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən torpaq üzərində icarə hüququnun təkrar dövlət qeydiyyatı üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunaraq hüququn dövlət qeydiyyatının həyata keçirilməsini xahiş edilmişdir. Lakin cavabdeh X1 Cəmiyyətinin torpaq üzərində icarə hüququnun təkrar dövlət qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri "Daşınmaz Əmlakın Respublikasının Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Ərazi İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciətinə verilmiş 09 avqust 2021-ci il tarixli, ********** 40 saylı cavab məktubunda torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, torpaq icarə müqaviləsinin hərracdan kənar bağlanıldığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilməli olduğu göstərilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə yalnız 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxanda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla həmin qanun norması qüvvəyə minənədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrıldığında n, torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin artıq yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1- dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda hesab edirlər ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericiliyini, o cümlədən, bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını da heçə saymışdır. Həmçinin, qeyd edilməlidir kı, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququndan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsəsən hüquqlardan suiistifadə qadağandır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alı nması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyat, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövqe onun tərəfindən "inzibati icraat" haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki, “İnzibati ic raat" haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Torpağa dair müvafiq hüquqmuəyyənedici sənədlər tərəflərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilsə də, sonuncu əsassız olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnu dövlət qeydiyyatından keçirməmişdir. Cavabdeh tərəfindən müraciətlərinə verilmiş cavab məktubunda b ildirilmişdir ki,2007-ci ilin 01 dekabr tarixindən sonra bələdiyyə torpaqları üzərində hüquqlar yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri vasitəsi ilə əldə edilə bilinər. Ancaq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan torpaq sahəsinin 2007-ci ilin dekabr ayının 1-dən əvvəl ayrıldığını, bu səbəbdən də həmin tarixdən sonra qəbul edilmiş qanun normasının bu torpağa münasibətdə şamil edilmədiyini nəzərə almamışdır. Sumqayıt Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2021-ci ildə bağlanılmış torpaq icarə müqaviləsi tərəflər arasında daha öncə bağlanılmış icarə müqaviləsinin davamı olaraq bələdiyyə ilə torpağın icarəçisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir. Yəni "Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun İX bəndində istinad olunan qanun norması da onu özündə ehtiva edir ki, qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, müvafiq qanunvericilik aktlarının, o cümlədən "Daşınm az əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının əsaslarına da zidd hesab edilməlidir.
7. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğun yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1557/2023 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni istifadəsində olan Sumqayıt şəhərinin Sumqayıt-Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsi üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqların dö vlət qeydiyyatı haqqında müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış növbəti müqavilə mahiyyət etibarilə yeni müqavilə olmamış, əvvəlki icarə münasibətlərinin davamı olaraq bağlanmışdır. Torpaq sahəsinin 2007-ci ildən iddiaçının qanuni istifadəsində olması işin mübahisə olunmayan halıdır. İddiaçı ilə üçüncü şəxs 2007-ci ildə bağlanmış icarə müqaviləsini açıq torpaq hərracı və ya müsabiqəsi keçirmədən uzatmaq hüquqları olduğuna görə, cavabdeh inzibati orqanda əvvəl dövlət qeydiyyatına alınmış və hazırda uzadılmış icarə hüquqlarını dövlət qeydiyyatına almalıdır. Qeyd edilən hallar iddianın t əmin edilməsi üçün əsas təşkil edir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(105)-588/2023 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən, A.Süleymanova və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasın ı xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli 709İİİQD nömrəli Qanunun İX bəndinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1, Mülki Məcəllənin 337-ci, və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddələrinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim edil məmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu: İX bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərr acı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində malik olduğu səlahiyyətlərindən biridir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alın maqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının ( yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının iza hatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkə mənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instan siyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də ap ellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı iş üzrə iddiaçının hüququ marağı cəmiyyətin istifadəsində olan Sumqayıt şəhərinin Sumqayıt Novxanı yolu, 2 saylı şəhər xəstəxanası rayonu ərazisində yerləşən sahəsi 0,10 ha torpaq sahəsi üzərində cəmiyyətin icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla əlaqədar hüquqların dövlət qeydiyyatı haqqında müvafiq reyestr çıxarışının verilməsinə yönəlmişdir.
26. İlk öncə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddə sində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
27. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respubl ikasının Qanununun 9.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür.
28. Apellyasiya məhkəməsi isə haqlı olaraq cavabdehin imtinasını və göstərdiyi dəlilləri əsassız hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsi ilə iddiaçı cəmiyyəti arasında bağlanılmış 11 yanvar 2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri 2 saylı şəhər xəstəxanasının ərazisində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmiş və icarə müddəti 31 dekabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2011-ci il tarixli, MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Sonradan Sumqayıt Bələdiyyəsi ilə iddiaçı arasında təkrar 21 iyun 2021-ci il tarixdə torpaq icarəsi müqaviləsi bağlanılmış və həmin torpaq sahəsinin icarə müddəti 31 dekabr 2069-cu il tarixədək müəyyən edilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə bağlanılmış 21 iyun 2021-ci il tarixli 16 saylı torpaq icarə müqaviləsi müstəqil müqavilə olmayıb, iddiaçı ilə bələdiyyə arasında 11 yanvar 2007-ci tarixdə bağlanılmış müqavilənin davamı olaraq bələdiyyə ilə 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsinə yönəlmişdir.
30. Hazırkı qərarın 16-cı bəndində qeyd olunan maddi hüquq normasına əsasən bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajlar ın tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin qanun 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir.
31. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə bələdiyyə arasında xx.xx.2007-ci il tarixli, 04 saylı icarə müqaviləsi bağlanılmış və iddiaçı həmin müqavilə əsasında olan icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Qeyd edilən xüsusatlar cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
32. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uza dıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir.
33. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə üçüncü şəxs arasında icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında və kassasiya şikayətinin dəlillərində istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpa q sahələrinə aid edilməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(105)-588/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2-1(105)-588/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.