Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2070/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ: Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-41/2019 nömrəli, 05 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kasasiyanın mümkünlüyü məsələsinə Ali Məhkəmənin binasında, 27 iyun 2019-cu il tarixdə, açıq məhkəmə iclası nda baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə son qoyulması və 1992-ci ilin mart ayından 1995-ci ilin noyabr ayına qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyinə görə ona müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-100/2018 nömrəli, 15 fevral 2018ci il tarixli qərarı ilə (hakim: H.Ç.Babayeva) iddia təmin edilmişdir. Məhkəmənin həmin qərarından cavabdeh tərəf indən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1220/2018 nömrəli, 03 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-100/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1934/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.K.Hüseynov, hakimlər: N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1220/2018 nömrə li, 03 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-41/2019 nömrəli, 05 aprel 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: S.S,Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-100/2018 nömrəli, 15 fevral 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının iddia tələbi mümkün sayılmamışdır. Apelyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-41/2019 nömrəli, 05 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iddia tələbi nin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra iddiaçıya və onun vəkilinə kassasiyanın mümkünlüyü məsələsinə 27 iyun 2019-cu il tarixdə baxılacağına dair məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin icl asda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: - 90.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; - 94.2-ci maddəsinə əsasən, şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; - 94.3-cü maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayəti n qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Sadalanan normalardan göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin əsaslandırılıb-əsaslandırılmaması məsələsi də aiddir, çünki kassasiya şikayətində bildirilmiş dəlillərlə bağlı apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qiymətləndirilməlidir. Qanunvericiliyin istinad edilən müddəalarına əsaslanmaqla iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün h esab edilə bilməz. Belə ki, iddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilərək onların nəzərinə çatdırılmışdır ki, şikayətdə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığı və apelyasiya instansiyası məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulması əsaslandırılmamışdır. Bu səbəbdən, qeyd edilən nöqsanın məhkəmə iclasının vaxtınadək aradan qaldırılması, yəni əsaslandırılmış kassasiya şikayətinin təqdim olunması iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı təyin olunmuş vaxtadək həmin nöqsanı aradan qaldırmamış, yəni əsaslandırılmış kassasiya şikayəti təqdim etməmişdir. Belə olan halda isə İPM-in 91-ci maddəsinə uyğun olaraq qiymətləndirmənin hansı qaydada aparılmasını müəyyən etmək mümkün deyil. Qeyd edilənlərə əsasən hesab edirəm ki, idd iaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-41/2019 nömrəli, 05 aprel 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2070/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2070/2019
27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver