Məhkəmə qərarları › İş №2-1(102)-2071/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2071/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2071/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2071/19 Bakı şəhəri 04 sentyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı XXXun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı B akı Ərazi İdarəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2-1(103)-594/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzun illər istifadəsində olan Bakı şəhəri, XXX bağ massivi ünvanında yerləşən 339 saylı bağ sahəsi il ə sxematik xəritə arasında olan uyğunsuzluğun aradan qaldırılması və həmin bağ sahəsi üzərində onun hüquqlarının qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, onun rəsmi müraciəti əsasında Bakı şəhəri bağlar təsərrüfat idarəsinin 25 sentyabr 2002 tarixli sərəncamı ilə 552 saylı protokol əsasında XXX bağ massivində yerləşən 0,12 hektar bağ sahəsini 20954 saylı müqavilə ilə rəsmi olaraq 27 sentyabr 2002-ci il tarixdə ona təhvil vermişdir. 05 may 2007-ci il tarixli müraciəti əsasında 21 may 2007-ci iltarixli, 40888 saylı müqvailə ilə bağın 0,12 ha 0,06 ha ayrılaraq qardaşı Bəxtiyar İsgəndərova verilmişdir. İddiaçı həmin bağ sahəsinə hüquqlarının qeydiyyata alınma sı və çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının istifadəsində olan bağ sahəsinin XXX bağlarına deyil, Savalan bağ massivinə aid olmasına istinad etməklə imtina etmişdir. Halbuki, iddiaçının istifadəsində olan bağ sahəsinin qonşuları yaşadıqları evə dair çıxarışlar almışdırlar ki, həmin çıxarışlarda ünvan XXX olaraq qeyd olunmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, 2-1(82)1968/2018 saylı qərarı ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağ sahəsinə dair bağlanmış “Bağın istifadəyə verilməsi haqqında” müqavilədəki qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, müqavilə mübahisələndirilmədiyindən, ləğv olunmadığından, etibarsız sayılmadığından mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin müqavilə iddiaçıya cavabdehin arxivindən verilmişdir ki, qanunvericiliyin tələblərinə görə müaqavilə əsasında iddiaçı bağ sahəsinə mülkiyyət hüquqları əldə etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil, habelə qanunvericiliyin tələblərinə əsasən vətəandaşların qanuni istifadəsində olmuş bağçılıq təsərrüfatının torpaqlarının rəsmiləşdirilməsi zamanı mövcud uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifələrinə aid edilmişdir. Həmin qərardan cavabdeh a pellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2-1(103)-594/2019 saylı qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Cahangir Yusifov və Valeh Ağayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti haqqında Əsasnamə”nin 3.0.6, 3.0.7, 3.0.11, 3.0.29, 3.0.23, “Mərzşəkmə qaydaları və mərz nişanlarının formaları nın nümunələri Qaydaları”nın 1.2, 2.2, 2.3-cü bəndləri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2, 12.1, 15, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9, 25-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı müvafiq bağ sahəsinə çıxarış almaq məqsədilə cavabdehə müraciət etmiş, araşdırma nəticəsində idarənin elektron baza məlumatlarına əsasən müvafiq bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməs i və bağ sahəsinin Bağlar Təsərrüfatı və İstismarı Birliyinə ayrılmış ərazidə deyil, “Savalan” yaşayış massivinin ərazisində yerləşməsi müəyyən olunmuşdur. Cavabdeh hesab edir ki, düzgün və ədalətli məhkəmə araşdırılmasının aparılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayon XXX Bələdiyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalı və məhkəmə tərəfindən ekspertiza təyin edilməlidir. Cavabdeh həmçinin qeyd etmişdir ki, inzibati işin apellyasiya i nstansiyası məhkəməsindəki sonuncu – 06 mart 2019-cu il tarixli məhkəmə iclası barədə idarəyə məhkəmə tərəfindən bildiriş göndərilməmiş, bununla da prosessual hüquq normaları pozulmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 111.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2, 8, 9, 11.1, 12.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1, 62.1, 62.2, 28.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan son ra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı ŞİH X2 İnşikafı və İstismarı Birliyi ilə Bakı şəhəri, XXX ərazisində yerləşən 0,06 ha ölçüdə 339 ”o” saylı bağ sahəsinə dair iddiaçı X4 arasında bağlanmış 21 may 2007-ci il tarixli 30354 nömrəli “Bağın istifadəyə verilməsi haqqında” müqavilədəki qeydlərin (məlumatların) həqiqətə uyğun olmadığı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən sübuta yeti rilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 13 iyun 2018-ci il tarixli, 2-1(103)1293/18 saylı qərarından görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı XXX bağ massivində yerləşən 0,06 ha torpaq sahəsi olan 339ö saylı bağ sahəsinə dair hüquqların onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 2-1(82)1045/2017 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məkəməsinin İİK-nın 27 mart 2018-ci il tarixli, 2-1(103)-509/2018 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin 27 iyul 2017-ci il tarixli, 2-1(82)1045/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmış və həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 13 iyun 2018-ci il tarixli, 2-1(103)1293/18 saylı qərarı ilə Bakı Apellyasiya Məkəməsinin İİK-nın 27 mart 2018-ci il tarixli, 21(103)-509/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normlar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın qanuni əsasları, əsasən düzgün müəyyən edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər qanunvericiliklə onun mülkiyyətinin qeydə alınması üçün yetərli olduğundan və onların mötəbərliyi mübahisələndirilmədiyinindən, cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdehin bir dəlilinə görə, iddiaçının bağ sahəsinə dair məlimatlar idarənin elektron kadastr baza məlumatları ilə uyğunsuzluq təşkil etdiyindən, iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. Məhkəmə kollegiyası dəlillə bağlı aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Müddəanın tələbindən göründüyü kimi, bağ təsərrüfatı idarələri tərəfindən bağlanmış icarə müqavilələri daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. İşin hallarından göründüyü kimi, iddiaçı müvafiq sənədləri həm cavabdehə, həm də məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün imtina kimi bildirdiyi əsası, yəni idarənin “elektron kadastr baza məlumatlarında” iddiaçının bağlı ilə bağlı uyğunsuzluğa dair məlumatların olmaması barədə dəlilini anlaşılmaz qəbul edir. Belə ki, istinad edilən Qanunun: - 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində sax lanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Maddələrin tələbləri belə izah olunur ki, şəxsin hüququnun qeydə alınması üçün təqdim edilmiş sənədlərin cavabdehdə olan sənədlərlə uyğunluğunun yoxlanılması cavabdehin səlahiyyətinə aid olmaqla imperativ qaydada müəyyən edilmişdir. Qeyd edilmiş nəticə həmçinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarxili qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması onun səlahiyyətində olmaqla onda saxlanılan məlumatlarla üzləşdirilməsi zəruri olmuşdur. Lakin iddiaçı tərəfinən təqdim edilmiş sənədlərin hansı qaydada bilavasitə “elektron kadastr baza məlumatlarında” olması zəruriliyyi ilə bağlı qeyd edilməlidir ki, təqdim edilmiş sənədlər 2002 və 2007-ci illərə aid olduğu üçün və həmin dövrdə elektron sənəd dövriyyəsi hələ tətbiq edilmədiyi üçün, onların elektron baza ilə uyğun olmaması – həmin sənədlərin kağız üzərində mövcud olduğu halda, onların elekton qaydada müvafiq qurum tərəfindən cavabdehdə olan bazaya daxil edilməməsi ehtimalını yaradır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat ı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələlərin qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları» təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. Sadalanmış normativ-hüquqi aktların tələblərini cavabdehin bildirdiyi dəlilə münasibətdə tətbiqi onunla bağlıdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrində olmuş müvafiq sənədlər cavabdeh quruma verilmiş və onun tərəfindən yalnız “elektron kadastr baza məlumatlarına” istinadı o əsasla iddia tələbinin təmin olunmaması üçün əsas kimi qəbul edilə bilməz ki, təhvil verilmiş kağız (yazılı sənədlər) əsasında da arxiv yoxlaması aparılmalı idi. Apellyasiya məhkəməsi tərəfindən isə iddiaçının təqdim etdiyi sənədlərin qanunauyğunluğu üzrə qiymətləndirmə aparılmış v ə cavabdeh tərəfindən həmin qiymətləndirməyə münasibətdə hər hansı əlavə dəlil bildirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu hissədə bildirdiyi hüquqi əsaslarla raşılaşdığını qeyd edir. Digər dəlil kimi cavabdeh göstərmişdir ki, mübahisənin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti, Sabunçu rayon XXX Bələdiyəsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmalıdır. Dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs lərin inzibati məhkəmə icraatına cəlb edilməsi Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddənin tələblərindən də göründüyü kimi, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsini zəruri edən amil – həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı haldır. Lakin cavabdeh tərəfindən istinad edilmiş çoxsaylı qurumların cəlb edilməsi ilə bağlı hansı məsələnin araşdırılmalı olduğundan irəli gəldiyi, yəni qanunla qorunan hansı maraqlara toxunulduğu (misal üçün, torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı və yaxud həmin torpaq sahəsinin digər fiziki və ya hüquqi şəxsin istifadəsində olması və s.) barədə bildirilməmiş və bu hissədə kassasiya şikayəti əsaslandırılmamış, yalnız elektron baza məlumatlarına istinadən həmin ərazinin yaşayış massivi ərazisinə aid olduğu bildirilmişdir ki, məhkəmə kollegiyası elektron baza məlumatları ilə bağlı mövqeyini yuxarıda əks etmişdir. Qeyd edilənləri nəzərə almaqla əlavə qitmətləndirmənin aparılmasını məhkəmə kollegiyası mümkün hesab etmir. Prosessual pozuntu kimi cavabdeh həmçinin bildirmişdir ki, inzibati işin apellyasiya instansiyası məhkəməsindəki sonuncu – 06 mart 2019-cu il tarixli məhkəmə iclası barədə idarəyə məhkəmə tərəfindən bildiriş göndərilməmiş, bununla da prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyası bu dəlili də anlaşılmaz qəbul edir, çünki apellyasiya məhkəməsinin həmin tarixli məhkəmə iclas protokolundan və məhkəmə qərarından göründüyü kimi, cavabdehin nümayəndəsi kimi İbrahim Kalbalıyev məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi haqqında qəbzə imza etmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2019 cu il tarixli Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 mart 2019-cu il tarixli, 2-1(103)-594/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar