Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2071/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı-nin cavabdeh Bakı Şəhəri Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət ehtiyacları üçün alınmış daşınmaz əmlaka görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı-nin cavabdeh Bakı Şəhəri Cavabdeh2nə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Cavabdeh1) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 2020-ci il 23 iyul tarixli 2-1(103)-629/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. x ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı-nin mülkiyyətində olmuş, x şəhəri x rayonu ərazisində aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq xküçələrinin əhatəsində və x prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış evlərindən ailələrin, həmçinin, qeyri-yaşayış sahələrinin, eləcə də iddiaçıya məxsus sözügedən qeyri-yaşayış sahəsinin köçürülməsi zərurəti yaranmışdır.
2. Cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üçün 556687,00 manat məbləğində kompensasiya müəyyənləşdirilmiş, tərəflər arasında müvafiq akt və obyektin Cavabdeh 2 xeyrinə imtina olunması barədə notariat kontorunda razılaşma imzalanmışdır.
3. Kompensasiya məbləği ilə razılaşmayan iddiaçı cavabdehə müraciət edərək dövlət ehtiyacları üçün alınan daşınmaz əmlaka görə kompensasiyanın düzgün hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh xx xxxx 2017-ci il tarixli məktubla bildirmişdir ki, qeyri-yaşayış sahəsinin kompensasiya məbləği iddiaçı ilə razılaşdırılmış və iddiaçı həmin məbləği xx xxxx 2017-ci il tarixində almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki birinci icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı-nin adından onunla Cavabdeh2 arasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış xx xxxx 2017-ci il tarixli, 3M-535 reyestr nömrəli razılaşmanın etibarsız hesab edilməsi, 928313 manat maddi zərərin (kompensasiyanın) və 100.000 manat mənəvi zərərin, 297000 manat məbləğində əlavə haqqın cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı-yə məxsus x prospektində yerləşən 32B nömrəli, ümumi sahəsi 742,25 kv.m olan iki mərtəbəli qeyri-yaşayış binasının sökülməsi ilə əlaqədar, 928313 manat maddi zərərin (kompensasiyanın) və 297000 manat məbləğində satınalma qiymətinə əlavə haqqın, cəmi ******* manat pulun Cavabdeh2ndən tutularaq İddiaçı-yə ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinin sökülməsi və onun altında olan, həmçinin, faktiki istifadədə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün a lınması qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Belə ki, söküntü işləri xx xxxxx 2017-ci il tarixdə, heç bir xəbərdarlıq edilmədən, güc tətbiq edilməklə, razılaşma və iddiaçının iradə ifadəsi olmadan həyata keçirilmiş, söküntü ilə bağlı kompensasiya ödənilməsi ilə əlaqədar məsələ müzakirə edilməmişdir. Yalnız iddiaçının çoxsaylı şikayətləri əsasında söküntünün aparılmasından 1,5 ay sonra, yəni 2017-ci ilin iyun ayının əvvəllərində Cavabdeh2 nümayəndələri tərəfindən qeyriyaşayış sahəsinin faktiki olaraq, 742.25 kv.m olmasını nəzərə almaqla, hər 1 kv.m üçün 750 manat hesablamaqla iddiaçıya, ümumilikdə, 556687 manat kompensasiya veriləcəyi bildirilmişdir. Həmin kompensasiya məbləğinin düzgün hesablanmadığı, təklif olunan məbləğin əmlakın real dəyərindən, yəni bazar qiymətindən kə skin şəkildə fərqləndiyini dəfələrlə bildirməsinə baxmayaraq, iddiaçı ilə məcburi şəkildə xx xxxx 2017-ci il tarixdə notariat kontorunda razılaşma aktı imzalanmışdır. Razılaşmanın şərtlərinə əsasən, dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar MMC aldığı kompensasiya müqabilində sözügedən qeyri-yaşayış sahəsindən Bakı şəhəri, Cavabdeh2 xeyrinə imtina edildiyi qeyd olunmuşdur. Həmin qeyri-yaşayış sahəsinin 742,25 kv.metrinə münasibətdə 556687 manat kompensasiya ödənilməsi göstərilmişdir. Razılaşmanın zor gücünə, fiziki və psixoloji təsir ilə imzalandığı üçün xx xxxx 2017-ci ildə iddiaçı tərəfindən həmin notariat kontoruna müraciət edilərək, həmin razılaşmanın ləğv edilməsi xahiş edilmiş, lakin bu da heç bir nəticə verməmişdir. Tərəfindən bir müddət həmin pul vəsaiti bank hesabından ç ıxarılmasa da sonradan istifadə edilmişdir. Hesab olunur ki, söküntü işləri qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmamış, kompensasiya söküntü baş verdikdən bir ay yarım sonra verilsə də, razılaşma hədə-qorxu ilə bağlanılmış, kompensasiyanın məbləği qeyri-yaşayış binasının real bazar qiymətinə uyğun hesablanmamış, kompensasiya hesablanarkən mülkiyyətdə və istifadədə olan torpaq sahəsi nəzərə alınmamışdır. Həmçinin, yuxarıda qeyd edilən hallarla əlaqədar iddiaçıya mənəvi zərər də vurulmuşdur. Cavabdehin etirazları:
8. Cavabdeh2 iddia tələbinə qarşı yazılı münasibət təqdim edərək bildirilmişdir ki, Xətai rayonu ərazisində aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq xküçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış evl ərindən ailələrin, həmçinin, qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı müəyyən olunmuş qaydada kompensasiya ödənilməklə köçürülmə üçün Cavabdeh2 başçısının xx xxx 2017-ci il tarixli, 157 saylı sərəncamı ilə komissiyan yaradılmışdır. Komissiya tərəfindən MMC-yə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və 742,25 kv.m ölçüdə həmin daşınmaz əmlaka görə hər kv.m üçün 750 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, Fərmanındakı əlavə haqq (20% əlavə) nəzərə alınmaqla 556687 manat məbləğində kompensasiya müəyyən edilmişdir. MMC-nin rəhbəri göstərilən kompensasiya məbləğinə etiraz etməmiş və müvafiq aktı imzalamışdır. O, həmçinin, obyektin Cavabdeh2 xeyrinə imtina olunm ası barədə notariat kontorunda razılaşmanı imzalayaraq, müvafiq pul vəsaitini bankdan götürmüşdür. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etirazları:
9. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirilmişdir ki, iddiaçı cavabdehlə onun arasında bağlanmış müqavilənin etibarsızlığı tələbini irəli sürsə də, müqavilənin etibarsız sayılması üçün əsas olan halları sübut edə bilməmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı iddiaçı ilə cavabdeh arasında notarial qaydada müqavilə bağlanmış və iddiaçı 556687 manat pul vəsaiti müqabilində həmin əmlakdan cavabdehin xeyrinə imtina etmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus əmlakın satın alınması ilə bağlı ona təklif edilən kompensasiyanı qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Belə olan halda sözügedən əmlak üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin, sözügedən əmlakların alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Digər tərəfdən 20 faiz miqdarında əlavə haqqın hesablanması ilə bağlı qeyd edilir ki, sözügedən əmlakın alınması zamanı 20 faiz əlavə haqq, ümumiyyətlə, tətbiq olunmalı deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənili r. İş materiallarından məlum olur ki, iddiaçıya məxsus əmlak abadlıq işləri ilə bağlı sökülmüşdür. Abadlıq işləri ‘‘Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanunun 3-cü (torpağın alınmasına əsas verən dövlət ehtiyacları) maddəsinin təsiri altına düşmür. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(82)4627/2017 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
11. Məhkəmə hesab etmişdir ki, nə qədər ki iddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış razılaşma etibarsız sayılmamışdır, onlar arasındakı mübahisə publik xarakterli qiymətləndirilə bilməz. Hazırkı halda, iddiaçı mahiyyətcə razılaşdırılmış qiyməti mübahisələndirir. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.
12. İddiaçı həmin qərardadda n apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 05 aprel tarixli 2-1(103)-1003/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2-1(102)-1149/2018 n ömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2018-ci il 05 aprel tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə subyekt tərkibinə, predmetinə və xarakterinə görə publik hüquq sahəsinə aiddir. Belə ki, hazırkı mübahisə hüquqi şəxslər yerli icra hakimiyyəti orqanı, yəni inzibati orqan arasındadır. Cavabdeh orqanın hərəkətlərinin iddiaçı üçün hüquqi nəticələr yaratması mübahisəsizdir. İddiaçının “mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya almaq” hüququna, cavabdehin “sökülən daşınmaz əmlaka görə həmin əmlakın mülkiyyətçisinə kompensasiya ödəmək” vəzifəsi uyğundur. Beləliklə, hazırkı halda tərəflər arasında mövcud olan hüquq münasibətinin ümumi (publik) hüquq sahəsi üçün xas olan hakimiyyət-tabeçilik əlaməti özünün aktiv (göstərişin icrasının məcburiliyi) formasında və cavabdehin iddiaçıya münasibətdə qeyri-bərabər, üstün səlahiyyətlərə, geniş fəaliyyət azadlığına malik olmasında təzahür edir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2-1(103)-2591/2018 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, kompensasiya ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün kompensasiyanın ödənilməsi ilə bağlı inzibati orqana müraciət olunmalı, t ələb təmin edilmədikdə inzibati orqanın imtina qərarından müvafiq məhkəməyə şikayət olunmalıdır. Hazırkı iş üzrə iddiaçı da ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiya almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncunun ödədiyi kompensasiya məbləği onu qane etmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi mümkün sayılaraq iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. d. birinci instansiya məhkəməsindəki ikinci icraat 20. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 21(82)-34/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
21. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında notarial qaydada bağlanılmış müqavilədən görünür ki, iddiaçı ona məxsus ola n qeyri-yaşayış sahəsini dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya (cəmi 556.687 manat) görə digər tərəfin xeyrinə imtina etməyi öhdəsinə götürmüş və bunun əvəzi olaraq bazar qiymətlərinə uyğun şəkildə müəyyənləşdirilən kompensasiya məbləği ona ödənilmişdir. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə heç bir qanunsuzluğa yol verilməmiş, ərazinin abadlığı və yenidənqurma işləri ilə əlaqədar olaraq sökülmüş qeyri-yaşayış sahəsinin əmlak dəyəri tərəflər arasında olan razılığa uyğun olaraq tam şəkildə ödənilmiş və ona heç bir zərər vurulmamış və cavabdehin mübahisələndirilən məsələ ilə bağlı hərəkətlərində qanuna zidd hallar aşkar edilmədiyinə görə iddia rədd edilməlidir.
22. İddiaçı həmin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təm in edilməsini xahiş etmişdir. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 iyul tarixli 2-1(103)-629/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. kassasiya şikayətinin dəlilləri
26. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxan məhkəmələr qanunsuz müdaxilənin delikt hadisəsi və ya dövlət ehtiyacları üçün satınalma halı olmasını müəyyən etməmişdir. Belə ki, heç bir razılaşma və anlaşma olmadan zorakılıq etməklə qeyri-yaşayış sahəsinə daxil olunması və söküntünün həyata keçirilməsi faktı aşkar delikt halıdır və şəxsi əmlaka vurulmuş ziyan kimi dəyərləndirilməlidir. İşə baxan məhkəmələr mübahisəli obyektin əvvəlcə sökülməsi, uzun müddət pulun ödənilməməsi və yalnız çoxsaylı şikayətlərdən sonra danışıqlara gedərək təzyiqlər altında aldatma ilə müəyyən miqdarda pul vəsaitinin verilməsi barədə razılaşmada imzaladığını nəzərə almamışlar. Qanunvericiliklə dövlət ehtiyacları üçün alınan əmlakın müqabilində təkcə onun dəyərinə uyğun olan kompensasiya məbləği deyil, həm də əlavə haqq ödənilməli olduğu müəyyən edilmişdir. Lakin hazırkı halda əmlakı sökülən şəxsə hesablanaraq ödənilməsi ayrıayrı nəzərə alınmalı olan dəyərlər düzgün tətbiq edilməmiş, iddiaçı aldadılmışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
28. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜ QUQ 29. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
30. İPM: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində b axır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
34. İş in məhkəmələr tərəfindən araşdırılan materiallarından göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış binasının ümumi sahəsi sənəd üzrə 222.2 kv.m olmuş, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı müəyyən olunmuş qaydada kompensasiya ödənilməklə köçürülmə üçün Cavabdeh2 başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı sərəncamı ilə yaradılmış Komissiya tərəfindən İddiaçıyə məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və faktiki sahəsinin 742.25 kv.metr olduğu müəyyən edilmişdir.
35. Tərəflərin təsdiq etdikləri xx xxx 2017-ci il tarixli razılaşma aktına görə, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən müəyyən edilmiş 20% əlavə də nəzərə alınmaqla 1 kv.metrinin alğı-satqı qiyməti 750 manat olmaqla 742.25 kv.metr qeyri-yaşayış sahəsi üçün 556.687 manat məbləğində razılaşdırılmışdır.
36. Tərəflər arasında notarial qaydada bağlanılmış xx.xx.2017-ci il tarixli müqaviləyə görə: «Birinci tərəf» Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən özünə məxsus olan qeyri-yaşayış sahəsini dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə «İkinci tərəf»in xeyrinə imtina edir.
2. Qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş texniki paspor t əsasında «Birinci tərəf»ə məxsusdur.
3. Müqavilə bağlananadək qeyri-yaşayış sahəsi məhkəmə və digər mübahisə predmeti olmamışdır.
4. «Birinci tərəf» «İkinci tərəf»dən 556.687 manat məbləğində kompensasiya almaqla 742.25 kv.metr qeyri-yaşayış sahəsini «İkinci tərəf»in xeyrinə imtina edir.
5. İkinci tərəf bu müqavilənin 4-cü bəndində göstərilən məbləğdə qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış kompensasiyanı «Birinci tərəf»ə notariusun depozit hesabı vasitəsilə ödədi.
37. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi ona məxsus olmuş tikilinin onun razılığı olmadan söküldüyünə istinad etsə də, tərəflər arasında razılaşma imzalanmış, həmin razılaşmada iddiaçının hazırda iddia etdiyi əlavə də nəzərə alınmaqla tikilinin faktiki sahəsinə uyğun ol araq satış qiyməti müəyyən edilmiş, tərəflər arasında notariat qaydada müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı ona məxsus tikilidən cavabdehin xeyrinə imtina etmiş, cavabdeh şərtləşdirilmiş məbləği notariusun depozit hesabına köçürmüş, iddiaçı həmin məbləği - özünün də təsdiq etdiyi kimi – bank vasitəsi ilə almışdır.
38. Müqavilənin və ya razılaşmanın fiziki və psixi təsir nəticəsində bağlandığına və ya aldadıldığına dair dəlilə gəldikdə, məhkəmə kollegiyası iddiaçının həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, tərəflər arasında bağlanmış razılaşmanın (müqavilənin) etibarsız hesab edildiyinə və ya ləğv edildiyinə dair hər hansı sübut işdə yoxdur. Tərəflər arasında notariat qaydasınd a razılaşdırılmış şərtlər qüvvədədir.
39. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 23 iyul tarixli 21(103)-629/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov R.S.Nəbizadə K.N.Bədəlov