Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2071/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: həyətyanı və pay torpağına dair hüquq müəyyənedici sənədlərdə dəyişiklik edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin in 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilməsi, naturadakı (qanuni istifadədəki) vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-307/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Balakən Rayon XDS İcraiyyə Komitəsinin 20.12.1988-ci il tarixli 27 nömrəli qərarı ilə rayonun Qullar kənd sakini İddiaçı ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir.
2. Balakən Rayon XDS İcraiyyə Komitəsinin və İcra Nümayəndəliyinin 19911995-ci və 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında iddiaçının təsərrüfatında 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmiş, evin tikildiyi il qrafası boş saxlanmışdır.
3. Balakən Rayon AİK-in 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən, iddiaçının mülkiyyətinə Balakən rayon Qullar kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sə nəddə torpaq sahəsinin biri 562,64 kv.m, digəri isə 1000,23 kv.m olmaqla iki hissədən ibarət olması göstərilmişdir.
4. JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Balakən Rayon AİK-in eyni qərarına əsasən, İddiaçı mülkiyyətinə Balakən rayon Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir.
5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, cavabdeh bundan imtina edərək 20.04.2018-ci il tarixli məktubunda bildirmişdir ki, qeydiyyata alınması nəzərdə tutulmuş fərdi yaşayış evi JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhad ətnamə" ilə iddiaçıya məxsus olan 0,10 ha torpaq sahəsinin hüdudlarından kənarda onun mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində yerləşir.
6. Bundan sonra iddiaçı cavabdehə digər ərizə ilə müraciət edərək, JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd olunan torpaq sahəsinin cizgilərində texniki səhvin aradan qaldırılaraq həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh bundan da imtina edərək 11.05.2018-ci il tarixli məktubunda bildirmişdir ki, fərdi yaşayış evinin iddiaçıya məxsus olmasını təsdiq edən sənəd aşkar edilməmiş, Balakən RİH-in Qullar kənd İƏD üzrə nümayəndəliyinin 03.04.2018-ci il tarixli 282 nömrəli arayışında iddiaçının adına təsərrüfatbaşına kitabd a evin görünməməsi qeyd edilmiş, Balakən Rayon Məhkəməsinin 03.10.2016-cı il tarixli 2(019)-1852/2016 nömrəli qətnaməsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə ona ancaq istifadə hüququ verilmişdir. Məktubda, həmçinin, göstərilmişdir ki, iddiaçı ərizəyə fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən hüquq müəyyənedici sənəd əlavə edəcəyi təqdirdə, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 09.09.2019-cu ildə cavabdehə qarşı ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə "nin və JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evi 1988-ci ildə inşa edilmişdir. Lakin torpaq islahatı zamanı texniki səhv nəticəsində həyətyanı torpaq sahəsinin ölçülərində müəyyən qədər dəyişiklik edilmiş, nəticədə iddiaçının mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrinin cizgiləri düzgün işlənilməmişdir. Uyğunsuzluq texniki səhv nəticəsində yarandığına və heç bir üçüncü şəx sin hüquqları pozulmadığına görə həmin səhvin aradan qaldırılması mümkündür.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş, etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil etmişdir.
10. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-60/2020 saylı 23.01.22-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-60/2020 saylı 23.01.20-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkə məyə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-365/2020 saylı 01.10.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.
11. Daha sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpaq sahəsinə bitişik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilməsi, naturadakı (qanuni istifadədəki) vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpa q sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək 04.12.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədlərə düzəliş edilməsi və ya onların ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir.
12. Bundan sonra iddiaçı 11.12.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək JN128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpa q sahəsinə birləşik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilməsi, naturadakı (qanuni istifadədəki) vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. Şəki İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı məlumat tələb edilmişdir:
1. İddiaçı adına olan JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,10 ha torpaq sahəsinin və JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 14 40 planşetində göstərilən 562,64 kv.m torpaq sahəsinin təyinatı və uqodiyası elektron xəritə bazasında necə göstərilmişdir?
2. JN-1440 kod 40107018 nömrəli "Torpağın mülkiyyət hüququna dair dövlət aktı"nın 1440 planşetində göstərilən 562,64 kv.m torpaq sahəsinin torpaq islahatından əvvəlki təyinatı fərdi yaşayış evinin tikilməsi üçün olmuşdurmu və həmin torpaq sahəsinin iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi verilməsi səhv olmuşdurmu?
14. Həmin sorğuya alınmış 03.03.2021-ci il tarixli **********07 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinə görə, iddiaçının adına JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də olan 0,10 ha torpaq sahəsi baza məlumatlarında öz əksini tapan Balakən rayonu Qullar kəndinin kompleks yerquruluşu layihələrinə əsasən, yaşa yış məntəqələri torpaqlarına aid həyətyanı məqsədilə verilmiş torpaq sahəsidir, JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın cizgisində göstərilən 562,64 kv.m torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsidir.
15. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-359/2021 saylı iş) 4 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının adına olan JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda hər hansı səhvə yol verilməsi, habelə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin əslində həyətyanı torpaq sahəsinə aid olması və səhv ən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilməsi məhkəmə araşdırması ilə müəyyən edilmədi. Ona görə də, iddianın təmin edilməsi üçün əsas yoxdur.
17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
18. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X1, 2-1(107)-307/2021 saylı iş) 27 iyul 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 4 may 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
19. İddiaçı 16 avqust 2021-ci il tarixdə qərarın surətini almış, 14 sentyabr 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayətində iddia ərizəsində irəli sürdüyü dəlilləri təkrarlamış və şikayətin maddi hüquqi əsası kimi “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, Torpaq Məcəlləsinin 103-cü maddəsinə istinad etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
22. Torpaq Məcəlləsi: Maddə
9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi (-).
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keç irilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Maddə
13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 23. “To rpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının d övlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmla ka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyat ı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Maddə
16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. (-). 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqın da qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əld ə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, də yişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
26. İddiaçının kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya i nstansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır.
29. İddiaçının adına Balakən rayon Qullar kəndində 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə JN-1440 kod 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Dövlət aktında onun verilməsinə əsas kimi Balakən Rayon Aqrar İslahat Komissiyasının 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına istinad edilmişdir. Dövlət aktında torpaq sahəsinin biri 562,64 kv.m, digəri isə 1000,23 kv.m olmaqla iki hissədən ibarət olması göstərilmişdir.
30. Həmçinin iddiaçının adına Balakən rayon Qullar kəndində 0,10 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə JN-128F kod 40107018 nömrəli Torpağın mülkiyyət ə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamədə Balakən Rayon Aqrar İslahat Komissiyasının 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına istinad edilmişdir.
31. İddiaçı bildirir ki, ona məxsus yaşayış evi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsində deyil, Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 562,64 kv.m hissədə, yəni kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşdiyinə görə cavabdeh evə mülkiyyət hüququnu qeydə almaqdan imtina etmişdir.
32. Odur ki, hazırkı iddiasında iddiaçı hesab edir ki, JN128F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-1440 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilməli, naturadakı (qanuni istifadədəki) vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
33. İddiaçının şikayətinin dəlillərinə görə fərdi yaşayış evi 1988-ci ildə inşa olunmuşdur. Torpaq islahatı isə xeyli sonra aparılmışdır. İslahat zamanı texniki səhv nəticəsində həyətyanı torpaq sahəsinin ölçülərində müəyyən qədər dəyişikliklər edilmiş, nəticədə mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrinin cizgiləri düzgün işlənilməmişdir. Həmin uyğunsuzluq texniki səhv nəticəsində yarandığından və burada digər şəxslərin hüquqları pozulmadığından aradan qaldırılması mümkündür.
34. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
35. Balakən Rayon XDS İcraiyyə Komitəsinin 20.12.1988-ci il tarixli 27 nömrəli qərarı ilə iddiaçının fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. 1991-1995-ci və 19962000-ci illərə aid təsərrüfatbaşına kitablarda iddiaçının təsərrüfatında 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçıya Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmçinin iddiaçının mülkiyyətinə 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır, onun da 1440 planşet nömrəli 0,056264 ha hissəsi birbaşa Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,10 ha torpaq sahəsi ilə qonşudur.
36. Məhkəmənin əldə etdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçının adına olan JN-128 F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan 0,10 ha torpaq sahəsi baza məlumatlarında öz əksini tapan Balakən rayonu Qullar kəndinin kompleks yerquruluşu layihələrinə əsasən, yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədilə verilmiş torpaq sahəsidir, JN-1440 kod 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgisində göstərilən 562,64 kv.m torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsidir.
37. Həm dövlət aktında, həm də şəhadətnamədə torpaq sahələrinin Balakən Rayon Aqrar İslahat Komissiyasının 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən verildiyi qeyd edilmişdir. Yəni, dövlət aktı və şəhadətnaməyə görə Balakən Rayon Aqrar İslahat Komissiyasının 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən iddiaçıya 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı kənd təsərrüfatlı təyinatlı 0,16 ha torpaq sahəsinin 562,64 kv.m hissəsinin həyətyanı torpaq sahəsi kimi, həyətyanı torpaq sahəsinin də 0,10 ha deyil, əlavə olaraq 562,64 kv.m hissənin də qeyd edilməsini və bu barədə sənədlərdə düzəliş edilməsini arzu edir.
38. Məhkəmə kollegiyası vurğulayır ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən dövlət aktı və şəhadətnamədə qeyd edilən torpaq sahələri iddiaçıya verilmişdir. Aqrar islahat Komissiyasının qərarı qüvvədədir. 39. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəx sə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə).
40. Həm kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin, həm də həyətyanı torpaq sahəsinin verilməsinə əsas kimi aqrar islahat komissiyasının 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına istinad edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır.
41. Kənd təsərrüfatlı təyinatlı və həyətyanı torpaq sahəsinin verilməsinə əsas olan aqrar islahat komissiyasının 24.04.1998-ci il tarixli 05 nömrəli qərarı hüquqi cəhətdən etibarlı olduğundan dövlət aktı və şəhadətnamədə düzəliş edilməsinə dair iddia tələbi iddianın mümkünlük şərtinə cavab vermir.
42. Odur ki, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia mümkün sayılmamalıdır.
43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-307/2021 saylı 27 iyul 2021 -ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərar qətidir.