Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2071/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın D övlət Kadastrı və Reyestrinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “torpaq sahələrinin üzərindəki məhdudiyyətlərin götürülməsinin, ünvanlar üzrə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun verilməsinin təmin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(17)-258/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xx.xx.2015-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə müraciət edərək bildirmişdir ki, Azərbaycan Beynəlxalq Ba nkının külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq edilir. Yaranmış zərurətlə əlaqədar, təqdim edilmiş Siyahıda adları qeyd olunan şəxslərə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan daşınmaz əmlak (yaşayış və qeyri-yaşayış sahəsi) barədə məlumatların təqdim edilməsi, eləcə də onların özgəninkiləşdirilməsinin dayandırılması üçün göstəriş verilməsi xahiş olunur.
2. İddiaçının mülkiyyətində olan əmlaklar üzərinə cavabdeh tərəfindən məhdudiyyət qoyulmuşdur.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Şəki şəhəri, H.Cavid küçəsində yerləşən fərdi yaşayış evinin, Şəki şəhəri, M.Maqomayev küçəsində yerləşən fərdi yaşayış evinin, Şəki rayo nu, Göybulaq kəndində yerləşən **********50 reyestr nömrəli 3.84 ha torpaq sahəsinin, Şəki rayonu, Göybulaq kəndində yerləşən **********25 reyestr nömrəli 0.82 ha torpaq sahəsinin, Şəki rayonu, Göybulaq kəndində yerləşən **********59 reyestr nömrəli 1.23 ha torpaq sahəsinin, Şəki rayonu, Göybulaq kəndində yerləşən **********27 reyestr nömrəli 0.27 ha torpaq sahəsinin, Şəki rayonu, Göybulaq kəndində yerləşən **********53 reyestr nömrəli 1.05 ha torpaq sahəsinin, Şəki rayonu, Göybulaq kəndində yerləşən **********72 reyestr nömrəli 1.05 ha torpaq sahəsinin, Şəki rayonu, Göybulaq kəndində yerləşən **********48 reyestr nömrəli 3.15 ha torpaq sahəsinin, Şəki rayonu, Göybulaq kəndində yerləşən **********47 reyestr nömrəli 2.431 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş dir.
4. Cavabdeh 9 mart 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, sözügedən əmlakların üzərinə 7 may 2015-ci il tarixli sorğu əsasında müvəqqəti nəzarət qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan icra hakimiyyəti orqanıdır. Bu səbəbdən, müvəqqəti nəzarətin götürülməsi üçün aidiyyəti üzrə nəzarəti qoyan orqana müraciət olunmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 18 aprel 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun 8970/5570 nömrəli qeydiyyat vəsiqəsi üzrə Şəki şəhəri, M.Maqamayev küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin, 9678/5217 nömrəli qeydiyyat vəsiqəsi üzrə Şəki şəhəri, H.Cavid küçəsində yerləşən 06 saylı fərdi yaşayış evinin, 7 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********50 olan çıxarış üzrə Şəki rayonu, Göybulaq kəndində yerləşən 3.84 hektar, 7 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********25 olan çıxarış üzrə Şəki rayonu, Göybulaq kəndində yerləşən 0.82 hektar, 7 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********59 olan çıxarış üzrə Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.23 hektar, 7 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********27 olan çıxarış üzrə Şəki rayonu, Göybulaq kəndində yerləşən 0.270 hektar, 7 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********53 olan çıxarış üzrə Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.05 hektar, 7 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********72 olan çıxarış üzrə Şəki rayonu, Göybulaq kəndində yerləşən 1.05 hektar, 7 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********48 olan çıxarış üzrə Şəki rayonu, Göybulaq kəndində yerləşən 3.15 hektar, 7 noyabr 2013-cü il tarixdə verilmiş reyestr nömrəsi **********47 olan çıxarış üzrə Şəki rayonu, Göybulaq kəndində yerləşən 2.431 hektar torpaq sahələrinin üzərindəki məhdudiyyətlərin götürülməsinin, ünvanlar üzrə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən i ddiaçının mülkiyyət hüququ əsassız olaraq məhdudlaşdırılmış, bununla konstitusiya ilə müdafiə olunan hüquqları pozulmuşdur.
7. Birinci instansiya məhkəməsi tərəfindən 22 aprel 2022-ci il tarixdə iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq onun nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, iddia ərizəsinə və ərizəyə əlavə edilmiş cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən müəyyən edilmişdir ki, torpaq sahələrinin üzərinə həbs cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qoyulmuşdur. Odur ki, iddiaçıya izah edilmişdir ki, hazırkı tələb üzrə ərazi aidiyyəti tələbləri nəzərə alınmaqla, ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) iddia qaldırmaq hüququna malikdir. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən iddia mümkün sayılmamalı olduğundan, iddiaçıya yuxarıda göstərilənlərə 5 gün müddətində münasibət bildirmək təklif olunmuşdur.
8. İddiaçı 22 aprel 2022-ci il tarixli məktuba cavab olaraq bildirmişdir ki, cavabdeh məhkəmə qərarı olmadan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubu əsasında onun əmlakı üzərində hüquqlarını məhdudlaşdırdığından, İPM-in müddəalarına uyğun hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.
9. Şəki İnzibati Məhkəməsinin (hakim: X2) 8 iyul 2022-ci il tarixli, 2-1(116)127/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icra at qaydasında baxılmalı olan iddialara aid deyil. Hazırkı iddiaya CPM-in 253-cü maddəsinə əsasən, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X6) 18 avqust 2022-ci il tarixli, 2-1(17)-258/2022 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 8 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərar dadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində işin halları sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehə müraciət zamanı mübahisə predmeti olan əmlaklar üzərində həbsin olması ilə bağlı hər hansı məhkəmə qərarı olmamış, iddiaçının cinayət işinin istintaqı zamanı təqsirinin olmadığı müəyyən edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin veri lməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə müb ahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, hazırkı şik ayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı mülkiyyətində olan daşınmaz əmlakların yüklülüyünə dair dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə yönəlmişdir.
22. İşə baxan aşağı instansiya məhkəmələri CPM-in 253-cü maddəsinə əsasən iddianın inz ibati məhkəmə icraatında baxılmalı olmaması nəticəsinə gəlmişlər.
23. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarına prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
24. Belə ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, əmlak üzərində həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini gü man etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2 - 177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər (CPM-in 248.1.1; 249.2; 249.5-ci maddələri).
25. Hazırkı halda, iddiaçı, cavabdeh tərəfindən əmlak üzərində CPM-in müddəalarına uyğun həbs qərarı olmadan onun mülkiyyət hüququnun məhdudlaşdırılması halına istinad edir ki, bu halda, işə baxan aşağı instansiya məhkəmələri cavabdehin inzibati orqan kimi hərəkətlərinin qanuniliyinə qiymət verməlidirlər. Başqa sözlə, məhkəmə kollegiyası razılaşır ki, cavabdeh yalnız daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Bununla belə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstəri lən əsaslar olmadan inzibati orqan daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması ilə bağlı hərəkətlər həyata keçirirsə, bu halda mülkiyyətçinin həmin hərəkətlərin qanuniliyini mübahisələndirmək imkanları da mövcuddur. Belə ki, cavabdeh hər bir inzibati orqan kimi fəaliyyətində qanunun müddəalarını rəhbər tutmaqla hərəkət etməlidir. Bu növ iddia isə İPM-in 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. Apellyasiya instansiya məhkəməsinin istinad etdiyi CPM-in 253-cü maddəsi isə hazırkı hala şamil edilə bilməz. Belə ki, həmin maddəyə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdir lər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir.
27. Qeyd edilən maddə o halda tətbiq oluna bilər ki, əmlak üzərində həbsin əsasında CPM-in 249-cu maddəsinə uyğun məhkəmə və ya müstəntiqin qərarı dayansın.
28. Hazırkı işin hallarında isə belə bir qərarın mövcudluğu müəyyən olunmur. 29.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi iddianın mümkünlüyü ilə bağı məsələni işin hallarını hərtərəfli qiymətləndirmədən həll etmişdir.
30. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı mülkiyyəti ndə olan daşınmaz əmlaklar üzərindəki məhdudiyyətlərin götürülməsini tələb etməklə yanaşı, ünvanlar üzrə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın əmlakın real hüquqi vəziyyətinə uyğun verilməsinin təmin edilməsini də xahiş etmişdir ki, iddiaçının tələbinin ikinci hissəsi aşağı instansiya məhkəmələri tərəfindən qiymətləndirilməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərardadının ləğv olunması üçün əsasdır. Odur ki, apelyasiya məhkəməsi tərəfindən iş ə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi hazırkı qərarda istinad olunan prosessual normaların tələblərinə uyğun işə baxmalı, iddianın mümkünlük şərtləri ödənildiyi halda işə mahiyyəti üzrə baxaraq əsaslı və qanuni qərar qəbul etməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2-1(17)-258/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.