Məhkəmə qərarları › İş №2-1(102)-2071/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2071/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2071/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirl ər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103)-341/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 24 fevral 2021-ci il tarixli, **********492700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə iddiaçı barəsində 2019-cu ilin mənfəət vergisi üzrə 27603,63 manat vergi məbləği hesablanmışdır.

2. İddiaçı 24 fevral 2021-ci il tarixli, **********492700 nömrəli nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi ilə bağlı inzibati şikayət vermişdir.

3. Dövlət V ergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 14 aprel 2021-ci il tarixli **********749700 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 fevral 2021-ci il tarixli, **********492700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarına əsasən iddiaçıya 2019-cu il hesabat dövrü üzrə 27.603,63 manat mənfəət vergisi hesablanmışdır. Həmin qəra rdan inzibati şikayət edilsə də Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin 14 aprel 2021-ci il tarixli, **********749700 №-li qərarına əsasən cavabdehin həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, mübahisənin predmeti olan qərar qanusuz hesab edilərək ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfindən qərar çıxarılan zaman mövcud işin faktiki hallarına əhəmiyyət verilməmiş və həmin faktiki hallar araşdırılmamışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 24 fevral 2021-ci il tarixli, **********492700 №-li kameral vergi yoxlaması qərarından verilmiş şikayət əsasında aparılan inzibati icraat zamanı tam olaraq sübut olunmuşdur ki, 2019-cu il ərzində İddiaçı MMC-nin "xxxx" QSC-nin “Səbail” filialında ol an AZ50ACAB******************** nömrəli hesablaşma hesabına 10242,88 ABŞ dolları (17412,9 manat) və AZ91ACAB******************** nömrəli hesablaşma hesabına 21180,56 manat mədaxil olmuşdur. Yəni, 2019-cu il ərzində İddiaçı MMC-yə ümumilikdə 38.593,46 manat mədaxil olmuşdur. İnzibati icraat qaydasında araşdırma zamanı da 144.336,86 manat dəyərində mal qalığının olmasına hüquqi qiymət verilməmişdir. Mübahisə predmeti olan qərar çıxarılan zaman Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydalar da nəzərə alınmamışdır.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2019-cu il üzrə təqdim edilən mənfəət vergisi bəyannaməsinin 200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 200.2- ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətrlərində göstərilmiş cəmi 5506,64 manat məbləğ, bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” 1 №-li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” xanalarının cəmi olan 149580,86 manat məbləğlə müqayisədə 144074,22 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə uyğunsuzluq məktubu göndəilərək zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuş məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı vergi orqanın heç bir sənəd təqdim edilmədiyinə görə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinə 27603,63 manat məbləğində əlavə vergi məbləği hesablanmış və barədə vergi ödəyicisinə x x.xx.2020-ci il tarixli **********968900 nömrəli "Vergilərin hesablanması barədə” Qərar göndərilmiş, iddiaçı tərəfindən vergi məbləğinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, lakin vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinə 27603,63 manat hesablanaraq bu barədə qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********492700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir.

7. Bakı İnzibati Məhkəməsinın 27 aprel 2022-ci il tarixli, 2-1(112)-940/2022 nömrəli qərarı ilə (hakim P.Hüseynov) iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdi ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(103)-341/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və K.Əkbərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olar aq Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, kameral vergi yoxlaması nəticəsində aşkar olunan kənarlaşma, yəni, həmin hesabat ilinin sonuna 144336,86 manat məbləğində mal qalığının mövcudluğu mötəbər sübutlarla əsaslandırılmamış, belə mal qalığının ümumiyyətlə mövcud olmadığı təkzib olunmamışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1-ci maddəsinin tələbləri pozularaq mübahisə predmeti olan qər ar çıxarılan zaman mövcud işin faktiki hallarına əhəmiyyət verilməmiş və həmin faktiki hallar araşdırılmamışdır.

14. Eyni zamanda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılan zaman Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə istinad edilərək vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsinin vergi ödəyicisinin üzərinə düşdüyü göstərilsə də İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2-1(103) -341/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məc əllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. M addə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsas sızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” iş i üzrə).

23. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apellyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Belə ki, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Hazırkı iş üzrə işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Dövlət Vergi Xidmətində iddiaçının şikayətinə baxılarkən, onun nümayəndəsi X2 izahatında bildirmişdir ki, 2019-cu il üçün cari təqdim edilmi ş mənfəət vergisi bəyannaməsində mühasibin səhvi səbəbindən bəyannamədə ilin sonu vəziyyətinə mal qalığı haqqında məlumatlar bəyan olunmamış və xx.xx.2021-ci il tarixdə müvafiq dəqiqləşmələr aparılmaqla bəyannamə təqdim olunmuş və hesabat dövrünün sonuna göstərilmiş 144336,86 manat məbləğində olan mal qalığının mövcud olaraq və ünvan 1 ünvanında saxlanılmışdır.

26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilənləri, yəni, hesabat ilinin sonuna 144336,86 manat məbləğində mal qalığının mövcudluğunu heç bir mötəbər sübutlarla əsaslandırmamış, malın saxlandığı ünvanla bağlı saxlanc (icarə) müqaviləsi təqdim etməmişdir. Habelə, eyni təchizatçı tərəfindən eyni adlı malları alan (idxal edən) digər vergi ödəyicisinin fəaliyyət göstərildiyi müəyyən olunmuşdur.

27. Hazı rkı qərarın 16-cı bəndində qeyd olunan maddi hüquq normasına əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşdüyündən iddiaçı cavabdeh tərəfindən aparılmış hesablamaların səhv olduğunu sübuta yetirə bilməmişdir.

28. Beləliklə, apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən işdə olan sübutları tam və hərtərəfli araşdırmış, sübutlara düzgün hüquqi qiymət vermişdir.

29. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab edilməli, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 21(103)-341/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar