Məhkəmə qərarları › İş №2-1(102)-2072/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2072/2019

27.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2072/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödə nilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-499/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı 19.10.1976-cı ildən 21.12.2009-cu il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş (10 aprel 1969-cu il tarixli əmək kitabçası), pensiya hüququnun yarandığı vaxtdan, 01 yanvar 2006-cı il tarix dən ona əmək pensiyası təyin edilmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək, pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 31.10.2018-ci il tarixli **********7 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, 20.9-cu maddəsinə əsasən müalicə olunmaları ilə əlaqədar olaraq ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və 21.4-cü maddəsinə əsasən hər il əmək haqqının ikiqat həcmindən az olmayara q maddi yardım verilməsi haqqında hər hansı rəsmi sənəd olmadığına görə iddiaçının pensiyasının məbləğinə yenidən baxmaq mümkün deyildir. İddiaçının işlədiyi dövrdə əmək haqqına ərizəsində qeyd etdiyi müavinət və maddi yardımlar hesablanmamışdır. Ona görə də bu gün nəzərdə tutduğu artımlar ona şamil edilə bilməz. Çünki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçının nəzərdə tutduğu əlavələr onun üçün məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növü hesab olunur. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyanın hesablanması zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrinə əsasən prokurorluq işçilərinə hər il məz uniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrində işləmiş və DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən ona pensiya təyin olunmuşdur. Ona pensiya təyin edilərkən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbayc an Respublikası Qanununun 20.8 və 20.9, 21.4-cü maddələrinə əsasən nəzərdə tutulmuş müavinətlər nəzərə alınmamışdır. Bununla bağlı olaraq cavabdehə müraciət etsə də, onun müraciəti əsasız olaraq təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2-1(81)4868/2018 nömrəli qərarı ilə (hakim: T.Əsədova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuş və iddiaçının pensiya hüququnu pozmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-499/2019 nömrəli iş üzrə 06 fevral 20109-cu il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.Ə.Baxışova) cavabdeh inapelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2-1(81)-4868/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayədə qeyd edilir ki, apelyasiya instansiya məhkəməsində işə baxılarkən iş üçün əhəmiyyətli olan hallara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə mühüm olan faktiki hallar araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuş, bununla da qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfi ndən iddiaçıya mükafat və müavinətlər alınmasını təsdiq edən arayışın təqdim olunması təklif olunsa da iddiaçı həmin arayışı istər şöbəyə, istərsə də məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə həmin halı nəzərə almayaraq əsaslı olmayan iddia tələbini təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində o nun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şi kayət qəbul oluna bilən hesab edilir. Lakin bununla belə şikayət əsassız olduğundan təmin edilə bilməz. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.8-ci maddəsinə əsasən, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. -20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. - 20.14-cu maddəsinə əsasən, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqı nda” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -21.1-ci maddəsinə əsasən, prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. -21.2-ci maddəsinə əsasən, prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. -21.3-cü maddəsinə əsasənŞ, Azərbaycan Respublikasının Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. -21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq mad di yardım verilir. -21.5-cü maddəsinə əsasən, prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır. -29.3-cü maddəsinə əsasən, prokurorluq işçilərinin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərini n itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. - 29.3-cü maddəsinə əsasən, bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilə rlər.(iddiaçıya pensiya təyin edildiyi dövrdə, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya) - 37.7-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir.(iddiaçıya pensiya təyin edildiyi dövrdə, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiya) Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, qüvvədə olan qanunvericiliyə görə fəaliyyətdə olan prokurorluq işçisinin dövlət məvacibinin məbləği dəyişdikdə prokurorluq işçisinin əmək pensiyasının məbləği fəaliyyətdə olan prokurorluq işçisinin dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq yenidən hesablanmalıdır. Odur ki, prokurorluq işçisinin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində veri lən pul təminatı, prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqatı həcmindən az olmayaraq verilən maddi yardım qanunvericiliklə prokurorluq işçisinin əmək haqqı məbləğinə aid edildiyindən cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Həmçinin qeyd olunmaldır ki, iddiaçı “ Əmək pensiyaları haqqında” Qanununun 31.1 və 37.7-ci maddələrində dəyişiklik edilənədək, yəni 01 iyul 2017-ci il tarixədək (01.01.2006-cı ildə) pensiyaya çıxdığından keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ona müddətindən asılı olmayaraq ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll hissəsinə əsasən fiziki və hüquqi şəxs lərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiyasının, bu hüququnun yarandığı vaxtdan yenidən hesablanması və ödənilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu onun tərəfindən sübut olunur, lakin bu inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir (İPM-14.3). Beləliklə cavabdehin iddiaçının pensiyasının yenidən hesablanmasından imtinası qanuna zidd olmuş və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya məh kəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-499/2019 nömrəli iş üzrə 06 fe vral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar