Məhkəmə qərarları › İş №2-1(102)-2072/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2072/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2072/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçu kimi əvvəlki vəzifəyə bərpa, öz arzusuna əsasən ehtiyata buraxılma 18.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X8, vəkili X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa olunması və ehtiyata buraxılması barədə qərar verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-544/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın tələblərinin pozulması və təqsirkar şəxslərin cəzalandırılması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 074 saylı xx.xx.2 019-cu il tarixli əmrindən çıxarışa əsasən yoxlama zamanı bəzi hərbi qulluqçular tərəfindən məxfilik rejiminin tələblərinin pozulması müəyyən olunmuşdur. Belə ki, Raket və X2 Əməliyyat şöbəsinin baş zabiti (raket-artilleriya xidməti üzrə) olan iddiaçıda 1 ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən xarici yaddaş qurğusu (flaşkart) aşkar edilmişdir. Həmin yaddaş qurğularına Dövlət Sirrinin Mühafizə Xidmətinin nümayəndələri tərəfindən baxış keçirilən zaman iddiaçının üzərindən aşkar edilmiş 1 ədəd qurğunun yaddaşında 366 adda Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə məxfiləşdirilməli məlumatların Geniş Siyahısı”nda göstərilən və dövlət sirri təşkil edən məxfi qrifli məlumatların olduğu müəyyən edilmişdir. Bununla da iddiaçı tərəfindən məlumat daşıyıcılarının hazırlanması, uçota alınması və saxlanılması qaydalarını özündə əks etdirən, Azərbaycan Respublikası Müdafiə nazirinin 2014-cü il 17 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6 və 550-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin əmrə əsasən Raket və X2 rəisiRaket və Artilleriya Qoşunlarının komandanı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə Təlimat”ın tələblərini kobud şəkildə pozduğuna görə Raket və X2 Əməliyyat şöbəsinin baş zabiti (raket-artilleriya xidməti üzrə) olan iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81 -ci maddəsinin “q” bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimatı Şəxsi Heyət Baş X4 göndərilməsinin təmin olunması qərara alınmışdır. “Təlimat”ın 544.6 və 550-ci maddələrinə əsasən hərbi hissənin komandirinin icazəsi olmadan məlumat daşıyıcısını hərbi hissədən çıxarmamalı, hərbi hissədə hər hansı video, foto, kino çəkilişi və audio yazılışı aparılmamalıdır. Həmçinin dövlət sirri təşkil edən məlumatların əks etdirilməsi üçün nəzərdə tutulan iş və stenoqrafiya dəftərləri, audio, video, foto və kino lentləri, disklər, disketlər, xüsusi bloknotlar, vərəqlər və s. onlarda əks etdiriləcək məlumatın daşıyıcısını zədələmədən kənar şəxslər tərəfindən əldə edilməsini istisna edən qaydada hazırlanır və uçota alınır.

2. İddiaçı barəsində olan xx.xx.2019-cu il tarixli təqdimatda qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixində Xüsusi Təhlükəsizlik Baş İdarəsinin Komendantlığı tərəfindən Müdafiə Nazirliyinin nəzarət buraxılış məntəqəsində yoxlama zamanı onun üzərində 1 ədəd qeydiyyatsız xarici yaddaş qurğusu (flaşkart) aşkar edilmişdir. Bu da Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Məlumatların sızmasının qarşısının alınması haqqında” 019 saylı xx.xx.2014-cü il tarixli əmrinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Həmçinin təqdimatda göstərilmişdir ki, iddiaçı tabelikdə olan hərbi hissələrdə olan silah, texnika, ləvazimat və əşyalardan düzgün istifadə və istismar edilməsinə, onların qorunub saxlanmasına xüsusi diqqət yetirmir, vaxtaşırı olaraq onların varlığını, vəziyyətini, sazlı ğını və döyüşə hazırlığını daima yoxlanılması üçün əməli tədbirlər həyata keçirməsinə zəif nəzarət edir. 3. xx.xx.2019-cu il tarixli söhbət vərəqəsindən görünür ki, iddiaçı izahatında üzərində olan flaşkartı özü nəzarət buraxılışına saxlamaq üçün təhvil verdiyini, həmin flaşkartda RAS xidmətinə aid sənədlərin aşkar edildiyini, N saylı hərbi hissədə uçotun yaradılması üçün tabeçiliyində olan hərbi hissələri RAS əmlakların qeydiyyatını, forma-27ni yaratdığını bildirmiş, səhvini başa düşdüyünü qeyd etmiş və bu hadisənin onda ilk olduğu üçün bağışlanılmasını xahiş etmişdir.

4. İddiaçı üzərində 1 ədəd müvafiq qaydada qeydiyyatdan keçməyən və içərisində 366 adda məxfi məlumatlar olan, məlumat daşıyıcısı olan xarici yaddaş qurğusu (flaşkart) aşkar edildikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 2014-cü il 17 dekabr tarixli 030 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6 və 550-ci maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə bağlı barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimat verilmiş və bu barədə məlumatlandırılan iddiaçı onunla söhbət aparılması üçün dəvət olunmuş, həmin söhbət zamanı (yazılı qaydada) da iddiaçı səhvini başa düşdüyünü bildirmiş və ilk dəfə belə hadisənin baş verməsi ilə bağlı onun bağışlanılmasını xahiş etmişdir.

5. Azərbaycan Respublikası Müdafiə nazirinin 0314 saylı xx.xx.2019-cu il tarixli əmri ndən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında aşağı vəzifəyə) müvafiq olaraq, Müdafiə Nazirliyinin Raket və X2 (N nömrəli hərbi hissə) Əməliyyat şöbəsinin baş zabiti olan iddiaçı tutduğu vəzifədən azad edilmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlim və tədris mərkəzinin ümumi fənlər üzrə kafedranın maddi-texniki təlimat silsiləsinin müəllimi (HUİ-270101) təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı xx xxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müəllim vəzifəsinə təyin edilməsi barədə cavabdehin xx.xx.201 9-cu il tarixli, 0314 saylı əmri ləğv edilməklə onun xx.xx.2019-cu il tarixinə verdiyi raport əsasında ordu sıralarından tərxis olunması (ehtiyata buraxılması) barədə yuxarı komandanlıq qarşısında vəsatət (təqdimat) qaldırılması Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunub ehtiyata buraxılması barədə əmrin verilməsi isə bir vəzifə olaraq cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırmışdır ki, iddiaçı 1996-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə başlamışdır. 1996-cı ildən bugünədək müxtəlif vəzifələrdə və müxtəlif hərbi hissələrdə qüsursuz xidmət etmiş və hazırda polkovnik-leytenant hərbi rütbəsindədir. Təqvim üzrə bu günədək 23 il hərbi xidmət dövrü var. Xidməti dövründə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il, xx.xx.2008-ci il, xx.xx.2012-ci il, 24.0.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdəki müvafiq əmrləri ilə yubiley medalları və qüsursuz 20 il xidmətkeçmə medalı ilə təltif edilmişdir. 25 01.2019-cu il tarixli əmrlə Müdafiə Nazirliyi N saylı hərbi hissənin əməliyyat bölməsinə baş zabit vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə öz arzusu ilə ordu sıralarından tərxis olunmaq xahişi ilə raport yazmışdır. Lakin həmin raport üzrə onu ordu sıralarından tərxis etmək əvəzinə Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli, 0314 saylı əmri ilə o, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müəllim vəzifəsinə təyin edilmişdir. İddiaçı hesab edir ki, ordu sıralarından tərxis olunması əvəzinə onu qeyd edilən vəzifəyə təyin etmələri qanunsuz və əsassızıdır. Onun qeyd etdiyi sonuncu vəzifəyə təyin edilməsi barədə xx.xx.2019-cu il tarixli, 0314 saylı əmr ləğv edilməklə xx.xx.2019-cu il tarixli raportu əsasında ordu sıralarından tərxis olunması bir vəzifə olaraq cavabdehə həvalə edilməlidir. Belə ki, qeyd etdiyi kimi təqvim üzrə bugünədək 23 illik hərbi xidmət dövrü var. Azərbaycan Respublikası Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin J bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son y aş həddinə çatmayan hərbi qulluqçular yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Yuxarıda sadaladığı qanunvericiliyin normalarından göründüyü kimi xx.xx.2019-cu il tarixdə yazdığı raport əsasında o, hərbi xidmətdən ehtiyata buraxılmalı olmasına baxmayaraq cavabdeh bu barədə qərar qəbul etməmiş, əvəzində onu xx.xx.2019-cu il tarixli, 0314 saylı əmr ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə müəllim vəzifəsinə təyin etmişdir. Müdafiə Nazirliyi onu ehtiyata buraxmamaqla yanaşı, eyni zamanda tutduğu vəzifədən aşağı vəzifəyə təyin etməklə də qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdeh orqan onu heç bir əsas olmadan onu daha aşağı vəzifəyə təyi n etməklə qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə raportu əsasında onu ehtiyata buraxmamaqla Əsasnamənin 157-ci maddəsinin, aşağı vəzifəyə təyin etməklə isə Əsasnamənin 81-ci maddəsinin tələbləri kobud surətdə pozulmuşdur.

8. Cavabdehin iddiaya qarşı məhkəməyə təqdim edilmiş etirazı onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-2429/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunan sənədlərdən görünür ki, Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi İnformasiya təhlükəsizliyi ilə bağlı xx.xx.2019-cu i tarixdə 019 saylı əmr imzalamışdır və iddiaçı xx.xx.2019-cu il tarixdə N nömrəli hərbi hissədə xidmət keçərkən həmin əmrlə tanış olaraq imza atmışdır. İddiaçının RAS xidmətinə aid mühüm sənədlər olan məlumat daşıyıcısını (flaşkart) qeydiyyatdan keçirmədən üzərində daşıdığına görə bu hal kobud pozuntu kimi qiymətləndirilməlidir. Odur ki, cavabdeh tərəfindən iddiaçı barəsində qərar qəbul edilərkən heç bir qanun pozuntusu olmadığına görə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

11. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X9-məruzəçi, X10 və X12, 2-1(103)-544/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli q ərarla iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa olunması və ehtiyata buraxılması barədə qərar verilməsi” barədə iddiası rədd edilmişdir.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə Təlimat”ın müvafiq müddəaları ilə tanış olmuş və bu tanışolmanı da öz imzası ilə təsdiq etmişdir. İddiaçının mübahisələndirdiyi əmrin qanuniliyi və əsaslılığı yoxlanılarkən müəyyən olundu ki, həmin əmr cavabdeh inzibati orqan tərəfindən qəbul olunarkən inzibati icraat haqqında qanunvericiliyin tələb ləri pozulmamışdır. Həmçinin iddiaçının “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş “dinlənilmə hüququ” təmin edilmişdir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən hərbi qulluqçular yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilə bilər.

14. İddiaçı qərarı xx xxxxxx 2020-ci il tarixdə almış, xx xxxxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın d əlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

15. Məhkəmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində dövlət sirrinin mühafizəsinin təşkili və təmin edilməsi barədə Təlimat”ın 544.6 və 550-ci bəndlərinə istinad edərək iddiaçının məlumatları icazə olmadan hərbi hissədən çıxarmalı olmadığına əsaslansa da, işin hallarından səhv nəticəyə gəlmişdir. Belə ki, qeyd edilən flaşkart iddiaçı tərəfindən keçid məntəqəsinə təhvil verilərkən hərbi hissənin daxilində olmuşdur. Yəni, qeyd edilən məlumatlar hərbi hissədən kənara çıxarılmayıb. İddiaçı həmçinin qeyd edilən məlumatları şəxsi məqsədləri üçün yox, məhz rəhbərliyin tapşırığı əsasında vəzifəsinin icrası - işinin xüsusiyyətinə uyğun olaraq, bir kompüterdən digər kompüterə köçürmək üçün flaşkartda köçürmü şdür.

16. Məhkəmə qeyd edir ki, “..iddiaçı “Təlimat”ın müvafiq bəndləri ilə tanış olmuş və bu tanışolmanı da öz imzası ilə təsdiq etmişdir...

17. İddiaçı adıçəkilən “Təlimat”la tanış deyil. Belə ki, iş materiallarında onun həmin “Təlimat”ın 544.6 və 550-ci bəndləri ilə tanış olması və imza atması ilə bağlı sübutlar yoxdur. Yeganə sənəd olaraq iddiaçı tərəfindən guya ki, onun Qeyd edilən “Təlimat”ın 544-cü bəndi ilə tanış olması barədə sənəd təqdim edilib ki, həmin sənədin də məzmunundan müəyyən etmək olar ki, qeyd edilən tanışlıq vərəqi 544-cü bəndlə yox, 337-ci bəndlə (bu iddiaya aid olmayan) əlaqədardır. Sənədin məzmunundan göründüyü kimi məhz həmin sənəddə 337-ci bəndlə tanışlıq qeyd edilsə də, 337 rəqəminin üzərindən xətt çəkilərək, qələm ilə 544 qeyd edilib. Bu səbəbdən də, əl ilə düz əliş edilmiş və məzmunundan açıq surətdə dəyişdirilməsi müəyyən edilən sənədin mötəbər sübut kimi qəbul edilməsi qanunvericiliyin kobud surətdə pozulmasıdır.

18. Cavabdehin məhkəməyə təqdim etdiyi Təqdimat və iddiaçı ilə Söhbət vərəqəsindən müəyyən etmək olar ki, onunla söhbət xx.xx.2019-cu il tarixdə aparılıb. Lakin onun “Təlimat”ın tələblərinin pozması ilə bağlı cəza verilməsini nəzərdə tutan ƏMR xx xxxxx 2019-cu il tarixdə verilib. Həmçinin müəyyən etmək olar ki, iddiaçı ilə söhbət aparılarkən onun “Təlimat”ın yox, “Məlumatların sızmasının qarşısının alınması haqqında” xx.xx.2014-cü il tarixli, 019 saylı Əmrin tələblərinin pozulması qeyd edilib və icraat bu əsasla aparılıb. Lakin sonda başqa əsasla Qərar qəbul edilib.

19. İddiaçını inzibati xəta törətməkdə təqsirləndirən və buna görə da ha aşağı vəzifəyə keçirməklə cəzalandıran cavabdeh eyni hala görə başqa bir zabitə (iş materiallarında olan Raportda və xx.xx.2019-cu il tarixli, 074 saylı Əmrdə bu barədə məlumat var) xəbərdarlıq etmişdir. Faktiki olaraq, cəza tətbiq etməmişdir. Çünki nə həmin zabitin, nə də iddiaçının əməlində heç bir kobud pozuntu yoxdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmamış, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmət keçmə haqqında” Əsasnamə: Maddə

80. Xidmət müddəti müəyyən edilmiş yerlərdə hərbi xidmət keçən hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və müddət daxilində yerlərini dəyişirlər. Yüksək vəzifəyə təyin olunduqda, təhsil almağa göndərildikdə və digər zəruri hallarda müəyyən edilmiş xidmət müddəti bitənə qədər də onların yerləri dəyişdirilə bilər. Maddə

81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X3 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Hərbi qulluqçuların müvafiq heyətlərini n şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir. Yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmiş hərbi qulluqçular sonradan bu Əsasnamənin 79-cu maddəsinin tələblərinin və səhhətinin vəziyyətinin uçotu ilə, intizam cəzası qaydasında vəzifəsi aşağı salınanlar isə bundan əlavə Azərbaycan Respublikası Silahlı X3 ilə müəyyən edilmiş müddət bitdikdə xidmət üzrə irəli çəkilə bilərlər. Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli çəkilmək üçün üstün hüquqa malikdirlər. 24. “İnzibati icraat haqqında” Qanun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) d əyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlili ilə bağlı xronoloji qaydada aşağıdakıları qeyd edir.

30. Müdafiə Nazirliyi Xüsusi Təhlükəsizlik Baş İdarəsinin rəisi (vəzifəsini icra edən) raportla müdafiə nazirinin birinci müavininə müraciət edərək nazirlik ərazisinə daxil olan hərbi qulluqçular, dövlət qulluqçuları və digər mü lki işlərdə qadağan olunmuş mobil telefonların (smartfon tipli) və məlumat daşıyıcılarının olub-olmamasının müəyyən edilməsi məqsədilə növbəti yoxlama tədbiri keçirilmiş, iddiaçıda bir ədəd qeydiyyatsız xarici yaddaş qurğusu (flaşkart) aşkar edilərək götürülmüşdür.

31. Müdafiə nazirinin birinci müavininin imzaladığı xx xxxxx 2019-cu il tarixli əmrdə qeyd olunmuşdur ki, iddiaçının üzərindən aşkar edilmiş 1 ədəd qurğunun yaddaşında 366 adda Azərbaycan Respublikası Müdafiə nazirinin 020 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə məxfiləşdirilməli məlumatların Geniş Siyahısı”nda göstərilən və dövlət sirri təşkil edən məxfi qrifli məlumatların olduğu müəyyən edildiyindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək bir pillə aşağı vəzifəyə təyin olunması üçün təqdimatı Şəxsi Heyət Baş X4 göndərilməsi təmin olunsun.

32. Bundan sonra Şəxsi Heyət Baş X7 tərəfindən xx xxxxx 2020-ci il tarixli təqdimat verilmiş, təqdimatda iddiaçı özünün münasibətini bildirib təqdimatı imzalamış, cavabdeh tərəfindən isə iddianın predmeti olan xx xxxxx 2020-ci il tarixli əmr imzalanmışdır.

33. İşdəki sənədlərdən həmçinin görünür ki, iddiaçı öz arzusuna əsasən ehtiyata buraxılması barədə xx xxxxx 2020-ci il tarixli raportla cavabdehə müraciət etmiş, raport cavabdehə post vasitəsilə göndərilmiş və xx xxxxx 2020-ci ildə cavabdehə çatmışdır.

34. İddiaçı xx xxxxx 2020-ci il tarixli təqdimatda hadisəyə münasibətini yazılı şəkildə bildirərkən öz arzusu ilə ehtiyata bura xılmasını, həmçinin bu barədə poçtla cavabdehə müraciət etdiyini bildirməmişdir.

35. İddiaçının poçtla cavabdehə göndərdiyi raportun mübahisə açdığı əmrdən əvvəl cavabdehə təqdim edilməsi işdə olan sübutlara təsdiq olunmur.

36. Odur ki, bu barədə iddiaçının şikayətinin dəlili əsaslı sayıla bilməz.

37. Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən məxfilik rejiminin tələblərinə əməl edilməsi ilə bağlı xx xxxxxx 2014-cü il tarixli, xx xxxxxxx 2014-cü il tarixli əmr və xx xxxxxx 2014-cü il tarixli qərar olmuşdur. 38. xx xxxxxx 2014-cü il tarixli qərarla təsdiq edilmiş Təlimatın 544.6-cı bəndində qeyd edilmişdir ki, hərbi hissə komandirinin icazəsi olmadan məlumat daşıyıcısını hərbi hissədən (məüsisədən çıxarmamalı, hərbi hissədə hər hansı video, foto, kino çəkilişi və audio yazılışı apar mamalı... 550-ci bəndində qeyd edilmişdir ki, dövlət sirri təşkil edən məlumatın əks etdirilməsi üçün nəzərdə tutulan iş və stenoqrafiya dəftərləri, audio, video, foto və kino lentləri, disklər, disketlər, xüsusi bloknotlar, vərəqlər və s. onlarda əks etdiriləcək məlumatın daşıyıcısını zədələmədən kənar şəxslər tərəfindən əldə edilməsini istisna edən qaydada hazırlanır və uçota alınır. 39. xx xxxxx 2019-cu il tarixli əmrdə dəxx xxxxxx 2014-cü il tarixli, xx xxxxxxx 2014-cü il tarixli əmrlərə və xx xxxxxx 2014-cü il tarixli qərarla təsdiq edilmiş Təlimata istinad edilmiş, Təlimatın 544.6 və 550-ci bəndlərinin tələblərinin pozulduğu qeyd edilmişdir.

40. İşin 118-ci səhifəsində olan dövlət sirrinin mühafizəsi üzrə Təlimatın 544-cü bəndi ilə tanış olmuş şəxslərin uçotu siyahısında iddiaçı xx x xxxxx 2017-ci il və x xxxxxx 2018-ci il tarixdə imza etmişdir.

41. İddiaçı şikayətində flaşkartı təhvil verən zaman hərbi hissənin ərazisində olduğunu bildirsə də, xx.xx.2019-cu il tarixli təqdimatdan (söhbət vərəqəsindən) görünür ki, izahatında üzərində olan flaşkartı özü nəzarət buraxılışına saxlamaq üçün təhvil verdiyini, həmin flaşkartda RAS xidmətinə aid sənədlərin aşkar edildiyini, N saylı hərbi hissədə uçotun yaradılması üçün tabeçiliyində olan hərbi hissələri RAS əmlakların qeydiyyatını, forma-27-ni yaratdığını bildirmiş, səhvini başa düşdüyünü qeyd etmiş və bu hadisənin onda ilk olduğu üçün bağışlanılmasını xahiş etmiş, izahatında flaşkartı təhvil verən zaman hərbi hissənin ərazisində olduğunu göstərməmişdir.

42. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 030 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərini pozaraq, hərbi hissədən kənarda, üzərində qeydiyyatsız, uçota alınmayan və içərisində 366 adda məxfi qrifli məlumatlar olan flaşkart gəzdirməsinə görə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək bir pillə aşağı vəzifəyə təyin olunması barədə 0314 saylı xx xxxxx 2019-cu il tarixli əmr qəbul etmişdir.

43. Cavabdeh tərəfindən inzibati icraat aparılan zaman inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmiş, iddiaçının mübahisə açdığı xx xxxxx 2019-cu əmrin qanuna zidd olması və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması təsdiq olunmadığından apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

44. Eyni hala görə başqa zabitə xəbərdarlıq edilməsinin cavabdehin bərabərlik prinsipini pozması barədə iddiaçının şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh konkret iş üzrə hər işin xüsusiyyəti nəzərə alınmaqla diskresion səlahiyyətlər əsasında inzibati akt qəbul etmək hüququna malik olduğundan şikayətin dəlili əsaslı sayıla bilməz.

45. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-544/2020 saylı xx xxxx 2 020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar