Məhkəmə qərarları › İş №2-1(102)-2072/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2072/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2072/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: xidməti uyğunsuzluğa görə tərxis; hərbi qulluqçunun öz arzusu il tərxis edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı 15.05.2018-ci il tarixli 0173 nömrəli əmrin ləğv olunması, “Hərbi vəzifə xidmət haqqında” Azərb aycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə 15.05.2018-ci il tarixli 691 ş/h nömrəli əmrin dəyişdirilərək barəsində “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-301/2021 nömrəli, 27 iyul 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 0173 nömrəli, 15 may 201 8-ci il tarixli əmri ilə iddiaçıya “mayor” hərbi rütbəsi verilmiş, hərbi biletin 5-ci səhifəsində onun 23 may 2018-ci il tarixdə “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Sərhəd Qoşunlarından ehtiyata buraxıldığı qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki birinci icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “cavabdehin üzərinə barəsində verdiyi uyğunsuzluqla buraxılma barədə 14.05.2018-ci il tarixli əmrin ləğv edilməsi, həmin tarixli öz arzusu ilə xidmətdən buraxılma (Azərbaycan Respublikasının 1997-ci il tarixli 03 oktyabr tarixli, 377İQ nömrəli qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqı nda» Əsasnamənin 156-cı bəndinin “j” yarımbəndinə uyğun olaraq) bərədə yeni əmrin verilməsi və əvvəlki polkovnik-leytenant hərbi rütbəsinin bərpa edilməsi”nı dair qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı ərizəsində göstərmişdir ki, 1996-cı ilin iyul ayında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə başlamış, müxtəlif hərbi hissələrdə xidmət keçmiş və sonuncu xidmət yeri N saylı hərbi hissə olmuşdur. Adı çəkilən hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində 2-ci sərhəd komendantlığının komendantı vəzifəsində işləmişdir. Xidmət etdiyi dövrdə rəhbərlik tərəfindən hər hansı bir ciddi intizam tənbehinə məruz qalmamışdır. Əksinə, dəfələrlə nümunəvi və qüsursuz xidmətinə görə təltif edilmişdir. 26 yanvar 2018-ci il tarixdə N saylı hərbi hissənin komandi rinə raport yazaraq müvafiq qanuna uyğun olmaqla öz arzusu ilə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün müvafiq vəsatət qaldırmasını xahiş etmişdir. Hərbi hissə komandanlığı onu öz arzusu ilə ehtiyata buraxmamaq üçün müxtəlif təzyiq və təsirlər göstərmiş, bəhanələr gətirmişdir. Lakin fikrindən dönmədikdə komandanlıq onun barəsində qanunsuzluğa yol verərək heç bir əsas olmadan hərbi rütbəsini aşağı salmış, daha sonra onun 14 may 2018-ci il tarixli “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 41.0.6-cı maddəsinə uyğun olaraq xidməti uyğunsuzluq əsası ilə xidmətdən ehtiyata buraxılmasına dair əmr vermişdir. Hesab edir ki, komandanlıq ona qarşı qərəzli olaraq qeyd edilən qanunsuz əmri vermişdir. Belə ki, 2018-ci ilin yanvar ayında sözügedən raportu hərbi hissəyə göndərdikdən bir müddət keçməsinə baxmayaraq, hərbi hissə komandiri tərəfindən raporta cavab verilməmişdir. Fevral ayında bir daha raportla hərbi hissə komandirinə müraciət etmiş, lakin yenə raportuna cavab verilməmişdir. Hərbi hissə komandirindən raportlarına baxılmasını xahiş etdikdə, sonuncu hər dəfə tez bir zamanda raportuna baxılacağını, həmçinin Sərhəd Qoşunlarının komandanının narazılıq etdiyini bildirmişdir. Onun tərxislə bağlı raportla müraciətindən sonra Dövlət Sərhəd Xidmətinin baş qərargah rəisi general-leytenant Rəşad Sadiqov N nömrəli hərbi hissənin ərazisində xidməti ezamiyyətdə olanda onunla görüşmüş və nə üçün tərxis olmaq istədiyi ilə maraqlanaraq bildirmişdir ki, tərxislə bağlı müraciətə DSX rəisi qərar verir. Daha sonr a DSX Sərhəd Qoşunlarının komandanı general-mayor Əsgər Xəlilov hərbi hissədə olarkən onunla görüşmüş, söhbət aparmış və ona tərxislə bağlı müraciətinə baxılacağını bildirmişdir. Bundan sonra onun rəhbərlik etdiyi 2-ci sərhəd komendantlığına qərargah rəisi vəzifəsinə yeni zabit təyin edilmiş və hərbi hissə komandiri ona bildirmişdir ki, həmin zabit xidmətə alışdıqdan sonra tərxislə bağlı müraciətinə baxılacaq. Lakin alışma müddəti də bitməsinə baxmayaraq, müraciətinə yenə də baxılmamışdır. Sonradan o, poçt vasitəsi ilə hərbi hissə komandirinə raport ünvanlamış, lakin həmin raporta da cavab verilməmişdir. Əlavə olaraq atası tərəfindən də bir neçə dəfə onun tərxis olmasına köməklik edilməsi barədə DSX-nin rəsmi saytına elektron müraciət edilmişdir. Bundan sonra 2018-ci ilin mart ayında DSX Sərhəd Qoşunlarından onun rəhbərlik etdiyi 2-ci sərhəd komendantlığına 4 nəfərlik qrup tərkibində xüsusi tapşırıqla qəflətən yoxlama gəlmişdir. Həmin qrup 3 gün müddətində sərhəd komendantlığında və onun tabeliyində olan 3 sərhəd zastavasınında yoxlama aparmışdır. Yoxlama bitdikdən bir müddət sonra o, N nömrəli hərbi hissəyə çağırılmış və komandir müavinləri səviyyəsində attestasiya edilmişdir. Attestasiya olunan zaman artıq ona bildirilmişdir ki, DSX aparatının göstərişinə əsasən attestasiyanın qərarı artıq hazırdır. Qərarda onun barəsində vəzifəsinin, rütbəsinin endirilməsi və xidməti uyğunsuzluqla tərxis edilməsi qeyd olunmuşdur. O, həmin vaxt attestasiyanın nəticələrini qəbul etməmişdir. Bir müddətdən sonra DSX-nin aparatına çağırılmış və barəsində DSX Sərhəd Qoşunları komandanlığı sə viyyəsində attestasiya keçirilmişdir. Attestasiya keçirilən zaman komandan müavinləri təkrarən nəyə görə tərxis olmaq istədiyini soruşmuşlar. Bu attestasiyada da ona məlum olmuşdur ki, hər şey formaldır və əslində qərar çoxdan hazırdır. 04.04.2019-cu il tarixdə cavabdehə rəsmi müraciət edərək, barəsində verilən xidməti uyğunsuzluq barədə əmrin ləğv edilməsini, öz arzusu ilə xidmətdən azad olma barədə yeni əmrin verilməsini xahiş etmiş, lakin müraciəti cavablandırılmamış və beləliklə də qanunla qorunan hüquqları pozulmuşdur. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2-1(81)2586/2019 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş, 11 oktyabr 2019-cu il tarixində Şəki İnzibati Məhkəməsinə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir.

5. Şəki İnzibati Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2-1(116)-188/2020 saylı qərardadı ilə (hakim: İ.H.Cabbarov) iddia, iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamışdır.

6. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-349/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: E.Ş.Hüseynov və R.R.Rəfiyev) apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2-1(116)-188/2020 saylı qərardadı lə ğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddianın verilməsi üçün qanunla müəyyən edilmiş 30 gün prosessual müddət ötürülməmişdir. c) birinci instansiya məhkəməsindəki ikinci icraat

9. Sonradan iddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbində dəqiqləşdirmə aparmış və "hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı 15.05.2018-ci il tarixli 0173 nömrəli əmrin ləğv olunması, “Hərbi vəzifə xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə 15.05.2018-ci il tarixli 691 ş/h nömrəli əmrin dəyişdirilərək barəsində “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2-1(116)-37/2021 saylı qərardadı ilə (hakim: İ.H.Cabbarov) ərizə icraata qəbul edilmişdir.

11. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir.

12. Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2-1(116)-37/2021 saylı qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, cavabdehin iddiaçının hərbi rütbəsinin bir pillə endirilməsi ilə bağlı 0173 saylı, 15 may 2018-ci il tarixli əmri ləğv edilmiş, cavabdehin 15.05.2018-ci il tarixli, 691 ş/h nömrəli əmrinin İddiaçı “Hərbi vəzifə və hərbi xidmə t haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması hissəsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması kimi dəyişdirilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı iş materiallarında olan çoxsaylı təltiflərlə təsdiq edildiyindən onun birdən-birə qüsurlu xidmət etməsi, nəticə etibarı ilə qüsursuz xidmətə görə əldə edə biləcəyi güzəştlərdən özünü məhrum etməsi məhkəmə üçün inandırıcı deyildir.

14. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2-1(116)-37/2021 saylı q ərarının ləğv edilməsini xahiş etmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-301/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.Ş.Hüseynov, hakimlər: V.İ.Məlikov və R.R.Rəfiyev) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2-1(116)-37/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd e dilir ki, apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə tamamilə əsassızdır. Belə ki, iddiaçının işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiymətləndirilməsi və tutduğu vəzifəyə uyğunluğunun müəyyən edilməsi məqsədilə 24.04.2018-ci il tarixdə X1 attestasiya komissiyasının iclası keçirilmiş, iddiaçı həmin iclasda dinlənilmiş və yekun olaraq hərbi rütbəsi bir pillə aşağı salınmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə qərar qəbul olunmuş və həmin qərar onun diqqətinə çatdırılmış, attestasiya vərəqi ilə tanış edilmişdir. İddiaçı barəsində attestasiya nəticəsində belə qərarın qəbul olunmasına səbəb onun son dövrlər özünü qeyri-sabit aparmağı, vəzifəsinə səhlənkar münasibət göstərməyi və öz xidmətini mütəmadi olaraq nöqsanlarla icra etməsi olmuşdur. Hətta rəhbərlik tə rəfindən onun problemləri öyrənilmiş, ona xidmətində dönüş yaratması üçün müvafiq tövsiyə və göstərişlər verilmişdir. Lakin o, tutulan iradlardan və verilmiş tövsiyələrdən nəticə çıxartmamış, bu səbəbdən də rəhbərlik tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Qeyd olunalara əsasən də, iddiaçının rütbəsi bir pillə endirilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə yazılı etiraz edərək onun təmin edilməməsini və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası C inayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. 21. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Bənd 162 Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır.... İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komis siyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Bənd

168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halları n araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati o rqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrin də nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahis ələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin 15 may 2018-ci il tarixli 0173 nömrəli əmri ilə iddiaçının rü tbəsi bir pillə aşağı endirilmiş və o, cavabdehin 15 may 2018-ci il tarixli 691 ş/h nömrəli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq silahlı qüvvələrin ehtiyatına buraxılmışdır.

28. Hərbi qulluqçuların öz arzusu ilə yaxud xidməti uyğunsuzluqla həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müxtəlif faktiki və qanuni əsaslara söykənir. Bu eyni zamanda buraxılmağa təqdim olunmazdan qabaq bilavasitə rəis tərəfindən tərtib olunan buraxılma haqqında təqdimatın (raportun) əsaslarının da fərqli olması deməkdir. Lakin iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün bilavasitə rəisinə raportla müraciət etməsi iş materialları ilə öz təsdiqi tapmasına baxmayaraq, cavabdeh tərəfindən buna dair məhkəmə yə heç bir məlumat verilməmiş, iddiaçının hansı səbəbdən rütbəsinin bir pillə aşağı salınması və xidməti uyğunsuzluqla ehtiyata buraxılması əsaslandırılmamışdır.

29. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə göndərilmiş mübahisəli əmrin qəbul olunmasına əsas olan araşdırma materialılarının - əmrin iddiaçıya təqdim edilməsinə dair sübut (təqdim olunma üsulu, vaxtı, əmrin iddiaçıya verilməsinə dair sübutlar əlavə olunmaqla), iddia ərizəsində qeyd olunan dəlillərə dair ətraflı izahat və arayış, mübahisəli əmr verilərkən aparılmış inzibati icraat və iddiaçının dinlənilmə hüququnun təmin olunub-olunmaması barədə ətraflı arayış, sərəncamda qeyd olunmayan, lakin iş üçün əhəmiyyət kəsb edən və ya edə biləcək digər zəruri sənədlər, sübutlar və məlumatlar təqd im edilməsi barədə sərəncam qəbul edilmiş, daha sonra 15.05.2018-ci il tarixli 0173 nömrəli və 15.05.2018-ci il tarixli 691 ş/h nömrəli əmrlərin təsdiqlənmiş surətlərinin; iddiaçıya verilmiş intizam tənbehləri barədə 25.01.2018ci il tarixli və 08.02.2018-ci il tarixli əmrlərin təsdiqlənmiş surətinin; iddiaçı barəsində aparılmış xidməti araşdırma materiallarının; iddiaçı barəsində aparılmış attestasiyaların (bütün xidmət dövrünə aid) təsdiqlənmiş surətinın; iddiaçı ilə aparılmış söhbətlərlə bağlı söhbət vərəqələrinin təsdiqlənmiş surətinin; iddiaçı barəsində bütün xidmət dövrü ərzində verilmiş xasiyyətnamələrin təsdiqlənmiş surətinin; iddiaçının şəxsi işinin təsdiqlənmiş surətinin; iddiaçının 2018-ci ilin əvvəlində (yanvar, fevral aylarında) məzuniyyətə buraxılması barədə əmrin təsdiqlənmiş surətinin; iddiaçı barəsində aparılmış hər hansı yoxlama və onun nəticələrinin; 2018-ci ilin aprel ayı ərzində N nömrəli hərbi hissə komandirinə poçt vasitəsi ilə ünvanladığı raport barədə müvafiq kitab və jurnalların yanvar, fevral, mart, aprel və may aylarına aid səhifələrin təsdiqlənmiş surətinin təqdim olunmasına dair sorğu vermiş, lakin tələb olunan sənədlər məhkəməyə təqdim olunmamışdır. Halbuki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın nümayəndəsinə 12.03.2021-ci il tarixində məhkəmə iclasında sərəncamla tələb olunan sənədləri təqdim etməyi tapşırmış, həmçinin əlavə olaraq iş üçün əhəmiyyət kəsb edən digər zəruri məlumatların verilməsini tələb etmişdir.

30. Sonradan da birinci instansiya məhkəməsi tərəfindən 16.03.2021-ci il tarixli sorğu ilə məhkəmə iclasında tələb o lunan sənədlərin verilməsi tələb olunmuşdur. Lakin iş birinci instansiya məhkəməsinin icraatında olduğu bütün müddət ərzində cavabdeh tərəfindən yalnız iddia tələbinə etiraz, iddiaçının 24.04.2018-ci il tarixli attestasiyasına dair sənədlər (3 vərəq), xidmət vərəqəsi (1 vərəq) təqdim olunmuşdur.

31. İş materiallarından görünür ki, iddiaçı barəsində 24 aprel 2018-ci il tarixində attestasiya keçirilmiş və qeyd edilmişdir ki, hərbi hissə komandirinin və sərhəd komendantlığında gedən yoxlamaların nəticələrinə əsasən, İddiaçı son dövrlər özünü qeyri-sabit hərbi qulluqçu kimi göstərmiş, vəzifə borclarının icrasına səhlənkar münasibət bəsləmiş və xidməti, mütəmadi olaraq nöqsanlarla müşayiət olunmuşdur. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə İddiaçı rəhbərlik tərəfindən dinlənilmiş, pr oblemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilmişdir. Lakin o, tutulan iradlardan və verilmiş tövsiyyələrdən heç bir müsbət nəticə çıxarmamış və xidməti fəaliyyətində dönüş yaratmamışdır. Bu səbəbdən də yuxarı rəhbərlik tərəfindən dəfələrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı xidməti fəaliyyəti və iş keyfiyyətləri nəzərə alınaraq attestasiya komissiyasının qərarına əsasən rütbəsi bir pillə endirilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. Sabiq hərbi qulluqçu E.X3 Xidməti rəisinin 15.05.2018-ci il tarixli 0173 nömrəli əmri ilə rütbəsi bir pillə aşağı endirilməklə 15.05.2018-ci il tarixli 691 ş/h nömrəli əmri ilə Silahlı Q üvvələrin ehtiyatına buraxılmışdır.

32. Attestasiyada iddiaçının müəyyən nöqsanlara yol verdiyi qeyd olunsa da, bu hallara dair hər hansı aktlaşdırılmış sənəd, izahat, sübut təqdim edilməmiş, iddiaçıya hərbi xidmətdən buraxılmamışdan öncə hər hansı xəbərdarlıq edilməsinə və ya töhmət verilməsinə dair sənəd cavabdeh tərəfindən təqdim edilməmiş, attestasiya komissiyasının rəyi ümumi ifadələrdən istifadə edilməklə tərtib edilmiş, əsaslandırılmamış, orada qeyd olunan halları təsdiq edən sübutlar əlavə edilməmiş, bunun əsasında da mübahisələndirilən əmrlər verilməklə əsaslandırılmamış inzibati akt qəbul edilmişdir.

33. Əksinə, iddiaçı xidmət dövründə fəxri fərmanlarla, “ Qüsursuz xidmətə görə” 1-ci və 2-ci dərəcəli medallarla, eləcə də, “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli me dallarla təltif olunmuşdur.

34. İnzibati orqanın qərar qəbul edərkən işin mahiyyətinə yad olan aspektləri nəzərə alıb-almamasını yoxlayarkən, məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini həmin səlahiyyətin məqsədinə (şübhə mövcud olduğu təqdirdə bu məqsəd təfsir vasitəsilə araşdırılır) uyğun həyata keçirib-keçirmədiyinə nəzər yetirməlidir. İnzibati orqanın diskresion səlahiyyət daxilində qəbul etdiyi qərar inzibati icraatın gedişində lazımi qaydada və tam şəkildə müəyyən edilmiş faktlara əsaslanmalıdır. Diskresion səlahiyyət əsasında qəbul edilmiş və işin mahiyyətinə uyğun əsaslandırılmış qərarın yoxlanılması zamanı inzibati orqanın inzibati icraatın ümumi prinsiplərini nəzərə alması da həlledici əhəmiyyət kəsb edir. Buraya, həmçinin bərabərlik prinsipinə riayət edilməsi və mütənas iblik prinsipinin nəzərə alınması aiddir. Mütənasiblik prinsipinə müvafiq olaraq, inzibati orqanın hüquqlara müdaxilə edən tədbirləri inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, eləcə də həmin məqsədə çatmaq üçün zəruri və yararlı olmalıdır.

35. Mütənasiblik yararlılıq, zərurilik və uyğunluq kimi üç əlamətdən ibarətdir. Şəxsin subyektiv hüquqlarına müdaxilə o halda qeyri-mütənasib hesab olunur ki, o, güdülən məqsədə çatmaq üçün yararsız və ya qeyri-zəruri olsun (məsələn, həmin məqsədə çatmaq üçün daha yumşaq vasitənin olması səbəbindən). Bundan başqa, konkret müdaxilə güdülən məqsədə qeyri-mütənasib ola bilməz. İnzibati orqanın diskresion səlahiyyəti həyata keçirə bildiyi və ya həyata keçirməli olduğu şəraitdə qəbul etdiyi qeyrimütənasib inzibati akt, təkcə qeyri-mütənasib hi ssəyə münasibətdə deyil, bütövlükdə qanunsuz hesab olunur.

36. Yuxarıda qeyd olunanlar ayrı-ayrılıqda aşağıdakı nəticəyə gəlməyə əsas verir: İnzibati orqan yararlı olan tədbiri həyata keçirmiş olmalıdır. Bu, o deməkdir ki, inzibati orqan hər hansı bir müdaxilə tədbiri həyata keçirməklə icazə verilən, qanuni məqsəd güdür və həmin tədbir bu məqsədə çatmanı təmin etməlidir. İnzibati orqanın hərəkəti həmçinin zəruri olmalıdır. Dövlətin adından edilən hərəkətin zəruriliyi ona görə vacib amil hesab olunur ki, kiçik problemlərin böyük tədbirlər vasitəsilə aradan qaldırılması hüquqi dövlətin tələblərinə uyğun sayılmır. Tədbir o zaman zəruri olur ki, inzibati orqan mümkün olan bir neçə yararlı davranış variantından maraqlı şəxsə münasibətdə ən yumşağını seçsin. İnzibati orqanın hərəkəti eyni zamand a mütənasib, yəni uyğun olmalıdır. Əgər yararlı və digər vasitələrlə müqayisədə, hətta ən yumşaq olan vasitə belə, vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına münasibətdə ədalətli olmazsa, tətbiq edilə bilməz. Məqsəd və vasitə arasındakı mütənasiblik “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit edilən və bütün inzibati orqanların davranışına şamil edilməli olan prinsipdir.

37. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində mübahisəli əmrlər qəbul olunarkən cavabdeh tərəfindən heç bir araşdırma aparılmamış, onun dinlənilmə hüququ təmin edilməmiş, Silahlı Qüvvələrdə 20 il qüsursuz xidmət etdiyinə görə 31.12.2017-ci il tarixində “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif edilmiş hərbi qulluqçunun “özünü qeyri-sabit hərbi qulluqçu kimi göstərm əsi, vəzifə borclarının icrasına səhlənkar münasibət bəsləməsi və xidmətinin mütəmadi olaraq nöqsanlarla müşayiət olunması” dəlili əsaslandırılmamışdır. Xidmət vərəqəsində qeyd olunan 25.01.2018-ci il tarixdə “sərhəd komendantlığında yıxılaraq qabırğasının qapalı yerdəyişmiş sınığı xəsarətini alması faktını vaxtında məruzə etmədiyinə görə”, töhmətin və 08.02.2018-ci il tarixdə tabeliyində olan sərhəd bölmələrinin XDT-yə zəif nəzarət etdiyinə görə şiddətli töhmətin verildiyi qeyd olunsa da, həmin cəzaların hansı əmr (tarixi və nömrəsi) və kim tərəfindən verilməsi qeyd olunmamışdır. İddiaçının rütbəsinin bir pillə aşağı salınması barədə cavabdeh tərəfindən gəlinən nəticənin motivi ümumiyyətlə anlaşılmır. Qeyri-müəyyən ifadələrə əsasən 20 il qüsursuz xidmət etmiş zabitin rütbəsinin bir pill ə aşağı salınması üçün onun hansı intizam pozuntusuna yol verdiyi barədə heç bir məlumat verilməmişdir. 3 dəfə tərxis raportu ilə müraciət olunduğu halda, cavabdehin iddiaçını məhz xidməti uyğunsuzluqla tərxis etməsinin məqsədi aydın deyil. Cavabdeh tərəfindən də bu istiqamətdə tutarlı heç bir dəlil irəli sürülməmişdir.

38. Bundan əlavə, Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnaməyə görə, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəc əli medal Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın 1-ci dərəcəsi ilə təltif olunmuşdur.

39. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən onun birdən-birə qüsurlu xidmət etməsi, nəticə etibarı ilə qüsursuz xidmətə görə əldə edə biləcəyi güzəştlərdən özünü məhrum etməsi inandırıcı görünmür.

40. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya i nstansiyası məhkəməsi tərəfindən işin halları tam və ətraflı şəkildə araşdırılmış, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

41. Bununla belə məhkəmə tərkibi bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsində texniki səhvə yol verilərək cavabdehin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti kimi göstərilmişdir. Bu hal qərarın mahiyyətinə təsir etmədiyindən və texniki səhv olduğundan məhkəmə tərkibi cavabdehin adını Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti kimi qəbul edir.

42. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-301/2021 saylı iş üzrə 27 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar