Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2072/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövr ümumi iş stajına daxil edilməklə 57 yaşının tamam olduğu 25 mart 2014-cü il tarixdən əm ək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1696/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, xx.xx.2014-cü il tarixində onun 57 yaşı tamam olmuşdur, əmək kitabçasına əsasən həmin tarixə 30 ildən çox əmək stajı vardır.
2. İddiaçı həmin iş müddətinin 13 il 10 aydan çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işlədiyinə istinad edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etmişdir.
3. Cavab dehin iddiaçıya ünvanlandığı imtina məktublarında bildirilmişdir ki, əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixindən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi müddətə dair sənədlər arxivə təhvil verilmədiyindən, həmin dövrün qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Eyni zamanda iddiaçının əmək kitabçasında ziddiyyət mövcuddur, belə ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan iş dövrü ilə bağlı qeydlər kiril qrafikalı əlifba ilə yazılmışdır, möhürlərdə isə latın qrafikasından istifadə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövr ümumi iş stajına daxil edilməklə 57 yaşının tamam olduğu 25 mart 2014-cü il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1957-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1978-ci ildən Azərbaycan Respublikası Sənaye-Tikinti Nazirliyinin 8 nömrəli Təsərrüfat hesablı mexaniki-montaj sahəsində rəngsaz vəzifəsində başlamışdır. Sonradan 01 dekabr 2005-ci il tarixinə qədər Bakı Baş Tikinti İdarəsində müxtəlif peşələrdə qədər işləmişdir. Yaşı 60-a çatdıqdan sonra dəfələrlə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, hal-hazıradək ona əm ək pensiyası təyin olunmamışdır. Cavabdeh tərəfindən ona əmək pensiyasının təyin edilməsindən imtinaya dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, cavabdeh onun xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. O, cavabdehə müraciət edərək həmin müddətin ümumi iş stajına daxil olunmasını xahiş etmiş, 27 may 2021-ci il tarixdə cavabdeh imtina barədə inzibati akt qəbul etmişdir. Cavabdeh imtinaedici aktını onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi müddət arxiv arayışları əsasında təsdiq olunaraq Mərkəzi Filiala təqdim edilməlidir. Cavabdehin ona ünvanlanmış cavabından görünür ki, onlar əmək kitabçasında qey d edilən xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövrü əmək stajına daxil etmirlər. Halbuki, həmin aralıqda əmək stajını 11 dekabr 1978-ci il tarixli, MT ******* nömrəli əmək kitabçasındakı qeydlər təsdiq edir. Tərəfindən iş yerindən arayışın və yaxud arxiv arayışının cavabdehə təqdim edilməsi mümkün olmamışdır. Belə ki, axırıncı iş yeri olan "Tamamlama-Tikinti" Tresti ləğv edilmiş, arxiv sənədləri isə Dövlət arxivinin Bakı Filialına təhvil verilməmişdir. Lakin bu müddətdə dövlət mənafeləri üçün işləməyinə baxmayaraq, cavabdeh həmin müddəti onun pensiya stajına daxil edərək əmək pensiyası təyin etməkdən imtina etmişdir. Hesab edir ki, bu qanunsuzdur, onun əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir. İddiaçı g östərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazında iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 11 dekabr 1978-ci il tarixli, HT-Q433098 nömrəli əmək kitabçasında xx.xx.1993xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Tamamlama Tikinti” Trestində işlədiyinə dair aparılmış qeydlərin arxiv arayışları əsasında təsdiq edilərək Mərkəzi Filiala təqdim olunduğu təqdirdə onun müraciətinə baxılacağı qeyd edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasında bir sıra ziddiyyətli məqamlar mövcuddur. Belə ki, iddiaçının əmək kitabçasının 42-43-cü səhifələrində olan həmin qeydlər kiril əlifbası ilə, istifadə olunmuş möhürdəki qeydlər isə latın əlifbası ilə yazılmışdır. Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasın ın "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə” 25 dekabr 1991-ci il tarixli qərarına əsasən, 1992-ci il tarixdən bütün təşkilatların möhürlərinin, ştamplarının və blanklarının dəyişdirilməsi nəzərdə tutulmuşdur. Bu da onu göstərir ki, latın qrafikalı əlifbanın bərpa olunmasına 1992-ci il tarixdən başlanılmışdır. Lakin, xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək iddiaçının işlədiyini iddia etdiyi dövrlərlə bağlı mübahisəli məsələ ondan ibarətdir ki, həmin dövrlər iddiaçının əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd olunmasına baxmayaraq, möhürlərdə latın qrafikalı əlifbadan istifadə olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
7. Bakı İnzibati M əhkəməsinin e-2-1(112)-3337/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixinə qədər işlədiyi dövr ümumi iş stajına daxil edilməklə 11 mart 2018-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olduğu sübuta yetirilməmişdir.
9. Cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli,2-1 (103)-1696/2023 nömrəli (hakimlər: A.Oruczadə-sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov ) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 16 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, əmək kitabçasında ziddiyyət olması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı e tirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı ha qqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixd ən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
18. Azərbaycan Respublikası Nazi rlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şik ayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqd irdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
25. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaya qarşı etirazın və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, hazırkı mübahisə üzrə apellyasi ya məhkəməsi tərəfindən zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olduğu mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə təsdiq olunur.
29. Məhkəmə kollegiyası əvvəlki qərarlarında ifadə olunmuş hüquqi mövqeyə sadiq qalaraq bir daha vurğulayır ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə p ensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
30. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
31. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi q aydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
32. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəyyən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş illəri onun əmə k kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəb ər hesab olunmalı və qəbul edilməlidir.
34. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
35. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)1696/2023 nömrəli