Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2072/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərə görə kompensasiyanın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tarixli, 2-1(103)-782/2024 nömrəli qərardadından və qərarından müvafiq olaraq İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli sərəncamına əsasən, 18 kv.m ölçüdə qaraj X1 istifadəsinə verilmişdir.
2. X1 vəfatı ilə əlaqədar İddiaçı1 sözügedən qaraja dair vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat orqanına müraciət etmişdir.
3. Bakı şəhəri Nizami bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 35 saylı binanın həyətində yerləşən daş qarajın X1 adından İddiaçı2 adına qeydiyyata alınaraq qarajdan istifadəyə görə bələdiyyə ödənişinə cəlb edilməsi qərara alınmışd ır. Həmin qərarın 3-cü bəndinə əsasən, qarajın yerləşdiyi torpaq sahəsi tikinti və abadlıq işləri üçün lazım olduğu halda, Nizami bələdiyyəsinin ilk tələbi ilə etiraz olunmadan azad edilməlidir. Yerləşmə sxeminə əsasən, həmin daş qarajın ölçüsü 35 kv.m təşkil etmişdir.
4. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 35 saylı binanın həyətində yerləşən 35 kv.m qarajın qeydiyyatdan keçməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hər hansı məlumat, həmçinin texniki pasport aşkar edilməmişdir.
5. Sözügedən qaraj ərazidə aparılan tikinti və abadlıq işləri zamanı, layihədə nəzərdə tutulan avadanlıq və qurğuların quraşdırılmasına mane olduğuna görə cavabdeh tərəfindən sökülmüş, içərisindəki əşyalar aktlaşdırılmaqla götürülmüş və cavabdehin anbarına təh vil verilmişdir. xx.xx.2019-cu il tarixli müvafiq aktda qeyd edilmişdir ki, qarajda olan əşyaların götürülməsindən İddiaçı2 tərəfindən imtina edildiyi üçün həmin əşyalar cavabdehin arxivində saxlanca verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar cavabdehə qarşı maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların yaşadıqları yaşayış binasının qarşısında tikilmiş qaraj sərəncam əsasında Məhərrəm Hüseynovun istifadəsinə verilmiş, yenidənqurma işləri aparılmış və nəticədə 35 kv.m-lik daş qaraj tikilmişdir. Həmin şəxsin vəfatından sonra qarajdan vərəsə İddiaçı1 istifadə etmiş və digər İddiaçı2 əşyalarını həmin qarajda saxlamağa icazə ver mişdir. xx.xx.2019-cu il tarixdə cavabdehin nümayəndələri tərəfindən heç bir xəbərdarlıq edilmədən adıçəkilən qaraj sökülmüşdür. Bu zaman orada olan əşyalar da digər iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən də iddiaçılar hesab edir ki, qarajda olan əşyalara, eləcə də qaraja görə onlara kompensasiya ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Orxan Həsənov) 04 sentyabr 2023-cü il tarixli, 2-1(112)-406/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı1 31850 manat məbləğində, İddiaçı2 isə 4140 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci insta nsiya məhkəməsi iddianın mümkünlüyünə münasibətdə qeyd etmişdir ki, cavabdeh, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində olan qismən büdcədən maliyyələşən, təsərrüfat hesabı əsasında fəaliyyət göstərən, müstəqil balansa malik olan hüquqi şəxsdir. Cavabdeh publik sferada fəaliyyət göstərən hüquqi şəxs olduğundan, kompensasiyanın ödənilməsinə münasibətdə iddiaya cavab verməli olan inzibati orqan qismində çıxış edir. İddiaçılar tərəfindən Nizami rayon İcra Hakimiyyətinə, həmçinin Departamentə həmin tələblə bağlı müraciətlər edilməsi, cavabdehin hazırkı tələbdən məlumatlı olsa da, müsbət həllinə yönəlmiş hərəkət etməməsi, kompensasiya növündə hazırkı iddianı ilkin müraciətin olması baxımından mümkün edir. Bu zaman etiraz verməklə cavabdehin iddianın təmininə etiraz etdi yi də mümkünlük baxımından nəzərə alınmalıdır. Prosessual həmiştirakçılıqla bağlı tələb də hazırkı iş üzrə ödənilmiş, iddiaçıların bir iddia ilə müraciət etməsinə münasibətdə mümkünlük şərtləri yerinə yetirilmişdir. Belə ki, hazırkı inzibati mübahisə qarajın sökülməsi və məhz həmin qarajda yerləşən əşyaların götürülməsi ilə bağlı olmuş, qaraj bir iddiaçının, əşyalar isə digər iddiaçının istifadəsində olmuş, cavabdehin layihə çərçivəsində qarajın söküntüsünə yönəlmiş hərəkəti ilə hər iki iddiaçı mülkiyyət hüququndan məhrum olmuşdur ki, ən azından uyğun faktiki və hüquqi əsaslar hazırkı iş üzrə müəyyən edilmişdir. Bu isə, iddiaçıların prosessual həmiştirakçı qismində bir iddia ilə cavabdehə müraciətinə prosessual imkan vermişdir.
11. Birinci instansiya məhkəməsi iddianın mahiyyətinə münasibə tdə qeyd etmişdir ki, İPM-in 14-cü maddəsinə uyğun olaraq, kompensasiya növündə hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşür. Cavabdeh isə həmin halları sübut edə bilməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, İddiaçı1 sökülmüş daş qarajın faktiki istifadəçisidir, qaraj atasından ona qalmışdır, bələdiyyə orqanının qərarı ilə bələdiyyə ödənişlərinə cəlb edilmişdir ki, qaraj sökülənədək də hər hansı bələdiyyə ödənişlərinə dair borcu olmamış, vicdanlı istifadəçi kimi çıxış etmişdir. Bu səbəbdən də layihə çərçivəsində iddiaçı əmlakından məhrum olmuşdursa və məhrumiyyət publik sferada hərəkət edən inzibati orqanın hərəkətləri ilə bağlı olmuşdursa, iddiaçıya buna uyğun ödənişlər həyata keçirilməlidir. Əks halda konstitusion hüquq kimi mülkiyyət hüququnun pozuntusu öz təsdiqini tapar. Bu zaman nəzərə alınmalıdır ki, Nizami rayon İcra Hakimiyyətinin sərəncamı da, bələdiyyə orqanının qərarı da inzibati akt xüsusiyyətinə malik olmaqla ləğv edilməmiş, qüvvədə olmuşdur. Qeyd olunur ki, bələdiyyə qərarının istinad edilən 3-cü hissəsi də vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, qərardan görünür ki, məhz bələdiyyənin ilkin tələbi ilə etiraz edilmədən torpaq sahəsinin geri qaytarılması öz əksini tapmışdır ki, cavabdeh, yerli özünüidarəetmə orqanı ilə yerli icra hakimiyyəti orqanı arasında səlahiyyət bölgüsü baxımından fərqləndirmə olmasını nəzərə almamışdır. İş materiallarından isə görünür ki, bələdiyyə orqanının göstərilən formada etirazı ümumiyyətlə daxil olmamışdır.
12. Nəzərə alınmalıdır ki, qarajın daş qaraj olm ası, eləcə də faktiki ölçüsünün 18 kv.m yox, 35 kv.m olması və kompensasiyanın da məhz həmin ölçü nəzərə alınmaqla ödənilməli olması da qanunvericiliyin tələblərinə uyğundur. İlk olaraq qeyd edilməlidir ki, daş qaraj məhz 35 kv.m ölçüdə sxem tərtib edilməklə bələdiyyə ödənişlərinə cəlb edilmiş və iddiaçının istifadəsində olmuşdur. Bu səbəbdən də ümumiyyətlə 35 kv.m istifadənin özbaşına artırma kimi qiymətləndirilməsi yolverilməzdir. Digər bir məsələ isə, faktiki mübahisəsiz 35 kv.m iddiaçı tərəfindən istifadədə olmuş və ödənişlər edilmişdir ki, həmin 35 kv.m sahəyə hər hansı sənədin olmaması, ödənişlərin edilməsi zamanı mütləq qaydada ödəniş 18 kv.m üçün edilməlidir anlamına gəlmir. Əks halda, mövcud inzibati məhkəmə praktikasının əsasında duran özbaşına tikililərin sökülməsi ilə bağlı kom pensasiya işlərində məhkəmə qərarları ilə ödənilmiş olan kompensasiyalar qanunsuz hesab edilməlidir. Həmin təcrübə qərarlarından da müəyyən edilə bilər ki, kompensasiya ödənişləri heç bir sənəd olmadan məhz iddiaçının faktiki istifadədən məhrum edilməsi, gözlənilən mülkiyyət hüququnun da mühafizəsi baxımından qiymətləndirilir ki, hazırkı iş üzrə qarajın daş qaraj olması, məhz 35 kv.m ölçüdə olması, texniki sənədinin olması, bələdiyyə qərarı ilə məhz göstərilən ölçüdə vergiyə cəlb edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. 13. 35 kv.m ölçüdə olan qaraja görə ödənilməli olan məbləğ iddiaçının iddia ərizəsində, eləcə də iddiaçı tərəfindən təqdim edilən ekspert rəyi əsasında yox, məhz mötəbərliyi şübhə doğurmayan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsasında mü əyyən edilməlidir. Həmin rəydən də görünür ki, qarajın hər kv.m-nə görə 910 manat qiymət müəyyən edilmişdir ki, 35 kv.m ölçüdə daş qaraja əsasən həmin məbləğ 31850 manat təşkil etməkdədir. Məhkəmə hesab edir ki, ekspert qiymətləndirməsi baxımından inzibati orqanın tabeliyində olan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aidiyyəti maddəsi baxımından cinayət məsuliyyətinə dair xəbərdarlıq olunan Mərkəzin ekspertləri tərəfindən verilən rəy işin faktiki hallarına uyğun olmaqla real bazar dəyərinin müəyyən edilməsi üçün mötəbər sübutdur və həmin mötəbərliyin digər mötəbərliyi təsdiq edilməyən rəylə şübhə altına alınması üçün əsas mövcud deyil. Belə ki, adıçəkilən rəydən də göründüyü kimi dəyərlə bağlı gəldiyi nəticənin əsasında duran hallar Mərkəzin rəyindən fərqli olaraq əsaslandırılma mış, məbləğ hansı qaydada alınmışdır, müəyyən edilməmişdir.
14. Qarajda olan əmlakların dəyərinin ödənilməli olması ilə bağlı isə qeyd edilməlidir ki, həmin hissədə də iddia tələbi üzrə lazımi qaydada araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddia həmin hissədə qismən, ödənişin məbləği hissəsində fərq nəzərə alınmaqla ödənilməlidir. Belə ki, hər nə qədər cavabdeh akt tərtib edilməklə həmin əşyaların saxlancda olduğunu qeyd etsə də, 2 illik icraat müddəti ərzində yalnız işin yekunlaşması ərəfəsində məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmiş, aktda nəzərdə tutulan əşyaya baxış keçirilməsi ilə bağlı ekspert rəyinin tərtibatında heç bir üzrlü səbəb olmadan iştirak etməmiş, təqdim edilən fotoşəkillərdən isə görünür ki, əmlaklar düzgün aktlaşdırılmadan, istifadə yararlılığı laz ımi qaydada mühafizə edilmədən saxlanılmışdır. İddiaçı fotoşəkil təqdim etməklə aktda nəzərdə tutulan güzgünün cavabdehin inzibati binasında istifadə edilməsi barədə fotoşəkil təqdim etmişdir ki, həmin fotoşəkilin məhz həmin güzgü ilə bağlı olub-olmaması hissəsində məhkəmə əlavə araşdırmaya zərurət duymadan, istər iddiaçı, istər cavabdehin özü tərəfindən təqdim edilən digər şəkillərdə əmlakın yararlılıq vəziyyəti gözlənilmədən saxlanıldığını müəyyən etmiş, iddiaçının həmin əmlakların naturada qaytarılması əvəzinə dəyərinin ödənilməli olması ilə bağlı tələbini qanuni və əsaslı hesab etmişdir. Lakin, məhkəmə ödənilməli olan əmlakların dəyəri ilə bağlı iddia tələbi və iddiaçının təqdim etdiyi rəydə olan qiymətlərlə razılaşmamaqla yuxarıda göstərilən əsaslandırmaya istinad edərək məhz Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəyə istinad etməklə hesab edir ki, ödəniş həmin rəydə göstərilən qiymətdə, yəni 4140 manat məbləğində olmalıdır.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Elvin Əliyev) 23 aprel 2024-cü il tarixli, 2-1(103)-782/2024 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı1 cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası mümkün sayı lmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, işdən göründüyü kimi, mübahisə predmeti olan qaraj ilkin olaraq 1997-ci ildə İddiaçı1 atası Məhərrəm Hüseynovun istifadəsinə verilmiş və həmin vaxtı qarajın sahəsi 18 kv.m olmuş, sonradan Məhərrəm Hüseynov həmin qarajın yerində səlahiyyətli orqanların buna heç bir razılığı (icazə) olmadan sahəsi 35 kv.m olan daş qaraj inşa etmişdir. Məhərrəm Hüseynovun ölümündən sonra qeyd olunan qaraj İddiaçı1 faktiki istifadəsində olmuş, lakin nə atası Məhərrəm Hüseynovun istifadəsində, nə də sonradan İddiaçı1 istifadəsində olduğu dövrdə qaraj daşınmaz əmlak kimi reyestrdə qeydiyyatdan keçməmiş (texniki pasportu tərtib olunmamışd ır), mərhum Məhərrəm Hüseynovun mülkiyyətində olmamışdır və sonuncunun ölümündən sonra miras əmlak kimi qızı – hazırkı İddiaçı1 vərəsəlik qaydasında ötürülə bilməzdi.
18. Bundan əlavə, işdə olan Nizami bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə qaraj X1 adından İddiaçı2 adına qeydiyyata alınmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı1 kompensasiya şəklində pulun tutulmasını tələb etdiyi qaraja dair söküldüyü anda hər hansı hüquqa malik olmadığına görə, qaraj həmin vaxtı başqa şəxsin (İddiaçı2) istifadəsində olduğuna görə o, hazırda bu cür tələblə çıxış etmək üçün subyektiv hüquqa malik deyildir
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Elvin Əliyev) 23 aprel 2024-cü il tarixli, 2-1(103)-782/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı2 cavabdeh Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdən müəyyən olunduğu kimi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının həyətində yerləşən 10151 saylı qaraj sökülmüş və qarajın içərisində olan əşyalar: 1 ədəd plastik pəncərə, 1 ədəd sökülü vəziyyətdə olan mebel şkafı, 1 ədəd divar güzgüsü, 1 ədəd çılçıraq, 3 ədəd köhnə işlənmiş disk və təkərlər, 1 ədəd maşın təkərlərinin üstünə qoyulan nerjaveyka dəmir, 1 ədə d köhnə paltaryuyan maşın müvafiq akt tərtib edilərək cavabdehin anbarında saxlanca qoyulmuşdur ki, hal-hazırda da həmin əşyalar cavabdehin saxlanc anbarında qalmaqdadır. Apellyasiya şikayətində qeyd olunanlardan göründüyü kimi, sonradan həmin əşyaların cavabdehin saxlanc anbarından götürülməsi ilə bağlı dəfələrlə İddiaçı2 müraciətlər edilmiş və İddiaçı2 nümayəndəsi tərəfindən əşyalara baxılmaqla, tezliklə götürüləcəyi bildirilsə də, əşyalar cavabdehin anbarından götürülməmişdir. İddiaçı2 nümayəndəsi cavabdehin anbarında saxlanca qoyulmuş əşyalara baxan zaman həmin əşyaların həqiqətən anbarda saxlandığını özündə əks etdirən fotoşəkillər çəkmişdir.
21. İddiaçının əmlaklarının düzgün aktlaşdırılmadan, istifadə yararlılığının lazımi qaydada mühafizə edilmədən saxlanılması ilə bağlı birinci in stansiya məhkəməsinin qənaəti ilə bağlı qeyd edilməlidir ki, həmin əşyaların anbara saxlanca verilməsi zamanı onların yararlı olub-olmadığı yoxlanılmamışdır. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyini əsas götürərək, iddianı qismən təmin etmişdir (əşyaların dəyərini cavabdehdən iddiaçının xeyrinə tutmuşdur). Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən göründüyü kimi, ekspert qeyd olunan əşyalara baxış keçirmədən, internet saytlarının məlumatlarından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə etməklə iddia ərizəsi ndə adları sadalanan əşyaların istifadədə olması nəzərə alınmaqla orta bazar qiymətlərini müəyyən etmişdir.
22. Bundan əlavə, iddia ərizəsindən göründüyü kimi, İddiaçı2 9 adda əşyaların dəyərini tələb edir. Qaraj sökülərkən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktda isə 7 adda əşyalar qeyd olunmuşdur. İddiaçı2 aktda öz əksini tapmayan əşyaların mövcudluğu ilə bağlı nə birinci instansiya məhkəməsində, nə də işin apellyasiya qaydasında baxılması zamanı sübutlar təqdim etməmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, əşyalar mövcud olduğu halda (cavabdeh tərəfindən müvafiq anbara saxlanca verilmişdir), onların dəyərinin tələb edilməsi qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanu nsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Birinci instansiya məhkəməsi isə işin yuxarıda göstərilən hallarına düzgün hüquqi qiymət vermədən səhv nəticəyə gəlmişdir.
23. Həmçinin Nizami bələdiyyəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə qarajın İddiaçı2 adına qeydiyyata alınmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sonuncuya həmin qarajın sökülməsinə görə kompensasiya tələb etməsi barədə hüquqi yardım göstərilməsinə hazırkı mərhələdə zərurət yoxdur, çünki onun bununla əlaqədar ilkin olaraq müvafiq inzibati orqana müraciəti olmamışdır. Bununla bağlı Kollegiya izah edir ki, İddiaçı2 həmin məsələ ilə əlaqədar qarajı sökən müvafiq inzibati orqana müraciət etmək, müraciəti təmin olunmadığı (və ya cavablandırılmadığı) halda kompensasiya tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
24. İddiaçı1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
25. İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONLARA QARŞİ ETİRAZLARİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri
26. İddiaçıların kassasiya şikayətlərinin əsasını mahiyyətcə onların iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
27. Üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti İddiaçı2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi v ə ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərə ri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğun u əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdı r. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tə ləb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 31. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əs aslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub -olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu y oxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərardadı və qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının və qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəməsinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəməsinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etməsi məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli a raşdırılması təmin edilmişdir. Ona görə də, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın və qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
37. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı və məqsədi cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir. Bu zaman İddiaçı1 tələbinin əsası kimi sözügedən qeyri-yaşayış binasının (qarajın) ona məxsus olduğuna, İddiaçı2 isə tələbinin əsası kimi, söküntü zamanı sözügedən qeyri-yaşayış binasında (qarajda) olan ona məxsus əşyaların ona qaytarılmadığına istinad edir.
38. İddiaçı1 tələbinə münasibətdə nəzərə alma q lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
39. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən bir inin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
40. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 41. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 42. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsi ndə tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
43. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkə mə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə sözügedən qeyri-yaşayış binasının (qarajın) İddiaçı1 məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni iddia edilən qeyri-yaşayış sahəsinin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. İddiaçı1 tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.
45. Beləliklə, hazırkı mübahisəyə münasibətdə İddiaçı1 iddia etdiyi qeyri-yaşayış sahəsinə (qaraja) hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa onun subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəm əyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
47. İddiaçı2 tələbinə münasibətdə isə qeyd edilməlidir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından ona vurulmuş maddi ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmi şdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
49. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı və qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı və qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2024-cü il tari xli, 21(103)-782/2024 nömrəli qərardadı və qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.