Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2073/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı ona yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi 1989-1990-cı illərin əmək haqqısı indeksas iya və denominasiya aparılmadan yenidən hesablanması, ona yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmayan və hesablanmayan işlədiyi 1993-cü ilin əmək haqqısı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq ona birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-359/2019 saylı iş üzrə 19.02.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X1 xx xxxx 1935-ci ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı ona yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi 1989-1990-cı illərin əmək haqqısı indeksasiya və denominasiya aparılmadan yenidən hesablanması, ona yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmayan və hesablanmayan işlədiyi 1993-cü ilin əmək haqqısı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq ona birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1961-ci ildə Rusiya Federasiyasının Kemerov vilayətində yeraltı kömür mədənində işlədiyi zaman mədəndə qəza baş vermiş və qəza nəticəsində ağır yaralanaraq beş ay xəstəxanada müalicə oulnmuşdur. Ağır yaralandığına görə ona ömürlük ikinci qrup əlillik dərəcəsi verilmişdir. 1963-cü ildən o əlilliyə görə pensiyaya çıxmışdır. 2008-ci ilin fevral ayından isə yaşa görə əmək pensiyasına keçmişdir. Hal-hazırda yaşa görə əmək pensiyası alır. Bakı şəhəri 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2011-ci il tarixli qərarı ilə onun cavabdehə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 05.04.2012-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisa diMəhkəməsinin 25.11.2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.06.2012-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş və apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən məhkəmənin qərarı icra olunaraq ona yaşa görə 628,29 manat məbləğində pensiya təyin edilmişdir. Lakin iddiaçıya pensiya təyin edilərkən cavabdeh tərəfindən hesablamalar düzgün aparılmamış, 1989-1990-cı illərin əmək haqqısını 10 rublu 1 manat kimi indeksiləşdirərək səhv-hesablamışdır. X2 Komitəsi tərəfindən verilən 21 avqust 2015-ci il tarixli 06/85 saylı məktubunda qeyd edilmişdir ki, istehlak qiymətləri indeksinin hesablanması 1989-1990-cı illərdə həyata keçirilməmişdir. 1991-ci ildən hazırkı dövrə qədər is tehlak qiymətləri indeksi haqqında məlumatlar ona göndərilmişdir. Habelə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 13 avqust 2015-ci il tarixli məktubunda qeyd edilir ki, 1992-ci ilin avqust ayında Azərbaycan manatı 10 rubl=1 manat nisbətində dövriyyəyə buraxılmışdır. 01 yanvar 2006-cı il tarixdən etibarən isə 5000 köhnə manatı 1 yeni manat nisbətində denominasiya olunmuşdur. Beləliklə də cavabdeh iddiaçının pensiyasını hesablayarkən 1989-1990-cı illər üzrə heç bir denominasiya olmadığı halda heç bir əsas olmadan həmin illərin əmək haqqısını 10 rubl=1 manat nisbətində hesablamışdır. Bununla da iddiaçının pensiyası aşağı həddə hesablanmasına gətirib çıxarmışdır. Halbuki həmin hesablama düzgün aparılsa idi onun pensiyası yüksək olmalı idi. Bundan başqa cavabdeh ona pensiya tə yin edərkən işlədiyi 1993-cü ilin sığorta stajını nəzərə almamış və hesablamamışdır. Cavabdeh tərəfindən hesablanmalı olan 5 ilin əmək haqqısını 4 il üzrə hesablamışdır. Cavabdeh bunu onunla əsaslandırır ki, həmin dövr üzrə sığorta haqqı ödənilməmişdir. Belə ki, iddiaçı 1989-1993-cü ilə kimi Gürcüstan Respublikasında Bazalt-2 kooperativində işləmişdir. İddiaçı cavabdehə həmin illər üzrə əmək haqqını təqdim etmişdir, lakin cavabdeh onun 5 illik əmək haqının 1 ilini nəzərə almayaraq 4 il üzrə hesablayaraq ona pensiya təyin etmişdir. Onun həmin dövrdə işləməyinə dair əmək kitabçası vardır. Əmək kitabçasında həmin illər qeyd edilmişdir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 11.12.2017-ci il tarixli 17 saylı qərarına, Azərbayc an Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 saylı qərarı ilə təsdiq edilmiş “Əmək kitabçalarının tətbiqi qaydası haqqında” Əsasnamənin 1.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin 17.09.2018-ci il tarixli iş № 2-1(82)3283/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi 1989-1990-cı illərin əmək haqqısı indeksasiya və denominasiya aparılmadan yenidən hesablanması, ona yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmayan və hesablanmayan işlədiyi 1993-cü ilin əmək haqqısı nəz ərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq ona birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 17.09.2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 19.02.2019-cu il tarixli iş № 2-1(103)-359/2019 (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 17.09.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şi kayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə birinci dəfə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı İnzibatiİqtisadi Məhkəməsinin 25.11.2011-ci il tarixli 2in(82)-1285/2011 saylı qərarı ilə iddiaçının iddiası təmin edilmişdir. Bu işdə yekun qərar olaraq Ali Məhkəmənin İİK-nın 04.07.2012-ci il tarixli 22(102)-293/12 saylı qərarında mövcuddur. Həmin dövrdə qanuna müvafiq olaraq iddiaçının pensiyası məhkəmənin qoyduğu öhdəliyə əsasən hesablanmış və ona əmək pensiyası təyin olunmuşdur. İddiaçının tələb etdiyi illərin əmək haqlarının hesablanması üçün qanunvericiliklə tətbiq ediləcək indeksləşdirmə əmsalı mövcud deyildir. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin e tmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin 2 saylı BİİM-nin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-1(103)359/2019 saylı qərarı qanunsuz və əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 19 fevral 2019-cu il tarixli, 2-1(103)-359/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı vəkili Vəkil kasasiya şikayətində qeyd edilənləri rədd edərək ö z çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh in nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsi 19 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı eyni məzmunlu iddia ərizəsi ilə birinci dəfə 2 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2011-ci il tarixli 2in(82)-1285/2011 saylı qərarı ilə iddiaçının iddiası təmin edilmişdir. Bu işdə yekun qərar olaraq Ali Məhkəmənin İİK-nın 04.07.2012-ci il tarixli 2-2(102)293/12 saylı qərarında mövcuddur. Həmin dövrdə qanuna müvafiq olaraq iddiaçının pensiyası məhkəmənin qoyduğu öhdəliyə əsasən hesablanmış və ona əmək pensiyası təyin olunmuşdur. İddiaçının tələb etdiyi illərin əmək haqlarının hesablanması üçün qanunvericiliklə tətbiq ediləcək indeksləşdirmə əmsalı mövcud deyildir. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin 2 saylı BİİM-nin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda qeyd olunanlara görə hesab edir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2-1(103)359/2019 saylı qərarı qanunsuz və əsassızdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanunun 01 yanvar 2010cu il tarixədək qüvvədə olmuş 26.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır və həmin maddənin qeydinə görə maddə 2008- ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyalarınhesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilir (26.2-ci maddə və həmin maddənin “Qeyd” hissəsi 01.01,2010-cu il tarixdən qüvvəyə minmiş 27 oktyabr 2009-cu il, 904-İİİQD №-li qanunla çıxarılmışdır). Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində də analoji norma də nəzərdə tutulmuşdu r. İşə əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarından aydın olur ki, iddiaçıya 04 fevral 2008-ci il tarixdə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması işin mübahisələndirilməyən halıdır. Pensiya təyini zamanı iddiaçı tərəfindən beş illik1989-1993-cü illər üçün əmək haqqının miqdarına dair arayış təqdim olunmuş, lakin iddiaçıya yaşa görə əmək pensiyası dörd il (4 il) üçün əmək haqqının 60 aya bölünməsi yolu ilə təyin edilmişdir. Bununla da iddiaçıya təyin edilmiş pensiya məbləği qanunvericiliyin tələbinə uyğun hesablanmamış, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək cavabdeh orqan tər əfindən iddiaçının dörd illik dövr üçün əmək haqqı üzrə orta aylıq əmək haqqının 60 aya bölünməsinin və 5 il üzrə əmək haqqının nəzərə alınmamasının səbəbləri barədə hər hansı bir sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının işlədiyi 1993-cü ilin əmək haqqı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması tələbi əsaslıdır. Eyni zamanda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iddiaçının pensiyasının yenidən hesablanarkən yaranmış fərqin ödənilməsinə dair tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər Həmin Qanunun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçıya 04 fevral 2008-ci ildən yaşa görə əmək pensiyası təyin edildiyindən, həmin vaxtdan iddiaçının pensiyasının yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğundur. İddiaçının iddianın dəqiqləşdirilməsinə dair ərizəsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ərizədə iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi 1989-199 3-cü illərin əmək haqqısı həmin dövrdəki məzənnəyə uyğun olaraq indeksləşmə aparılmaqla, denominasiya aparılmadan nəzərə alınmaqla pensiya hüququnun yarandığı gündən, yəni 04 fevral 2018-ci il tarixdən yenidən hesablanması, ona yaşa görə əmək pensiyası təyin edilərkən nəzərə alınmayan və hesablanmayan işlədiyi 1989-1993-cü ilin əmək haqqısı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanaraq ona birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı ilkin tələbində ona yaşa görə əmək pensiyası təyin edilərkən işlədiyi 1989-1990-cı illərin əmək haqqısı indeksasiya və denominasiya aparılmadan yenidən hesablanmasını xahiş etdiyi halda yeni ərizəsində əskinə ona yaşa görə əmək pensiyası təyin edilərkən 1989-1993-cü ill ərin əmək haqqısı həmin dövrdəki məzənnəyə uyğun olaraq indeksləşmə aparılmaqla,denominasiya aparılmadan hesablanmasını xahiş etmiş, yəni faktiki olaraq yeni tələb irəli sürmüşdür. Məlum olduğu kimi inzibati mühakimə icraatında iddianın dəyişdirilməsi Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır; Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyiş dirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir. Həmin Məcəllənin 54.3-cü maddəsinə görə iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin nümayəndəsinin izahatından və pensiya işindən müəyyən edilmişdir ki, iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində göstərdiyi-1989-1993-cü illərin əmək haqqısı həmin dövrdəki məzənnəyə uyğun olaraq indeksləşmə aparılmaqla,denominasiya aparılmadan hesablanması ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmiş, həmin tələblə bağlı məhkəməyədək hər hansı inzibati araşdırma aparılmam ışdır. Eyni zamanda iddiaçıya yeni tələbi ilə bağlı iddianın mümkünlüyü şərtlərinə əməl etməklə, yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məlum olunduğu kimi İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Lakin iddiaçı sözügedən yeni tələblə bağlı İPM-nin 35.1-ci maddəsinin müddəalarına riayət etməmiş, buna görə də onun həmin ərizəsi mümkün sayılmama lıdır. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 19.02.2019-cu il tarixli qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 35.1, 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.02.2019-cu il tarixli 21(103)-359/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi müm kün sayılmasın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2073/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2073/2019
11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver