Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2073/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (inzibati orqanın söküntü ilə bağlı qanunsuz hərəkəti nəticəsində vurulmuş ziyana görə kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili X3 və üçüncü şəxsin vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Azərbaycan Respublikası Mal iyyə Nazirliyi üçüncü şəxs olmaqla) kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-530/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra iddiaçı) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 78.9 kv.m olan qeyri-yaşayış sahəsini X2 160400 (yüz altmış min dörd yüz) manata alqı-satqı qaydasında əldə etmiş, bu barədə, Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2009-cu il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr ki tabının 1267 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə, ********** nömrəsi ilə qeydiyyatdan keçmiş və bu barədə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarış və X1 Bürosu tərəfindən texniki pasport verilmişdir.
3. Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində müvafiq ərazilərdə həyata keçirilən söküntü işləri ilə əlaqədar iddiaçıya məxsus qeyri-yaşayış sahəsi sökülmüşdür.
4. İddiaçı söküntü ilə bağlı kompensasiya ödənilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh) çoxsaylı müraciətlər etmiş, lakin cavabdeh ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilmədiyi səbəbi ilə onun müraciətlərini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏ MƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı Bakı şəhər İcra Hakimiyyətinin yaratmış olduğu komissiya tərəfindən sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində 0.04911 ha torpaq sahəsində yerləşən, tam mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1267 nömrəli vərəqində qeydiyyata alınmış və hal-hazırki vaxta qədər rəsmi sənəd əsasında mülkiyyətində olan, 37 nömrəli binanın 1ci mərtəbəsində 78.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə görə ona ədalətli kompensasiya, yəni 236700 (iki yüz otuz altı min yeddi yüz) AZN ödənilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə m üraciət etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində istifadəsində olan 0.04911 ha torpaq sahəsində yerləşən 37 nömrəli binanın 1-ci mərtəbəsində 78.9 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1267 nömrəli vərəqində qeydiyyata alınmışdır və hal-hazırki vaxta qədər rəsmi sənəd əsasında mülkiyyətindədir. Bakı şəhəri 9 saylı notariat kontorunda sənədləşdirilmiş xx.xx.2009-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən həmin qeyriyaşayış sahəsini 160400 (yüz altmış min dörd yüz) manata əldə etmişdir. Həmin qeyriyaşayış sahəsi xx.xx.2009-cu il tarixli, 09M000000307 saylı ipoteka müqaviləsi əsasında iddiaçı tər əfindən “AccessBank”a girov qoyularaq ona kredit xətti açılmış, müqavilə üzrə borcunu tam ödəmiş və “AccessBank”ın xx.xx.2016-cı il tarixli, 1900 saylı məktubuna əsasən qeyd olunan qeyri-yaşayış sahəsi ipotekadan azad edilmişdir. Mülkiyyətçi kimi ona ünvanlanmış məktubda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli, 514 saylı sərəncama əsasən Bakı şəhərinin Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, S.Vurğun, R.Rza, Topçubaşov və M.İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülərək yerində yeni yollar çəkilmiş və yeni park kompleksi (Qış Bulvarı) salınmışdır. Söküntü və köçürülmə işləri ilə məşğul olmaq üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən komissiya yaradılmış və həmin komissiyanın sədri X4 tə yin olunmuşdur. Söküntüyə rəhbərliyi həyata keçirən komissiya onunla notariat qaydasında alqı-satqı müqaviləsi bağlamadan, 2012-ci ilin təqribən oktyabr ayında dövlət ehtiyacı üçün əvəzi ödənilmədən göstərilən əmlakı sökərək ona maddi zərər vurmuşdur. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün sökülməsindən xeyli müddət keçməsinə baxmayaraq, hal-hazırki vaxta qədər Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi söküntüyə görə nəzərdə tutulan kompensasiyanı ona ödəməmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-2526/2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli qərardadı ilə (hakim: A.A.Abdullayeva) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlər sırasından çıxarılaraq 3-cü şəxs qismində cəlb edilmişdir. 8. 1 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-2526/2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus olmuş ünvan 3 ünvanında yerləşmiş binanın 1-ci mərtəbəsindəki qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində ona ümumilikdə 118350 (yüz on səkkiz min üç yüz əlli) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri,xxx ünvanında yerləşmiş binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində müvafiq ərazilərdə həyata keçirilən söküntü işləri ilə əlaqədar sökülərək tam məhv olmuşdur. Odur ki, hər kv.m sahəyə görə 1500 manat olmaqla iddiaçıya xüsusi mülkiyyətində olan əmlakının söküntüsü ilə bağlı 118350 manat kompensasiya ödənilməlidir.
10. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs tərəfindən apelyasiya şikayətləri verilmiş, şikayətlərdə apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-530/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və X.A.Cəmilova) apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-2526/2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli q ərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi ilə əlaqədar ona hər kv.metrə görə 1500 manat olmaqla, cəmi 118350 manat kompensasiya ödənilməsi qanuni və ədalətlidir.
13. Apelyasiya instansiyası məhkəməsinin qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
14. Üçüncü şəxs hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün hüquqi qiymət vermədən apelyasiya şikayətini təmin etmişdir. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin qərarının təsviri hissəsində qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin iddiaçı tərəfindən göndərilən müraciətlərə baxılmasından imtina etməsinin səbəbi hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilməməsi olmuşdur. Yəni, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kompensasiyanın ödənilməsindən imtina edilməmiş, sadəcə olaraq hüquqmüəyyənedici sənədlər mövcud olmadığından müraciətə baxılmamışdır.
15. İş materiallarında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan mübahisəli sahəyə görə kompensasiyanın ödənilməsindən imtina olunduğunu göstərən sübutlar mövcud olmadığından iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələb lərinə uyğun olaraq mümkün sayılması əsasları apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir.
16. Digər tərəfdən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qeyri-yaşayış sahəsinə görə kompensasiya müəyyən edilərkən mövcud qanunvericiliyin tələbləri gözlənilməmişdir. Bu zaman Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ərazidə abadlıqquruculuq işlərinin aparılması zamanı müvafiq obyektlərin, o cümlədən indiki mübahisəli sahənin alınması ilə əlaqədar qiymətləndirilmənin təşkil edilməsi ilə bağlı araşdırma aparılmamış, hazırki obyektin qiymətləndirilməsinin məhkəməyəqədərki vəziyyəti tədqiq olunmamışdır. Habelə, məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi aparılmamış, bununla əlaqədar ekspertiza təyin edilməmişdir. Halbuki, müvafiq əmla ka görə kompensasiya onun bazar qiymətinin müəyyən edilməsi yolu ilə təyin edilə bilər ki, bu da öz növbəsində xüsusi bilik və tədqiqat tələb edən fəaliyyət olduğundan məhkəmənin müstəqil qaydada onu müəyyən etməsi mümkün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
19. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət v ə bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.1 İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqa nın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Maddə 6.0.3 İnzibati orqan müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallarda hüquqi yardım üçün müraciət edə bilər. Maddə 24.1 İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3 İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzi bati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkə mə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Maddə 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İşdən görünür ki, iddia qismən təmin edilsə də, iddiaçı qərardan kassasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Odur ki, hazırkı icraat çərçivəsində apelyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin edilən hissəsində qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Hazırki kassasiya şikayətində üçüncü şəxs tərəfindən bir sıra məsələlər mübahisələndirilir ki, məhkəmə kollegiyası bunların hər birinə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir.
29. Kassasiya şikayətinin dəlillərindən biri iddiaçıya cavabdeh tərəfindən kompensasiyanın ödənilməsindən imtina edilməməsi, yalnız hüquqmüəyyənedici sənədlər təqdim olunduqdan sonra müraciətə baxılacağı barədə cavab verilməsi ilə bağlıdır. Qeyd edilir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mübahisəli sahəyə görə kompensasiyanın ödənilməsindən imtina olunduğunu göstərən sübutlar mövcud olmadığından iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün sayılması əsasları apelyasiya ins tansiyası tərəfindən düzgün qiymətləndirilməmişdir.
30. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan maraqlı şəxslərin təqdim etdiyi sübutlarla bağlı deyildir. Maraqlı şəxs tərəfindən təqdim edilmiş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Əgər, iddiaçının müraciəti ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim olunmadığına istinad edilirsə, bu zaman cavabdeh inzibati orqan bu sənədləri öz təşəbbüsü ilə digər inzibati orqandan - daşınmaz əmlakın dövlət reyestri xidmətindən tələb edə bilərdi və bu əsasla iddiaçının müraciətinə baxmaqdan imtina etməyə haqlı deyildir. Cavabdeh inzibati orqanın məhkəmə icraatı zamanı nümayiş etdirdiyi mövqe də bir daha təsdiq edir ki, iddiaçıya onun əmlakının sökülməsinə görə kompensasiya verilməsindən müxtəlif vasitələrlə imtina edilmişdir. Digər tərəfdən, cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verməmiş, beləliklə də məhkəmə qərarı ona münasibətdə qanuni qüvvəyə minmişdir. Hazırda kassasiya şikayəti verən üçüncü şəxs isə cavabdeh inzibati orqana aid olan qeyd edilən məsələni mübahisələndirməkdə haqlı hesab edilə bilməz.
31. Kassasiya şikayətində mübahisələndirilən digər bir məsələ məhkəmə tərəfindən müəyyən edilən kompensasiyanın məbləği ilə bağlıdır. Qeyd edilir ki, məhkəmələr tərəfindən qeyri-yaşayış sahəsinə görə kompensasiya müəyyən edilərkən mövcud qanunvericiliyin tələbləri gözlənilməmişdir. Bu zaman Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin ərazidə abadlıq-quruculuq işlərinin aparılması zamanı müvafiq obyektl ərin, o cümlədən indiki mübahisəli sahənin alınması ilə əlaqədar qiymətləndirilmənin təşkil edilməsi ilə bağlı araşdırma aparılmamış, hazırki obyektin qiymətləndirilməsinin məhkəməyəqədərki vəziyyəti tədqiq olunmamışdır.
32. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 514 N-li, xx xxxxxx 2010-cu il tarixli Sərəncamına əsasən Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, D.Əliyeva, S,Vurğun, R.Rza, Topçubaşov və M.İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürülərək yeni park kompleksi (Qış parkı) salınmışdır.
33. Sərəncama əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat ödənilməklə köçürülmə işlərinin aparılması Bakı şəhər icra Hakimiyyətinə tapşırılmışdır.
34. Bundan əlavə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış İ-36/4-152/4 saylı, xx xxxx 2018-ci il tarixli məktubda da qeyd edilir ki, Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində müvafiq ərazilərdə həyata keçirilən söküntü işləri ilə əlaqədar olaraq sökülərək tam məhv olmuş daşınmaz əmlakların mülkiyyətçilərinə kompensasiya olaraq hər kvadrat metr sahəyə görə 1500 manat məbləğində vəsait ödənilir. (iş vər 18)
35. Məhkəmə kollegiyası hesab edir ki, məhz yuxarıda qeyd edilənlərə əsasən obyektin qiymətləndirilməsi üçün əlavə olaraq məhkəmə ekspertizasının keçirilməsinə ehtiyac yoxdur.
36. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmə dən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-530/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.