Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2073/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-1(103)-1742/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2006-cı il tarixdə doğulmuşdur, atası Nümayəndə, anası X2r.
2. Cavabdeh tərəfindən verilmiş 23 noyabr 2011-ci il tarixli, AA 25114 nömrəli “Məcburi köçkün” vəsiqəsinə əsasən, iddiaçının atası 1993-cü ildə Füzuli rayonundan daimi yaşayış yerini tərk etmişdir, “Məcburi köçkün” statusuna malikdir.
3. İddiaçı “Məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh 26 iyul 2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı an ası X1 qeydiyyatı ünvan 1 ünvanı olduğundan İddiaçı məcburi köçkün statusu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək övladı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı qızma məcburi köçkün vəsiqəsi verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Nümayəndə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüş və anası və qardaşları ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. xx.xx.2006-cı ildə X4 ilə rəsmi nikaha girməklə ailə qurmuş və bu nikahdan üç övladı - xx.xx.2006-cı il təvəllüdlü İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Hal-hazırda ünvan 2 ünvanında yaşayır. İddiaçı və övladları məcburi köçkündürlər. Övladı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı 2023cü ildə Neft Sənaye Universitetinin biznesin idarə edilməsi fakültəsinin əyani şöbəsinə ödənişli əsaslarla qəbul olmuşdur və illik təhsil haqqı 2500 manat təşkil edir. Lakin iddiaçının hal-hazırda həmin məbləğdə təhsil haqqını ödəmək imkanı yoxdur. Qanunvericiliyə əsasən, məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad ediliblər. Lakin övladı İddiaçı məcburi köçkün vəsiqəsi olmadığına görə universitet onu təhsil haqqından azad etmir. İddiaçı ərizə ilə Qaçqın və X10 üzrə Dövlət Komitəsinə müraciət edərək övladı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün vəsiqəsi verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Komitə onun ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla övladına məcburi köçkün vəsiqəsinin verilməsinin mümkün olmadığı bildirilmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil edir.
8. Daha sonra iddiaçı Nümayəndə məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini və tələbin “xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13863/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, ərizə icraata qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13863/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim X16) iddia təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı qızına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə həvalə edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutulmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün s tatusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.
12. Məhkəmə imtinanın “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad edilməsinə dair dəlilinə münasibətdə qeyd edib ki, bəhs olunan Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişd ir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X7 ərazilərin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində kö çürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Göründüyü kimi 1994-cü ildə Horadiz səhəri işğaldan azad olunduqdan sonra səhər sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış verlərini tərk edərək məcburi köçkün düşmə faktı bas verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı verə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış veri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi İddiaçı atası Nümayəndə 1994-cü ildə işğaldan azad olunmuş Füzuli rayonunun Horadiz şəhəri ünvanına qayıtmaq imkanına malik olduğundan Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tələblərinə uyğun olaraq, məcburi köçkün statusunu itirmişdir. Nümayəndə məcburi köçkün statusuna malik olması faktı belə onun övladı İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün əsas ola bilməz.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1742/2024 nömrəli, 29 mart 2024 -cü il tarixli qərarı ilə (hakimlər X14 /məruzəçi/, X13 və X9) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13863/2023 saylı, 29 mart 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi bildirib ki, cavabdeh apelyasiya şikayətində Füzuli rayonun Horadiz şəhərinin 1994-cü ildə işğaldan azad olunduğunu qeyd etsə də, məhz elə həmin şikayətində özü də qeyd etmişdir ki, Füzuli rayonu, Horadiz şəhəri 1994cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmə lərinə şərait yaradılmışdır. Göründüyü kimi, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi dəlili özü təkzib etmişdir. Eyni zamanda iddiaçının atasına məcburi köçkün vəsiqəsinin verilməsidə cavabdehin qeyd edilən dəlilinin əsassız olduğunu təsdiq edir.
17. Məhkəmə kollegiyası cavabdehin “X6” sonra təmas xətti ləğv edildiyindən iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin mükün olmaması barədə dəlilinə münasibətdə bildirib ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun 14-cü maddəsinə əsasən: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: Əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; Bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi, qeyd edilən normalarda məcburi köçkün statusunun itirildiyi hallar göstərilmiş, lakin hazırkı işin faktiki hallarından iddiaçının yaşadığı yerə qayıtması və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilməsi müəyyən edilməmişdir.
18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haq qında” Qanuna, eləcə də “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
20. Belə ki, Füzuli rayonu, Horadiz şəhəri 1994-cü il tarixdə işğaldan azad olunmağına baxmayaraq, həmin ərazi Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə X3mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmişdir. Odur ki, iddiaçıya məcburi köçkün statusunun verilməsi qanuni deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır:... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə
9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqı n statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. 23. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 148 nömrəli Fərmanı
2. Müəyyən edilsin ki:... həmin qanunun 9-cu maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
24. Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə
3. Komitənin əsas funksiyaları Komitə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir: 3.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "qaçqın" və ya "məcburi köçkün" statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir;
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şi kayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə icla sında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Apely asiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
29. İş materiallarından göründüyü kimi iddiaçı “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi məqsədi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının anasının məcburi köçkün olmadığını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir.
30. İddiaçı cavabdehin imt inasını məhkəmə qaydasında mübahisələndirmiş, həm birinci instansiya məhkəməsi, həm də işə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin imtinasını əsassız hesab edərək bildirmişdir ki, iddiaçıya münasibətdə köçkün statusunun itirilməsi halları - məcburi köçkün düşdüyü əvvəlki yerə qayıtma və ya yaşayış yeri ilə təmin edilmə - baş vermədiyindən iddia tələbi əsaslıdır.
31. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna, eləcə də “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli, 1 48 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarlar qəbul etməkdə səlahiyyətlidir.
32. Tam səlahiyyətli inzibati orqan kimi Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli, 42 nömrəli əmri ilə Füzuli rayonunun Horadiz şəhəri və 21 kəndindən (Füzuli rayonunu Alıxanlı kəndinin Axundlu ərazisindən olan şəxslər istisna olmaqla) və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində olan şəxslərə verilmiş məcburi köçkün statusunun 2024-cü il 1 may tarixindən İəğv edilməsi qərara alınmışdır.
33. Qərarda qeyd edilmişdir ki, 1993-1994-cü illərdə Ağdam rayonunun Təzəkənd, Orta Qər vənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşellı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar. Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, X11, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dılağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı kəndləri və 2016-cı il 4 aprel tarixdə Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olunsa da, həmin ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq onların məcburi köçkün statusu və məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə etmələrinə dövlət tərəfindən x üsusi qaydada şərait yaradılmışdır, 2020-ci il tarixdə isə X3mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş, əhalinin təhlükəsiz və dinc yaşaması təmin edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edilən inzibati aktı rəhbər tutaraq bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildiyi halda itirilir. Məcburi köçkün statusunun itirilməsi (ləğvi) cavabdehin səlahiyyətinə aid olduğundan və cavabdeh tərəfindən iddiaçının atasının qeydiyyatda olduğu ərazidə olan şəxslərin məcburi köçkün statusu ləğv olunduğundan, iddiaçı da belə status əldə etmək imkanına malik olmamışdır.
35. Lakin apellyasiya instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmamış, Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin sədri tərəfindən qəbul edilmiş 31 may 2024- cü il tarixli, 42 nömrəli əmrin iddiaçının atası tərəfindən mübahisələndirilib mübahisələndirilməməsi araşdırlmamışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əmr özü bir inzibati aktdır və mübahisələndirmək kimi xüsusiyyətə malikdir. İş materiallarında olan sənədlərlə inzibati aktın iddiaçı tərəfindən mübahisələndirilib mübahisələndirilməməsi müəyyən edilimir.
37. Odur ki, növbəti apelyasiya baxışı zamanı inzibati orqan tərəfindən qəbul edilmiş aktla bağlı iddiaçının məlumatlı olub olmaması, eləcə də həmin aktın qanunvericiliyə uyğun olaraq mübahisələndirilib mübahisələndiirlməməsi müəyyən edilməlidir.
38. Belə olan cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 mart 2024-cü il tarixli, 21(103)-1742/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.