Məhkəmə qərarları › İş №2-1(102)-2074/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2074/2019

11.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2074/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı Əhəd Hüeynovun və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı müharibə veteranı vəsiqəsini aldığı vaxtdan yəni sentyabr 2015ci il tarixdən əvvəlki 3 il üçün sosial müavinə tin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıtələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)169/2019 saylı iş üzrə 31.01.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 11 iyun 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı 057351 nömrəli vəsiqəsinə əsasən iddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən ed ilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.04.2015-ci il tarixli, 2-1(82)-363/2015 saylı qərarına əsasən iddiaçıya İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı "müharibə veteranı" adı verilməsindən üç il əvvəl ki, 36 aylıq müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-1994-cü illər ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü və müdafiəsi zamanı gedən hərbi əməliyyatlarda iştirak etmişdi. Qanuna müvafiq şəkildə 2015-ci ilin sentyabr ayında "müharibə veteranı" adı verilmişdir, veteran adı verildikdən sonra, əvvəl ki üç ilin müavinətınalınması ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi etdiyi müraciət bu günə qədər cavabsız qalmışdır. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, müharibə veteranı vəsiqəsini aldığı vaxtdan yəni sentyabr 2015-ci il tarixdən əvvəlki 3 il üçün sosial müavinətın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 26.09.2018-ci il tarixli iş № 2-1(82)-2522/2018, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 23 sentyabr 2015-ci il tarixdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulmasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 31.0 1.2019-cu il tarixli iş № 2-1(103)-169/2019 (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Həmid Həmidov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1(82)2522/18 saylı, 26.09.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Bakı Apelyasiya Məhkəməsi qərarda qeyd edir ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 01 sentyabr 2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.1.7-ci bəndinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan d öyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə, … müavinət - 55 manat, (01 aprel 2014-cü il tarixinədək bu məbləğ 37 manat, 01 aprel 2014-cü il tarixindən 05 iyul 2018-ci il ilədək 45 manat olmuşdur) aylıq müavinət ödənilir. Bakı Apelyasiya Məhkəməsi qərarın 3-cü səhifəsində qeyd etmişdir ki, 01 yanvar 2006-cı ildən qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə özü bu qərarın 3-cü səh ifəsində qeyd edir ki, istinad edilən normaların tələbinə əsasən sosial müavinətlər yalnız bu müavinəti almaq hüququ yarandığı gündən təyin edilə və ödənilə bilər. Əgər müavinət almaq hüququ yaranmış şəxs müavinətın təyin edilməsi üçün inzibati orqana hüququnun yarandığı vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra müraciət edərsə, belə olan halda müraciətdən əvvəlki 3 il üçün (01 yanvar 2006-cı ildən sonrakı dövr üçün) almadığı müavinətı almaq hüququ vardır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi İddiaçı 23 sentyabr 2015-ci ildə ona müharibə veteranı adı almasından əvvəlki dövr üçün 3 ilin müavinət almaq hüququnun olduğunu qeyd etmiş, lakin Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərın məbləğinin artırılması haqqında” Fərmanının 01 sentyabr 2013-cü il tarixdən qüv vəyə minməsini əsas gətirərək onun tələbinin təmin edilməsinin mümkün olmadığını yazmışdır. Halbuki, Prezidentin adı çəkilən Fərmanı müavinətlərın artırılmasını tənzimləyir, müavinətlərın hansı kateqoriya şəxslərə verilməsi, hansı dövr üçün ödənilməsi məsələləri və s. 01 yanvar 2006-cı ildən qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunla tənzimlənir. Bu Qanunun 9.1-ci maddəsi İddiaçı 23 sentyabr 2015-ci il tarixində ona müharibə veteranı vəsiqəsi və adı verilməsindən əvvəlki 3 ilin müavinətini almaq hüququ verir ki, apelyasiya instansiyası məhkəməsi bu tələbi əsassız olaraq təmin etməmiş və birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarını ləğv etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2-1(103)-169/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31.01.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da, onun vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 31.01.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı 23 sentyabr 2015-ci il tarixdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İP M-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 31 yanvar 2019-cu il tarixli, 21(103)-169/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2-1(82)-2522/18 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə, 01 yanvar 2006-cı ildən qüvvədə olan “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 01 sentyabr 2013-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.1.7-ci bəndinə əsaslanmışdır. İstinad edilən normaların tələblərinə əsasən apelyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, sosial müavinətlər yalnız bu müavinəti almaq hüququ yarandığı gündən təyin edilə və ödənilə bilər. Əgər müavinət almaq hüququ yaranmış şəxs müavinətin təyin edilməsi üçün inzibati orqana hüquq unun yarandığı vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra müraciət edərsə, belə olan halda müraciətdən əvvəlki 3 il üçün (01 yanvar 2006-cı ildən sonrakı dövr üçün) almadığı müavinəti almaq hüququ vardır. Hazırkı halda iddiaçının “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən müavinəti almaq hüququ müharibə veteranı adı aldığı andan yarandığından ona müavinət düzgün olaraq hüququ yaranan gündən təyin edilmişdir. Hüququ yarandığı vaxtdan əvvəlki 3 il üçün müavinətin ödənilməsinə dair tələbi əsassız olduğundan düzgün olaraq inzibati orqan tərəfindən təyin edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçının müharibə veteranı kimi müavinət almaq hüququnu müəyyən edən 01 sentyabr 2013-cü il tarixdən qüvvəyə mindiyindən hə min Fərmana əsasən təyin edilməli olan müavinətlər 01 sentyabr 2013-cü il tarixdən əvvəlki dövr üçün (hazırkı halda iddiaçının tələbinə əsasən 23 sentyabr 2012-ci ildən) təyin edilə və ödənilə bilməz. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsaslanmaqla iddia tələbini dəqiqləşdirərək, iddiaçıya “Müharibə veteranı” vəsiqəsini aldığı vaxtdan, yəni, sentyabr 2015-ci il tarixdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmə ko llegiyası hesab edir ki, İddiaçı kasasiya şikayətində göstərdiyi dəlilləri əsaslıdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normaları düzgün tətbiq etməmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.1.7-ci bəndinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, mühar ibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət - 45 manat məbləğinin verilməsi qərara alınmışdır. İş materiallarından göründüyü kimi, iddiaçıya müharibə veteranı vəsiqəsi 23 sentyabr 2015-ci ildə verilmiş, bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.1.7-ci bəndində göstərilmiş müavinəti almaq hüququ yaranmış və təyin edilmişdir. Lakin cavabdeh inzibati orqan, iddiaçıya sosial müavinətin təyin edildiyi 23 sentyabr 2015-ci il tarixdən əvvəlki 3 il üçün müavinəti verməkdən imtina etmişdir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilmişdir: “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: … 9.1.5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin etirazı qanuna uyğun deyil və iddiaçının müharibə veteranı vəsiqəsinin verilməməsi onun iradəsindən asılı olan bir səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı 1993-1997-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyü şlərdə iştirak etmiş, lakin onun müharibə veteranı statusu uzun illər müraciət etməsinə baxmayaraq inzibati orqan tərəfindən tanınmamış və nəhayət bu hüquq tanınaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-1(82)-363/2015 saylı qərarına əsasən İddiaçı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Beləliklə, iddiaçının müharibə veteranı statusu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən dövrdən artıq yaranmışdır. Lakin apelyasiya instansiyası məhkəməsi sözügedən mübahisəni həll edərkən işin bu hallarını nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasi ya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı 23 sentyabr 2015-ci il tarixdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 21(103)-169/2019 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 23 sentyabr 2015-ci il tarixdən əvvəlki 3 il üçün sosial müa vinətin ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin üzərinə qoyulsun. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim: Zakir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar