Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2074/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğuna görə barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işin müvafiq inzibati məhkəməyə göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qız ının katibliyi, iddiaçı X1 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı «müvafiq icra orqanının hərəkətsizliyinə dair» inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1028/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı MMC hüquqi şəxs olaraq xx.xx.2003-cü ildə qeydə alınmışdır, mübahisə predmeti olan əmlak kompleksinin yerləşdiyi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin sahibidir.
2. «xxxx» ASC səhmdarlarının ümumi yığıncağı cəmiyyətin ləğv olunması və əml akın qiymətləndirilərək torpaq sahibi İddiaçı MMC-yə satılması barədə xx.xx.2015-ci il tarixli qərar qəbul etmişdir.
3. «xxxx» ASC-nin əsas səhmdarı və onun əmlakının yerləşdiyi torpaq sahəsinin sahibi olaraq İddiaçı MMC, qanunvericiliyə əsasən ona məxsus 164313 ədəd 328626 manat səhmin müqabilində həmin məbləğdə əmlak almış, 13324 manat dəyərində olan qalıq əmlakı isə daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə etmişdir.
4. İddiaçı MMC qeyd olunan əmlak kompleksinin qeydə alınması və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC-nin Binəqədi rayonu, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququnun qeydə alınması və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1saylı Bakı Əİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ona məxsus torpaq üzərində yerləşən xx.xx.2012-ci il tarixdən özəlləşmiş «xxxx» ASC-nin əsas təsisçisi olaraq ümumi nizamnamə kapitalının 170975 ədəd 341950 manat məbləğində səhminin 164313 ədəd 328626 manat məbləğində 96,1% səhm paketinə sahib olmuşdur. İddiaçı MMC qeyd olunan əmlak kompleksinin qeydə alınması və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi «C» tikilisində perimetrik ölçü fərqinin olması, «B» tikilisində rekonstruksiya işlərinin aparılması, «A, G, E, D» tikililərində bitişik əlavə tikililərin inşa edilməsi, ərazidən elektrik xəttinin keçməsi, əmlak kompleksinin dövlət əmlakı olması, əlavə tikililərdə isə 1993-cü ildən 7 məcburi köçkün ailəsinin məskünlaşması göstərilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək göstərmişdir ki, təqdim edilmiş alqsatqı müqaviləsinə əsasən əmlak “xxxx” MMC-nə tam satılmamışdır və yerdə qalan hissəyə ləğv edilmiş hüquqi şəxsin qalıq əmlakının səhmdarlar arasında bölgüsünü əks etdirən hesabatındakı iştirakçıların təqdim olunmuş təhvil-təslim aktında sözügedən əmlaka dair payların təhvil verilməsi haqqınd a qeydlər aparılmamışdır. Əmlak kompleksinin “C” tikilsində perimetrik ölçü fərqlərinin olduğu, “B” tikilisində rekonstruksiya işləri aparılaraq əlavə 2-ci mərtəbənin (A, G, E, D tikililəri də daxil olmaqla həmin tikililərə bitişik əlavə tikililərin) inşa edildiyi və ərazidən elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. Həmçinin baxış zamanı A, G, E, D tikililərində məcburi köçkünlərin məskunlaşdığı və tikililərin onlar tərəfindən inşa edildiyi müəyyən edilmişdir. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2-1(81)3676/2019 saylı qərarı ilə (M.Hacıbəyova) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi əmlakı qanuni əsaslarla, notariat qaydasında təsdiq e dilmiş müqavilə və səhmdarı olduğu təsərrüfat cəmiyyəti ləğv edildikdə ona məxsus olan 96,1% səhm paketinə uyğun olaraq əmlakın bölüşdürülməsi nəticəsində səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən əldə etmişdir və həmin əmlakla bağlı üçüncü şəxslərin mübahisəsi və tələbi mövcud deyildir. Cavabdehin iddia tələbinə etirazda göstərdiyi əsaslara gəldikdə isə məhkəmə tərəfindən iddiaçıya məxsus ünvan 4 ünvanda yerləşən əmlak kompleksinə yerində baxış keçirilərkən ərazidən elektrik xətlərinin keçmədiyi, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin daş hasarın içində olması, kompleksin inzibati binasının sag tərəfində torpaq sahəsinin bir hissəsinin yüngül dəmir hasarla ayrılması və orada məktəbin fəaliyyət göstərməsi, kompleksin inzibati binasının sol tərəfində yarar sız vəziyyətdə olan tikililərin mövcud olması müəyyən edilmişdir. Ərazidə iddiaçı tərəfindən hər hansı bir əlavə tikililərin inşa edilməsi və artırmaların aparılması müəyyən edilməmişdir.
10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1028/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və X.Cəmilova ) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3676/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara al ınmışdır.
12. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin araşdırması İPMnin 12 və 48-ci maddələrinin tələblərinə cavab vermir. Birinci instansiya məhkəməsi mübahisəli ünvanda yerləşən əmlak kompleksinə daxil olan tikililərin dəqiq sayı və öçülərini müəyyən etmədən, iddiaçının həmin tikililərin hansının üzərində və hansı ölçülərdə qeydə alınma aparılması barədə iddiası olmasını müəyyən emədən və iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım etmədən iddia tələbini yuxarıda qeyd olunan qaydada təmin etmişdir.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şi kayətində göstərilir ki, apelyasiya instansiyasının qərarı əsassızdır. Çünki cavabdehin qeydiyyat aparmaqdan imtina edilməsi barədə məktubda imtinanın səbələri kimi “C” tikilisində perimetrik ölçü fərqinin olması, “B” tikilisində rekonstruksiya işlərinin aparılması, “A”, “G”, “E”, “D” tikililərində bitişik əlavə tikililərin inşa edilməsi ərazidən elektrik xətlərinin keçməsi, əmlak kompleksinin dövlət əmlakı olması, əlavə tikililərə isə 1993-cü ildən 7 məcburi köçkün ailəsinin məskunlaşması göstərilmişdir. Lakin bu dəlillərin əsassız olduğu birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur. Birinci instansiyası məhkəməsi cavabdehin dəlillərini araşdırmaq üçün mübahisə predmeti olan obyektə baxış keçirmiş və nəticələri qərarın əsasını təşkil etmişdir. b. Kassasiya şikay ətinə qarşı etiraz
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxilli k əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri;.... 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirməd ən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, işin hallarına əsasın məhkəmə düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən işin mahiyyəti üzrə həllinə aid məsələlərlə bağlıdır. Lakin apelyasiya instansiyası məhkəməsinin qərarı, daha çox birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət olunmaması ilə bağlıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya instansiyası tərəfindən apelyasiya şikayətinə baxılarkən prosessual hüquq normalarına riayət edilib edilmədiyini araşdıracaqdır.
24. Apelyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamasını onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli texniki pasportdan müəyyən olunur ki, mübahisəli ünvandakı ərazidə yaşayan 6 məcburi köçkün ailəsi tərəfindən «A», «C», «D» və «G» tikililərinə əlavə olaraq 365,0 kv.m. ölçüdə tikililər inşa edilmişdir. Eyni zamanda, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Əİ-nin iddiaçının müraciətinə imtina məktubundan, iddiaya dair etirazından və apelyasiya şikayətindən də belə müəyyən olunur ki, iddiaçının müraciətindən imtina olunması onunla əlaqədar olmuşdur ki, mübahisəli əmlak kompleksinin «C» tikilisində perimetrik ölçü fərqləri olmuş, «B» tikilisində rekonstruksiya işləri aparılaraq əlavə 2-ci mərtəbənin və «A», «G», «E» və «D» tikililəri də daxil olmaqla həmin tikililərə bitişik əlavə tikililərin inşa edilmiş və ərazidən elektrik xətlərinin keçdiyi müəyyən edilmişdir.
25. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixdə yerli baxış nəticəsində tərtib etdiyi sxemlə (i.v. 81) iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli texniki pasportda olan göstəricilər arasında uyğunsuzluqlar vardır. Sözügedən sxemdə «İnzibati bina» kimi qeyd olunan tikili texniki pasportda «B» literi ilə «İstehsalat sexi» kimi öz əksini tapmış, sxemdə «Məktəb» kimi qeyd olunan tikili isə texniki pasportda «A» literi ilə «İnzibati bina» kimi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi tərtib etdiyi «Sxem»də əks oluna n tikililərin heç birinin ölçüləri qeyd olunmamışdır və yerli baxış protokolunda qeyd olunmuşdur ki, həmin sxemdə «İnzibati bina» kimi göstərilən tikilinin «sol tərəfində yararsız tikililər mövcuddur».
26. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Həqiqətən də birinci instansiya məhkəməsinin araşdırması İPM-nin 12 və 57-ci maddələrinin tələblərinə cavab vermir.
27. Birinci instansiya məhkəməsinin yarımçıq araşdırmasını tamamlamaqdan apelyasiya instansiyası məhkəməsinin imtina edib, işi birinci instansiya məhkəməsinə qaytarmasına məhkəmə kollegiyası İPM-nin 82-ci müddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, bu məsələdə də məhkəmə haqlı olmuşdur.
28. Belə ki, İPM-nin 87.7-ci maddəsi inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi proses sual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, apelyasiya instansiyası məhkəməsinin, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərmək səlahiyyəti vardır.
29. İşə baxmış brinci instansiya məhkəməsinin, iddianın hüquqi əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərini araşdırmadığı açıq-aydın olduğu hallarda, İPM-nin 87.7-ci maddəsinin şərtləri mövcud olur və hazırki işdə də bu vəziyyət müəyyən edilir.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2020-ci il tarixli 21(103)-1028/2020 nömrəli qərardadı dəyişdirilmə