Məhkəmə qərarları › İş №2-1(102)-2074/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2074/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2074/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 24.08.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi öhdəliyinin qoyulm ası” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1018/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Kamvol Kombinatı tərəfindən verilmiş “yataqxanada yaşayış sahəsini tutulmasına dair hüququ barədə” 09 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən yataqxananın 75 saylı otaq Bakı Kamvol Kombinatının HİK-nin xx.xx.1992-ci il tarixli, 20 nömrəli qərarına əsasən X4 verilmişdir.

2. Bakı Kamvol Kombinatının həmkarlar ittifaqı komitəsinin xx.xx.1992-ci il tarixində keçirilmiş iclasının 20 nömrəli protokolundan çıxarışın surətinə əsasən, Leninqrad prospekti 128 ünvan ında yerləşən subaylar yataqxanasında boşalmış 75 nömrəli otaq əyirici sexində əyirici işləyən X7 və X5 verilməsi qərara alınmışdır. 3. ********** nömrəli, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli RX-081 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətinə əsasən, məhdud kommunal şəraitli 75 saylı otaq mübahisəlidir, ölçü işlərinin aparılmasına şərait yaradılmadı; sözügedən otaqda İddiaçı ilə birlikdə Bakı Kamvol Kombinatının digər işçisi də yaşayıb (yataqxana subaylar üçün nəzərdə tutulub).

4. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı M ənzil-Kommunal Təsərrüfatı Birıiyinin xx.xx.2021-ci il tarixli, 113 nömrəli iddiaçıya ünvanladığı məktuba əsasən, mərhum X2 vəfat etdiyi günə qədər yaşadığı Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128, mənzil 75-ə Bakı Kamvol Kombinatı tərəfindən xx.xx.1992-ci il tarixdə X6 məxsus 09 saylı order verilmişdir. X9 hal-hazırda F.X.Xoyski prospekti, ev 128 mənzil 75-də daimi pasport qeydiyyatındadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ünvan 6ən 75 saylı mənzilin mərhum X4 aid olması barədə arayışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 Bakı Kamvol Kombinatının əyirici sexində əyirici vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş qaydada Bakı Kamvol Kombinatının əyirici sexinin ixtiyarında olan Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128, 75 saylı mənzilin X4 verilməsi və həmin mənzilə köçürülməsi təmin edilmişdir. X10 09 aprel 1992-ci il tarixli qərarı ilə ünvan 3 ünvanında yerləşən 75 saylı mənzil X4 verilmişdir. Bakı Kamvol Kombinatının 09 aprel 1992-ci il tarixli qərarı əsasında Bədəlova Dilbər 09 aprel 1992-ci il tarixdən ünvan 6ən 75 saylı mənzildə daimi qeydiyyatda olmuş və 20 dekabr 2020-ci il tarixə qədər də orada yaşamışdır. Həmin mənzil 09 saylı orderlə X4 məxsus olmuşdur. X7 20 dekabr 2020-ci i tarixdə Böyüklərin respirator pozğunluq (distress) sindromu xəstəliyi səbəbindən vəfat etmişdir. İddiaçı icarə müqavilə si bağlanmasına dair Nərimanov rayon İcra hakimiyyətinə müraciət etmişdir, Nərimanov rayon İcra Hakimiyyəti yeni icarə müqaviləsinin bağlanmasından imtina etmişdir. X2 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi olan bacısı İddiaçı ərizəsi ilə 3 saylı “Asan xidmət” mərkəzinin notarial ofisində V-302/2021 nömrəli vərəsəlik işi açılmışdır. 3 saylı “Asan xidmət” mərkəzinin notariat ofisinin 20 may 2021-ci il tarixli, 898 saylı ərizəsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək ünvan 6ən 75 saylı mənzilə dair hüquq müəyyənedici sənəd-Çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən 75 saylı mənzilə dair hüquq müəyyənedici sənəd çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin 02 iyul 2021-ci il tarixli məktubunda ünvan 6ən 75 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədin təqdim edilmədiyini göstərmişlər. Həmin məktub “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1 -ci maddəsinə əsaslanmışdır. Həmin maddədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahə sinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu göstərilmişdir. Halbuki, 03 iyun 2021-ci il tarixli Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanan ərizəyə ünvan 6ən 75 saylı mənzilin iddiaçının bacısı X4 məxsus olması ilə bağlı orderin surəti əlavə olunmuşdur.

7. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********06 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır

8. Bakı İnzibati Məhkəmənin 29 iyul 2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə qəbul edilmiş 14 aprel 2022-ci il tarixli 2-1(112)-1683/2022 saylı məhkəmə qərarı ləğv edilərək iş üzrə icraat təzələnmiş, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1683/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim M.T.Hacıbəyova) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 6ən 75 saylı mənzilin mərhum X4 aid olması barədə arayışın verilməsi” haqqında iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının, üzərində mərhum X2 mülkiyyət hüququnun tanınması və bu barədə iddiaçıya arayış verilməsini istədiyi ünvan 6ən 75 saylı mənzil (yataqxanada otaq) X2 istifadəsinə müvəqqəti olaraq verilmiş, həmin otağa dair qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mövcud deyildir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1018/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Eyvazov /sədrlik edən və məruzəçi/, G.T.Axundova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhəri 1 s aylı Ərazi İdarəsinin 02 iyul 2021-ci il tarixli məktubunda ünvan 6ən 75 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədin təqdim edilmədiyini göstərmişlər. Həmin məktub “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1 1-ci maddəsinə əsaslanmışdır. Həmin maddədə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın ldək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas olduğu göstərilmişdir. Halbuki, 03 iyun 2021-ci il tarixli Cavabdeh Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanan ərizəyə ünvan 6ən 75 saylı mənzilin iddiaçının bacısı X4 məxsus olması ilə bağlı orderin surəti əlavə olunmuşdur. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən bu faktiki hal yetərincə araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsi iş üçün əhəmiyyətli olan halları araşdırmamış, sübutları yetərincə qiymətləndirməmişdir. Belə ki, 03 iyun 2021-ci il tarixli Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanan ərizəyə ünvan 6ən 75 saylı mənzilin iddiaçının bacısı X4 məxsus olması ilə bağlı orderin surəti əlavə olunmasının nəzərə alınmaması halının qanunsuz olmasını s übut etməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qay dasında təsdiq edilmiş müqavilələr;... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tik inti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə d air müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə ed ilməsi barədə xx.xx.2006cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayət inin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanun iliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş qərar qəbul edərkən belə nəticəyə gəlmişdir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda isə, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

22. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarla razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi, iddiaçı mübahisəli evin üzərində mərhum bacısı X7 tərəfindən mülkiyyət (əşya) hüquqların əldə edilməsini təsdiq edən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsində və Azərbaycan Respub likası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda göstərilən hər hansı sənədi cavabdehə və məhkəməyə təqdim etməmiş, həmin sənədlərin mövcud olması barədə məlumat verməmişdir.

23. Həmçinin iş materiallarından göründüyü kimi, iddiaçının, üzərində mərhum X2 mülkiyyət hüququnun tanınması və bu barədə iddiaçıya arayış verilməsini istədiyi ünvan 6ən 75 saylı mənzil (yataqxanada otaq) X2 istifadəsinə müvəqqəti olaraq verilmiş, həmin otağa dair qanunvericilikdə nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mövcud deyildir.

24. Belə ki, Bakı Kamvol Kombinatı tərəfindən verilmiş “yataqxanada yaşayış sahəsini tutulmasına dair hüququ barədə” 09 nömrəli orderin notarial qaydada təsdiq olunmuş surəti nə əsasən, ünvan 1 ünvanında yerləşən yataqxananın 75 saylı otaq Bakı Kamvol Kombinatının HİK-nin xx.xx.1992-ci il tarixli 20 nömrəli qərarına əsasən X4 verilmişdir. Bakı Kamvol Kombinatının həmkarlar ittifaqı komitəsinin xx.xx.1992-ci il tarixində keçirilmiş iclasının 20 nömrəli protokolundan çıxarışın surətinə əsasən, Leninqrad prospekti 128 ünvanında yerləşən subaylar yataqxanasında boşalmış 75 nömrəli otaq əyirici sexində əyirici işləyən X7 və X5 verilməsi qərara alınmışdır.

25. Eyni zamanda iş materiallarından görünür ki, ********** nömrəli, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2009-cu il tarixli RX-081 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etd irən müayinə (baxış) aktının surətinə əsasən, məhdud kommunal şəraitli 75 saylı otaq mübahisəlidir, ölçü işlərinin aparılmasına şərait yaradılmadı; sözügedən otaqda İddiaçı ilə birlikdə Bakı Kamvol Kombinatının digər işçisi də yaşayıb (yataqxana subaylar üçün nəzərdə tutulub). Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2021-ci il tarixli, 113 nömrəli iddiaçıya ünvanladığı məktuba əsasən, mərhum X2 vəfat etdiyi günə qədər yaşadığı Nərimanov rayonu, F.X.Xoyski prospekti, ev 128, mənzil 75-ə Bakı Kamvol Kombinatı tərəfindən xx.xx.1992-ci il tarixdə X6 məxsus 09 saylı order verilmişdir. X9 hal-hazırda F.X.Xoyski prospekti, ev 128 mənzil 75- də daimi pasport qeydiyyatındadır.

26. Bununla yanaşı iş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti xx.xx.2021-ci il tarixli 855 saylı məktubu ilə bildirmişdir ki, əvvəllər Bakı Kamvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X15 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999- cu il tarixli, 895 saylı sərəncamı ilə balansa verilmişdir. Halhazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 75 saylı mənzildə X1 ilə birlikdə 1985-ci ildən qeydiyyatda olmaqla X2 və həmin vaxtdan qeydiyyatsız X3 yaşadığı müəyyən ed ilmişdir. Həmin yataqxanaya aid bir neçə mənzildə biri-biri ilə qohumluq əlaqəsi olmayan şəxslərin bir otaqda yaşaması mövcuddur.

27. Beləliklə yataqxanada yerləşən mənzil heç vaxt iddiaçının mərhum bacısının mülkiyyətində olmamışdır.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

29. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.1-ci maddəsinə əsasən, etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır.

30. Həmin Qanunun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 31. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə xx.xx.2006cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının b alansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının mərhum bacısının mübahisəli yaşayış sahəsi üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etməsi müəyyən edilmir. Belə olan halda isə iddia çının tələb hüquqları mövcud deyildir. Yəni, iddiaçı əmlaka tələb hüququnu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

34. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1018/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar