Məhkəmə qərarları › İş №2-1(102)-2074/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2074/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2074/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın qeyri-mümkünlüyü, şikayət üzrə müddətin üzrsüz səbəbdən ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)3384/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlərin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, onun daxili işlər orqanlarında xidmət müddətinin imtiyazlı hesablama ilə 23 il, 6 ay, 29 gün təşkil etdiyi barədə məlumat vərəqəsinin Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərt lərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, ona pensiya təyin edilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-2011/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası mümkün sayılmamışdır.

3. Bakı İnzibati Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2-1(112)-2011/2023 nömrəli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddiası təmin edilməmişdir.

4. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardad və qərarın ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-3384/2023 nömrəli qərardadı ilə iddiaçının birinci instansiya məhkəməsinin qərardadından verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2024-cü il tarixli, 2-1(103)-544/2024 nömrəli qərarı ilə iddiaçının birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın və qərarın ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

8. İş kassasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra iddiaçının şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadından şikayətin müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadından kassasiya şikayətinin müddət ötürülməklə verildiyi iddiaçının və onun vəkilinin nəzərinə çatdırılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hal larda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayə ti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadından şikayəti üzrə kassasiya mümkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

11. Bu qərardadın 9-cu bəndində istinad olunan normaya görə, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

12. İş üzrə materiallardan görünür ki, apellyasiya instans iyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadı iddiaçının iştirakı ilə qəbul edilmiş, iddiaçının işdə olan poçt ünvanına göndərilmiş, lakin “Bu ünvanda yaşamır” qeydi ilə müvafiq poçt göndərişi geri qaytarılmışdır. 12 sentyabr 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuş ərizəsində iddiaçı birinci instansiya məhkəməsinin qərardadının ayrılıqda müzakirəsinin və mübahisələndirilməsinin formal xarakter daşıdığını qeyd etmişdir. İddiaçının birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə baxışının tarixi və yeri barədə apellyasiya instansiya məhkəməsinin bildirişi 11 oktyabr 2023-cü il tarixdə iddiaçıya rəsmi qaydada təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçı apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadından ən gec halda 11 oktyabr 2023-cü il tarixdə məlumatlı olmuşdur. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadından kassasiya şikayəti isə 06 may 2024-cü il tarixdə verilmişdir.

13. Göründüyü kimi, iddiaçının apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadından kassasiya şikayəti prosessual qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra verilmişdir. Kassasiya şikayətinin bundan əvvəlki tarixlərdə təqdim edilməsi barədə iş üzrə materiallarda hər hansı sübut yoxdur.

14. İddiaçıya və onun vəkilinə məhkəmə bildirişi göndərilməklə qeyd olunan çatışmazlıq onların diqqətinə çatdırılmış, bildirişdə qeyd edilən tarixədək apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qəra rdadından kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutların təqdim olunması və ya buraxılmış prosessual müddətin bərpasına dair müvafiq ərizənin (vəsatətin) verilməsi təklif olunmuş, qeyd olunan çatışmazlığın aradan qaldırılmamasının hüquqi nəticələri izah edilmişdir. Lakin məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamış, kassasiya şikayətinin vaxtında verilməsini təsdiq edən sübutlar, eləcə də müddətin bərpasına dair ərizə (vəsatət) məhkəməyə təqdim olunmamışdır.

15. İddiaçı kassasiya instansiyası məhkəməsinə ünvanladığı müraciətlərdə apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadının müstəqil şəkildə mübahisələndirilib dəyişdirilməsi və ya ləğv edilməsinin mümkünsüz olduğunu və iddia tələblərinin b ir-biri ilə əlaqəli olduğunu qeyd edərək, onun tərəfindən apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadından və 14 mart 2024-cü il tarixli qərarından birlikdə verilmiş kassasiya şikayətinin mümkün sayılıb icraata qəbul olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddianın mümkün sayılmamasına dair məhkəmə qərardadları qanunvericiliyə əsasən müstəqil şəkildə, müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirilə bilər. Bu səbəbdən iddiaçının ərizəsində istinad etdiyi hallar müddətin üzrlü səbəbdən buraxılmasına haqq qazandıra və buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.

17. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin 31 avqust 2023-cü il tari xli qərardadından kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-3384/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar