Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2074/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasının mötəbərliyi; ödənişsiz məzuniyyət dövrünün 6 ay müddətinin sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-52/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, 1978-ci ildən 1980-ci ilədək Bakı Kooperativ Texnikumda qiyabi olaraq təhsil almış, xx.xx.1976-cı il tarixdə açılmış əmək kitabçasına əsasən, o, xx.xx.1976-cı ildən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işsizlik müavinəti almışdır.
2. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından iddiaçının tələbini təmin etməmişdir. Cavabdeh qeyd etmişdir ki, 1987-ci ilin əməkhaqqı kitabında vərəqin cırılması, 1989-1991-ci illərdə vətəndaşın adının olmaması, xx.xx.1989-xx.xx.1989-cu illərdə öz hesabına analıq məzuniyyətində olması s əbəbindən həmin illər sosial sığorta stajına daxil edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən mübahisələndirilən 1983-cü il üzrə 01 ay, 1984cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1959-cu ildə Daşkəsən şəhərində anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra əmək fəaliy yətinə başlamış, ilk əmək fəaliyyətinə 13 dekabr 1976-cı ildə Qazax rayon X2 operator vəzifəsinə təyin edilməklə başlamış, işlədiyi müddətdə qiyabi olaraq 1978-ci ildə Bakı Kooperativ Texnikumuna qəbul olunmuş və 1980-ci ildə mühasibat uçotu ixtisası üzrə kursu bitirərək mühasib ixtisasına yiyələnmişdir. Bildirir ki, 13 dekabr 1976-cı ildən 11 iyul 1991-ci ilə qədər Qazax rayon X1 (Statistika İdarəsi) Operator vəzifəsində çalışmışdır. 11 iyul 1991-ci ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1991-ci il tarixdən Ağstafa MKTİB-nə 1-ci dərəcəli mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə Ağstafa MKTİB-i ləğv edilmiş, yerində Mənzil Kommunal Təsərrüfatı Çoxsahəli istehsalat Müəssisəsi yaradılmış və o həmin vaxtdan müəssisəyə mühasib təyin edilmiş, xx.xx.2001-ci il tarixdə ƏQ M-nin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq, tutduğu vəzifədən azad edilmiş, xx.xx.2002-ci il tarixdən ƏƏSMN Baş Məşğulluq İdarəsi X4 tərəfindən ona işsizlik müavinəti təyin edilmişdir. 03 09 2002-ci ildə işsizlik müavinətinin verilməsi başa çatmışdır. xx.xx.2003-ci il tarixdən yenidən işsizlik müavinəti təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə işsizlik müavinətinin verilməsi başa çatmışdır. Bildirir ki, 2022-ci ilin aprel ayında qadınlar üçün pensiya yaş həddi olan 62 il 06 ay tamam olmuşdur və qanunvericiliyə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, müraciəti ilə bərabər əmək kitabçasını, şəxsiyyət vəsiqəsini, diplomunu təqdim etmişdir. Müraciətindən sonra aidiyyəti qurumdan məktub gəldi ki, 1976-1991-ci illərdə Qazax rayonu “Statistika” idarəsindəki əmək fəaliyyət dövrünün araşdırılması zərurəti yaranmışdır. Araşdırmadan sonra bir məktub gəlmişdir ki, Qazax rayon X1 (Statistika idarəsi) operator vəzifəsində çalışdığı müddətdə guya 1983-cü ildə 1 ay, 1984-cü ildə 7 ay, 1985-ci ildə 6 ay, 1988-ci ildə 6 ay, 1989-cu ildə 12 ay və 1990-cı ildə 3 ay adına əmək haqqı hesablanmamış və 1991-ci ildə isə əmək haqqı kitabında adına rast gəlinməmişdir. Qeyd edilən səbəblərlə də adına əmək haqqı hesablanmayan dövrlərin və 1991-ci ilin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bu araşdırmadan narazı olduğunu bildirmişdir. Bu narazılıqdan sonra yenidən araşdırma aparılmış və məktub gəlmişdir ki, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixədək uşağa qulluğa görə qismən ödənişli sosial məzu niyyətdə olduğu dövrlərin araşdırılması zərurəti yaranmışdır. Bundan sonra aidiyyəti qurum yenidən araşdırmaya başladı. Sonuncu aparılan araşdırmadan sonra isə yenə məktub gəldi ki, Qazax rayon “Statistika” idarəsindəki onun əmək fəaliyyəti zamanı 1990-cı il tarixində 8 ay, 1991-ci il tarixində isə 12 ay adına əmək haqqı hesablanmamışdır. Bu səbəblə də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina düzgün deyil və bu qərar ləğv edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmalıdır. Belə ki, cavabdeh yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda qeyd edilir ki, həmin Qanununun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaiyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Cavabdeh qurum imtinanın əsl səbəbi kimi onun X3 (Statistika idarəsi) operator vəzifəsində çalışdığı müddətdə guya 1990-cı ildə 8 ay əmək haqq ı hesablanmadığı və 1991-ci ildə isə 12 ay adına əmək haqqı hesablanmadığı bildirirlir. Qeyd edilən səbəblərlə də adına əmək haqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Qanunvericiliyə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş yeri barədə qeydlər düzgün olmadıqda, əmək stajını təsdiq edən sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün hesablar, əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, əmək xidməti siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Hal-hazırda onun əmək kitabçasında işlədiyi bütün illər qeyd edilmişdir. Bu illər də kifayət edir ki, o yaşa görə əmək pensiyasından yararlanınsın. Bundan başqa onu qeyd etmişdir ki, o, Statistika idarəsində işlədiyi müddətdə 23 fevral 1981-ci ildə ailə qurmuşdur. 06 may 1984- cü ildə Elbrus adlı 1-ci uşağı, xx.xx.1988-ci ildə Elçin adlı 2-ci uşağı dünyaya gəlmişdir. Uşağı dünyaya gələrkən də qanunvericiliyin tələblərinə uyğun olaraq analıq məzuniyyətinə çıxmış, məzuniyyət pulu almış, 15 il ərzində Statistika İdarəsində işlədiyi müddət ərzində hər ay əmək haqqı almış, bu faktları onunla birgə işləyib və hal-hazırda pensiya alan iş yoldaşları da təsdiq edə bilərlər. Bundan başqa o, əmək pensiyasının təyin edilməsi barədə müraciət etdiyi zaman onun Qazax Statistika İdarəsində işlədiyi dövrlər üzrə araşdırma aparılmış, bundan ötrü də aidiyyəti qurum tərəfindən Qazax rayon Dövlət Arxivinə müraciət olunmuşdur. Qazax rayon Dövlət Arxivinin birinci dəfə verdiyi arayışda 1990-cı ildə 3 ay adına əmək haqqı hesablanmadığı və 1991-ci ildə ilin isə əmək haqqı kitabında adına rast gəlinmədiyi qeyd edilmişdir. İkinci dəfə verdiyi arayışda isə 1990-cı ildə 8 ay adına əmək haqqı hesablanmadığı və 1991-ci ildə isə 12 ay adına əmək haqqı hesablanmadığı qeyd edilmişdir. Bundan başqa araşdırmanın nəticələri barədə ona göndərilən məktubların birində onun 24 il 7 ay 08 gün sığorta stajının olduğu, ikinci araşdırmada 24 il 5 ay 8 gün sığorta stajının olduğu, başqa bir araşdırma məktubunda 24 il 9 ay 6 gün sığorta stajının olduğu onun nəzərinə çatdırılmışdır. Elə bu araşdırma nəticələrinin heç biri bir-birinə uyğun gəlmir. Bir arayışda 1 990-cı ildə 3 ay əmək haqqı almadığı, 1991-ci ildə isə əmək haqqı kitabında adına rast gəlinmədiyi, digər arayışda isə 1990-cı ildə 8 ay əmək haqqı almadığı, 1991-ci ildə isə 12 ay adına əmək haqqı hesablanmadığı göstərilir. Bir araşdırmada 24 il 7 ay 8 gün, başqa araşdırmada 24 il 9 ay 6 gün. Digər bir araşdırmada 24 il 5 ay 8 gün onun sığorta stajının olduğu vurğulanır. Eyni zamanda onu qeyd etmişdir ki, 1991-ci ilin iyul ayının 11-dən Qazax Statistika İdarəsindən işdən azad edilmiş, 1991-ci ilin iyul ayının 11-dən də Ağstafa MKTİB-də işləmişdir. Necə ola bilər ki, o orada 6 ay işlədiyi halda onun 12 ay adına əmək haqqı hesablanmadığı bildirilir. Buradan görünür ki, araşdırma tam aparılmamış, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina düzgün sayılmamalıdır. Ümumiyyətlə, cavabd eh təşkilatın 1991- ci ilədək araşdırma aparması düzgün deyil. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2ci maddəsinə əsasən 1992-ci ilin yanvar ayının 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Yenə həmin Qanunun 21.2.5-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişinin verildiyi müddət sığorta stajına daxil edilən fəaliy yət müddəti hesab edilir. əgər hansısa zərurət olarsa, əmək kitabçasında aparılan qeydlərdə hansısa səhvlik olarsa, araşdırma aparılması məqsədəmüvafiq hesab olunmalıdır. Hər bir halda 1992-ci ilin yanvar ayının 11-dək yalnız əmək kitabçasında qeyd edilən illər nəzərə alınaraq müvafiq qərar qəbul olunmalıdır.
6. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddianın rədd olunmasını xahiş etmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-312/2024 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilərək, iddiaçının 1983-cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pens iyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisə nin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (62 il 06 ay yaş) çatmaqla, tələb olunan 25 il (mübahisəsiz 21 il 10 gün + mübahisəli 04 il 02 ay 10 gün = 25 il 02 ay 20 gün) sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir.
9. Cavabdeh həmin qərardan ape llyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdehin məhkəmə kollegiyasına ünvanladığı apellyasiya şikayətinə əlavədən görünür ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı 23 il 1 ay 16 gün təşkil edir. Mübahisələndirilən dövrləri, cavabdeh inzibati orqan iddiaçının 1983-cü il üzrə 01 ay (məzuniyyətdə olduğunu təsdiq edən əmrin mövcud olmamasına görə), 1987-ci il (əmək haqqı kitabında vərəqin olmaması), xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək olan 5 ay (öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr) və 1991-ci il üzrə 6 ay 10 gün (əmək haqqı kitabında adının qeyd olunmaması) sosial sığorta stajı kimi nəzərə almamışdır.
11. Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1983-cü il üzrə 01 ay, 1987-ci il, xx.xx.1989cu ildən xx.xx.1990-cı ilədək olan 5 ay və 1991-ci il üzrə 06 ay 10 gün müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-52/2025 nömrəli qərarı ilə (hakimlər: A.Bayramov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və R.Mamedov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-312/2024 saylı qərarı, 1983cü il üzrə 01 ay, 1984-cü il üzrə 07 ay, 1985-ci il üzrə 06 ay, 1987-ci il, 1988-ci il üzrə 06 ay, 1989-cu il və 1991-ci il üzrə 06 ay 10 gün müddətin iddiaçının sosial sığorta stajına daxil edilməsi hissəsində qismən ləğv edilmiş və həmin hissədə yeni qərar çıxarılmış, İddiaçı 1983-cü il üzrə 01 ay, 1987-ci il, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək olan 5 ay və 1991-ci il üzrə 06 ay 10 gün işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: –1983-cü ilin əmək haqqı cədvəllərindən çıxarışlarından görünür ki, həmin ilin yanvar ayı üzrə iddiaçının adı olan 75-ci sırada “П” (məzuniyyət) qeydi qoyulmuşdur ( 01 ay). Bu da onun həmin ayda əmək məzuniyyətdə olmasına dəlalət edir. –1987-ci ilə münasibətdə qeyd edilmişdir ki, cavabdeh inzibati orqan əmək haqqı kitabında vərəqin olmamasını göstərsə də, əmək haqqı cədvəllərinin 123-cü sırasında iddiaçının adı və aldığı əmək haqları qeyd olunmuşdur. – iddiaçı xx.xx.1989–xx.xx.1990-cu il tarixlərində öz hesabına məzuniyyətdə olsa da, həmin dövrdə onun xx.xx.1988-ci il təvəllüdlü ikinci övladına qulluq etməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə uyğun olaraq iş stajına daxil edilməlidir. Əvvəl qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin müvafiq maddələri də uşağa qulluqla bağlı müddətin iş stajının hesablanmasına mane olmur. Bu səbəbdən cavabdeh həmin dövrü iddiaçının fasiləsiz əmək stajına daxil etməlidir. – 199 1-ci il üzrə 6 ay 10 gün (əmək haqqı kitabında adının qeyd olunmaması) dövrə münasibətdə qeyd edilmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə aid əmək haqqı kitablarının olmaması, mühafizə olunmaq üçün arxivə təhvil verilməməsi və əmək haqqı kitabının və ya cədvəllərinin natamam doldurulması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından, həmin dövrün iddiaçının stajı kimi hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. İş materiallarına əsasən iddiaçı qeyd edilən dövrdə həmin müəssisədə işləmiş, onun qeyd edilən dövrdə müəssisədən işdən çıxmasını və sonradan həmin müəssisəyə qayıtmasını, həmçinin həmin dövrdə öz hesabına məzuniyyətdə olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur və belə sübutlar inz ibati orqan tərəfindən təqdim edilməmişdir. Onun mübahisələndirilən qeyd edilən dövrdə əmək haqqı almasına dair məlumatın olmaması isə onun həmin dövrdə müəssisədə işləmədiyinə dəlalət edən əsas kimi qiymətləndirilə bilməz.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində aşağıdakı dəlilləri qeyd etmişdir: – İddiaçının sənədlərlə təsdiqlənən stajı 23 il 1 ay 16 gündür, yəni tələb olunan 25 il minimumdan azdır. – 1983-cü il üzrə 1 ayın staja daxil edilməsi əsassızdır. Belə ki, həmin dövr üzrə məzuniyyət əmri mövcud deyil, buna görə həmin ayı staja daxil etm ək olmaz. – xx.xx.1989–xx.xx.1990 dövrünün (öz hesabına məzuniyyət) staja daxil edilməsi əsassızdır. Belə ki, arxiv arayışında göstərilir ki, iddiaçı həmin dövrdə ödənişsiz məzuniyyətdə olmuşdur, analıq məzuniyyətində olmamışdır. Əmək Məcəlləsi və “Məzuniyyətlər haqqında” Qanuna görə bir aydan çox ödənişsiz məzuniyyət staja daxil edilmir. – 1987-ci ilin staja daxil edilməsi düzgün deyil. Belə ki, Qazax Statistika İdarəsinin 1987-ci ilə dair əməkhaqqı cədvəli mövcud deyil, ödəniş olub-olmadığı müəyyən edilməmişdir. – 1991-ci ilin 6 ay 10 gün üzrə iddiaçının adı əməkhaqqı cədvəlində yoxdur, yəni ona əməkhaqqı ödənilməmişdir. Bu səbəbdən əməkhaqqı ödənilməyən dövr staja daxil edilə bilməz. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏ TBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci i l iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hər bi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
19. Əmək Məcəlləsi: Maddə
87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri (12 avqust 2024-cü il tarixədək olan redaksiyada) 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə
129. Ödənişsiz məzuniyyətlərin növləri
1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən ə mək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər 20. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və ü st-üstə 6 ildən çox olmayaraq; Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, ya xud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 22. “İnzibati icraat ha qqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, m übahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatla r göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırı lmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəm ə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağ ıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırkı mübahisənin predmetini iddiaçının tələb olunan 25 il sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası təşkil edir.
30. Cavabdeh 1983-cü il üzrə həmin 1 ayın staja daxil edilməsinə dair məzuniyyət əmri mövcud olmadığı, xx.xx.1989–xx.xx.1990 dövrünün arxiv arayışı ilə tam ödənişsiz məzuniyyət kimi təsdiq olunduğu və bu müddətin qanunvericiliyə görə staja daxil edilmədiyi, 1987-ci il üzrə əməkhaqqı sənədlərinin olmadığı üçün əməkhaqqı alıbalmamasının müəyyən edilmədiyi, habelə 1991-ci ilin 6 ay 10 günü üzrə əməkhaqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyindən həmin dövrlərdə əməkhaqqı ödənilmədiyi əsasları ilə bu müddətlərin sosial sığorta stajına daxil edilməsini mübahisələndirmiş dir.
31. Apellyasiya məhkəməsinin araşdırması ilə iddiaçının həmin illərdə əmək fəaliyyəti ilə məşğul olması sübuta yetmişdir. Belə ki, mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə haqlı olaraq iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
32. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın “tətbiq edilən hüquq” hissəsində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cava bdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, əmək kitabçasında qeyd edilmiş mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.
33. Bu ndan əlavə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, əməkhaqqı sənədlərinin olmaması, arxivə təhvil verilməməsi və ya lazımi qaydada saxlanılması işəgötürənlərin vəzifələrinə aid məsələlərdir və işəgötürənin həmin tələbə əməl edib-etməməsi isə işçinin təqsiri kimi qiymətləndirilə bilməz.
34. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 (altı) aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normaların tələbləri nəzərə alındıqda ödənişsiz məzu niyyətin ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər.
35. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilmişdir.
36. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin imtinası, qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əs asən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-52/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.