Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2075/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: (ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının bərpaedilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 21(103)-1195/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-ci ildə Bakı şəhərində anadan olmuşdur. Cavabdeh olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı onun pensiya almasının təsdiq edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona ailə başçıs ını itirməyə görə əmək pensiya təyin edilmiş lakin, sonradan cavabdeh tərəfindən həmin pensiya dayandırılmışdır. Səbəb olaraq ərinin xx.xx.2001-xx.xx.2005-ci ilə qədər XXXXX MMC-də işlədiyi dövrün qarşılıqlı yoxlanılmasının mümkün olmadığı qeyd olunmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır və onun pensiyası yenidən bərpa olunmalıdır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək ona ölmüş əri X1 xx.xx.2001 - xx.xx.2005-ci ilə qədər XXXXX MMC-də işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının bərpaedilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Birinci instansiy a məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(112)-404/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin təmin edilməsi, X7Xalıkovaya ölmüş əri X6Xalıqovun xx.xx.2001-xx.xx.2005-ci ilə qədər XXXXX MMCdəişlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə ailə başçısını itirməyə görə əməkpensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsiqərara alınmışdır. Birinci instansiya məhkəməsiAzərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu, “Əmək pensiyaları haqqında" Qanununun 1.0.2, 1.0.8, 1.0.10, 4.1, 6-1, 7, 14.1.2 və 17.1-ci maddələrinə, Əmək Məcəlləsinin 87.1-ci maddəsinə, Azərbaycan Respublikası «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Qanununun 1, 4 və 5-ci maddələrinəəsaslanaraq dayandırılmaya səbəb kimi iddiaçının ölmüş ərinin xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər işlədiyi dövrün qarşılıqlı yoxlamasının aparılmasının mümkün olmaması qeyd olunmuşdur. İddiaçının ölmüş ərinin xx.xx.2001-ci ildən - xx.xx.2005-ci ilə qədər işlədiyi dövrün qarşılıqlı yoxlaması DSMF-nin Nəsimi rayon şöbəsinin əməkdaşları və işəgötürən müəssisənin baş mühasibi tərəfindən həyata keçirilmiş və şəxsin həmin dövrdə işləməsi faktı müəyyən edilmişdir. Cavabdehin hərəkətləri qanuni və əsaslı olmamadığına dair nəticəyə gəlmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyas iya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1195/2020 nömrəli (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Xəyalə Cəmilova) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2020-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 38ci, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu, “Əmək pensiyaları haqqında" Qanununun 1.0.2, 1.0.8, 1.0.10, 4.1, 6-1, 7, 14.1.2 və 17.1-ci, Əmək Məcəlləsinin 87.1-ci, Azərbaycan Respublikası «Məcburi dövlət sosial sığorta sahəsində borclar ın tənzimlənməsi haqqında» Qanununun 1, 4 və 5-ci maddələrinə əsaslanaraq qanunvericiliklə iddiaçının ərinin işlədiyi müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. İddiaçının əri əmək fəaliyyəti ilə məşğul olmuş və sonradan ölmüşdür. İlk öncə iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunsa da, sonradan ona təyin olunmuş pensiya ərinin tələb olunan iş stajının olmaması əsası ilə dayandırılmışdır. Dayandırılmaya səbəb kimi iddiaçının ölmüş ərinin xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər işlədiyi dövrün qarşılıqlı yoxlamasının aparılmasının mümkün olmaması qeyd olunmuşdur. İddiaçının ölmüş ərinin xx.xx.2001-ci ildən - xx.xx.2005-ci ilə qədər işləd iyi dövrün qarşılıqlı yoxlaması DSMF-nin Nəsimi rayon şöbəsinin əməkdaşları və işəgötürən müəssisənin baş mühasibi tərəfindən həyata keçirilmiş və şəxsin həmin dövrdə işləməsi faktı müəyyən edilməsinə dair nəticəyə gəlmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,əmək pensiyası hüququ dövlət sosial sığorta haqları ödənildikdə mövcud olur. İş materiallarından da göründüyü kimi xx.xx.2001 - xx.xx.2005-ci illər üzrə heç bir sosial sığorta ödəmələri aparılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyildir. Şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmçinin qeyd edilməlidir ki, m əhkəmələrin istinad etdiyi 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət tərəfindən silinməsi həmin borcların kompensasiya edilməsi demək deyildir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1195/2020 nömrəliqərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun ol mayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdeh kasasiya şikayəti təmin edilməməli, apelyasiya instans iyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tər əfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə əsasən hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqti sadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının əri əmək fəaliyyəti ilə məşğul olmuş və sonradanölmüşdür. İlk öncə iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunsa da,sonradan ona təyin olunmuş pensiya ərinin tələb olununan iş stajının olmaması əsası ilədayandırılmışdır. İddiaçının ə rinin işlədiyi müəssisə də daxil olmaqlabütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixəyaranmış borcları isə xx.xx.2018-ci il tarixdən silinmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında" Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığ ortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaş ına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sən əddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata k eçirir. Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası «Məcburi dövlət sosial sığorta sahəsin də borcların tənzimlənməsi haqqında» Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, əmək pensiyası hüququ dövlət sosial sığorta haqları ödənildikdə mövcud olur. İş materiallarından da göründüyü kimi xx.xx.2001 - xx.xx.2005-ci il lər üzrə heç bir sosial sığorta ödəmələri aparılmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyildir. Şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmən dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi, cavabdeh iddiaçıya təyin olunmuş pensiya ödənişinin dayandırılmasına səbəb kimi cavabdeh iddiaçının ölmüş ərinin xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər işlədiyi dövrün qarşılıqlı yoxlamasının aparılmasının mümkün olmaması halı olunmuşdur. Lakin Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarına əlavə edilmiş pensiya işinə aid i ş materiallarından baxış keçirilən zaman iddiaçının ölmüş ərinin xx.xx.2001-ci ildən - xx.xx.2005-ci ilə qədər işlədiyi dövrün qarşılıqlı yoxlaması DSMF-nin Nəsimi rayon şöbəsinin əməkdaşları və işəgötürən müəssisənin baş mühasibi tərəfindən həyata keçirilmiş və şəxsin həmin dövrdə işləməsi halı müəyyən edilmişdir ki, bu da öz növbəsində işə əlavə edilmiş digər sübutlarla yanaşı cavabdehin kasasiya şikayətinin əsassız olmasına dəlalət edir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Az ərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1195/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2075/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2075/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver