Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2075/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yeni açılmış hallarla bağlı icraat) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, İlqar Dadaşov, Rahib Nəbizadədən ibarət tərkibdə, 29.12.2021 İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “intizam məsuliyyətinə cəlbetmə barədə əmrin hissəvi ləğv edilməsi və sair” tələblərə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2020-ci il tarixli, 2-1(103)1628/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binas ında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “intizam məsuliyyətinə cəlb etmə barədə 06 yanvar 2016-cı il tarixli, 10/01-11/03-K saylı əmrin hissəvi ləğv edilməsi, həmin inzibati aktın icrası ilə bağlı nəticələrin aradan qaldırılması, pozulmuş hüquqların bərpa olunmasına dair tədbir görülməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 avqust 2016-cı il tarixli, 21(81)-2107/2016 saylı qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin o lunmasını xahiş etmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 dekabr 2016-cı il tarixli, 2-1(103)-2407/2016 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 aprel 2017-ci il tarixli, 2-1(102)-915/17 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 20 aprel 2020-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhk əməsinə müraciət edərək icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “İntizam məsuliyyətinə cəlb etmə barədə” 06 yanvar 2016-cı il tarixli, 10/01-11/03-k №-li əmrlə prokurorluq orqanlarından xaric olunmuşdur. Cavabdehin məhkəmədə mübahisələndirilən həmin əmrində göstərilmişdir ki, Baş Prokurorluq üzrə 08 sentyabr 2014-cü il tarixli, 11/256-k saylı əmrlə təyin edilən, 09 sentyabr 2014-cü il tarixli əmrlə xidməti zərurətlə əlaqədar Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna ezam olunan İmişli rayon prokurorunun böyük köməkçisi İddiaçı iş vaxtının səhər saat 09:00-da başlamasına baxmayaraq, əmək intizamını kobud şəkildə pozmaqla 06 yanvar 2016-cı il tarixdə işə 40 dəqiqə gecikmişdir. Saat 09:40-da Nəsimi rayon prokurorl uğunun inzibati binasına daxil olan İddiaçı gecikməsinin səbəbini Yasamal rayon ərazisində yerləşən “X1 Bakı Türk Liseyində” təhsil alan övladını dərsə aparması və işə gələrkən yolda tıxaca düşməsi ilə əlaqələndirmişdir. Bununla yanaşı o, xidməti vəsiqəsinin etibarlılıq müddətinin 21 may 2012-ci il tarixdə bitməsi, həmçinin başqa vəzifəyə keçirilməsinə baxmayaraq, vəsiqəsinin dəyişdirilməsi üçün Kadrlar idarəsinə müraciət etməməklə 3 ildən çox müddətdə həmin vəsiqədən istifadə etmişdir. 9. 26 noyabr 2019-cu il tarixdə yaşadığı evdə özünə məxsus sənədlərin arasından etibarlılıq müddəti qurtarmış xidməti vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 2015-ci ilin noyabr ayında Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət etməsini və xidməti vəsiqəsinin təhvil verilməsini sübut edən “əsli ilə düzdür” ş tampı ilə təsdiq edilməklə ona verilmiş sənəd, eləcə də onun 06 yanvar 2016-cı il tarixdə Baş prokurorun adına yoxlamaya vermiş olduğu izahatın özündə qalan nüsxəsi aşkar olunmuşdur. Həmin sənədlər ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edilməmiş və nəzərə alınmamışdır. Halbuki məhkəmə araşdırması zamanı iş üçün xüsusi əhəmiyyət kəsb edən bu yeni sübutlar və ya hallar məlum olmuş olsaydı, işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilərdi və mahiyyətcə ədalətli və başqa məzmunda yeni qərar qəbul edilmiş olardı.
10. Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(81)-2107/2016 saylı qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair iddiaçının ərizəsi rədd edilmişdir.
11. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın lə ğv edilməsini və icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.09.2020-ci il tarixli, 2-1(103)-1628/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı 22.10.2020-ci il tarixdə kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd olunmuşdu r ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq məhkəmə aktı qəbul edilərkən bir sıra maddi və ya prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, Azərbaycan Respublikası Konstitusiyasının və mövcud qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Belə ki, məhkəmə ərizənin rədd edilməsi haqqında qərardad qəbul edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəs inə əsasən təzələnə bilər. Göründüyü kimi, məhkəmə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə baxarkən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin ərizəyə əsli və ya surəti əlavə edilməklə məhkəməyə təqdim edilən sonradan aşkar olunmuş yeni sübutların və ya halların mövcudluğunu təsdiq edən sənədləri və sübutları obyektiv, tam və hərtərəfli araşdırıb icraatın təzələnməsi əsasları kimi qiymətləndirməmiş, icraatın təzələnməsi üçün faktiki mövcud olan əsaslara heç bir əhəmiyyət verməmiş və bununla da sübut kimi yalnız qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarlarının qüvvədə olmasına istinad etməklə, nəticədə onun hüquqlarının pozulmasına səbəb olan qərardad qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, 26 noyabr 2019-cu il tarixdə yaşadığı evdə özünə məxsus sənədlərin arasından sonradan aşkar olunmuş etibarlılıq müddəti qurtarmış xidməti vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 2015-ci ilin noyabr ayında Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət etməsini və xidməti vəsiqəsinin təhvil verilməsini sübut edən “əsli ilə düzdür” ştampı ilə təsdiq edilməklə ona verilmiş sənədin, eləcə də onun 06 yanvar 2016-cı il tarixdə Baş prokurorun adına yoxlamaya vermiş olduğu izahatın özündə qalan nüsxəsinin məhkəmə icraatı zamanı ondan asılı olmayan səbəblərdən təqdim olunmadığı müəyyən edilməmişdir. Halbuki, həmin sənədlər ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edilməmiş və buna görə də nəzərə alınmamışdır. Məhkəmə araşdırması zamanı iş üçün xüsusi əhəmiyyət kəsb edən bu yeni sübutlar və ya hallar məlum olmuş olsaydı, işin nə ticəsinə əhəmiyyətli şəkildə təsir edə bilərdi və mahiyyətcə ədalətli və başqa məzmunda yeni qərar qəbul edilmiş olardı.
16. Həmçinin iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, himayəsində kənar şəxsin qulluğuna ehtiyacı olan İ qrup əlil ailə üzvünün olmasına və bunun müvafiq sənədlərlə təsdiq olunmasına baxmayaraq, işin bu halı məhkəmələr tərəfindən onun təqsirsizliyini sübut edən yeni sübut kimi qiymətləndirilməmiş və yeni açılmış hal kimi qəbul edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə əvvəlcədən mövcud olan yuxarıda qeyd olunan sənədləri və halları əsassız olaraq içraatın təzələnməsi üçün yeni açılmış hallar kimi qəbul etməmişdir. Nəticədə məhkəmə tərəfindən əsassız qərar qəbul olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etira z təqdim edilməmişdir. Tətbiq edilən hüquq
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Mad də 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 1 06.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kasasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apelyasiya instansi ya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, Avr opa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifa yətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
24. Yuxarıda istinad olunan normaların müddəaları baxımından, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan və ya təkzib edən yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar və ya sübutlar anlayışı yalnız iddiaçıya və məhkəməyə əvvəllər məlum olmayan və bununla yanaşı qəbul olunmuş məhkəmə qərarının əsasında duran faktların həqiqi liyini təkzib edən və sonradan aşkar olunmuş faktları və ya halları ifadə edir.
25. Həmçinin nəzərə almaq lazımdır ki, yalnız mübahisəyə dair işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, iş üzrə məhkəmə icraatı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatdıqdan sonra tərəfə məlum olan və ya mövcudluğu meydana çıxan, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
26. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya təqsirkar davranış onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
27. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni halla r və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
28. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad edilən hallar və sübutlar mövcud olmuş, həm də onların mövcudluğu barədə iddiaçının ilkin məhkəmə icraatı zamanı məlumatı olmuşdur. Başqa sözlə, həmin hallar və sübutlar iddiaçıya məlum olmuş, onların məhkəməyə təqdim olunması iddiaçının subyektiv davranışına və iradəsinə bağlı olmuşdur. Belə ki, özünün də qeyd etdiyi kimi, iddiaçı tərəfindən 26 noyabr 2019-cu il tarixdə yaşadığı evdə özünə məxsus sənədlərin arasından etibarlılıq müddəti qurtarmış xidməti vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 2015-ci ilin noyabr ayında Baş Prokurorluğun Kadrlar İdarəsinə müraciət etməsini və xidməti vəsiqəsinin təhvil verilməsini sübut edən “əsli ilə düzdür” ştampı ilə təsdiq edilməklə ona verilmiş sənəd, eləcə də onun 06 yanvar 2016-cı il tarixdə Baş Prokurorun adına yoxlamaya vermiş olduğu izahatın özündə qalan nüsxəsi aşkar olunmuşdur. Həmçinin ərizəsində istinad etdiyi digər hallar barədə də iddiaçı ilkin məhkəmə icraatı zamanı məlumatlı olmuşdur. Bu mənada mübahisəyə baxılması və həll edilməsi zamanı ərizəçiyə aşkar və məlum olan və ya diqqətli olacağı təqdirdə ona məlum olması mümkün olan ha llar və sübutlar məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. İlkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq və ya konkret halda unutqanlıqda ifadə olunan diqqətsizlikdən (ehtiyatsızlıqdan) doğan təqsirkar davranış nəticəsində həmin sübutların və halların məhkəməyə təqdim edilməməsi ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməlidir. Bu baxımdan ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların məhkəməyə təqdim edilməsinin mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır.
29. Bundan başqa, yuxarıda istinad olunan normaların tələbinə görə, yeni hallar və sübutlar icraatın təzələnməsi üçün əsas qismində, yalnız həmin sübut və halların obyektiv səbəbdən, yəni ərizəçinin iradəsindən ası lı olmayan səbəbdən ilkin icraat zamanı məhkəməyə təqdim edilməsinin mümkün olmadığı hallarda çıxış edə bilər. Əgər həmin sübut və hallar ərizəçinin subyektiv davranışından asılı olaraq məhkəməyə təqdim edilməmişdirsə, qeyd edilən sübut və hallar icraatın təzələnməsi üçün əsas qismində nəzərdən keçirilə bilməz. Konkret mübahisəyə münasibətdə ərizədə istinad olunan, iddiaçı tərəfindən evdə özünə məxsus sənədlərin arasında aşkar edilmiş, etibarlılıq müddəti qurtarmış xidməti vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 2015-ci ilin noyabr ayında Baş Prokurorluğun Kadrlar İdarəsinə müraciət etməsini və xidməti vəsiqəsinin təhvil verilməsini sübut edən “əsli ilə düzdür” ştampı ilə təsdiq edilməklə ona verilmiş sənədin, eləcə də onun 06 yanvar 2016-cı il tarixdə Baş Prokurorun adına yoxlamaya vermiş ol duğu izahatın özündə qalan nüsxəsinin ilkin məhkəmə icraatı zamanı təqdim olunmaması, həmin hallar barədə məlumatlı olan iddiaçının subyektiv davranışına aid edilməli və ilkin icraat zamanı ərizəçidən asılı olan səbəblərdən təqdim olunmama kimi qiymətləndirilməlidir.
30. Nəzərə alınmalıdır ki, bu qərarın18-ci bəndində istinad olunan normaya görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
31. Həmin qərarın qərarın18-ci bəndində istinad olunan normalara görə, yeni açılmış h allarla bağlı ərizədə icraatın təzələnməsi üçün yuxarıda qeyd olunan anlamda əsaslar, ərizənin həmin normalarla nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməli, ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunmalıdır.
32. Nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün bu qərarın 18-ci bəndində istinad olunan normalarda təsbit olunmuş aşağıdakı dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmı ş məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır.
33. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar ol ması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
34. Bu qərarın 18-ci bəndində istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
35. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün qeyd olunan həmin şərtlər hazırkı mübahisəyə münasibətdə ödənilməmişdir.
36. Belə ki, iş üzrə materiallardan yeni açılmış hallarla bağlı ərizədə qeyd edilən halların ilkin məhkəmə araşdırmaları zamanı nəinki iddiaçıya məlum olduğu, hətta həmin halların müəyyən hissəsinin məhkəmə araşdırmalarının predmeti olduğu və onlara məhkəmə tərəfindən hüquqi qiymət verildiyi müəyyən edilmişdir. Bu baxımdan həmin hallar yuxarıda qeyd olunan səbəblərdən və bu qərarın 18-ci bəndində istinad olunan normalar anlamında qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz.
37. Eyni zamanda, iddiaçı icraatın təzələnməsi barədə ərizəsində istinad etdiyi hal lara və ya sübutlara əsasən yuxarıda qeyd olunan səbəblərdən məhkəmə icraatının təzələnməsini tələb etməkdə haqlı sayıla bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin rədd edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 21(103)-1628/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.