Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2075/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin tutulması; iddianın mümkünlüyü; məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 10 avqust 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 100068 №-li ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X1 28 iyun 2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 7 ayının 30 günündə 899 nömrə ilə qeyd edilmişdir.
2. İddiaçının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli Qərarı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində qalıq 228,24 manat məbləğində artıq alınmış pul vəsaiti tələb edilərək 10 gün müddətində Binəqədi rayon, Ziya Büny adov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara almışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
3. İddiaçı cavabdehə qarşı artıq ödənilmiş 228,24 manat dövlət vəsaitinin cavabdehdən tutularaq, onun hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. iddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixində ərizə ilə müraciət edərək əri Şahzadə Məmmədovun xx.xx.2020-ci il tarixində vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir.
5. Araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh mərhum ərinin ölümü haqqında məlumatı, həmçinin ölüm haqqında şəhadətnaməni vaxtında Mərkəzi Filiala təqdim etmədiyindən 2020-ci ilin iyun (vəfat etdiyi gündən həmin ayın sonuncu gününədək), iyul və avqust ayları üzrə əmək pensiyası mərhuma məxsus kart hesabına tam məbləğdə köçürülmüş, müvafiq kart hesabından 828,24 (səkkiz yüz iyirmi səkkiz manat iyirmi dörd qəpik) manat pul vəsaiti götürülmüşdür. Cavabdeh Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 828,24 manat məbləğindən çıxılmış, qalan 228,24 manat məbləğində pul vəsaiti isə bu günədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. 6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ə mək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Filial tərəfindən Cavabdeh yaranmış qalıq 228,24 manat borcu DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə xx.xx.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanuna müvafiq olaraq tədbirlər görüləcəyi bildirilmişdir. Lakin hazıradək cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala daxil olmamışdır. Bu səbəbdən də Filial tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə uyğun qaydada “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması h aqqında” xx.xx.2021-ci il tarixli, **********0 nömrəli Qərar tərtib olunaraq cavabdehin ünvanına göndərilmişdir. Lakin SS750293102AZ nömrəli poçt xəbərnaməsinə əsasən cavabdehin həmin ünvanda yaşamaması səbəbindən sözügedən X3 geri qaytarılmışdır. birinci instansiya məhkəməsindəki icraat
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5308/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim N.İ.Abıyev) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati icraatda mülki (özəl) şəxsləri ancaq o halda cavabdeh kimi qəbul etmək olar ki, onlara inzibati akt səlahiyyəti verilmiş olsun, yəni (istisna qaydasında) publik-hüquqi səlahiyyətləri həyata keçirmək hüququ olsun. Hazırkı tələbdə inzibati orqanın hər-hansı qeyd edilən faktiki xarakterli hərəkə ti və ya qəbul etdiyi inzibati akt mübahisələndirilmir, əksinə publik-hüquqi səlahiyyətə malik olan inzibati orqan fiziki şəxs olan cavabdehdən artıq ödənilmiş pulu tələb edir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilməz.
9. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadı ləğv edib iddianın mümkün sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.S.Hüseynov - sədrlik edən və məruzəçi, S.İ.Bəktaşi və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qəra rı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Bundan əlavə həmin qərara əsasən apelyasiya instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul etdiyi məhkəmə aktının qanuniliyi və əsaslılığı, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Barəsində şikayət verilən məhkəmə qərardadında “İcra haqqında” Qanunun 82.2-ci maddəsinə istinad edilərək inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək hüququnun olması və bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının tələb olunmaması qeyd edilmişdir.
15. Hesab edir ki, yuxarıda qeyd edilən qanunda inzibati orqanın icra sənədi qəbul etmək hüququnun olması onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz.
16. Bundan əlavə, bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində qeyd edilmiş məhkəmənin ümumi, yoxsa inzibati məhkəmə olması müəyyən edilməmişdir. Bu da öz növbəsində hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır.
17. Onu da qeyd etmək istəyir ki, pensiya işləri ilə əlaqədar mübahisələrə inzibati məhkəmədə baxıldığına görə, həmin münasibətlərdən yaranan artıq alınmış pensiya məbləğinin qaytarılmasına dair iddia tələblərinə də inzibati məhkəmələrdə baxılmalıdır. kassa siya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul e də bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Nəzərə alınma lıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün, ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər h ansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edi lməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarının 2-4-cü bəndləri).
24. Hazırkı işdə də tərəflərdən biri - iddiaçı «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqandır, tərəflər arasındakı münasibətlərdə iddiaçı inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddiaçı inzibati orqan həmin münasibətdə xüsusi hüququn subyekti (mü lki dövriyyənin iştirakçısı) kimi deyil, hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış edir.
25. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyü ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, inzibati orqan təsnifatına aid edilən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vətəndaş Cavabdeh artıq ödənilmiş dövlət vəsaitinin geri qaytarılması barədə qərarı icra sənədi sayılır və onun icra olunması üçün müvafiq orqana göndərilməsi inzibati orqanın özünün də səlahiyyətindədir. Pul tələblərinin icra edilməsi zamanı tələbin icraya yönəldilməsi haqqında qərar icra sənədi kimi çıxış edir. İnzibati akt əsasında tərtib olunmuş qərarın icrası isə qanunvericiliyin tələblərinə əsasən icra məmurları tərəfindən həyata keçirilir. Bu növ olan işlərdə isə, məhkəmə qərarı tələb o lunmur.
26. Apellyasiya instansiyası məhkəməsi bu qənaətin əsası kimi “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin müddəalarına istinad etmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə aşağıdakı səbəblərə görə razılaşmır.
28. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin məqsədləri üçün “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinin müddəalarına o halda istinad edə bilərdi ki, iddiaçı inzibati orqan hazırkı tələbində nəzərdə tutulan pul məbləğinin (artıq ödənilmiş əmək pensiyasının) məhkəmədənkənar qaydada tutulması barədə inzibati akt qəbul etmək səlahiyyətinə malik olsun. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci madd əsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(102)-2218/2021 №-li qərarı).
29. Hazırkı halda da, cavabdehin razılıq olmadığından, iddiaçı artıq ödənilmiş pul məbləğinin cavabdehdən tutulması barədə tələblə məhkəməyə müraciət etmişdir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hallar iddia nın mümkünsüzlüyünə əsas vermədiyindən, qərardad ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2529/2022 nömrəli, 3 avqust 2022-ci il tarixli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.